Azərbaycan Texnologiya Universitetinin "İqtisadiyyat və İdarəetmə" fakültəsinin İqtisadiyyat kafedrasının müdiri professor Natiq Cavadov "Seçki Məntəqəsində" KAFE açdı...
Azərbaycan Texnologiya Universitetinin kafedra müdiri Natiq Cavadov, özünə məxsus hərəkətləri və danışığı ilə Universitetin professorlarından fərqlənir.
Onun haqqında Ağdam Dövlət İqtisadi-Kollecində direktor olduğu tarixlərə nəzər salsaq bu şəxsin çirkin əməlləri sosial şəbəkələrdə və müəllim kollektivi arasında müzakirə mövzusuna çevrilmişdir.
Kollecin maddi texniki bazasını darma-dağın edib, Tender elan edərək maliyyə pozuntusu etmişdir. Hətta yararsız maşınlara yanacaq ayıraraq kobud şəkildə Dövlət büdcəsinə ziyan vurmuşdur.
Dəftər-ləvazimatların alınması, təsərrüfat mallarının alınması, digər Kollecin təmir işlərinə Tender alaraq maliyyə əldə edib, bilərəkdən təkrar rüşvət əldə etmə, külli miqdarda ziyan vurma , vəzifə səlahiyyətlərini aşmaqda, vəzifə səlahiyyətlərindən-sui istifadə etməklə yanaşı plagiat dissertasiya alverində adı çəkilirdi.
Bu əməllər Natiq Cavadovun birinci işi deyil, həmçinin Plagiat professorun oğlu Ağdam Kollecində Təsərrüfat müdiri (Müavin) işlədiyi vaxtlarda atasının rüşvət əldə etməsini, Təsərrüfat işlərin də maliyyə pozuntusunu birlikdə təkrar rüşvət əldə etməkdə, külli miqdarda Dövlət əmlakının, rəsmləşməsində xidmətləri olmuşdur.
Hal-hazırda Zaqatala Dövlət Universitetində prorektor işləyən oğlunu, Texnologiya Universitetinin " qara kassası" Natiq Cavadov, öz işlədiyi Universitetə vəzifəyə gətirmək arzusundadır.
Texnologiya Universitetində kafedra iclası zamanı səsinin tonunu qaldıraraq qadın müəlliməsinə kobud rəftar etməyini, özündən razı hərəkətlərlə ləyaqərsiz davranışını, müəllim və professor adına kölgə salaraq ədəbsiz davranışları Təhsilimizə ləkədən başqa bir şey deyil.
Universitetin köhnə kafesini 60 min manat vəsait ayıraraq, tələbə kafesi kimi sentyabr ayında icarəyə verən professor Natiq Cavadov yenidən tikinti işlərinə start veribdir.
Acgöz professor Texnologiya Universitetinin təmirdən çıxmış kafesinin ikinci mərtəbəsinin təmir işlərini öz üzərinə götürübdür. Hal-hazırda təmiri aparılan kafenin yeri " Seçki Məntəqəsinə" məxsusdur.
Amma professor "Kafe" həvəskarı, pul hərisi olduğundan ona az fərq edir ki, bura "Seçki Məntəqəsidir".
Texnologiya Universitetinin kafe müdiri Natiq Cavadov Ali Attestasiya Komissiyasının üzvüdür, İqtisadiyyat dissertasiyalarını plagiat professor çox asan yolla Ali Attestasiya Komissiyasından keçirir.
"Qara Kutu" olan professor Ali Attestasiya Komissiyasında makler kimi tanınması, dissertasiyaların aqibətini həll etməkdə böyük rol oynayır. Belə ki, kim "Elmlər Namizədi və Doktoru"
olmaq istəyirsə mütləq gəlib Natiq Cavadovu görməlidir.
Professor çox ağıllı siyasət işlədir, özü kafedra müdiri keçdi, növbəti arzusu oğlunu Texnologiya Universitetinə vəzifəyə gətirməsidir.
Zaqatala Dövlət Universitetinin filialının prorektoru olan, dissertasiya işi Ali Attestasiya Komissiyasınsa baxılan qara kassa Cavadovun oğlu "Elmlər Doktoru" almaqda heç bir çətinliyi olmayacaq. Atası ki, AAK- nın makleridir.
Professorun Texnologiya Universitetində özünə məxsus iş rejimi var, həftənin tək günləri işləyir cüt günləri istirahət edir. İş qrafikini özü tarazlayan plagiat professor həftənin üç gününü işləyir, heç ona Universitetdə qaşın üstə qara var deyən yoxdur, öz - əli, öz - başıdır.
Professor Natiq Cavadov bu qədər vəsaiti hardan əldə edib ki, Texnologiya Universitetində iki mərtəbəli kafe açır. Bu sualın cavabı çox asandı. Ağdam Dövlət İqtisadi- Kollecində müdir olanda, tələbələri aylığa buraxırdı, müəllimlərdən pul alıb
İşlə təmin edirdi, laborant və texniki işçiləri işə pul qarşılığında götürürdü, Tender elan edib dövlət pulunu mənimsəmədə, təkrar rüşvət əldə edirdi, çirkli pulların yuyulmasını həyata keçirirdi və s.
Kafedranın əməkdaşının sözlərinə görə, kafedrada Natiq Cavadov iclas zamanı, səsinin tonunu qaldırması, kobud ifadələr işlətməsi, qadın müəlliməsinə qarşı təqqiramiz ifadələrin olması səs yazısı olduğu bildirilir.
Texnologiya Universitetinin kafedra müdiri Natiq Cavadov haqqında Dövlət qurumlarına sorğumuz olubdur. Hesab edirik ki, yazılanları Dövlət Təhlükəsizlik Xidməti, Baş Prokurorluq, Ali Attestasiya Komissiyası araşdıracaqdır...
Ardı var...
Müxbir Sabina Babanli
TEREF