"Biz, Gəncə Dövlət Universitetinin çoxsaylı əməkdaşları olaraq, illərdir ki, bu ali təhsil ocağında dərinləşən özbaşınalıqlar, qeyri-şəffaf idarəçilik, qohumbazlıq, layihə maxinasiyaları, imtahan saxtakarlıqları və universitetin nüfuzunu yerlə bir edən şəxsi maraq şəbəkəsi barədə səsimizi qaldırırıq. Ancaq nədənsə heç bir tədbir görülmür. Bu gün universitet elə bir vəziyyətə düşüb ki, artıq susmaq həm mənəvi cinayətdir, həm də universitetin gələcəyinə xəyanətdir..." "Bu barədə "DİA-AZ"a GDU müəllimləri adından göndərilən müraciətdə deyilir.
Müraciətdə daha sonra bildirilir: "Kollektivin sarsıdıcı narazılığı bir məsələ üzərində cəmləşir: Universitet rəhbərliyi faktiki olaraq öz iradəsini itirib, idarəçilik isə uzun müddətdir ki, qeyri-rəsmi şəkildə bir nəfərin - Vasif Həsənov adlı şəxsin əlinə keçib. Bu şəxs universitetdə özünə qruplaşma belə düzəltməyə nail olub. Rektoru isə əlində bir növ oyuncağa çevirib. Vasif Həsənov rektorun ən zəif nöqtələrini bildiyi üçün artıq bütün qərarları özü verir, rektor isə bunun qarşısında tam aciz qalıb. Gəncə Dövlət Universitetində kimin maaşı artırılacaq, kim hansı vəzifəyə gətiriləcək, hansı müəllim imtahanda sualları yoxlayacaq, hansı müəllim kənara atılacaq — hamısı Vasif Həsənovun diktəsi ilə həll olunur.
Bu şəxsin keçmişi, mənşəyi və etnik kimliyi ətrafında dolaşan qalmaqallar isə kollektivdə daha da böyük narazılıq və təlatüm yaradıb. Cəmiyyətin həssas olduğu məsələlərə toxunan belə məlumatların ortaya çıxması onsuz da mənəvi olaraq çökmüş mühiti daha da ağırlaşdırır. Akademik mühitdə baş verən problemlərin etnik mövzularla gündəmə gəlməsi qəbulolunmazdır və bu faktın özü belə universitet rəhbərliyinin nə dərəcədə məsuliyyətsiz şəkildə kadr seçdiyini göstərən acı nümunədir.
Vasif Həsənov isə erməni əsillidir, onun erməni əsilli olması universitet daxilində ciddi narahatlıq doğurur. Gəncəyə raket zərbələri zamanı dağıntılar altından çıxarılıb xəstəxanaya aparılan Karina Qriqoryan Vasif Həsənovun yaxın qohumudur.
Hətta bunula bağlı Gəncədə bir lətifə yaranmışdı. Deyirdilər ki, bu qadın bu soyadla Gəncədə bu qədər yaşaya bilməzdi. Yəqin ermənilər Gəncəyə raket atanda bu qadını elə raketə bağlayıb Gəncəyə atıblar. Vasif Həsənovun ermənilərlə olan qohumluğu və vaxtaşırı olaraq Fransada erməni dayıları ilə vaxtaşırı görüşməsi universitet daxilində idarəçilik və təhlükəsizlik baxımından potensial risk yaradır.
Araşdırmalar göstərir ki, Vasif Həsənovun qardaşı Asif Həsənov, bacısı və digər ailə üzvləri də universitetdə müxtəlif yüksək vəzifələrdə çalışır. Bu, açıq nepotizm nümunəsidir və akademik idarəçilikdə ciddi qüsurların olduğunu göstərir. Digər tərəfdən Vasif Həsənov bir vaxtlar öz müsahibəsində Məmməd Əmin Rəsulzadəni təhqir edən Gəncədən olan deputat Naqif Həmzəyevin qayınıdır.
Vasif Həsənovun qohumlarının universitetdə müxtəlif vəzifələrə yerləşdirilməsi artıq danılmaz bir sistemə çevrilib. Qardaşı, bacısı, digər yaxınları və ailə çevrəsi universitetin müxtəlif sahələrinə doldurulub. Hətta elə vəziyyət yaranıb ki, bir vaxtlar rektorun onun atasının dəfnində dediyi “kaş qızınızın əmri bir gün tez verilsəydi”, “yazıq kişi ölməmiş əmri görsəydi” cümlələri universitetdə gülüş doğuran lətifəyə çevrilib — çünki hər kəs yaxşı bilir ki, Gəncə Dövlət Universitetində təyinatların meyarı bacarıq və bilik yox, Vasif Həsənova yaxınlığıdır..."
ARDI VAR...