
Azərbaycanın Milli Qəhrəmanı Fazil Mehdiyevin atası Umud Mehdiyev vəfat edib.
Bu barədə onun yaxınları məlumat verib.
U.Mehdiyev 82 yaşında dünyasını dəyişib. Son zamanlar onun səhhətində ciddi problemlər yaranıbmış, bir neçə dəfə əməliyyat olunub. Mərhum Bakı şəhərində dəfn ediləcək.
Əslən Laçın rayonunun Ələkçi kəndindən olan U.Mehdiyev 6 övlad atası idi.
Onun oğlu Fazil Mehdiyev 1991-ci il sentyabrın 23-dən 24-ə keçən gecə Ağdamda erməni quldurlarının qurduğu pusquya düşüb və şəhid olub.
Azərbaycan prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə Mehdiyev Fazil Umud oğluna ölümündən sonra Milli Qəhrəman adı verilib.