• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

 “BANK MAMED”İN OĞLU DEYİR Kİ, ƏCƏB EDİRİK... - DƏLİXANADIR, VALLAH...

Gündəm / Cəmiyyət

3-12-2025, 17:14

 “BANK MAMED”İN OĞLU DEYİR Kİ, ƏCƏB EDİRİK... - DƏLİXANADIR, VALLAH...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin publik hüquqi şəxslərində korrupsiyaya şərait yaradan hüquqpozmalar davam edəcək?

"Sentyabrda yazmışdım ki, Adnan Əhmədzadənin vəkili qanunsuz olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsin Hüquq, kadrlar və sənədlərlə iş departamentinin müdiri vəzifəsində çalışmışdır. Məsələ ilə əlaqədar həm bu nazirliyiə, həm də hüquq-mühafizə orqanlarına müraciət etmişdim". "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış hüquq müdafiəçisi Əkrəm Həsənov qeyd edib.

O daha sonra bildirir: "Sonuncular da müraciətimi həmin nazirliyə yollamışdılar ki, münasibət bildirilsin.

Nəhayət, nazirliyin Aparat rəhbəri Fuad Musayevdən (“Bank Mamed” kimi tanınan Məmməd Musayevin oğludur) cavab almışam (onu dərc edirəm). Əgər buna cavab demək olarsa.
Nazirlik özünü görməməzliyə qoyaraq məsələnin mahiyyətindən yayınıb. Deyir ki, yalnız dövlət qulluqçusu vəkil ola bilməz. Publik hüquqi şəxs isə dövlət orqanı deyil, deməli, orada işləyən də dövlət qulluqçusu deyil. Sanki mən bunu şübhə altına almışam.
 “BANK MAMED”İN OĞLU DEYİR Kİ, ƏCƏB EDİRİK... - DƏLİXANADIR, VALLAH...

Əslində, mən yazmışdım ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 9.3.1-ci maddəsinə əsasən vəzifəli şəxsin xidməti vəzifəsini icra etdiyi dövrdə elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, digər ödənişli vəzifə tutmaq və ya fəaliyyət növü ilə məşğul olmaq korrupsiyaya şərait yaradan hüquqpozma sayılır. Yəni şəxs vəkil ola bilər. Amma işəgötürəndən (Nazirliyin publik hüquqi şəxsi) başqa kimsəyə ödənişli əsasla xidmət göstərə bilməz.

Bir sözlə, publik hüquqi şəxsin vəzifəli şəxsi vəkil ola bilər, amma yalnız həmin publik hüquqi şəxsin vəkilliyini edə bilər. Niyə? Ona görə ki, eyni zamanda dövlətə və özəl maraqlara xidmət edən şəxs ən azı korrupsiyanın bir astanasındadır. Buna görə də qanun bunu qadağan edir.

Nazirliyin cavabından isə belə çıxır ki, heç bir pozuntuya yol verməyib, əcəb edib, bundan sonra da belə edəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də əmək münasibətləri qanun pozuntusu ilə rəsmiləşdirilirsə, daha başqalarından nə gözləyək.

Məsələ ilə əlaqədar təkrar olaraq Baş Prokurora müraciət etmişəm. Məsələ ciddi nəzarətə götürülməlidir. Belə çıxır ki, publik hüquqi şəxslərdə vəzifəli şəxslərin hər hansı digər ödənişli fəaliyyətinə heç bir məhdudiyyət yoxdur. Çünki Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işində “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunu rəhbər tutmur..."

Oxunub: 1 591
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Araşdırma

30-10-2025, 17:45

Bağbanlıqdan idarə rəhbərliyinə: AAYDA-da özünü şah elan edən Məhəmməd Musayevin özbaşınalıqları

Gündəm / Siyasət

21-07-2025, 18:03

Media nümayəndələri təltif edildi - Siyahı

Gündəm / Siyasət

21-06-2025, 15:40

Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM

Gündəm / Siyasət

26-05-2025, 10:37

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Gündəm / Cəmiyyət

15-03-2025, 11:15

Məmməd Musayevin nümayəndəsi dövlətə borclanıb - FOTO

Gündəm / Cəmiyyət

14-02-2025, 13:15

"Bir günün içində 2 dəfə əməliyyat olundum... Sağ çıxanda sevindim..." - DƏLİXANADIR, VALLAH...

Gündəm / Cəmiyyət

28-12-2024, 09:10

 Azərbaycanın ƏN `ZASTOY` MƏKTƏBİ... - DƏLİXANADIR, VALLAH...

Gündəm / Cəmiyyət

7-09-2024, 10:09

Nazirlik `Asfalt Raqib`lə bacarmır, yoxsa şərikdir? - ÜRƏKAĞRIDAN MƏNZƏRƏ...

Cəmiyyət

19-07-2024, 10:51

“Yeni Gəncə Tibb Mərkəzi”ndə KÖHNƏ OVQAT... - İTTİHAM VAR...

Gündəm / Araşdırma

12-06-2024, 18:53

Bakının bu hissəsində TAMAM YİYƏSİZLİKDİR... - DƏLİXANADIR, VALLAH...

Gündəm / Cəmiyyət

17-04-2024, 10:34

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev

Gündəm / Video

30-03-2024, 23:37

Yaxşı... Ana Təbiət başçının umrunda deyil... bəs dövlət HANI? - DƏLİXANADIR, VALLAH...

Gündəm / Cəmiyyət

6-11-2023, 09:07

Masallı səhiyyəsi `GÜL VURUR`: Lal-kar olan adama `SAĞLAMDIR` arayışı verildi - DƏLİXANADIR, VALLAH...

Gündəm / Cəmiyyət

24-07-2023, 08:32

Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!

Gündəm

22-06-2023, 17:16

Prezident onları təltif etdi - Siyahı

Araşdırma
Özünü maşının altına atan piyada ölmüşdü - Sürücü bəraət aldı
Nazirlik imtahandan kəsildi - müəllimlər qarşısında geri çəkilməyə məcbur qaldılar
Nazir müavini ilə bağlılığı olan şirkət 52 din xadimi gətirir - 122 min manat ayrıldı
Zaur Mikayılovun apardığı islahatlar Mafizət Cəfərovdan niyə yan keçdi
Gülay atasının cinayət işinə görə idmandan uzaqlaşdırılıb
Gəncə Dövlət Universitetiində qalmaqallar səngimir...
Hadisə
26-07-2026, 13:00
Dənizdə batan Ümid müstəntiq işləyirmiş
26-07-2026, 10:30
Şəkidə maşın piyadaları vurdu - 1 ölü, 1 yaralı
25-07-2026, 13:30
Qəçrəşdəki restoranda 29 yaşlı oğlan öldü
23-07-2026, 18:00
Meyvə bağındakı hovuzda boğulub öldü
23-07-2026, 17:00
Beyləqandakı silahlı insidentlərlə bağlı istintaq bitdi
19-07-2026, 15:30
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Son xəbərlər
  • 30-06-2026, 15:50
    HARA GEDİR BU ZAMAN
  • 6-06-2026, 16:59
    USTADNAMƏ
  • 3-06-2026, 10:40
    Yaqub Məğrur: "Məğrurnamə" şeiri
  • 21-05-2026, 14:00
    BİLDİRİŞ
  • 20-05-2026, 13:50
    ALLAH RƏHMƏT ELƏSİN!
  • 13-05-2026, 17:54
    YAQUB MƏĞRUR "MİLLƏTİM"
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Bu gün, 11:07
    Azərbaycanda ən çox və ən az pensiyaçı olan RAYONLAR
  • Bu gün, 10:16
    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Turanə Məcidliyə cavabsız suallar...
  • Bu gün, 09:48
    Qadın güləşçilərimiz dünya çempionatında mübarizəyə qoşulurlar
  • Bu gün, 09:15
    Rafiq Quliyev icra başçısı funksiyasını itirib? - Cavabsız sorğular və ya susan Pənahın nağılı...
  • Bu gün, 08:56
    AYNA-nın TENDER GÜZGÜSÜ də ƏYRİ GÖSTƏRİR... - DƏLİXANADIR, VALLAH...
  • Dünən, 18:45
    Türmədən Mandela kimi çıxacam, hakimiyyətə qayıdacam - Saakaşvili
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə