
İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi üzrə yaşayış sahələrinin alınması ilə bağlı elan etdiyi daha bir açıq tenderə yekun vurub.
MİNA tv.az xəbər verir ki, tenderin qalibi "Maksimus" MMC-dir.
Qalib şirkətə 68,7 milyon manat ödəniləcək.
Əldə olunmuş yaşayış sahələri Sumqayıt şəhərində yerləşir.
Xatırladaq ki, Fond 2017-ci ilin sonunda "Azərbaycan İpoteka Fondu" və "Kredit Zəmanət Fondu" ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir.