
Qocalığın qarşısının alınması istiqamətində aparılan elmi araşdırmalar yeni mərhələyə qədəm qoyub.
MİNA tv.az xəbər verir ki, “Immorta Bio” şirkəti qocalma ilə mübarizə üçün nəzərdə tutulan tam yeni peyvənd – “SenoVax” üzrə patent müraciəti təqdim edib. Peyvəndin məqsədi immun sisteminə yaşlanmış və zədələnmiş hüceyrələri tanımağı və onları məhv etməyi “öyrətməkdir”.
Yaşlanan hüceyrələr – gizli təhlükə
Tədqiqatçılar bildirir ki, orqanizmdə yaşla yığılan bu zədələnmiş hüceyrələr:
müxtəlif xəstəliklərin yaranmasını sürətləndirir,
bərpa proseslərini zəiflədir,
xərçəng hüceyrələrinin çoxalmasına şərait yaradır.
Sınaqlar ümidvericidir
Heyvanlar üzərində aparılan ilkin təcrübələr göstərib ki:
terapiya qocalma prosesini ləngidir,
müxtəlif növ şişlərin ölçüsünü azaldır.
Bununla belə, alimlər nəticələrin hələ ilkin mərhələdə olduğunu vurğulayırlar.
İnsan sınaqları başlayır
Məlumata görə, SenoVax-ın insanlar üzərində ilk testləri hazırlanma mərhələsindədir. Birinci mərhələ ağır dərəcəli ağciyər xərçənginin müalicəsinə yönələcək. Preparatın təhlükəsiz olduğu təsdiqlənərsə, qocalıqla əlaqəli xəstəliklərə qarşı da geniş sınaqların başlanacağı gözlənilir.