• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

“Azərlotereya” kasıb vətəndaşları aldadır…. - Qonşu Gürcüstandan nümunə götürmək lazımdır…

Araşdırma

13-05-2023, 11:40

“Azərlotereya” kasıb vətəndaşları aldadır…. - Qonşu Gürcüstandan nümunə götürmək lazımdır…

Bu gün səhər-səhər oxuduğum ilk xəbər qonşu Gürcüstanda qumar oyunlarının məhdudlaşdırılması və qumar oyunları ilə bağlı qanunun icrasına nəzarətin gücləndirilməsi oldu.
Belə ki, qüvvəyə minmiş qanuna görə, Gürcüstanda yaşı 25-dən az olan şəxslərin, habelə sosial təminatı az olan insanların, siyasətçilərin və dövlət qulluqçularının qumar oyunlarında iştirakı QADAĞAN olunur. Gördünüzmü, 25 yaşdan az olanlar...siyasətçilər...məmurlar...və sosial təminatı az olanlar... Görəsən, Azərbaycanda fəaliyyət göstərən “Azərlotereya” ASC niyə qonşu Gürcüstandan nəticə çıxartmır..?
Heç kimə sirr deyil ki, lotereya da qumarın guya mədəni formasıdır. Hər gün işə gəlib-gedərkən metro çıxışlarında, avtobus dayanacaqlarında, marketlərin qarşısında gördüyüm mənzərə adamı dəhşətə gətirir. İnsanlar “Azərlotereya”nın “Poz, qazan” lotereyalarına son ümid yeri kimi baxırlar. Hamısı da kasıb təbəqənin nümayəndələri. Belə lotereyaların satılması sosial problemlərin artdığı və işsizliyin hökm sürdüyü dövrə təsadüf etdiyi üçün daha çox insan auditoriyası yığmağa nail olub.
Bəli, vətəndaşa lotereya əvəzinə iş yeri təklif etmək, onu işsizlikdən qurtarmaq, yaşam təminatı vermək lazımdır. Yoxsa, onsuz da kasıbçılıqdan, işsizlikdən bezən insanı qumara cəlb etmək, onun sonuncu qəpiyini də əlindən almaq cinayətdir, insanlıqdan kənardır. Və getdikcə bu oyuna mübtəla olanların sayı günü-gündən artır. Bu oyunla bağlı dövlət sərt tədbirlər görməlidir. İndi gəlin görək, İqtisadiyyat Nazirliyi yanında fəaliyyət göstərən “Azərlotereya” MMC kimlərə məxsusdur.
Qısa məlumat üçün qeyd edək ki, vaxtilə ölkəmizdə 20-dən artıq lotereya şirkəti fəaliyyət göstərib. Bunun qarşısını almaq, VƏTƏNDAŞLARIN hüquqları və qanunu mənafelərinin qorunmasını ardıcıl təmin etmək, lotereyanın keçirilməsindən DÖVLƏT BÜDCƏSİNƏ daxil olmaların artırılmasına və lotereya fəaliyyəti sahəsində dövlət nəzarətini daha da gücləndirmək məqsədi ilə 2001-ci ildə ASC yaradılıb. Lotereyanın buraxılmasına, təşkilinə və keçirilməsinə dövlət nəzarətini isə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi həyata keçirir. Amma təəssüf ki, ASC ümidləri doğrultmadı və yuxarıda qeyd etdiyimiz 20-dən artıq lotereya şirkəti kimi vətəndaşları aldatmağa başladı. Və nəhayət 2021-ci ildə “Azərlotereya” ASC-nin idarəedilməsi Türkiyəli qardaşlarımıza verildi. Belə ki, İqtisadiyyat Nazirliyinin təsisçisi olduğu “Azərlotereya” ASC-nin Türkiyənin dünyada nüfuzlu “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə müəssisəsi olan “YMT Sans B.V.” şirkətinə 10+5 illik müddətə idarəetməyə verildi. Təsəvvür edirsiniz 10 il və üstə gələk 5 il… Bu gün “Azərlotereya”nı idarə edənlər aşağıdakı şəxslərdir: İdarə Heyətinin sədri — Zafer Reisoğlu Maliyyə üzrə Baş rəhbər — Osman Karakuş Əməliyyatlar üzrə Baş rəhbər — Salih Tüfekçi Olsun, buna etiraz etmirik. Amma… Əmması odur ki, bütün dünyada zərərlə işləyən sahəni xarici investorlara verirlər ki, o sahəyə investisiya qoyub dirçəltsin. Axı, “Azərlotereya” gəlirlə işləyən sahədir, həm də görəsən, dövlət büdcəsinə nə qədər pul köçürür..? Sözün qısası, “Azərlotereya” ilə bağlı suallar çoxdur. Ekspertlər qeyd edir ki, “Azərlotereya” vətəndaşları aldadır. Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirdi ki, lotereyaların iki növü olur – ani və tirajlı: “Poz qazan” ani lotereyadır. Ani lotereyada uduş həmin anda müəyyən olunur və vətəndaş uduşunu yerindəcə ala bilir. Biz ani lotereyada insanları necə aldatdıqlarını müəyyən etmişik. Ani lotereya kuponları bir-birindən fərqlənməməlidir, hamısı identik olmalıdır. Lakin bu lotereya kuponlarının arxasında bir rəqəm var, o rəqəmlə onlar fərqlənirlər.
Həmin ani lotereyaların çapını sifariş edən fiziki və ya hüquqi şəxsə məlum olur ki, hansı nömrədə hansı rəqəmin üstü bağlanıb. Yəni uduşlu lotereya kuponları əvvəlcədən sifarişçiyə məlum olur, onları istəsə götürə, istəsə götürməyə bilər və s. Bu da istehlakçıların kütləvi surətdə aldanmasına gətirib çıxarır. İndi aydın oldumu, ASC hansı oyunlardan çıxır..? Yəni yüksək uduşlu kuponlar sifarişçiyə əvvəlcədən bəllidir. Ekspert onu da qeyd edir ki, lotereyanın oyun komissiyasında oturan şəxslərin heç bir hüququ yoxdur. Yəni onlar uduş fondunu, nə qədər lotereya bileti satılıb, nə qədəri qalıb, bunu müəyyən etmirlər, heç bir əsasnamə yoxdur. Bir sözlə, “Azərlotereya” ASC kasıb təbəqəni fəlakətə düçar edir. Yazıda müxtəlif saytların məlumatlarından istifadə olunmuşdur. Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq.


Oxunub: 8 436
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Cəmiyyət

13-05-2023, 12:48

Rentgen müayinəsinə gedərkən diqqətli olun! - Əhaliyə müraciət

Gündəm

13-05-2023, 11:57

Abdin Fərzəliyev “İctimai Şura” mafiyasını niyə himayə edir? - ARAŞDIRMA

Gündəm

13-05-2023, 11:53

Ərdoğanın qərarını ələ salan şəxsə "Azərlotoreya"da vəzifə verilibmiş - (FOTO)

Gündəm

13-05-2023, 11:41

Sumqayıtda fəaliyyət göstərən “Əli-94” ticarət mərkəzi dövlətdən milyonlarla vergini yayındırır... - Hiper marketlərin sahibi Vüqar Qələndərov vətəndaşlara vaxtı keçmiş qida, ərzaq məhsulları satır...

Gündəm / Cəmiyyət

10-05-2023, 15:25

"Azza" niyə məhsulları geri qaytarmır? - "Qanuna ziddir, cərimə gözləyir"

Cəmiyyət

8-05-2023, 13:04

`Azəriqaz`a imtahan verənlərin AQİBƏTİ NECƏ OLDU, CƏNABLAR? - BU NƏDİ BELƏ?

Gündəm

1-04-2023, 13:04

Mikayıl Cabbarovun “İslahatçı Qanadları”, yoxsa təməlinə haram qatılmış ” SOCAR Petroleum”?

Araşdırma

28-03-2023, 09:31

Azərlotoreya ölkəni qumarxanaya çevirib: Sirli Fərəcullayev kimdir?- Araşdırma

Siyasət

17-03-2023, 16:56

Mikayıl Cabbarov Ramiz Rzayevdən çəkinir: prezident siyasətinə qarşı çıxan gömrük məmuru kimdir?

Gündəm

26-03-2023, 13:11

10 saylı Yol İstismar MMC-nin direktoru Mübariz Paşayevin oğlunun “Tik-tok” MACƏRALARI – VİDEO

Video

13-03-2023, 13:10

Papanın gül balası: 10 saylı Yol İstismar MMC-nin direktoru Mübariz Paşayevin oğlunun “Tik-tok” MƏCARALARI - VİDEO

Araşdırma

6-05-2023, 16:17

“Azərlotereya”nın xalqa bəxş etdiyi xroniki azar - Zəfər Rəisoğlunun “Misli” cadusu!

Hadisə

6-05-2023, 00:45

DTX ermənilərin Azərbaycanda planlaşdırdığı təxribatı və onun iştirakçılarını ifşa etdi - VİDEO

Araşdırma
Rusiya hücumu nəticəsində 11 nəfər ölüb
Nazir Sabirabadda kombayn sürdü - Fotolar
Nizami rayonunda “Qlobal-99 MTK” sakinləri blokadada saxlayır?
Budaqova qarşı CƏBHƏ AÇANLAR kimlərdir?.. - İLGİNC İDDİALAR...
Məşhur iş adamı ilə vəkil arasındakı qalmaqal böyüyür: - "Heç bir vəkil mantiyası qanunsuzluğu gizlədə bilməz"
Dövlət büdcəsini DƏDƏ MALI ilə qarışdırır... - BUNUN BAŞQA ADI YOXDUR...
Hadisə
14-06-2026, 12:00
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı
14-06-2026, 11:00
Tovuzdakı qəzada həyatını itirən qazinin - Fotosu
10-06-2026, 18:29
Yeniyetməni şantaj etdi, intihara sövq etdi… – TUTULDU
2-06-2026, 18:00
Qayınata gəlinindəki kartı almaq üçün evə çağırıbmış…
2-06-2026, 15:30
Bakıda toyda DƏHŞƏT: - əmisi qızı ilə oynayıb qardaşını bıçaqladı
31-05-2026, 15:00
Bərdədə ağır yol qəzasında 10 nəfər yaralanıb
Son xəbərlər
  • 6-06-2026, 16:59
    USTADNAMƏ
  • 3-06-2026, 10:40
    Yaqub Məğrur: "Məğrurnamə" şeiri
  • 21-05-2026, 14:00
    BİLDİRİŞ
  • 20-05-2026, 13:50
    ALLAH RƏHMƏT ELƏSİN!
  • 13-05-2026, 17:54
    YAQUB MƏĞRUR "MİLLƏTİM"
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Bu gün, 08:56
    Tələbənin biliyi yox... CİBİ ÖNƏMLİDİR! - BAZAR AÇIBLAR...
  • Dünən, 18:00
    Bu gecə Peterburqu vurmağa hazırıq - NATO-dan AÇIQ TƏHDİD
  • Dünən, 17:30
    Rusiya hücumu nəticəsində 11 nəfər ölüb
  • Dünən, 17:00
    Ukrayna və Moldova Avropa Birliyinə üzv olur? - QƏRAR
  • Dünən, 16:00
    Azərbaycanda qadınlar üçün xüsusi istiqrazlar dövriyyəyə buraxılacaq
  • Dünən, 15:30
    Nazir Sabirabadda kombayn sürdü - Fotolar
  • Dünən, 15:00
    Trampdan İrana - Xəbərdarlıq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə