• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

ASAYİŞİ QORUMAQ BELƏMİ OLUR, CƏNABLAR!

Gündəm / Cəmiyyət

11-03-2025, 13:00

ASAYİŞİ QORUMAQ BELƏMİ OLUR, CƏNABLAR!

Faktlar dəlillərlə təsdiqləndiyi halda polis orqanları vətəndaşların tapdalanmış hüquqlarının bərpasına niyə biganə yanaşırlar?

Saytımıza daxil olan şikayət ərizələri araşdırılarkən, göstərilən faktlar dəlillərlə təsdiqləndiyi halda, hüquqi qiymət verilməsi məqsədilə tərəfimizdən aidiyyəti hüquq mühafizə orqanlarına ünvanlanır. Ancaq təəssüflər olsun ki, əksər hallarda polis orqanları şikayətçi talelərinə biganə yanaşır, vətəndaşları “mülki iş” adıyla məhkəmə orqanlarına yönləndirməklə başdansovdu cavablar verir və bununla da işlərini bitmiş hesab edirlər. Ona görə də belə məsələlərdən bir neçəsini ictimailəşdirmək qərarına gəldik.

13.12.2024-cü il tarixdə Qobupark Yaşayış Kompleksində məskunlaşmış şəhid övladı Salahov Elşad Əsgər oğlundan, Qarabağ Savaşı Qaziləri Qəhrəmanaov Müseyib Zəka oğlundan və Xudiyev Novruz Yaqub oğlundan saytımıza daxil olan ərizələrdə bildirilirdi ki, Lökbatan qəsəbəsinin girişində yerləşən “Xəyalservis” avtomobil təmiri müəssisəsində “dəmirçi-malyar ustası” işləyən Muradov Nahid Yadigar oğlu onların avtomobillərinin təmiri və rənglənməsi üçün hər birindən ayrı-ayrılıqda razılaşma əsasında müəyyən qədər - ümumilikdə 4370 (dörd min üç yüz yetmiş) manat məbləğdə nağd pul vəsaitlərini aldığına baxmayaraq, işi keyfiyyətsiz yerinə yetirmiş, üstəlik uşağının xəstələndiyini bəhanə gətirərək əlavə borc pul alıb daimi yaşayış yeri olan İmişli rayonunun Yalavac kəndinə getmiş, ancaq bir daha geri qayıtmayıb. Telefon zənglərimizə də cavab vermir.

Bu üç məcburi köçkünün etibarından sui-istifadə edərək 4370 manat pul vəsaitini mənimsəyən N.Muradovun əməlinə hüquqi qiymət verilməsi məqsədilə sözügedən ərizələri 17.12.2024-cü il tarixdə Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin rəisi cənab polkovnik Sabir Həsənova ünvanlamışdıq. Uzun müddət məktubumuza cavab verilmədiyinə görə sözügedən şöbə ilə əlaqə saxlayıb faktla əlaqədar aparılan işlə maraqlandıq. Məlum oldu ki, məsələnin araşdırılması təhqiqatçı əvəzinə sahə müvəkkili kapitan Seymur Musayevə həvalə edilib. Bir həftə sonra isə S.Musayev məzuniyyətə çıxdığına görə işi Qasım adlı sahə rəisinə ötürüb. Qasım da şikayətçilərin ifadələrini almaqla işini bitmiş hesab edib. Nəhayət Seymur məzuniyyətini başa vurub işə qayıdandan sonra, guya araşdırmanı yekunlaşdırıb rəisə təhvil verib. Rəis S.Həsənovun 05.01.2025-ci ildə imzaladığı, ancaq nədənsə təqribən iki ay sonra - 03.03.2025-ci il tarixdə saytımıza ünvanlandığı cavab məktubunda isə deyilir:

- ”...Müraciətinizlə bağlı polis şöbəsində müvafiq araşdırma aparılmışdır. Aparılan araşdırma zamanı müraciətinizdə qeyd olunan xüsusatların mülki xarakterli olduğu müəyyən edilmişdir. Mülki mübahisələrlə bağlı mülki iddia qaydasında aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etmək hüququnuz vardır. Odur ki, müraciətinizdə qeyd olunmuş xüsusatların mülki xarakterli olduğunu nəzərə alaraq, toplanmış materialın polis şöbəsinin dəftərxanasında işə alınması məqsədə müvafiq hesab edilir.”
Səhlənkarlığın dərəcəsinə baxın! Vətəndaşların taleyinə belə biganə yanaşmaq olarmı, cənab rəis?

16.12.2024-cü ildə isə Güzdək kənd sakini Heydərov Zahir Fərəməz oğlunun MİNA Tv.az saytına daxil olmuş şikayət ərizəsi əsasında apardığımız jurnalist araşdırması zamanı göstərilən faktlar təsdiqini tapdığına görə saytımızda “Mən heç kimdən qorxmuram!-deyən polis atası polis orqanlarını itxana adlandırır?” başlıqlı material dərc edilmişdi. Üstəlik zərər vuran şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi məqsədilə sözügedən şikayət ərizəsi və digər təsdiqləyici şahid ifadələri 27.12.2024-cü il tarixdə tərəfimizdən Daxili İşlər Naziri general-polkovnik cənab Vilayət Eyvazova göndərilmişdi. 13.01.2025-ci il tarixdə AR DİN Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini Emin Məmmədovun imzasilə aldığımız cavab məktubunda bildirilir ki, “...Zahir Heydərovun pulunun mişar daşı satılması ilə bağlı Səxavət Hüseynov və qeyriləri tərəfindən ələ keçirilməsi barədə şikayəti üzrə Abşeron RPİ-nin İstintaq Şöbəsində araşdırma aparılaraq əməldə cinayət tərkibi olmaması əsası ilə AR Cinayət Prosessual Məcəlləsinin 39.1.2. maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur... ...Müraciətiniz cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən qəbul edilmiş qərarın əsaslılığının yoxlanılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Abşeron rayon prokuroruna göndərilmişdir.”

Açığı, DİN-dən belə cavab gözləmirdik. Çünki Z.Heydərovun şikayət ərizəsində göstərilən faktlar dəlillərlə öz təsdiqini tapdığı və ona 3760 (üç min yeddi yüz altmış) manat borclu olan Hüseynov Səxavət polis orqanlarını saymazyana və təhqiranə şəkildə “itxana” adlandırdığı halda nazirlik səviyyəsində belə cavab verilməsi qəribədir, deyilmi?

P.S. Hər iki şikayət ərizəsində AR Cunayət Məcəlləsinin 178-ci maddəsinin tərkib hissəsində göstərilən əməllər törədildiyi halda, polis orqanları sözügedən şikayət ərizələrində göstərilən faktlara hansı əsasla biganə yanaşırlar? Məgər bilmirlərmi ki, hazırda məhkəmədə bir iddia qaldırmaq üçün vəkilə 500 (beş yüz) manat pul ödəmək, yuxarıda sözügedən məcburi köçkünlərin imkanları xaricindədir? Polis orqanlarının zərərçəkmişlərin şikayətlərinə biganə yanaşması dələduzlara dəstək olunması və zərərçəkmişlərin itirdikləri vəsaitləri geri qaytarmaq üçün nəticəsi mücərrəd olan uzun müddətli məhkəmə prosesindən vaz keçməklə qanunsuz zorakılığa təhdid edilməsi anlamına gəlmirmi? Axı vətəndaşların hüquqlarını tapdalamış dələduzlara qarşı zor tətbiq etmələrinin, dəfələrlə həbslə nəticələnməsi hallarının da şahidi olmuşuq.

Asayişi qorumaq beləmi olur, cənablar!
MİNA Tv.az-ın Araşdırma Bürosu
ASAYİŞİ QORUMAQ BELƏMİ OLUR, CƏNABLAR!
ASAYİŞİ QORUMAQ BELƏMİ OLUR, CƏNABLAR!

Oxunub: 5 772
Paylaş:
Digər xəbərlər

Araşdırma

20-12-2024, 17:11

MƏN HEÇ KİMDƏN QORXMURAM! – DEYƏN POLİS ATASI POLİS ORQANLARINI İTXANA ADLANDIRIR?

Araşdırma

17-12-2024, 14:08

NAHİDİN “XƏYAL”VARİ SƏRGÜZƏŞTLƏRİ VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN DƏRDLİ ŞƏRTLƏRİ

Cəmiyyət

3-12-2024, 12:19

QOBUPARKDA OĞLAN OVU, POLİSLƏRİN QOVHAQOVU

Gündəm / Araşdırma / Video

22-10-2024, 16:32

MUSİQİ MƏKTƏBİ, YOXSA İNTRİQA YUVASI

Gündəm / Araşdırma

8-10-2024, 14:28

Yasamalda yaşayış binaların yan-yörəsi qarış-qarış satılır - VİDEO

Gündəm / Cəmiyyət

4-10-2024, 18:58

Eldar Əzizov buna görə... ONU ÇOX DANLAYIB... - amma NƏ OLSUN Kİ...

Araşdırma

19-07-2024, 11:58

QARADAĞ RAYON SU-KANAL İDARƏSİNDƏ NƏLƏR BAŞ VERİR?

Gündəm / Araşdırma

12-07-2024, 14:32

“Rabitəbank” iş adamından və vəzifəli oğlundan nə istəyir? - TƏFƏRRÜAT

Gündəm / Cəmiyyət

8-07-2024, 15:10

XARİCİLƏRƏ CAN-BAŞLA XİDMƏT GÖSTƏRƏN QƏBƏLƏ RAYON RƏHBƏRLİYİ YERLİ ƏHALİNİN AĞIR DURUMUNA NİYƏ BİGANƏ YANAŞIRLAR?

Gündəm / Araşdırma

6-07-2024, 15:30

Masallıda sakinlər keçmiş meşə gözətçisi Rzayev Taleh Şahverdi oğlundan niyə narazılıq edirlər?

Gündəm / Araşdırma

15-05-2024, 13:20

Elşad Həsənov bu inadı ilə UZAĞA GEDƏ BİLMƏZ... - ÖZBAŞINALIQ DAVAM EDİR...

Gündəm / Araşdırma

13-05-2024, 19:12

Bakı şəhəri Xətai rayonu Polis İdarəsinin rəisi, polis polkovniki Vaqif Müslümov

Gündəm / Cəmiyyət

21-02-2024, 12:10

Şəhid övladı “Atəşgah sığorta”dan Prezidentə və Baş Prokurora şikayət etdi - MÜRACİƏT

Gündəm / Video

12-07-2023, 12:19

QOBUPARK MƏCBURİ KÖÇKÜNLƏRİ 194 SAYLI MARŞRUTUN XİDMƏTİNDƏN NARAZILIQ EDİRLƏR

Gündəm / Cəmiyyət

21-06-2023, 12:19

Gədəbəydə nə baş verir? - DİN-dən daha bir AÇIQLAMA

Araşdırma
QOBUPARK-2 SAKİNLƏRİNƏ CƏHƏNNƏM ƏZABI YAŞADAN KİMLƏRDİR VƏ SƏBƏBİ NƏDİR?
Yağışdan çıxıb selə düşənlərin fəryadını Xəzər rayon rəhbərləri niyə eşitmirlər?
MƏN HEÇ KİMDƏN QORXMURAM! – DEYƏN POLİS ATASI POLİS ORQANLARINI İTXANA ADLANDIRIR?
NAHİDİN “XƏYAL”VARİ SƏRGÜZƏŞTLƏRİ VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN DƏRDLİ ŞƏRTLƏRİ
FƏHLƏNİN ALIN TƏRİNDƏN SƏLTƏNƏT QURAN “ŞƏRUR MTK”
BAKSOL YAŞAYIŞ MASSİVİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN “Eco Ioft” MEBEL SEXİNDƏ NƏLƏR BAŞ VERDİYİ MƏLUM OLDU
Hadisə
2-09-2025, 11:13
Tovuzda 9 yaşlı uşağı maşın vurub öldürdü
9-08-2025, 14:42
Ələt-Astara yolunda maşın yanır - Hərəkət dayandı
2-08-2025, 16:08
Qazaxıstanda nazir müavini saxlanıldı
1-08-2025, 13:01
“Bakı” kinoteatrının qarşısında faciəvi hadisə
22-07-2025, 17:36
Mərdəkanda dənizdə batan var
18-07-2025, 17:57
Arvadını güllələməkdə ittiham edilən klinika rəhbəri haqda - Qərar
Son xəbərlər
  • 11-09-2025, 06:45
    Vaqif Əlisoyun təxribatçılara son sərt cavabı
  • 7-09-2025, 12:16
    HAMI ÖZ YURDUNA QAYIDACAQDIR!
  • 5-09-2025, 09:52
    Özünü jurnalist sayan , çəkdiyi və paylaşdığı vidiolarla , məcburi köçkünləri təhqir etdirən Səidə Bəkirqızına , ona dəm tutanlara bu vidio ilə deyirəm
  • 7-08-2025, 14:41
    QANLI SOVET İMPERİYASI YENİDƏN XORTLAYACAQ?
  • 18-07-2025, 13:26
    QOBUPARK-2 SAKİNLƏRİNƏ CƏHƏNNƏM ƏZABI YAŞADAN KİMLƏRDİR VƏ SƏBƏBİ NƏDİR?
  • 12-05-2025, 14:42
    İctimai Nəzarətin müstəqil fəaliyyət göstərməsinə məmurların əngəl törətməsinə imkan verilməməlidir.
  • 12-05-2025, 10:44
    Vicdanın nə olduğunu hələ də anlamayan və hətta qanmaq istəməyən səlahiyyət sahibləri çirkab sularını əhaliyə içirtməkdə davam edirlər.
  • 21-04-2025, 16:57
    Yağışdan çıxıb selə düşənlərin fəryadını Xəzər rayon rəhbərləri niyə eşitmirlər?
  • 3-04-2025, 15:18
    Həyatda ən ümdə arzum Böyük Azərbaycanı görməkdir
  • 15-03-2025, 11:49
    ARAZ MARKETDƏ BƏSLƏNƏN PİŞİKLƏRİN ARTIĞI İNSANLARA SATILIR
  • 11-03-2025, 13:00
    ASAYİŞİ QORUMAQ BELƏMİ OLUR, CƏNABLAR!
  • 20-12-2024, 17:11
    MƏN HEÇ KİMDƏN QORXMURAM! – DEYƏN POLİS ATASI POLİS ORQANLARINI İTXANA ADLANDIRIR?
  • 17-12-2024, 14:08
    NAHİDİN “XƏYAL”VARİ SƏRGÜZƏŞTLƏRİ VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN DƏRDLİ ŞƏRTLƏRİ
  • 12-07-2024, 12:23
    FƏHLƏNİN ALIN TƏRİNDƏN SƏLTƏNƏT QURAN “ŞƏRUR MTK”
  • 9-04-2024, 12:50
    BAKSOL YAŞAYIŞ MASSİVİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN “Eco Ioft” MEBEL SEXİNDƏ NƏLƏR BAŞ VERDİYİ MƏLUM OLDU
  • 5-04-2024, 12:57
    MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU
  • Bugün, 14:41
    Mərhum generalın əmlakları müsadirə edildi - Siyahı
  • Bugün, 13:51
    Xırdalan məktəbində foto alveri – Hər şagirddən 12 manat…
  • Bugün, 13:18
    Xırdalan sakinləri “Albus” MMC-nin şikayətçidirlər
  • Bugün, 12:46
    Prezident “Qarabağ”ı təbrik etdi
  • Bugün, 10:00
    ABŞ-də Çarli Kirkin qətlində təqsirləndirilən şəxs məhkəmə qarşısına çıxarılıb
  • Bugün, 09:30
    İcra başçısı Niyazi Bayramovun brend geyimi…
  • Bugün, 06:16
    "Qarabağ"dan Avropada TARİXİ QƏLƏBƏ
  • Dün, 18:38
    ABŞ Prezidenti: HƏMAS girovlardan canlı qalxan kimi istifadə edərsə, problemlərlə üzləşəcək
  • Dün, 18:13
    20 milyonluq mülk uğrunda savaş: Ramiz Mehdiyev və Fərhad Əhmədov üz-üzə
  • Dün, 17:45
     Orxan Mürsəlovun “PERİ CONSTRUCTİON” MMC-yə verdiyi yarım milyonun aqibəti necə olacaq - İLGİNC İDDİALAR
  • Dün, 16:30
    Düşmən dəyirmanına su tökən Səidə Bəkirqızı və səydəbaşlar təcili məsuliyyətə alınmasalar, hələ çox təxribatlar törədəcəklər.
  • Dün, 16:22
    Sahil Babayevə Sahil Babayevdən şikayət:ƏƏSMN-in 39 saylı vəkil bürosunun büdcədən maliyyələşməsi cinayətdir
  • Dün, 15:49
    MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -TƏFƏRRÜAT
  • Dün, 14:41
    Özünün xəbəri olmadan 4 ildiri işə götürülüb, maaşını başqası alır... -
  • Dün, 14:15
    Azərbaycan və BƏƏ prezidentləri Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər
  • Dün, 12:44
    “Nərimanov rayonunun gizlədilən problemləri: Elgin Həbibullayevin uğursuz idarəçiliyi”
  • Dün, 12:19
    Şirvanda korrupsiya yoxlaması - Həbslər ola bilər
  • Dün, 11:48
    Nərimanov Tibb Mərkəzinin rəhbəri Fazil Əhmədovun tender oyunu
  • Dün, 10:37
    Cəlilabadda ağacyeyənlər peyda olub?! -FOTOFAKT
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Minatv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə