• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Dövlət pul ayırır ki, elm inkişaf etsin... nazir altına YUMŞAQ MEBEL ALIR... - FAKT BUDUR!

Gündəm / Cəmiyyət

2-06-2023, 10:21

Dövlət pul ayırır ki, elm inkişaf etsin... nazir altına YUMŞAQ MEBEL ALIR... - FAKT BUDUR!
Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsindən təhsillə bağlı ayırmalar 15,939 milyon manat və yaxud 0,4 % azaldılaraq 4 milyard 423,103 milyon manatdan 4 milyard 407,164 milyon manata endirilir. Bu, “2023-cü il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliklərlə bağlı qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, məktəbəqədər təhsil xərclərinin dəyişdirilməyərək 404,836 milyon manat, ümumi təhsil xərclərinin dəyişdirilməyərək 2 milyard 099,098 milyon manat, peşə təhsili xərclərinin dəyişdirilməyərək 64,168 milyon manat, orta ixtisas təhsili xərclərinin dəyişdirilməyərək 86,714 milyon manat, ali təhsil xərclərinin dəyişdirilməyərək 70,606 milyon manat, əlavə təhsil xərclərinin dəyişdirilməyərək 11,84 milyon manat, təhsildə tətbiqi tədqiqat xərclərinin dəyişdirilməyərək 6,887 milyon manat saxlanılması, təhsil sahəsində digər müəssisə və tədbirlərə xərclərin isə 15,939 milyon manat və yaxud 0,9 % azaldılaraq 1 milyard 678,95 milyon manatdan 1 milyard 663,011 milyon manata endirilməsi nəzərdə tutulub.

Ekspertlərə görə, təhsillə bağlı problemlərin həllini yalnız dövlətin boynuna yıxmaq olmaz. Dünya ölkələrində ayrı-ayrı universitetlər həm də öz gəlirləri hesabına müəyyən nailiyyətlər qazanırlar. Azərbaycanda da 6 universitetə publik hüquqi şəxs statusu verilib. Amma belə görünür ki, universitet və digər təhsil müəssisələri öz imkanları hesabına gəlir əldə edə bilmir.

Sənəddən göründüyü kimi, təhsil sahəsində digər müəssisə və tədbirlərə xərclərin 0,9 % azaldılaraq 1 milyard 678,95 milyon manatdan 1 milyard 663,011 milyon manata endirilməsi nəzərdə tutulub. Bu vəsaiti dövlət bəzən doğrudan da mənasız tədbirlərə, konfranslara ayrılaraq “yem edir”.

Minatv.az-ın məlumatına görə, təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Azərbaycanın dövlət büdcəsindən təhsilə kifayət qədər yaxşı vəsait yatırılıb: “4 milyard 400 milyona manata yaxın vəsait ayrılırdı. Bu onu göstərir ki, Elm və Təhsil Nazirliyi nəzərdə tutulan xərcləri, proqramları düzgün həyata keçirə bilmir. Problemin başında dövlət qurumunun ayrılmış büdcənin plan üzrə reallaşmasını təmin etməməsi ilə bağlıdır. Bu gün Azərbaycanda qəzalı vəziyyətdə olan 800-ə yaxın məktəb var. Onların ciddi şəkildə təmirə ehtiyacı var. Bu gün Azərbaycanda beynəlxalq innovativ layihələrin həyata keçirilməsinə ehtiyac var. Tədqiqatlarımız zəifdir. Müəllimlərin əmək haqqının artırılması, sosial rifah halının yüksəldilməsi ilə bağlı addımlar atılmalıdır. Təhsilə kifayət qədər xərc tələb edən tədqiqatlar, sahələr olduğu halda bu problemlər həll edilmir. Misal üçün, uzun illərdir biz ağır çanta probleminin həlli üçün iki nüsxəli dərslik sifarişini təklif etmişdik - dərsliyin biri məktəbdə, biri evdə qalsın, uşaqlar ağır çanta daşımasınlar. Eləcə də məktəblərin stadionlarının, idman zallarının təmirinə, məktəblərə müasir kompüterlərin verilməsinə ehtiyac var. Müəllimlərin təkmilləşməsinə ehtiyac var. Amma Elm və Təhsil Nazirliyi planlaşdırılmış və proqnozlaşdırılmış büdcəni yerinə yetirmir. Bəzən belə hesab edirlər ki, həmin büdcənin geri qaytarılması yaxşıdır. Xeyir, belə deyil. Sizə xərcləmək üçün pul verilibsə, konkret bu məsələlər edilməlidir və bunu etmirlərsə, deməli layihələrin həyata keçirilməsi ilə bağlı ciddi problem var. Bu gün Azərbaycan təhsilində kadr islahatlarına ehtiyac var. Azərbaycan ali təhsilinin beynəlxalq rəqabətliliyini artırmalıyıq. Ali təhsil müəssisələrinin beynəlxalq reytinqdə olması üçün elmlər doktorları, fəlsəfə doktorlarına məqalələrin çapına, onların xarici dil öyrənməsinə və digər innovativ yeniliklərlə bağlı dəstək durmaq lazımdır. Amma bunu etmirlər. Bu gün ölkədə 1693 uşaq bağçası var, uşaqların cəmi 25 faizi uşaq bağçasına cəlb edilib. Bu, 50 faizə qaldırılmalıdır. İri bağçalar tikilməlidir. Təhsil kifayət qədər xərc tələb edir, amma biz azaldırıq. Bu gün Azərbaycanda elmin ÜDM-də faizi 1 faizin altındadır. Biz tədqiqatlarımızın heç birinin sənayeyə yönəlməsini görə bilmirik”.

Ekspert əlavə edib ki, təhsilə ayrılan vəsait azaldılmamalıdır: “Sadəcə, ona görə azalır ki, son üçü il ərzində Elm və Təhsil Nazirliyi qarşıya qoyulmuş hədəflər istiqamətində xərcləri düzgün planlaşdırmayıb. Ancaq mənasız nələrəsə, misal üçün, tez-tez saytlar, idarələr yaradırlar. ETN-in elmin inkişafına ayırdığı pul vəsaitinin məbləği ilə nazirlikdə özlərinə aldıqları yumşaq mebelin pulu ilə müqayisə etsək görərik ki, daha çox yumşaq mebellərə vəsait xərclənib. Yaxud da hansısa dost-tanışlarına qrantlar verirlər. Heç bir hesabatlıq yox, nəticəyönümlülük yox... Yəni ayrılan vəsaitin düzgün istifadəsi yoxdur. Son 3 il ərzində 6 milyon manatdan çox vəsait qrant adı altında olan layihələrə xərclənib, amma heç bir inkişaf yoxdur. Təhsilə ayrılan xərcləri artırmalıyıq ki, ali təhsil müəssisələrində dövlət sifarişli plan yerlərinin sayı artsın. Bu gün ali təhsil müəssisələrində plan yerləri artıb, amma ciddi keyfiyyət dəyişikliyini görmürük. Birmənalı şəkildə vəsaitin azaldılması yaxşı hal deyil. Fikrimcə, vəsaitin plan üzrə xərclənməməsini yoxlamaq lazımdır. Pulun büdcəyə qayıtması yaxşı hal deyil. Bu zaman da büdcəni hazırlayan qurum görür ki, təhsil üçün nəzərdə tutulmuş vəsait xərclənmir. Deməli, hədəflərə çatılmır deyə pul xərclənmir. Deməli, müvafiq qurum yalançı statistika ilə, məlumatlarla ictimaiyyəti aldadır”.

Minatv.az-ın məlumatına görə, iqtisadçı-alim, beynəlxalq hüquq üzrə ekspert Vüsalə Əhmədova mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, 2019-cu ildə qəbul edilən “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə müvafiq olaraq, təhsil müəssisələrinə əlavə gəlir əldə etmək məqsədilə, nizamnamələrində nəzərdə tutulan qaydada və fəaliyyət istiqamətlərinə uyğun sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmalarına icazə verilib: “Buraya əsasən ödənişli təhsil xidmətləri, yardımçı təsərrüfatlardan əldə olunan məhsulların və şagirdlərin əl işlərinin satışı, əlavə dərnəklər və kursların təşkili və s. kimi fəaliyyət növləri daxildir. Ümumiyyətlə, dövlət və özəl təhsil müəssisələrinin sahibkarlıq fəaliyyəti bilavasitə mənfəət əldə etmək məqsədi daşımasa da, dövlət təhsil müəssisələrinin sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirləri bilavasitə təhsilin inkişafına və işçilərin sosial müdafiəsinə yönəltməli olduqları qanunda qeyd edilir. Düşünürəm ki, təhsil müəssisələrinə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə verilən icazə, dövlət büdcəsindən təhsil sahəsində digər müəssisə və tədbirlərə xərclərin azaldılmasına səbəb olub. Təhsil müəssisələrimiz nə dərəcədə bu işin öhdəsindən gəlir, onu deyə bilmərəm. Ənənəvi universitetlərin əsas məqsədi ali təhsil verməkdən və elmi araşdırmalar təşkil etməkdən ibarətdir. Ancaq hazırda dünyadakı bir çox universitetlər ənənəvi universitetlərdən fərqli olaraq müasir dövrün tələblərinə müvafiq sahibkarlıq fəaliyyəti ilə məşğul olur, iş dünyası ilə sıx əməkdaşlıqlar qururlar. Sahibkarlıq fəaliyyətləri də yalnız gəlir əldə etmək və iqtisadi fayda təmin etməklə məhdudlaşmır. Əsas məqsəd, iqtisadi baxımdan müstəqil olmaq, muxtar olmaq, üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmək, iqtisadi və sosial baxımdan əlavə dəyər yaratmaqdır. Misal üçün, Türkiyədə universitetlər texnoloji inkişaf və innovasiya sahəsində aktiv rol oynayan inkubator mərkəzi, tədqiqatların ticariləşməsini təmin edən lokomativ və yeni informasiya və texnologiyaların mənbəyi kimi xarakterizə edilirlər. Universitet səviyyəsində həyata keçirilən sahibkarlıq fəaliyyəti sanki biliklərin istehsal prosesinə, məhsula və şirkətə çevrilməsini təmin edir. Türkiyənin demək olar ki, hər şəhərində, qəsəbəsində universitet mövcuddur və onlar yerli və regional iqtisadi inkişafa əhəmiyyətli dərəcədə töhfə verirlər.

Akademik sahibkarlıq sahəsində müvəffəqiyyət əldə edən universitetlər maliyyə və sosial faydanı da təmin etmiş olurlar. Sahibkar universitet modelində isə ölkədə var olan sənaye müəssisələri ilə birgə hər iki tərəf üçün də faydalı olacaq əməkdaşlıqların qurulması, texnologiyaların transferi həyata keçirilir. Sahibkar universitetlər iqtisadi inkişafı təmin etmək üçün bir növ inkubasiya mərkəzlərinə və texnoparklara çevrilirlər. Türkiyənin Sənaye Nazirliyi, Kiçik və Orta Miqyaslı Sahibkarlıq Subyektlərinə Dəstək İdarəsi, Türkiyə Elmi və Texnoloji Araşdırma Təşkilatı, nazirliklər sahibkar universitetlərin çoxalması üçün mütəmadi maliyyə dəstəyi təmin edirlər. Göründüyü kimi, hər nə qədər prioritet missiya təhsil vermək olsa da, təhsil müəssisələri müxtəlif əməkdaşlıqlar quraraq sahibkarlıq və istehsal fəaliyyətləri ilə məşğul olması mümkündür".

Elm və Təhsil Nazirliyinin mövqeyini də dərc etməyə hazırıq.

Oxunub: 3 885
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

1-06-2023, 10:53

Lüzumsuz artım: Neft Fondundan büdcəyə transferti çoxaltmaq lazım deyil - İNCƏLƏMƏ...

Gündəm / Siyasət

31-05-2023, 14:39

“Rahat Market”i idarə edən şirkətin borcları 40% artıb

Gündəm / Cəmiyyət

31-05-2023, 10:50

«Bolmart»ın KORRUPSİYA QOXULU HESABATI... - BU NƏDİ BELƏ?

Gündəm / Siyasət

26-05-2023, 14:31

Prezidentdən 31,4 milyonluq SƏRƏNCAM

Maraqlı

22-05-2023, 08:34

“Forsaj 10”un debütü uğurlu oldu

Cəmiyyət

22-05-2023, 07:40

Zakir Qaralovun 26 milyon vergi borcu üzə çıxdı

Gündəm / Dünya

18-05-2023, 16:56

Deputatın tənqid etdiyi Abutalıbovun adamına “stop” qoyuldu - 2 milyon manatlıq borc

Gündəm / Cəmiyyət

16-05-2023, 20:30

AQTA “Vosmoy” bazarında satılan 8 manatlıq ətlərə NƏZARƏT EDİRMİ? - ARAŞDIRMA

Cəmiyyət

13-05-2023, 10:17

Rasim Məmmədovun xanımı “Baku Steel Company”ni məhkəməyə verdi

Araşdırma

9-05-2023, 18:46

Ramiz Mehdiyevin general oğluna məxsus şirkətin mənfəəti kəskin artıb – Fotofakt

Gündəm / Cəmiyyət

9-05-2023, 12:28

«Azinvestkredit» BOKT-un vəziyyəti pisləşib: Sürətlə kiçilir - ZƏRƏRİ 3 DƏFƏ ARTIB

Araşdırma

9-05-2023, 10:23

Melorasiyanın sevimli şirkəti - "Art-Proje” yenə 220 minlik tenderin qalibi oldu

Video

10-03-2023, 12:28

Mikayıl Cabbarov: “Greener” MMC-yə bir milyon manat güzəştli kredit verilib” - FOTO

İqtisadiyyat

23-04-2023, 13:15

"İnvest-Az" bunları da - İTİRİB

İqtisadiyyat

1-05-2023, 13:15

“İnvest-Az”ın xərcləri gəlirlərindən daha çox artıb - MƏNFƏƏTİ AZALIB

Araşdırma
Yağışdan çıxıb selə düşənlərin fəryadını Xəzər rayon rəhbərləri niyə eşitmirlər?
MƏN HEÇ KİMDƏN QORXMURAM! – DEYƏN POLİS ATASI POLİS ORQANLARINI İTXANA ADLANDIRIR?
NAHİDİN “XƏYAL”VARİ SƏRGÜZƏŞTLƏRİ VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN DƏRDLİ ŞƏRTLƏRİ
İNCƏSƏNƏT MƏKTƏBİ, YOXSA İNTRİQA MƏRKƏZİ
MUSİQİ MƏKTƏBİ, YOXSA İNTRİQA YUVASI
RASİM GÜZDƏKDƏ AT OYNADIR
Hadisə
12-06-2025, 09:15
Sabirabadda mağazada meyit tapılıb.
10-06-2025, 17:34
Dərya qarpızdan zəhərlənməyib - Rəsmi
5-06-2025, 09:29
Əvvəl evini yandırdı, sonra özünə xəsarət yetirdi
29-05-2025, 12:36
Elgün həmin binadan yıxılıbmış - Rəsmi
29-05-2025, 10:06
Antalyada bıçaqlanan Araz Musayevlə bağlı yeni xəbər
27-05-2025, 12:46
Elgünün ölümündən 15 gün keçdi - Sirr pərdəsi açılacaqmı?
Son xəbərlər
  • 12-05-2025, 14:42
    İctimai Nəzarətin müstəqil fəaliyyət göstərməsinə məmurların əngəl törətməsinə imkan verilməməlidir.
  • 12-05-2025, 10:44
    Vicdanın nə olduğunu hələ də anlamayan və hətta qanmaq istəməyən səlahiyyət sahibləri çirkab sularını əhaliyə içirtməkdə davam edirlər.
  • 21-04-2025, 16:57
    Yağışdan çıxıb selə düşənlərin fəryadını Xəzər rayon rəhbərləri niyə eşitmirlər?
  • 3-04-2025, 15:18
    Həyatda ən ümdə arzum Böyük Azərbaycanı görməkdir
  • 15-03-2025, 11:49
    ARAZ MARKETDƏ BƏSLƏNƏN PİŞİKLƏRİN ARTIĞI İNSANLARA SATILIR
  • 11-03-2025, 13:00
    ASAYİŞİ QORUMAQ BELƏMİ OLUR, CƏNABLAR!
  • 20-12-2024, 17:11
    MƏN HEÇ KİMDƏN QORXMURAM! – DEYƏN POLİS ATASI POLİS ORQANLARINI İTXANA ADLANDIRIR?
  • 17-12-2024, 14:08
    NAHİDİN “XƏYAL”VARİ SƏRGÜZƏŞTLƏRİ VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN DƏRDLİ ŞƏRTLƏRİ
  • 3-12-2024, 12:19
    QOBUPARKDA OĞLAN OVU, POLİSLƏRİN QOVHAQOVU
  • 29-11-2024, 15:17
    İNCƏSƏNƏT MƏKTƏBİ, YOXSA İNTRİQA MƏRKƏZİ
  • 28-11-2024, 15:19
    İNCƏSƏNƏT MƏKTƏBİ, YOXSA İNTRİQA MƏRKƏZİ
  • 5-11-2024, 15:04
    TƏŞƏKKÜRNAMƏ
  • 22-10-2024, 16:32
    MUSİQİ MƏKTƏBİ, YOXSA İNTRİQA YUVASI
  • 3-10-2024, 20:17
    RASİM GÜZDƏKDƏ AT OYNADIR
  • 30-09-2024, 15:51
    İCTİMAİ NƏZARƏT
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 8-08-2024, 19:36
    BİLDİRİŞ
  • 24-07-2024, 14:49
    DYP ƏMƏKDAŞLARININ SUYU BULANDIRIB BALIQ TUTMA SEVDASI - FOTOLAR
  • 19-07-2024, 11:58
    QARADAĞ RAYON SU-KANAL İDARƏSİNDƏ NƏLƏR BAŞ VERİR?
  • 12-07-2024, 12:23
    FƏHLƏNİN ALIN TƏRİNDƏN SƏLTƏNƏT QURAN “ŞƏRUR MTK”
  • 9-04-2024, 12:50
    BAKSOL YAŞAYIŞ MASSİVİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN “Eco Ioft” MEBEL SEXİNDƏ NƏLƏR BAŞ VERDİYİ MƏLUM OLDU
  • 5-04-2024, 12:57
    MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU
  • 3-04-2024, 16:12
    BAKSOL YAŞAYIŞ MASSİVİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN MEBEL SEXİNDƏ NƏLƏR BAŞ VERİR?
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • 22-06-2023, 11:39
    XƏBƏRDARLIQ
  • Bugün, 18:24
    Naxçıvandakı dönərxanalarda son günlər ard-arda baş verən kütləvi zəhərlənmələrin səbəbkarı elə, yerli Qida Təhlükəsizlik Agentliyinin özüdür.
  • Bugün, 16:50
    İran İsrailə yenidən raket hücumuna başladı
  • Bugün, 16:34
    Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baş verən haqsızlıqlar kimlərəsə maraqlıdı,yoxsa boş boşuna xəbər paylaşırıq? VIDEO FAKT
  • Bugün, 16:09
    Zəfər Quliyev nazirliyə gedən şikayətlərin qarşısını necə alır? - "Bəxtiyar Nəsibov neytrallaşdırır..."
  • Bugün, 15:46
    Meşəni kəsənlər də məlumdur, susanlar da: Bəs dövlət haradadır? - İLGİNC GƏLİŞMƏ...
  • Bugün, 15:12
    Qaxda əməliyyat - İcra başçısı saxlanıldı
  • Bugün, 14:49
    FHN-ə tabeli qurumlar “FİM GROUP” MMC ilə işbirliyində qiymətləri nə qədər şişirdir
  • Bugün, 14:27
    Meşə Təsərrüfatında Qanunsuzluq: Kimlər Məsuliyyətdən Qaçır?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Minatv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə