• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

 Ekologiya sistemli şəkildə məhv edilir, amma... - heç kim məsuliyyət daşımır

Gündəm / Dünya

28-06-2025, 08:01

 Ekologiya sistemli şəkildə məhv edilir, amma... - heç kim məsuliyyət daşımır

Tovuz rayonunun Sarıtala kənd sakini Azər Məmmədovun redaksiyamıza müraciəti bir kəndin deyil, bütöv bir sistemin nə qədər çürüdüyünü göstərir. Azər Məmmədov bu müraciətində illərlə davam edən, artıq hamının bildiyi, lakin heç kimin məsuliyyətə cəlb edilmədiyi qanunsuzluqları sadalayır. Hər biri də videolarla, faktlarla təsdiqlənmiş real hadisələrdir. Amma bu günə qədər nə bir vəzifəli şəxs cəzalandırılıb, nə də bir quru “tənbeh” eşidilib.

Məmmədov "DogruXeber.az"a bildirir ki, yaşadığı ərazidə – 2 saylı Yanıqlı meşəbəyliyində hər il şitil əkilir, lakin nəticədə bir qarış belə örtülü meşə əmələ gəlmir. Formal sənədlərlə iş görülmüş kimi göstərilir, lakin faktiki olaraq bu prosesin əvəzində təbiət sistematik şəkildə məhv edilir. Əvvəllər gözətçilərin həyat yoldaşlarının adına sənəd tərtib edilir, pullar mənimsənilirdi. İndi isə həmin işlər artıq gözətçilərin özlərinə gördürülür – yəni bu insanlar əmək haqqı almadan fiziki işə məcbur edilir. İşğalçı metodlarla meşəçilik fəaliyyətinin adını belə ləkələyənlər rəsmi şəkildə “təbiəti qoruyanlar” kimi təqdim olunurlar.

Gədəbəyin ərazisi olub, amma rəsmiyyətdə Tovuzun meşəsi kimi sənədləşdirilmiş 47-ci dolayda görünür hər şey normaldır. Rəsmən orada palıd qozası əkildiyi qeyd olunur. Amma ərazidə ağır texnikaların şumladığı sahələr, sağlam ağacların qabıqlarının soyulub məftillərlə sarındığı və inkişafının bilərəkdən məhdudlaşdırıldığı məlumdur. Bu, ağacın “süni” quruması üçündür ki, sonradan “quruyub deyə kəsildi” adı ilə sənədləşdirilsin.

Məmmədovun qeyd etdiyi daha bir vacib məqam isə odun məsələsidir. Kənddə 400 ev var. Hər evdə ən azı iki soba işləyir. Bu da ildə yüzlərlə ton odun deməkdir. Amma rəsmi sənədlərdə yalnız 15-20 nəfərə odun satıldığı qeyd olunur. Yəni yüzlərlə ton odun qara bazarda, qeyri-rəsmi pulla dövriyyəyə buraxılır. Bu sadəcə maliyyə pozuntusu deyil, bu – dövlətin sərvətinin talanıdır. Və bunun üstünü örtmək üçün edilən yalançı hesabatların, saxta qəbzlərin, “oduncağa satılıb” deyə maskalanmış mebel sexlərinə kəsilmiş ağacların hesabı heç yerdə verilməyib.

Hərbi hissələrə məxsus yük avtomobillərinin guya “yanacaq məqsədilə” daşıdığı odunların ölçüsü isə elə mebel sənayesinin tələb etdiyi standartlardır. Kəndin mal-qarasının yaxın buraxılmadığı “qorunan” şitillik ərazilər iri sahibkarların sürülərinə otlaq yeri kimi ayrılıb. Həmin ərazilərdən kəndin içməli su kanalları keçir – indi bu su kanalları mal ayaqlarının altında, sidiyin, nəcisin içində qalıb.

Bütün bu faktları "DogruXeber.az" dəfələrlə işıqlandırıb. Video sübutlar ETSN-ə göndərilib. Vətəndaşlar tərəfindən dəfələrlə şikayətlər edilib. Amma Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən verilən rəsmi cavabda qeyd edilir ki, “heç bir qanunsuzluq aşkar olunmamışdır.” Bu cavab – tək bir qurumun deyil, bütöv bir korrupsiya şəbəkəsinin necə işlədiyinin bariz nümunəsidir. Onların gözləri var, amma görmürlər. Çünki görmək istəmirlər.

Bütün bu proseslər nə ilk dəfə baş verir, nə də təkcə Tovuz rayonuna aiddir. Respublikanın istənilən rayonunda bu ssenarini tətbiq etmək mümkündür: “ağac quruyubmuş deyə kəsildi”, “otlaq yoxdur, amma fermalar doludur”, “şitil əkildi, amma meşə yoxdu”, “rəsmi odun satışı 20 nəfərə, real istifadə 2000 nəfər”.

Bu sistemin başında dayanan sabiq nazir Muxtar Babayev illərlə bu fəsadlara göz yumdu. Təkcə göz yummadı, kömək etdi, şərait yaratdı, baxdı və susdu. Əvəzində cəzalandırılmadı – əksinə, vəzifəsi artırıldı. Təbiət məhv oldu, vəzifələr böyüdü. Ekoloji cinayətlərin fonunda yüksələn karyeralar bu ölkədə ədalət meyarlarının hansı formada dəyişdirildiyinin ən aydın sübutudur.

DogruXeber.az

Oxunub: 1 591
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

16-06-2025, 14:30

Ağcabədidə meşə zolağının məhv edilməsi ilə bağlı ŞOK GÖRÜNTÜLƏR – AzAqro MMC qanunu saymır?

Gündəm / Cəmiyyət

5-05-2025, 11:02

Bu şirkətlər büdcəyə böyük ziyan vurur - İdxal nəzarətindəki çatlar...

Gündəm / Cəmiyyət

20-02-2025, 11:30

Oğuz meşələrinə ELƏ VALEH OLUB Kİ... - MÜRACİƏT

Gündəm / Cəmiyyət

10-12-2024, 14:52

Təhsil hara, icra hakimiyyəti hara ? - Goranboy təhsilində nələr baş verir ? // VİDEO

Gündəm / Cəmiyyət

29-10-2024, 12:49

Tovuza COP29 YETİŞMƏYİB: Yanıqlı meşəsinin ÜRƏKYANDIRAN HALI... - FOTO, VİDEO

Gündəm / Araşdırma

14-10-2024, 09:47

İlqar Qəribovu məsuliyyətdən belə qurtarıblar... - İLGİNC FAKTLAR

Gündəm / Araşdırma

20-07-2024, 13:02

10 SAYLI EKOLOGİYA İDARƏSİNİN RƏİSİ AZƏR QULİYEV GƏNCƏDƏ TƏBİƏT "TERRORÇUSU" KİMİ TANINIB

Gündəm / Cəmiyyət

29-05-2024, 14:26

Nizami rayonunda yeni salınmış bağ məhv edilir - BU NƏDİ BELƏ?!

Gündəm / Araşdırma

22-05-2024, 11:10

ETSN 7 saylı Ekologiya İdarəsi 17 minə yaxın tingi məhv edəni 6 min manat cərimələdi - BİABIRÇILIQ...

Gündəm / Araşdırma

2-02-2024, 09:37

Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayev Valeh Məmmədovun əli ilə ölkənin sərvətlərinə qənim kəsilib

Gündəm / Cəmiyyət

23-11-2023, 14:31

Yardımlı meşələrin məhv edilməsi ilə bağlı araşdırma başladı - VİDEO

Gündəm / Araşdırma

14-11-2023, 10:56

Muxtar Babayevin diqqətinə: Ekologiya idarəsində əkin korrupsiyası

Gündəm / Cəmiyyət

29-08-2023, 09:36

Ağdaşda QOÇULUQ EDƏN KİMDİR? - NARAZILIQ VAR!

Gündəm / Cəmiyyət

15-06-2023, 17:44

Masallıda qanun hərləyən yoxdur... - Görünəni budur...

Gündəm / Cəmiyyət

22-05-2023, 17:37

Qalmaqallı generalın yerinə Azər Məmmədov təyin edildi - FOTO

Araşdırma
QOBUPARK-2 SAKİNLƏRİNƏ CƏHƏNNƏM ƏZABI YAŞADAN KİMLƏRDİR VƏ SƏBƏBİ NƏDİR?
Yağışdan çıxıb selə düşənlərin fəryadını Xəzər rayon rəhbərləri niyə eşitmirlər?
MƏN HEÇ KİMDƏN QORXMURAM! – DEYƏN POLİS ATASI POLİS ORQANLARINI İTXANA ADLANDIRIR?
NAHİDİN “XƏYAL”VARİ SƏRGÜZƏŞTLƏRİ VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN DƏRDLİ ŞƏRTLƏRİ
FƏHLƏNİN ALIN TƏRİNDƏN SƏLTƏNƏT QURAN “ŞƏRUR MTK”
BAKSOL YAŞAYIŞ MASSİVİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN “Eco Ioft” MEBEL SEXİNDƏ NƏLƏR BAŞ VERDİYİ MƏLUM OLDU
Hadisə
25-10-2025, 11:21
Tibb Universitetində dosentlərin işbirliyinə Qanun yol vermədiyi halda kimlər yol verir - TƏFƏRRÜAT
11-10-2025, 10:08
Bakı metrosunda ölüm
10-10-2025, 16:14
Bakıda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
27-09-2025, 15:26
“Torqoviy” da klubda 16 yaşlı qız sevgilisini biça*ladı
26-09-2025, 19:02
İmişlidə toyda zəhərlənənlərin sayı 74-ə çatıb
2-09-2025, 11:13
Tovuzda 9 yaşlı uşağı maşın vurub öldürdü
Son xəbərlər
  • 15-10-2025, 14:36
    GÜZDƏK QƏSƏBƏ SAKİNLƏRİNƏ CƏHƏNNƏM ƏZABI YAŞADAN QARDAŞLARIN ARXASINDA KİM DAYANIR?
  • 10-10-2025, 14:46
    XƏBƏRDARLIQ
  • 29-09-2025, 00:30
    Görəsən "niyə yurdunuza köçmürsünüz"-deyə məcburi köçkünləri təhdid edən təxribatçılar bu Laçın sakininin imdad diləməsindən xəcalət çəkirlərmi?
  • 11-09-2025, 06:45
    Vaqif Əlisoyun təxribatçılara son sərt cavabı
  • 7-09-2025, 12:16
    HAMI ÖZ YURDUNA QAYIDACAQDIR!
  • 5-09-2025, 09:52
    Özünü jurnalist sayan , çəkdiyi və paylaşdığı vidiolarla , məcburi köçkünləri təhqir etdirən Səidə Bəkirqızına , ona dəm tutanlara bu vidio ilə deyirəm
  • 7-08-2025, 14:41
    QANLI SOVET İMPERİYASI YENİDƏN XORTLAYACAQ?
  • 18-07-2025, 13:26
    QOBUPARK-2 SAKİNLƏRİNƏ CƏHƏNNƏM ƏZABI YAŞADAN KİMLƏRDİR VƏ SƏBƏBİ NƏDİR?
  • 12-05-2025, 14:42
    İctimai Nəzarətin müstəqil fəaliyyət göstərməsinə məmurların əngəl törətməsinə imkan verilməməlidir.
  • 12-05-2025, 10:44
    Vicdanın nə olduğunu hələ də anlamayan və hətta qanmaq istəməyən səlahiyyət sahibləri çirkab sularını əhaliyə içirtməkdə davam edirlər.
  • 21-04-2025, 16:57
    Yağışdan çıxıb selə düşənlərin fəryadını Xəzər rayon rəhbərləri niyə eşitmirlər?
  • 3-04-2025, 15:18
    Həyatda ən ümdə arzum Böyük Azərbaycanı görməkdir
  • 15-03-2025, 11:49
    ARAZ MARKETDƏ BƏSLƏNƏN PİŞİKLƏRİN ARTIĞI İNSANLARA SATILIR
  • 11-03-2025, 13:00
    ASAYİŞİ QORUMAQ BELƏMİ OLUR, CƏNABLAR!
  • 20-12-2024, 17:11
    MƏN HEÇ KİMDƏN QORXMURAM! – DEYƏN POLİS ATASI POLİS ORQANLARINI İTXANA ADLANDIRIR?
  • 17-12-2024, 14:08
    NAHİDİN “XƏYAL”VARİ SƏRGÜZƏŞTLƏRİ VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN DƏRDLİ ŞƏRTLƏRİ
  • 12-07-2024, 12:23
    FƏHLƏNİN ALIN TƏRİNDƏN SƏLTƏNƏT QURAN “ŞƏRUR MTK”
  • 9-04-2024, 12:50
    BAKSOL YAŞAYIŞ MASSİVİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN “Eco Ioft” MEBEL SEXİNDƏ NƏLƏR BAŞ VERDİYİ MƏLUM OLDU
  • 5-04-2024, 12:57
    MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU
  • Bugün, 11:26
    Balakən icra hakimiyyətində əməliyyat zamanı saxlanılanlar korrupsiyada şübhəli bilinirlər
  • Bugün, 11:05
    Rektoru vəzifədən azad olunaraq Gəncə Dövlət Universitetinin bağlanır
  • Bugün, 10:35
    Son model lüks avomobili olan Hikmət Əliyev
  • Bugün, 09:59
    “New Med” klinikasında sertifkatsız həkimlər çalışır
  • Bugün, 09:24
    Rafiq Quliyev qanunsuz tikintilərə hansı şərtlərlə icazə verir? -Video
  • Dün, 23:07
    Nüfuzlu şəxslərin adından sui-istifadə edən Emil Hacıyevə "dur" deyən tapılacaqmı?!
  • Dün, 19:31
    Şirvan şəhər mərkəzi xəstəxanasında pasiyentdən əməliyyat üçün belə pul alınır-Videofakt
  • Dün, 17:56
    Dədə Qorqud qəsəbəsinin sakinləri şikayəti: Artıq xəstəlik tapmışıq-Video
  • Dün, 17:26
    Bir sıra məhkəmələrə hakimlər və sədrlər təyin edilib - SİYAHI
  • Dün, 17:08
    Nəsimi rayonunda “Pilot İnşaat-A” MTK vətəndaşın evini dağıdıb
  • 28-10-2025, 19:15
    Ayaz Hümbətov pasiyenti səhv əməliyyat edib
  • 28-10-2025, 18:20
    FHN-nin bağladığı “Padişah” restoranın fəaliyyətinə hansı məmur icazə verib?
  • 28-10-2025, 17:32
    38 saylı məktəbin rəhbər Sona Abbasovanın fəaliyyətində nöqsanlar aşkarlanıb
  • 28-10-2025, 16:23
    Ölümə səbəb olan Gömrük əməkdaşı Mirzə Sadıqov kimdir? - İLGİNC
  • 28-10-2025, 15:59
    "Broker Əbülfəz” yenidən səhnədə - Gömrüyün köhnə siması geri qayıdır?
  • 28-10-2025, 15:31
    Ramiz Mehdiyevin “karqo” sektorundakı izləri - Niyə araşdırılmır?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Minatv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə