• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

"Sülh planı"nın Kremldə yazılıb, Ağ Evdə imzalandığı iddia olunur: Trampın Putin qarşısında tam geri çəkilməsinin sirri açılır

Dünya

Bugün, 11:30

"Sülh planı"nın Kremldə yazılıb, Ağ Evdə imzalandığı iddia olunur: Trampın Putin qarşısında tam geri çəkilməsinin sirri açılır


Qərb analitiklərinin qənaətinə görə, əgər, Rusiya ABŞ-a böyük güzəştlər etməyibsə, onda Kremlin əlində prezident Donald Trampa qarşı Ağ Evin mövqeyinə təsir göstərəcək məzmunda ifşaedici materialların ola biləcəyindən şübhələnmək lazımdır... Çünki əks halda, ABŞ-ın Rusiyaya dağıdıcı sanksiyalar tətbiq etməyə hazırlaşdığı bir mərhələdə Ağ Evin belə kəskin geri dönüş edərək, Kremlin "müttəfiq"inə çevrilməsini hər hansı başqa arqumentlə izah etmək çox çətindir...
Ukrayna müharibəsi yeni və həm də çox təhlükəli mərhələyə daxil olub. Tramp administrasiyasının rəsmi Kiyevə yönəltdiyi sərt ultimatum, prezident Volodimir Zelenskinin xalqa dramatik müraciəti, Avropa dövlətlərinin artan narahatlığı və Rusiyanın səhnəarxası siyasi-diplomatik fəallığı və s. son bir neçə gün ərzində beynəlxalq gündəmin əsas mövzularına çevrilib. Və bu proses yalnız Ukraynanın deyil, bütövlükdə Avropa qitəsinin təhlükəsizlik sisteminin gələcək taleyini müəyyən edə bilər.

Onu da qeyd etmək lazımdır ki, Tramp administrasiyasının ultimatumuna görə, əgər, rəsmi Kiyev 27 noyabra qədər Ağ Evin təqdim etdiyi "sülh planı"nı imzalamasa, ABŞ Ukraynaya hərbi yardımı və kəşfiyyat məlumatlarının paylaşılmasını dayandıra bilər. Bu, Ukraynaya son iki ildə ünvanlanmış ən sərt mesajdır. Və Tramp administrasiyası hesab edir ki, savaşın uzadılması ABŞ üçün siyasi, hərbi və iqtisadi baxımdan, sərfəli deyil.

Ona görə də, Ağ Ev rəsmi Kiyevdən “ən tez bir zamanda qərar” verilməsini gözləyir. "Sülh planı"nın detalları hələlik rəsmən açıqlanmasa da, indiyə qədər sızan məlumatlar onu göstərir ki, həmin "sənəd" məhz Rusiyanın əvvəlcədən irəli sürdüyü məlum şərtlərə tamamilə yaxınlaşdırılıb. Bu "sənəd"də Ukraynanın Rusiyaya ərazi güzəştləri etməli olduğu, ordusunun ixtisarı, təhlükəsizlik təminatlarının məhdudlaşdırılması, eləcə də, rus dilinə "dövlət dili" statusunun verilməsi kimi tələblər yer aldığı bildirilir. Və bu, Ukrayna paytaxtı Kiyevdə şok effekti yaradıb.

Məsələ ondadır ki, prezident Volodimir Zelenski yayımladığı videomüraciətdə Ukraynanın hazırkı vəziyyətini məhz “tarixi sınaq” kimi dəyərləndirib. Onun dedikləri isə ölkə daxilində yaşanan narahatlığın miqyasını açıq şəkildə göstərir: “Ukrayna ləyaqətinin itirilməsi və öz əsas tərəfdaşının təhdidləri arasında qala bilər. Bizi çox çətin bir qış gözləyir. Xalqı birləşməyə və mənim yanımda olmağa çağırıram”.



Təbii ki, Ukrayna prezidenti Volodimir Zelenskinin bu çağırışı yalnız öz xalqına ünvanlanmış siyasi mesaj deyil, həm də yaxınlaşan böyük təhlükə barədə beynəlxalq ictimaiyyətə göndərilən həyəcan siqnalıdır. Çünki rəsmi Kiyev Ukraynanın müstəqilliyi və suverenliyi ilə bağlı məhdudlaşdırıcı şərtlərin daha da sərtləşdirildyini anlamamış deyil. Və nə qədər qəribə də olsa, prezident Volodimir Zelenskinin Ukrayna parlamentini “aktiv olmağa” çağırması isə əslində, ölkə daxilində siyasi parçalanmanın daha da dərinləşdiyini göstərir.

Digər tərəfdən, ABŞ prezidenti Donald Tramp isə açıq şəkildə bildirib ki, Ukraynanın "sülh planı"na ən geci “gələn cümə axşamına qədər” razılıq verməsi gözlənilir. Ağ Ev sahibi Donald Tramp üçün bu "razılaşma", baş tutacağı təqdirdə, həm xarici siyasətdə “sürətli qələbə”, həm də daxili auditoriya qarşısında siyasi dividendlər deməkdir. Pentaqonun “Ukraynanın vəziyyəti acınacaqlıdır” qənaəti isə Tramp administrasiyasının mövqeyinin daha da sərtləşdiyini göstərir. Və Ağ Evin ümumi yanaşması ondan ibarətdir ki, Ukrayna savaşı davam edirsə, buna görə bütün məsuliyyət məhz rəsmi Kiyevin üzərinə düşəcək.

Ağ Evin bu mövqeyi Kremldə müəyyən rahatlıq yaradır və ona görə də, Rusiya öz neoimperialist şərtlərini Ukraynaya ABŞ-ın "sülh planı" adı altında diqtə etməyə çalışır. Hətta Rusiya prezidenti Vladimir Putin “Bir nəfər belə, istisna olmadan bütün tərəfdaşlarımız mümkün razılaşmanı dəstəklədi” deyərək, yalnız Ukraynaya deyil, Avropa dövlətlərinə də meydan oxuyub.

Əslində, prezident Vladimir Putinin bu sözləri Kremlin Rusiyaya beynəlxalq dəstəyin genişmiqyaslı olduğunu göstərmək istəyindən irəli gəlir. Yəni, indiki situasiya həqiqətən də Rusiya üçün olduqca əlverişlidir. Belə ki, ABŞ və Ukrayna arasında münasibətlər qəlizləşib, gərginləşdikcə, Kreml öz absurd "sülh şərtləri"ni danışıqlar masasında daha israrla diqtə etmək imkanları qazanır. Və yeni "Tramp planı"nın məzmunca Rusiyanın ənənəvi "sülh şərtləri"ni demək olar ki, eynilə təkrarlaması isə Kremli siyasi-diplomatik məkanda daha üstün mövqeyə çıxarır.

Maraqlıdır ki, ABŞ-ın Rusiya ilə ortaq mövqedən çıxış edərək, Ukraynaya təzyiq göstərməsi Avropa siyasi dairələrində olduqca ciddi narazılıq və narahatlıq yaradıb. Avropa liderləri hesab edirlər ki, Ukraynanın ərazi güzəştlərinə məcbur edilməsi uzunmüddətli təhlükəsizlik risklərini daha da artırır. Onların fikrincə, bu, Rusiyanın geostrateji mövqeyini gücləndirə, Şərqi Avropada isə yeni gərginlik ocaqları yarada bilər. Bu baxımdan, xüsusilə də, Polşa və Baltikyanı ölkələr ABŞ-ın hazırladığı həmin sənədi “kapitulyasiya aktı” kimi qəbul edir. Və bütün bunlar ABŞ və Avropa Birliyi arasında Ukrayna savaşına münasibətdə onsuz da mövcud olan ciddi siyasi çatları daha da dərinləşdirir.

Buna paralel olaraq, Aralıq dənizində başlanan “Neptune Strike” təlimləri Rusiya ilə ehtimal olunan münaqişə ssenarisinə əsaslanır. ABŞ, Böyük Britaniya, Türkiyə və digər NATO ölkələrinin iştirakı ilə keçirilən manevrlər Rusiyaya psixoloji təzyiqlə yanaşı, NATO-nun savaş potensialını göstərmək, Avropaya bu hərbi-siyasi alyansın regional təhlükəsizlikdə iştirakının önəmini qabartmaq məqsədi güdür. Və bu təlimlərin məhz Ukraynanın Rusiyaya güzəştlərə məcbur edildiyi bir vaxtda keçirilməsi yeni "Tramp planı"na qarşı müqavimət prosesində hərbi təzyiq faktorunu daha da gücləndirir.

Bütün bunlara baxmayaraq, ABŞ generallarının Moskvaya səfəri həm Ukrayna, həm də Avropa ölkələri üçün ciddi seytnot vəziyyəti yaradır. Çünki bəzi məlumatlara görə, həmin səfər çərçivəsində "sülh planı"nın texniki tərəflərinin müzakirə ediləcəyi gözlənilir. Bu, əslində, olduqca önəmli dönüş nöqtəsidir. Belə ki, ABŞ və Rusiya ortaq planın reallaşdırılmasında israrlı davranır. Ukrayna isə bu prosesdən böyük ölçüdə kənarda saxlanılır. Rəsmi Kiyev "ABŞ-Rusiya masası"nın açıldığı bir situasiyada Ukraynanın manevr imkanlarının daralmasından ciddi şəkildə narahatdır.

Belə anlaşılır ki, ABŞ və Rusiya ortaq şəkildə Ukraynaya "tarixi seçim" diktə etməyə çalışır. Ukraynanın qarşısındakı bu seçim həm ölkənin suverenliyi, həm də kollektiv Qərbin vahid mövqeyi baxımdan, həlledici ola bilər. Qərb siyasi analitikləri hesab edirlər ki, qarşıdakı bir neçə həftə 2022-ci ildən üzü bəri ən kritik dövr olacaq. Ukrayna savaşının inkişaf istiqamətləri, Avropa qitəsinin təhlükəsizliyi və Qərb-Rusiya münasibətlərinin gələcək məzmunu məhz bu mərhələdə veriləcək qərarlardan asılı olacaq.

Nəhayət, ən maraqlı məqamlardan biri də odur ki, Qərbdə yeni "Tramp planı"nın məhz Kremldə yazıldığı, Ağ Evin isə sadəcə, müəllifliyi öz üzərinə götürdüyü ilə bağlı müəyyən qənaətlər yaranmağa başlayıb. Bununla bağlı əsasən iki ehtimal irəli sürülür. Qərb siyasi analitikləri hesab edirlər ki, Tramp administrasiyası Ukraynanı Rusiyaya təhvil verəcək, Avropanı isə böyük hərbi təhlükə qarşısında buraxacaq bir planı qəbul etməyin əvəzində Kremldən çox sərfəli güzəştlər qopartmış olmalıdır.Müsavat

Əgər, bu ehtimal doğru deyilsə, onda Kremlin əlində ABŞ prezidenti Donald Trampa qarşı Ağ Evə təsir göstərəcək məzmunda ifşaedici materialların ola biləcəyindən şübhələnmək lazımdır. Çünki əks halda, Tramp administrasiyasının Rusiyaya dağıdıcı sanksiyalar tətbiq etməyə hazırlaşdığı bir mərhələdə Ağ Evin belə kəskin dönüş edərək, Kremlin müttəfiqi kimi davranmasını hər hansı arqumentlə izah etmək çox çətindir.

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

16-11-2024, 14:42

Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ

Gündəm / Siyasət

9-08-2025, 09:46

İlham Əliyev, Donald Tramp, Nikol Paşinyan Birgə Bəyannaməni imzalayıb - YENİLƏNİB, TAM MƏTN

Gündəm / Siyasət

23-11-2024, 15:22

Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR

Gündəm / Siyasət

21-02-2025, 19:01

Rusiya-Ukrayna savaşını üstələyən ABŞ-Avropa qarşıdurması - “Kollektiv Qərb” anlayışı süqut edir - ŞƏRH

Gündəm / Siyasət

11-09-2025, 16:28

11 sentyabr terroru ərəfəsində ABŞ-də qətl – bu dəfə Venesuela hədəf ola bilər - ŞƏRH

Dünya

21-11-2025, 09:30

ABŞ-ın Ukraynanı Rusiyaya təhvil verəcək gizli planı: Ağ Evdən Kiyevə “sülh istəyirsənsə, rusca danış” mesajı göndərildi

Gündəm / Araşdırma

18-08-2023, 21:19

Üç naziri yola salan səhiyyə sistemimizin dəyişilməyən təchizatçısı – “ARAŞ”-ın qüdrətinin sirri – “ARAŞ”-ın qüdrətinin sirri

Gündəm / Dünya

18-05-2024, 14:08

Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq?

Gündəm / Dünya

22-12-2023, 14:49

Kreml qorxur və qorxudur: - “Rusiya dağılacaq”

Gündəm / Siyasət

12-10-2023, 21:08

Bişkekdə İlham Əliyevin Vladimir Putin ilə görüşü olub -YENİLƏNİB + FOTO/VİDEO

Gündəm / Cəmiyyət

22-03-2024, 13:33

Qüdsi Osmanovla bağlı ŞOK İTTİHAMLAR... - Əgər bu faktlar araşdırılarsa...

Gündəm / Cəmiyyət

20-05-2025, 15:20

“Avropa Beynəlxalq hospitalı”nda Sevinc Babayeva əməliyyat üçün 1100 manat aldı -“Kəpəz”də Seymur Musayev 2500 manat tələb etdi-Xəstə daxili qanaxmadan vəfat etdi?

Gündəm / Siyasət

18-04-2024, 16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

Gündəm / Cəmiyyət

6-03-2024, 13:08

SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri +FOTO

Gündəm / Siyasət

12-02-2025, 17:13

Prezidentin Çin mediasına müsahibəsi – dünyaya sülh, əməkdaşlıq çağırışları - ŞƏRH

Araşdırma
İlahə Həmidovanın və Mətanət Hüseynovanın əməlləri araşdırılsın
Gəncədə səkini zəbt edib otel tikən sahibkar kimdir?
Ramiz Mehdiyevin cinayət işində yeni DETALLAR
“AZMA GROUP”un rəhbəri ölkədən nə qədər valyuta çıxarıb?
318 milyon insan aclıqla üzləşəcək - PROQNOZ
QOBUPARK-2 SAKİNLƏRİNƏ CƏHƏNNƏM ƏZABI YAŞADAN KİMLƏRDİR VƏ SƏBƏBİ NƏDİR?
Hadisə
Bugün, 11:00
Bakıda şadlıq sarayında meyit tapıldı
Bugün, 10:00
“Yeni salınan yola görə binaya yeraltı qaz sızıb” - Plaza sahibi
Bugün, 09:00
Bakıda güclü partlayışda 5 nəfər YARALANIB
22-11-2025, 14:30
Bakıda soyğunçuluq edən şəxs saxlanıldı
22-11-2025, 13:30
Ali Məclisin sabiq millət vəkili vəfat etdi - FOTO
22-11-2025, 13:00
Həmin restoran İDDİALARA CAVAB verdi: "Hər şey aydın olacaq"
Son xəbərlər
  • Bugün, 14:30
    Temperatur enir - Sabahın havası
  • Bugün, 14:00
    Türk dünyası özünün yüksəliş dövrünü yaşayır - Prezident
  • Bugün, 13:30
    Bakıda TDT-yə üzv ölkələrin QHT-lərinin həmrəylik forumu keçirilir
  • Bugün, 13:00
    Ekspert: "Azərbaycanda istehsal olunan pomidorun yalnız 10-15 faizi emala yönəldilir"
  • Bugün, 12:30
    ABŞ-da ağır xəstəliyin yayılması nəticəsində 31 uşaq xəstəxanaya yerləşdirilib
  • Bugün, 12:00
    Həccə getmək istəyənlərin nəzərinə: Qeydiyyat tez başa çatacaq
  • Bugün, 11:30
    "Sülh planı"nın Kremldə yazılıb, Ağ Evdə imzalandığı iddia olunur: Trampın Putin qarşısında tam geri çəkilməsinin sirri açılır
  • Bugün, 11:00
    GDU ilə bağlı ilginc iddialar: Deputatın da adı hallanır... - İTTİHAM VAR...
  • Bugün, 11:00
    Bakıda şadlıq sarayında meyit tapıldı
  • Bugün, 10:30
    Sosial şəbəkəldə cəmiyyətə hörmətsizlik edənlər həbs olunacaq - YENİ QANUN
  • Bugün, 10:00
    “Yeni salınan yola görə binaya yeraltı qaz sızıb” - Plaza sahibi
  • Bugün, 09:30
    Akif Nağı müğənni Samirə Əfəndini SÖYDÜ
  • Bugün, 09:00
    Bakıda güclü partlayışda 5 nəfər YARALANIB
  • 22-11-2025, 15:00
    Prezidentdən Vahid Əzizlə bağlı SƏRƏNCAM
  • 22-11-2025, 14:30
    Bakıda soyğunçuluq edən şəxs saxlanıldı
  • 22-11-2025, 14:00
    Ramiz Mehdiyevin səhhəti pisləşdi – Ev dustaqlığında gərgin gecə
  • 22-11-2025, 13:30
    Ali Məclisin sabiq millət vəkili vəfat etdi - FOTO
  • 22-11-2025, 13:00
    Həmin restoran İDDİALARA CAVAB verdi: "Hər şey aydın olacaq"
  • 22-11-2025, 12:30
    Çingiz xəstəxanalıq oldu
  • 22-11-2025, 12:00
    “Arada hirslənmək lazımdır”- Qurban Qurbanov
  • 22-11-2025, 11:30
    Rusiyada miqrantlarla bağlı sərt qərar- cəmi 19 faiz...
  • 22-11-2025, 11:00
    Ən çox işsiz paytaxtdadır - Bakını “ən”lərdən necə xilas etmək olar?
  • 22-11-2025, 10:30
    Dərsə gedən min uşaq – məktəb yollarında deyil
  • 22-11-2025, 10:00
    Yanğında ölən Könül Hümbətovanın qızının vəziyyəti AÇIQLANDI
  • 22-11-2025, 09:30
    Faciəli şəkildə ölən ofisiantın cənazəsini "bəy maşını"nda daşıdılar - FOTO
  • 22-11-2025, 09:00
    Yasamaldakı yanğında, üç nəfər ölüb - YENİLƏNİB
  • 21-11-2025, 18:00
    Leyla Əliyeva və Alena Əliyeva film festivalında - FOTO
  • 21-11-2025, 17:30
    Azərbaycanda dəniz geri çəkildi, meşə zolağı ortaya çıxdı - FOTO
  • 21-11-2025, 17:00
    Azərbaycanlı müğənni 2 milyon manat ziyana düşdü
  • 21-11-2025, 16:30
    Bu müəllimlərin NƏZƏRİNƏ - Vergi verməlisiniz
  • 21-11-2025, 16:00
    62 yaşında universitet məzunu oldu
  • 21-11-2025, 15:30
    16 yaşdan narkotikə qurşanan qız
  • 21-11-2025, 15:00
    Deputatlar növbəti ilin büdcəsini birinci oxunuşda təsdiqlədi
  • 21-11-2025, 14:30
    Bakı sabitliyin təminatçısı mərkəzi olur
  • 21-11-2025, 14:00
    “Unibank”dan şikayət- Müştərinin hesabından pulu vermirlər
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Minatv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə