• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

BU NƏDİ BELƏ: Kənd Təsərrüfatı Nazirliyində süni intellektə QADAĞA... - Prezidentin “gələcəkdir” dediyinə nazirlik “bizə gəlmə” deyir?

Cəmiyyət

Bugün, 10:56

BU NƏDİ BELƏ: Kənd Təsərrüfatı Nazirliyində süni intellektə QADAĞA... - Prezidentin “gələcəkdir” dediyinə nazirlik “bizə gəlmə” deyir?

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində (KTN) süni intellekt (AI) platformalarından istifadə daxili əmr əsasında qadağan edilib.

Yenicag.az-a daxil olan məlumata görə, aparat rəhbəri Azad Cəfərli tərəfindən imzalanan daxili əmrlə nazirliyin və bütün tabeli qurumların kompüterlərindən süni intellekt əsaslı servislərə çıxış texniki olaraq bloklanıb. Sənəddə bu addım “informasiya təhlükəsizliyi” və “məxfi məlumatların qorunması” ilə əsaslandırılıb. Hətta nazirliyin internetinə qoşulan mobil telefonlarda da süni intellekt istifadəsi məhdudlaşdırılıb.

Açığı, digər daha strateji nazirlik və qurumlarda belə qərarın olmaması, ən başlıcası Prezident İlham Əliyevin beynəlxalq səhnədə tam əks istiqamətdə danışması fonunda bu qərara necə gəldikləri sual doğurur. Çünki Prezident çıxışlarında süni intellekti “ölkələrin gələcək inkişafının ayrılmaz hissəsi” adlandırır, Azərbaycanın da bu yarışda geridə qalmamalı olduğunu vurğulayır. Yəni yuxarıdan verilən siyasi mesaj aydındır: süni intellektə açılmaq, ona sərmayə yatırmaq, idarəetməyə və iqtisadiyyata inteqrasiya etmək lazımdır.

Bir tərəfdə Prezident ABŞ-dakı görüşləri başda olmaqla beynəlxalq tədbirlərdə süni intellekt barədə danışır, “gələcək budur” deyir, digər tərəfdə isə Prezident Administrasiyasından bir neçə kilometr aralıda yerləşən bir nazirlik öz kiçik bürokratik dünyasında həmin gələcəyə “gəlmə” deyib qapı bağlayır. Bu, təkcə texniki qərar deyil, siyasi xəttə açıq-aşkar daban-dabana zidd olan davranışdır.

Sanki ölkə iki paralel reallıqda yaşayır: Bir reallıqda Azərbaycan innovasiya ölkəsidir, süni intellekt strategiyası, rəqəmsal dönüş, ağıllı kəndlər, ağıllı şəhərlər, “high-tech nation” obrazı var. O biri reallıqda isə əməkdaşa deyilir: “Nə olar, nə olmaz, sən yenə ChatGPT açma”. Elə bil süni intellekt kompüterə virus salacaq, amma köhnəlmiş idarəetmə üslubu, kağızda qalan islahatlar heç bir təhlükə törətmir.

Ən ironik məqam odur ki, süni intellektdən ən çox fayda görə biləcək sahələrdən biri məhz kənd təsərrüfatıdır: məhsuldarlığın proqnozu, əkin sahələrinin optimallaşdırılması, suvarma sistemlərinin planlanması, xəstəliklərin diaqnostikası – hamısı AI ilə daha dəqiq və daha ucuz başa gələ bilər. Amma biz nə edirik? Gələcəyin alətini kənddən uzaqlaşdırıb, kağız arxivlərinin arasında “təhlükəsizlik” axtarırıq.

Əgər Prezident səviyyəsində açıq şəkildə “süni intellekt bizim gələcəyimizdir” deyilibsə, hansı məntiq, hansı cəsarət, yaxud hansı qorxu ilə bir nazirlik bu gələcəyin qarşısına qadağa şlaqbaumu qoyur? Bu, sadəcə texniki ehtiyatlılıq yox, siyasi kursa qarşı səssiz müqavimət təsiri bağışlamırmı?

Nəticə etibarilə ortaya belə bir mənzərə çıxır: Prezident süni intellekti ölkənin strateji gələcəyi kimi təqdim edir, Kənd Təsərrüfatı Nazirliyi isə həmin gələcəyi öz işçilərinin monitorundan silir. Yəqin ki, Nazirlik bu ziddiyyətə aydınlıq gətirəcək…

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

21-10-2025, 17:40

Prezidentlər Beynəlxalq Süni İntellekt Mərkəzində

Gündəm / Siyasət

15-10-2024, 15:02

Prezident İlham Əliyev - Azərbaycanın müstəqilliyinin və dinamik inkişafının qarantı olan qətiyyətli, müdrik Lider

Gündəm / Siyasət

13-03-2025, 18:27

Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib - YENİLƏNİB-2

Gündəm / Araşdırma

17-01-2025, 18:51

Rektorlar arasında İNTRİQA QIZIŞIR...- ELÇİN BABAYEV UNEC-Ə REKTOR GƏLMƏK İSTƏYİR ?

Gündəm / Siyasət

28-09-2024, 14:57

Prezident Fərman imzaladı

Gündəm / Cəmiyyət

3-10-2024, 12:28

Dövlət Kənd Təsərrüfatı Muzeyinə BAKIDA YER TAPILMADI... - NARAZILIQ VAR...

Gündəm / Cəmiyyət

8-01-2024, 12:25

Prezidentə alimlərdən ŞOK MÜRACİƏT - TAM MƏTN

Gündəm / Araşdırma

9-06-2023, 17:57

UNEC rektoru ilə bağlı ŞOK İDDİALAR... - BU NƏDİ BELƏ?

Gündəm / Siyasət

24-12-2024, 01:31

Prezident İlham Əliyevin DOĞUM GÜNÜDÜR

Gündəm / Cəmiyyət

28-09-2023, 12:07

Kənd Təsərrüfatı Nazirliyinin “çevik” Aparat rəhbəri... - Azad Cəfərli bu posta hansı “xidmət”lərinə görə gətirilib?

Gündəm / Siyasət

16-10-2023, 13:54

Prezidentin Xankəndidə bayrağımızı ucaltması xarici KİV-də - Fotolar

Gündəm / Cəmiyyət

26-01-2024, 09:33

KTN rəhbərliyi yəqin Vüqar müəllimi TAM UNUDUB... - YOXSA...

Siyasət

26-10-2024, 16:50

Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir - TƏFƏRRÜAT

Gündəm / Cəmiyyət

3-04-2024, 13:49

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC ilə işbirliyində olan şirkətlər dövlətə nə qədər ziyan vurur

Siyasət

28-10-2025, 15:19

Prezident İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib

Araşdırma
Aygün Əliyevadan Ramiz Mehdiyevə bağlı rektorun xanımına “xüsusi qayğı”: “Sağlamlığın qorunması” adlı rəfiqəbazlıq…- FOTOLAR
İlham Mirzəliyev 100 min manatlıq maşına sahib ola bilmədi
Saleh Məmmədovun “ərköyün” kadrları...-Dəbdəbəli toylar, lüks avtomobillər, vəzifəsini oğluna verən müdirlər və s.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini (2006-cı ildən) Rafiq Aslanovun oğlu Afiq Aslanov atasının Londonda ona aldığı evi girov qoyub. FOTO
Novruzla Ramazan eyni gündə qeyd ediləcək - 11 gün iş olmayacaq
Azərbaycan Kinematoqrafiya Agentliyi “Baku Cinema Breeze 2025” üçün 518 min manatlıq xidmət alacaq
Hadisə
Bugün, 10:21
“Neftçi idman klubu”nun əməkdaşı həbs edildi
Dün, 09:30
Xəzər sahilində tapılan ölü suitilərin sayı 500-ü keçdi
2-12-2025, 14:00
Tükürpədici hadisə: Canına qəsd edən məktəblinin dəftəri tapıldı: Orada nə yazılıb?
2-12-2025, 14:00
Tükürpədici hadisə: Canına qəsd edən məktəblinin dəftəri tapıldı: Orada nə yazılıb?
2-12-2025, 13:30
Sərxoş halda canlı yayım açan hərbi hissə mühəndisi - Həbs olundu
2-12-2025, 09:30
Azərbaycanın sabiq naziri vəfat etdi
Son xəbərlər
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Bugün, 12:50
    Eldar Mansurovun oğlu yeni vəzifəyə təyin edildi
  • Bugün, 12:22
    Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib
  • Bugün, 12:02
    Əzizov paytaxtın mərkəzini Abutalıbova qədərki dövrə qaytarır (FOTO)
  • Bugün, 11:31
    Neft emalı zavodunda YENİ İXTİSAR DALĞASI - qadın işçilər ÇƏTİN DURUMDA
  • Bugün, 10:56
    BU NƏDİ BELƏ: Kənd Təsərrüfatı Nazirliyində süni intellektə QADAĞA... - Prezidentin “gələcəkdir” dediyinə nazirlik “bizə gəlmə” deyir?
  • Bugün, 10:21
    “Neftçi idman klubu”nun əməkdaşı həbs edildi
  • Bugün, 09:36
    Sabiq deputatın oğlu FHN-dən icazə aldı: Restoran açılır
  • Dün, 18:23
    Sevinc Allahverdiyeva işdən çıxarıldı — FOTO
  • Dün, 18:00
    13 yaşlı qızın faciəsi: Günah internetdə, yoxsa valideyn-övlad münasibətindədir?
  • Dün, 17:54
    "Dövlət xidmətləri haqqında" qanun təsdiqlənib
  • Dün, 17:41
    Bakıda mənzillər sürətlə BAHALAŞIR
  • Dün, 17:30
    Azərbaycanın məşhur diplomatına yeni vəzifə verildi
  • Dün, 17:14
     “BANK MAMED”İN OĞLU DEYİR Kİ, ƏCƏB EDİRİK... - DƏLİXANADIR, VALLAH...
  • Dün, 16:51
    Deputat Azər Əmiraslanovun otağında diqqətçəkən mühüm DETALLAR… Ramiz Mehdiyev kitabı ön planda – Video
  • Dün, 16:30
    Əmək müqaviləsinə xitam verilməsi üçün əlavə şərtlər müəyyənləşir
  • Dün, 16:00
    Sərdar Cəlaloğlu gündəm yaratmağa çalışır - Tural Abbaslı
  • Dün, 16:00
    Sərdar Cəlaloğlu gündəm yaratmağa çalışır - Tural Abbaslı
  • Dün, 15:50
    Aygün Əliyevadan Ramiz Mehdiyevə bağlı rektorun xanımına “xüsusi qayğı”: “Sağlamlığın qorunması” adlı rəfiqəbazlıq…- FOTOLAR
  • Dün, 15:30
    Azərbaycanda yaşlı əhalinin sayı artır
  • Dün, 15:19
    Qanunsuz tikililər səkiləri zəpt etdi - Nəsimi RİH-də sıralı qanunsuzluqlara kim icazə verir?
  • Dün, 15:00
    Pakistan İrəvanda səfirlik açır
  • Dün, 14:50
    İlham Mirzəliyev 100 min manatlıq maşına sahib ola bilmədi
  • Dün, 14:00
    Tələbələrlə təcrübə müddətində əmək müqaviləsi bağlanacaq
  • Dün, 13:30
    Azərbaycanda 20 sentyabrda iş OLMAYACAQ
  • Dün, 13:00
    Əlillərə hansı avtomobillər verilir? - Rəsmi cavab
  • Dün, 12:54
    Dövlət Suverenliyi Günü iş günü hesab edilməyən bayram günü olacaq
  • Dün, 12:30
    Hərbi xidmətə yararsız şəxslər 3 ildən bir tibbi müayinədən keçiriləcəklər
  • Dün, 12:24
    “Banketnaya” saxta içkilərin….
  • Dün, 12:00
    Amerikalı general Bakıya gəldi - FOTO
  • Dün, 11:37
    “Kontakt Home”un sahibi ilə iş adamı arasında qalmaqal
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Minatv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə