Polisin güllələyərək öldürdüyü kor və kar itin sahibinə 500 min dollar həcmində təzminat ödənilib.
minatv.az xəbər verir ki, bu barədə “The Washington Post” yaralının vəkillərinin bəyanatına istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, hadisəni törədən polis əməkdaşı kompensasiyanın ödənilməsi prosesində səlahiyyətlilərlə bir yerdə olub. “Hadisə 2024-cü ilin may ayında hadisə ABŞ-nin Missuri ştatının Sturgeon şəhərində baş verib. Teddi adlı beş yaşlı kor və kar it həyətdən qaçaraq qonşunun həyətinə keçib. Mülk sahibi iti sahibinə qaytarmaq üçün polisə müraciət edib. Zabit iti tutmağa cəhd edib, lakin sonra tapançanı çıxarıb və iki dəfə atəş açıb. Daha sonra səlahiyyətlilər bildirdilər ki, polis itdə quduzluq olduğundan şübhələndiyi üçün atəş açıb. Şəhər rəhbərliyi onun hərəkətlərini haqlı hesab edib”, - nəşr yazıb.
Nəşr onu da qeyd edib ki, şəhər meri də polis zabitinin tərəfinə keçib, lakin sonradan qəfil istefa verib. Yeni bələdiyyə başçısı hadisəyə görə məsul olan məmurun işdən çıxarılması barədə göstəriş verib.