• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Ən çox işsiz paytaxtdadır - Bakını “ən”lərdən necə xilas etmək olar?

İqtisadiyyat

22-11-2025, 11:00

Ən çox işsiz paytaxtdadır - Bakını “ən”lərdən necə xilas etmək olar?

Azərbaycanda sosial, iqtisadi, mədəni həyat Bakı şəhərində cəmləşib desək, yəqin yalan olmayacaq. Ölkə iqtisadiyyatının 80 faizindən çoxunun yerləşdiyi, gəlirlərin 90 faizə yaxınını təmin edən paytaxt və onun yerləşdiyi Abşeron yarımadası hər sahədə öndədir.

Bu il oktyabrın 1-nə olan vəziyyətə əsasən, Azərbaycanda qeydiyyatda olan işsiz şəxslərin sayı 231 188 nəfər olub. Dövlət Statistika Komitəsinin hesabatına görə, paytaxtda ümumilikdə 39 236 nəfər işsiz kimi qeydiyyata alınıb.

İşsizlərin sayına görə Bakıdan sonra ikinci yerdə Qarabağ iqtisadi rayonu gəlir. Burada 24 510 nəfər işsiz kimi qeydiyyatdadır. Ən çox işsiz Ağdam (6 936 nəfər), Bərdə (6754) nəfər və Füzuli (3 422 nəfər) rayonlarında qeydə alınıb.

Növbəti yerdə Mərkəzi Aran iqtisadi rayonu (21 155), daha sonra Qazax-Tovuz iqtisadi rayonu qərarlaşır (19 678). Qazax-Tovuz iqtisadi rayonu üzrə ən çox işsiz şəxs Şəmkir (6 632 nəfər), Tovuz (4 271 nəfər) rayonlarında müşahidə edilib.

Ən az işsizlik səviyyəsi isə Dağlıq Şirvan iqtisadi rayonunda qeydə alınıb. Burada qeydiyyatda olan işsizlərin ümumi sayı cəmi 7 520 nəfər təşkil edir ki, bu da ölkədəki ən aşağı göstəricidir.

2025-ci il noyabr ayının 1-i vəziyyətinə isə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 237,9 min nəfər olub ki, onların da 51,2 faizini qadınlar təşkil edib.

Rəsmi statistikaya əsasən 2025-ci ilin doqquz ayı ərzində ölkədə 77,7 min yeni iş yeri açılıb. Bu dövrdə yeni iş yerlərinin 91,4 faizi qeyri-dövlət sektorunda yaradılıb. Yeni açılmış iş yerlərinin 75,9 faizi Bakı şəhərinin, 0,8 faizi Naxçıvan Muxtar Respublikasının, 23,3 faizi digər regionların, o cümlədən 7,2 faizi Abşeron-Xızı, 2,7 faizi Quba-Xaçmaz, 2,7 faizi Şəki-Zaqatala, 2,4 faizi Qarabağ, 1,9 faizi Gəncə-Daşkəsən, 1,5 faizi Şirvan-Salyan, 1,2 faizi Lənkəran-Astara, 0,9 faizi Şərqi Zəngəzur, 0,9 faizi Mərkəzi Aran, 0,8 faizi Qazax-Tovuz, 0,6 faizi Mil-Muğan və 0,5 faizi Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşüb.

Rəsmi statistika deyir ki, yeni açılmış iş yerlərinin 9,1 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 89,8 faizi mövcud müəssisə və təşkilatlarda, 0,4 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 0,7 faizi isə digər tədbirlər üzrə yaradılıb.

Bununla yanaşı, 2025-ci ilin doqquz ayı ərzində ölkədə 8,2 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 47,4 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 27,3 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 72,7 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.

Bakıda işsiz və yeni iş yerlərinin sayının digər regionlardan çox olmasının əsas səbəbi ölkə üzrə sahibkarlıq subyektlərinin də burada cəmləşməsidir. Rəsmi statistikaya əsasən, bu ilin yanvar-sentyabrında ölkədə fərdi sahibkarlar istisna olmaqla, 223 223 sahibkarlıq subyekti qeydiyyatda olub. Onların 148 932-si və yaxud 66,7 faizi Bakı şəhərində qeydiyyatda olub. Bu müddətdə ölkədə yaradılan 11 067 sahibkarlıq subyektinin 8 660-ü, yaxud 77 faizdən çoxu yenə Bakı şəhərində yaradılıb. Doqquz ayda Azərbaycanda ləğv olunan sahibkarlıq subyektlərinin sayı isə 549-a bərabər olub ki, bunun da 262-si, yaxud 47,7 faizi Bakının payıdır.

Abşeron-Xızı iqtisadi rayonunun göstəricilərini də əlavə etdikdə, ölkə üzrə sahibkarlıq subyektlərinin 70 faizdən çoxunun Bakıda yerləşdiyini görmək olar. Buna görə də işsizlərin Bakıda regionlardan daha çox olması təbiidir.

Azərbaycanda ən çox iş yeri ilə yanaşı, ən yüksək əmək haqqı, ən yüksək orta pensiya da Bakıdadır. Bakı şəhərində orta aylıq əmək haqqı 1400 manata yaxındır. Bu göstərici üzrə paytaxt yalnız Xankəndi şəhərinə uduzur - orada orta aylıq maaş 1500 manata yaxındır.

Bundan əlavə, rəsmi statistikaya əsasən bu il oktyabrın 1-i vəziyyətinə ölkə üzrə orta əmək pensiyası məbləği 540 manata bərabər olub. Bakı şəhərində bu göstərici 740 manat, ondan sonra gələn Naxçıvanda 506 manat təşkil edib. Qalan rayonlarda isə orta pensiya məbləği 410-460 manat aralığında dəyişib.

Ən çox iş yerinin, ən yüksək maaşların olması, sahibkarlıq subyektlərinin mühüm hissəsinin burada cəmləşməsi Bakı və Abşeronu banklar üçün regionlardan daha çox cəlb edir. Nəticədə bu iki region ölkə üzrə kreditlərin ən böyük payına malikdir. Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikaya əsasən bu il oktyabrın 1-nə Azərbaycan banklarının verdikləri 28,7 milyard manat kreditin 21,8 milyard manatı, yaxud 76 faizi təkcə Bakı şəhərinin payına düşür. Bura Xızı-Abşeron iqtisadi rayonuna verilən 1.2 milyard manatlıq krediti də əlavə etdikdə, daha yüksək göstərici əldə olunar.

Maraqlıdır ki, Bakıda kredit faizləri ölkə üzrə ən aşağıdır. Oktyabrın 1-nə ölkə üzrə orta kredit faizi 13,99 faizə bərabər olubsa, Bakıda bu, 12,63 faiz təşkil edib.

Bakının ölkənin sosial-iqtisadi həyatındakı rolunu müəyyən edən daha bir göstərici qoyulan investisiyaların paylanma vəziyyətidir. Yenə də rəsmi statistikanın verdiyi məlumata görə, bu ilin birinci yarısında əsas kapitala yönəldilmiş investisiyaların həcminə görə Bakı şəhəri mütləq liderliyini qoruyur. Paytaxta altı ay ərzində 4 milyard 73 milyon 780 min manat həcmində vəsait yönəldilib.

Bakıdan sonra siyahıda ən çox investisiya cəlb edən regionlar işğaldan azad edilmiş ərazilərdir. Bu, dövlətin həmin ərazilərdə apardığı irimiqyaslı bərpa və yenidənqurma işlərinin birbaşa nəticəsidir. İlk onluqda yer alan regionların əksəriyyəti məhz bu ərazilərdir:

* Kəlbəcər rayonu: 409 milyon 936 min manatla ikinci yerdədir.

* Laçın rayonu: 305 milyon 356 min manatla dördüncü yerdədir.

* Ağdam rayonu: 272 milyon 330 min manatla beşinci yerdədir.

* Zəngilan rayonu: 247 milyon 161 min manatla altıncı yerdədir.

* Şuşa rayonu: 229 milyon 52 min manatla yeddinci yerdədir.

* Cəbrayıl rayonu: 146 milyon 820 min manatla doqquzuncu yerdədir.

* Qubadlı rayonu: 108 milyon 160 min manatla on üçüncü yerdədir.

İnvestisiya həcmi 10-50 milyon manat arasında dəyişən rayonlar arasında Qəbələ (58 milyon 1 min), Lənkəran (38 milyon 780 min), Yevlax (36 milyon 294 min), Salyan (34 milyon 994 min) və Şəki (21 milyon 812 min) kimi şəhər və rayonlar var.

İnvestisiya həcmi 10 milyon manatdan aşağı olan rayonlar isə əsasən aqrar profilli və daha kiçik iqtisadiyyata malik ərazilərdir. Məsələn, Şəmkir (8 milyon 697 min), Masallı (7 milyon 865 min), Ağcabədi (6 milyon 388 min) və Qazax (4 milyon 286 min) bu qəbildəndir.

Siyahının sonunda yer alan Naftalan şəhəri (987 min), Qobustan rayonu (685 min) və Qax rayonu (567 min) isə 1 milyon manatdan daha az investisiya cəlb edə bilib (Fed.az).

Az qala bütün Azərbaycanın Bakının başına “fırlanması” uzun illərdir ki, ölkədə hər kəsi narahat edir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarına 200 milyard manatdan yuxarı vəsait sərf etdiyini deyən hökuməti də, müstəqil ekspertləri də, sıravi rayon camaatını da.

Dəfələrlə sınaqdan çıxarılmış dünya təcrübəsinə əsasən ifrat urbanizazasiyanın qarşısını almağın yeganə yolu regionları insanlar üçün cəlbedici hala gətirməkdir. Bunun üçünsə bölgələr üçün investisiya şərtlərini asanlaşdırmaq, vergi, gömrük rejimini yumşaltmaq lazımdır.

Azərbaycanda hələlik bu sahədə ciddi irəliləyişlərə nail olunmayıb. Torpaqlarımızın işğaldan azad olunmasından sonra başladılan bərpa prosesi Qarabağ və Şərqi Zəngəzurda iqtisadi aktivliyə səbəb olub. Bu bölgələrdə fəaliyyət göstərən sahibkarlıq subyektləri 10 il müddətində əksər vergilərdən azad edilib, onlara sosial ödənişlərdə güzəştlər tanınıb. Gələn ildən bu qayda Naxçıvanda da tətbiq olunacaq.

Ölkə üzrə isə gələn ildən ƏDV qeydiyyat öhdəliyi yaradan dövriyyə məbləği 200 min manatdan 400 min manata çatdırılır. Hesab olunur ki, bu addım nağdsız dövriyyəni stimullaşdırır və kiçik biznes üçün vergi yükünü azaldır.

Bundan əlavə, ƏDV qeydiyyatında olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət büdcəsinə ƏDV hesablanarkən onların nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizinin ƏDV tutulan ümumi dövriyyədən çıxılması, habelə sadələşdirilmiş verginin ödəyicisi olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən nağdsız dövriyyə üzrə vergi dərəcəsinin 8 faizdən 6 faizə endirilməsi də atılacaq addımlar siyahısındadır.

Eyni zamanda 2025-ci ildən etibarən dövlət-özəl tərəfdaşlıq layihələri çərçivəsində fəaliyyət göstərən özəl tərəfdaşlara və layihə şirkətlərinə gəlir, mənfəət, torpaq və əmlak vergiləri, həmçinin idxalda ƏDV və gömrük güzəştləri verilib. Gələn ildən isə layihənin üçüncü tərəfi hesab olunan dövlət-özəl tərəfdaşlığı müqaviləsi çərçivəsində özəl tərəfdaş və ya layihə şirkətinin tikinti işlərinə cəlb etdiyi podratçılara idxalda ƏDV və gömrük güzəştlərinin şamil edilməsi nəzərdə tutulur.

Bu addımların regionları nə qədər cəlbedici edəcəyini yaxın illərdə qiymətləndirmək mümkün olacaq.

Oxunub: 1 184
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Cəmiyyət

3-07-2025, 08:43

Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

Gündəm / Siyasət

10-05-2025, 13:01

İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

Gündəm / Cəmiyyət

7-02-2025, 12:04

Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa…

Gündəm / Araşdırma

17-01-2025, 18:51

Rektorlar arasında İNTRİQA QIZIŞIR...- ELÇİN BABAYEV UNEC-Ə REKTOR GƏLMƏK İSTƏYİR ?

Gündəm / Cəmiyyət

14-01-2025, 09:41

BAŞÇININ MÜAVİNİ ZƏBT ETDİYİ TORPAQ SAHƏSİNDƏ RESTORAN TİKİB, GÖL DÜZƏLDİB

Gündəm / Cəmiyyət

3-10-2024, 12:28

Dövlət Kənd Təsərrüfatı Muzeyinə BAKIDA YER TAPILMADI... - NARAZILIQ VAR...

Gündəm / Cəmiyyət

23-04-2024, 13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

Gündəm / Cəmiyyət

23-03-2024, 11:17

Şəhərsalma və Arxitektura Komitəsinin “Az Graft Construction” sevgisi: milyonlar tenderlə yeyilir

Gündəm / Cəmiyyət

11-01-2024, 14:52

Şəmkir Rayon İcra Hakimiyyətinin keçirdiyi TENDERLƏRLƏ BAĞLI ŞOK FAKTLAR... - BU NƏDİ BELƏ?!

Gündəm / Cəmiyyət

27-12-2023, 18:04

Ağdamda dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR

Gündəm / Araşdırma

26-10-2023, 07:25

Dizi yerə gələn Lənkəran: Məmurlar varlı, camaat yoxsul... - AXI NİYƏ?

Gündəm / Cəmiyyət

24-10-2023, 07:23

Niyazi Bayramovun BÖYÜK YEYİNTİSİ - Və yaxud dövlət büdcəsinin AÇIQ QARƏTİ

Gündəm / Araşdırma

19-07-2023, 18:13

SALEH MƏMMƏDOVALA MÜQAYİSƏDƏ ƏHƏB ABIYEV ƏMLAK SAYINA GÖRƏ "TOYA GETMƏLİDİR"

Gündəm / Cəmiyyət

21-06-2023, 18:49

Qurban bayramı günlərində heyvanların satışı və kəsim yerləri - SİYAHI

Gündəm / Siyasət

8-05-2023, 18:22

Prezident və xanımı Əhmədbəyli-Füzuli-Şuşa yolunda görülən işlərlə tanış olublar - FOTOLAR

Araşdırma
Təhməzlinin qardaşının şirkəti rəsmi yoxlamaya mane olublar? - “Hünər-İnşaat” ... VİDEO
Elgin Həbibullayev hardadır? - Rəsmi sayt belə yenilənmir...
Yağış bəhanəsi ilə QANUNSUZ TİKİNTİ... - BU NƏDİ BELƏ?
"Bona Dea" "Liv Hospital" şəbəkəsinə aid deyil?
İlhamə Abdullayeva üçün Xəlil Göyüşov vasitəsi ilə danişıqlar aparılır?
İsmayıllının icra başçısının müavini meşə ərazisini zəbt edib - FOTOLAR
Hadisə
5-04-2026, 13:30
Gəncədə 1 yaşlı uşaq xəstəxanada ölüb
31-03-2026, 15:22
26 yaşlı oğlan ahıl qadına təcavüz edib? - Cinayət işi açıldı
29-03-2026, 10:49
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
29-03-2026, 10:41
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb
24-03-2026, 18:00
Lənkəranda avtomobil aşıb, ər-arvad xəsarət alıb
24-03-2026, 14:00
İki dost arasında dava birinin ölümü ilə bitdi
Son xəbərlər
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Bu gün, 12:46
    Təhməzlinin qardaşının şirkəti rəsmi yoxlamaya mane olublar? - “Hünər-İnşaat” ... VİDEO
  • Bu gün, 12:08
    Elgin Həbibullayev hardadır? - Rəsmi sayt belə yenilənmir...
  • Bu gün, 11:41
    "Şinkar Holding"də böhran - Ələsgər Mehdiyevin külli miqdarda borcu var
  • Bu gün, 10:53
    “Ozon” aptekin sahibi qaydaları durmadan pozur - ƏDV çeki vermir – FOTOFAKT
  • Bu gün, 10:02
    İcra başçısının general oğlu 50 min manatlıq mebel alır
  • Bu gün, 09:25
    Rəssamlıq Akademiyasının tələbələr təqaüdlərini ala bilmirlər?
  • Bu gün, 09:01
    Yağış bəhanəsi ilə QANUNSUZ TİKİNTİ... - BU NƏDİ BELƏ?
  • Dünən, 19:08
    Rusiya XİN: İran və ABŞ arasında atəşkəs Livana da şamil edilməlidir
  • Dünən, 18:33
    Bu gün Fars körfəzi ölkələrinə hücum etməyiblər
  • Dünən, 18:00
    “Əllərimiz tətikdədir”
  • Dünən, 17:02
    Anar Pirməmmədov FHN-dəki vəzifəsinə qaytarıldı
  • Dünən, 15:51
    AAYDA-da hələ də Saleh Məmmədov AB-HAVASI HÖKM SÜRÜR... - İTTİHAM VAR...
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə