• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Ekspert: "Azərbaycanda istehsal olunan pomidorun yalnız 10-15 faizi emala yönəldilir"

İqtisadiyyat

Bugün, 13:00

Ekspert: "Azərbaycanda istehsal olunan pomidorun yalnız 10-15 faizi emala yönəldilir"

Azərbaycanın kənd təsərrüfatında pomidor artıq uzun illərdir həm istehsal, həm də ixrac üzrə lider mövqeyini qoruyur. Ölkədə pomidor istehsalı kifayət qədər yüksəkdir və bu sahə ildən-ilə genişlənərək iqtisadiyyatın mühüm istiqamətlərindən birinə çevrilir. Təzə pomidor ixracının qeyri-neft sektorunda uzun müddətdir ilk yerlərdə olması, həm həcmin, həm də bazar payının artması bu potensialı daha da gücləndirir. Lakin mövcud göstəricilər əsasən xammal - yəni təzə pomidor satışına aiddir. Bu isə çox vacib bir sualı gündəmə gətirir. Bəs pomidorun emalı və emal məhsullarının istehsalı hansı səviyyədədir? Ölkəmizdə pomidor emalının potensialı nə qədərdir?

MİNA tv.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Ekspert: Azərbaycanda istehsal olunan pomidorun yalnız 10-15 faizi emala yönəldilir

"Sənaye emalı ümumi istehsalın kiçik hissəsini tutur"

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirlinin sözlərinə görə, pomidor emalı ümumi məhsulun çox cüzi hissəsini təşkil edir: "Azərbaycanda pomidor istehsalı və ixracı sürətlə artır. Amma pomidorun emalı - konserv, tomat pastası, ketçup və s. hələ xammal istehsalına nisbətən məhduddur. Azərbaycanda sənaye emalı xammal istehsalına nisbətən kiçik pay təşkil edir. Son illərin beynəlxalq təhlilləri göstərir ki, emal olunan hissə əvvəlki illərdə istehsalın 3 faizi səviyyələrində olub. Bu o deməkdir ki, əsas kütlə təzə pomidor kimi satılır, sənaye emalı isə hələ ümumi istehsalın kiçik hissəsini tutur".

A.Nəsirli mağazalarda qarşımıza çıxan yerli məhsullardan da bəhs etdi: "Azərbaycanda həm tomat pastası, həm də ketçup mağaza şəbəkələrində satılır. Yəni bu məhsullar daxildə hazırlanır. Mağazalarda yerli və idxal ketçuplarının qarışığını da görmək olar".

Ekspert: Azərbaycanda istehsal olunan pomidorun yalnız 10-15 faizi emala yönəldilir

"Yerli pomidordan hazırlanan məhsullarla bazarın bir hissəsini təmin edirik"

İqtisadçının fikrincə, pomidor məhsulları içində tomat pastası daha çox istehsal olunur: "Dünya praktikası və regional təcrübəyə görə tomat pastası böyük miqyasda ixrac və sənaye tədarükü baxımından əksər hallarda daha gəlirli olur. Ketçup-sous isə əlavə emal xərcinə, fermentlərə, əlavələrə və brend-marketinqə bağlıdır, amma daha çox istehsal-marketinq investisiyası tələb edir. Azərbaycanda pastanın kütləvi emalı üzrə beynəlxalq rəqabətə çıxacaq böyük sənaye həcmi məhduddur. Buna görə gəlirlilik konkret şirkətdən-şirkətə fərqlənir".

A.Nəsirli bildirib ki, sırf statistikada bu məhsullarla bağlı heç bir məlumat qeyd olunmur. Buna da səbəb rəqəmlərin azlığıdır: "Emal olunmuş məhsulların tam daxili tələbatı ödəməsi və yerli istehsal payı kateqoriyadan-kateqoriyaya dəyişir. Yerli pomidordan hazırlanan məhsullarla bazarın bir hissəsini təmin edirik. Çox kiçik səviyyədə ixrac da edirik. Amma kütləvi ixrac mövcud deyil. Pomidor məhsulları ilə bağlı ümumi statistika da göstərilmir. Bu da onların bazarda çox kiçik həcmdə olduğundan xəbər verir. Pomidor istehsalının təxminən üç faizi emal edilir. O da yerli tələbatın bir hissəsini ödəyir. Qalan hissəsi isə idxal olunur".

Ekspert: Azərbaycanda istehsal olunan pomidorun yalnız 10-15 faizi emala yönəldilir

"Emalın artırılması üçün imkanlar mövcuddur"

İqtisadçı Cəfər İbrahimli düşünür ki, emal müəssisələrinin olması istehsal olunan məhsulun itkiyə getməməsi üçün çox vacibdir: "İstehsal olunan pomidorun bir hissəsi emala yönəldilir. Emala yönəldilən istehsal olunan məhsulun 10-15 faizi həcmindədir. Pomidorun emal olunmasının üstün cəhətləri mövcuddur. Çünki pomidor bir müddət qaldıqdan sonra xarab olur. İstehlak olunmayan hissədə itkinin qarşısının alınması üçün konserv zavodları böyük rol oynayırlar. Zavodlar olmasaydı pomidorun 20-30 faizi itkiyə gedərdi".

C.İbrahimlinin sözlərinə görə, emal müəssisələrinin tam güclə işləməsi üçün bütün imkanlar mövcuddur: "Hazırda Azərbaycanda bu sahə üzrə konserv zavodları mövcuddur. Regionlarda kifayət qədər konserv zavodları var. Bu zavodlar pomidorun emalında istifadə olunur. Bu zavodlar həm özləri pomidor yetişdirir, həm də fermerlərdən pomidor satın alaraq emalı təmin edirlər. Emalın artırılması üçün ölkəmizdə kifayət qədər imkanlar mövcuddur. İstehsal artdıqca emal da artacaq".

"Emal məhsullarının ixracı çox cüzi səviyyədədir"

İqtisadçı deyir ki, emal olunan məhsulun çox cüzi hissəsi ixraca yönəldilir: "Yerli pomidorlardan hazırlanan məhsulların bir hissəsi daxili bazara çıxarılır. O səbəbdən pomidorun emalı, konservləşdirilməsi ilə bağlı ölkəmizdə heç bir problem mövcud deyil. Hətta öz daxili bazarımız təmin olunduqdan sonra emal olunan məhsullar ixrac üçün də ayrılır. Bir hissəsi isə ixraca yönəldilir. Lakin emal məhsullarının ixracı çox cüzi səviyyədədir".

Ekspert: Azərbaycanda istehsal olunan pomidorun yalnız 10-15 faizi emala yönəldilir

Məlumat üçün bildirək ki, Azərbaycanda pomidor istehsalı yüksək səviyyədədir və bu xammalın emalı ölkənin əsas konserv zavodlarında həyata keçirilir. Onlardan biri Xaçmaz rayonunda fəaliyyət göstərən Qafqaz Konserv Zavodudur. Zavod pomidor emalı sahəsində aparıcıdır. Məhsullar tənəkə, şüşə, aseptik torba, karton və plastik qablaşdırmalarda təqdim olunur. Zavodun pomidor emalı üzrə faktiki istehsal həcmi barədə dəqiq məlumat yoxdur. Biləsuvar Konserv Zavodu da pomidor məhsulları istehsal edir. Zavod pomidor emalı üzrə regionun əsas müəssisələrindən biridir. Lənkəran Konserv Zavodu da bu sahədə fəaliyyət göstərərək pomidor məhsulları istehsalını həyata keçirir. Bu zavodlarda müxtəlif markalara aid tomat pastası, soyulmuş pomidor, pomidor turşusu və digər tərkibində pomidor olan konservləşdirilmiş məhsullar istehsal olunur.

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm / Araşdırma

20-09-2023, 09:42

Naxçıvanın dövlət proqramında çatışmayan “Baden-Baden” nümunəsi - ARAŞDIRMA

Siyasət / Araşdırma

21-10-2023, 15:53

Ruslar Azərbaycan bazarına NECƏ NÜFUZ EDİR... - ARAŞDIRMA

Gündəm / Siyasət

28-10-2025, 13:07

İmişlidə “Promalt” MMC-nin arpa emalı müəssisəsi istifadəyə verilib

Gündəm / Araşdırma / Cəmiyyət

13-02-2024, 16:38

"Niyə bizim kəndli su axtarışında olmalıdır?" - HƏQİQƏTƏN DƏ...

Gündəm / Cəmiyyət

20-06-2025, 14:27

Meşə Təsərrüfatında Qanunsuzluq: Kimlər Məsuliyyətdən Qaçır?

Gündəm / Cəmiyyət

29-05-2024, 10:48

Emil Alxaslını kim və niyə qoruyur? - “SOCAR Downstream Management” şirkətinin etdiyi özbaşınalıqlara “dur” deyən olacaq?

Gündəm / Cəmiyyət

8-10-2024, 09:29

Baba Rzayevin TÖHMƏTinin SENSASİON DETALLARI – Sən demə...

Gündəm / Cəmiyyət

24-09-2024, 09:27

Məcnun olub çöllərə düşmək lazım deyil... fermerləri dinlə... YETƏR! - NAZİRİN NƏZƏRİNƏ...

Gündəm / Cəmiyyət

24-09-2024, 09:27

Məcnun olub çöllərə düşmək lazım deyil... fermerləri dinlə... YETƏR! - NAZİRİN NƏZƏRİNƏ...

Gündəm / Siyasət

15-08-2023, 14:44

İlham Əliyev “Diamed” dərman istehsalı zavodunun açılışında - FOTOLAR

Gündəm / Araşdırma

23-01-2024, 18:05

«Turbo.az», «Tap.az» və «Bina.az»ın sahibi 1 MİLYARD DOLLAR ƏLDƏ EDİB - TƏFƏRRÜAT

Gündəm / Hadisə

12-06-2024, 11:17

Emil Alxaslı MÜƏMMASI... DAVAM EDİR...

Gündəm / Siyasət

15-10-2024, 15:02

Prezident İlham Əliyev - Azərbaycanın müstəqilliyinin və dinamik inkişafının qarantı olan qətiyyətli, müdrik Lider

Gündəm / Siyasət

26-04-2024, 11:21

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

Gündəm / Cəmiyyət

5-09-2023, 09:20

Göyçayda fermerləri milyonlarla manat ZİYANA SALAN KİMLƏRDİR? - Nazirliyin UMRUNDA DA DEYİL...

Araşdırma
İlahə Həmidovanın və Mətanət Hüseynovanın əməlləri araşdırılsın
Gəncədə səkini zəbt edib otel tikən sahibkar kimdir?
Ramiz Mehdiyevin cinayət işində yeni DETALLAR
“AZMA GROUP”un rəhbəri ölkədən nə qədər valyuta çıxarıb?
318 milyon insan aclıqla üzləşəcək - PROQNOZ
QOBUPARK-2 SAKİNLƏRİNƏ CƏHƏNNƏM ƏZABI YAŞADAN KİMLƏRDİR VƏ SƏBƏBİ NƏDİR?
Hadisə
Bugün, 11:00
Bakıda şadlıq sarayında meyit tapıldı
Bugün, 10:00
“Yeni salınan yola görə binaya yeraltı qaz sızıb” - Plaza sahibi
Bugün, 09:00
Bakıda güclü partlayışda 5 nəfər YARALANIB
22-11-2025, 14:30
Bakıda soyğunçuluq edən şəxs saxlanıldı
22-11-2025, 13:30
Ali Məclisin sabiq millət vəkili vəfat etdi - FOTO
22-11-2025, 13:00
Həmin restoran İDDİALARA CAVAB verdi: "Hər şey aydın olacaq"
Son xəbərlər
  • Bugün, 14:30
    Temperatur enir - Sabahın havası
  • Bugün, 14:00
    Türk dünyası özünün yüksəliş dövrünü yaşayır - Prezident
  • Bugün, 13:30
    Bakıda TDT-yə üzv ölkələrin QHT-lərinin həmrəylik forumu keçirilir
  • Bugün, 13:00
    Ekspert: "Azərbaycanda istehsal olunan pomidorun yalnız 10-15 faizi emala yönəldilir"
  • Bugün, 12:30
    ABŞ-da ağır xəstəliyin yayılması nəticəsində 31 uşaq xəstəxanaya yerləşdirilib
  • Bugün, 12:00
    Həccə getmək istəyənlərin nəzərinə: Qeydiyyat tez başa çatacaq
  • Bugün, 11:30
    "Sülh planı"nın Kremldə yazılıb, Ağ Evdə imzalandığı iddia olunur: Trampın Putin qarşısında tam geri çəkilməsinin sirri açılır
  • Bugün, 11:00
    GDU ilə bağlı ilginc iddialar: Deputatın da adı hallanır... - İTTİHAM VAR...
  • Bugün, 11:00
    Bakıda şadlıq sarayında meyit tapıldı
  • Bugün, 10:30
    Sosial şəbəkəldə cəmiyyətə hörmətsizlik edənlər həbs olunacaq - YENİ QANUN
  • Bugün, 10:00
    “Yeni salınan yola görə binaya yeraltı qaz sızıb” - Plaza sahibi
  • Bugün, 09:30
    Akif Nağı müğənni Samirə Əfəndini SÖYDÜ
  • Bugün, 09:00
    Bakıda güclü partlayışda 5 nəfər YARALANIB
  • 22-11-2025, 15:00
    Prezidentdən Vahid Əzizlə bağlı SƏRƏNCAM
  • 22-11-2025, 14:30
    Bakıda soyğunçuluq edən şəxs saxlanıldı
  • 22-11-2025, 14:00
    Ramiz Mehdiyevin səhhəti pisləşdi – Ev dustaqlığında gərgin gecə
  • 22-11-2025, 13:30
    Ali Məclisin sabiq millət vəkili vəfat etdi - FOTO
  • 22-11-2025, 13:00
    Həmin restoran İDDİALARA CAVAB verdi: "Hər şey aydın olacaq"
  • 22-11-2025, 12:30
    Çingiz xəstəxanalıq oldu
  • 22-11-2025, 12:00
    “Arada hirslənmək lazımdır”- Qurban Qurbanov
  • 22-11-2025, 11:30
    Rusiyada miqrantlarla bağlı sərt qərar- cəmi 19 faiz...
  • 22-11-2025, 11:00
    Ən çox işsiz paytaxtdadır - Bakını “ən”lərdən necə xilas etmək olar?
  • 22-11-2025, 10:30
    Dərsə gedən min uşaq – məktəb yollarında deyil
  • 22-11-2025, 10:00
    Yanğında ölən Könül Hümbətovanın qızının vəziyyəti AÇIQLANDI
  • 22-11-2025, 09:30
    Faciəli şəkildə ölən ofisiantın cənazəsini "bəy maşını"nda daşıdılar - FOTO
  • 22-11-2025, 09:00
    Yasamaldakı yanğında, üç nəfər ölüb - YENİLƏNİB
  • 21-11-2025, 18:00
    Leyla Əliyeva və Alena Əliyeva film festivalında - FOTO
  • 21-11-2025, 17:30
    Azərbaycanda dəniz geri çəkildi, meşə zolağı ortaya çıxdı - FOTO
  • 21-11-2025, 17:00
    Azərbaycanlı müğənni 2 milyon manat ziyana düşdü
  • 21-11-2025, 16:30
    Bu müəllimlərin NƏZƏRİNƏ - Vergi verməlisiniz
  • 21-11-2025, 16:00
    62 yaşında universitet məzunu oldu
  • 21-11-2025, 15:30
    16 yaşdan narkotikə qurşanan qız
  • 21-11-2025, 15:00
    Deputatlar növbəti ilin büdcəsini birinci oxunuşda təsdiqlədi
  • 21-11-2025, 14:30
    Bakı sabitliyin təminatçısı mərkəzi olur
  • 21-11-2025, 14:00
    “Unibank”dan şikayət- Müştərinin hesabından pulu vermirlər
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Minatv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə