• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Ramiz Mehdiyevin “karqo” sektorundakı izləri - Niyə araşdırılmır?

Gündəm / Cəmiyyət

28-10-2025, 15:31

Ramiz Mehdiyevin “karqo” sektorundakı izləri - Niyə araşdırılmır?

Azərbaycanın siyasi tarixində uzun illər “boz kardinal” kimi tanınan Ramiz Mehdiyev haqqında son aylarda yayılan məlumatlar onun təkcə siyasi yox, həm də iqtisadi təsir dairəsi ilə bağlı sualları yenidən gündəmə gətirdi. Onun barəsində aparılan istintaqın miqyası, həmçinin mətbuatda yer alan iddialar Mehdiyevin illər boyu qurduğu əlaqələr şəbəkəsini yenidən müzakirə mövzusuna çevirdi.

Müxtəlif media resurslarında yayılan məlumatlara görə, Ramiz Mehdiyev uzun müddət təkcə dövlət idarəçiliyində deyil, həm də strateji biznes sahələrində, xüsusilə gömrük və daşınma sektorunda böyük təsir imkanlarını saxlayıb.

İddialara görə, onun adı “Karqo Şamil” kimi tanınan sahibkarın biznes çevrəsi ilə, o cümlədən “Şah Kargo” və “Çin Kargo” adlı şirkətlərlə əlaqələndirilir. Bu şirkətlər bir sıra gömrük və logistika əməliyyatlarında onun siyasi çəkisindən yararlandığı barədə məlumatlar dövriyyədədir. Bu iddialar əvvəllər mediada qısa müddət rezonans doğursa da, sonradan səngidi. Lakin indi həmin şirkətlərin yenidən fəallaşması və gömrükdə müşahidə olunan bəzi köhnə problemlərin aktuallaşması bu əlaqələri yenidən gündəmə gətirib.

Son aylarda ölkə ictimaiyyətində gömrük orqanlarında bəzi köhnə sxemlərin yenidən canlanması barədə müzakirələr güclənib. Əgər bu iddialar tsdiqini tapsa, deməli, Ramiz Mehdiyevin keçmiş təsir dairələri hələ də tamamilə zərərsizləşdirilməyib. Bu isə dövlətin iqtisadi təhlükəsizliyi baxımından ciddi məsələdir.

Həmçinin İdxal-İxrac İdarəsinin rəhbəri Azər Məmmədovun adı da əsas müzakirələrdə çəkilir. Onun bəzi qeyri-qanuni şirkətlərin fəaliyyətinə göz yumması, bu şirkətlərin dövlət büdcəsinə zərər vurması barədə məlumatlar mövcuddur.

Məmmədovun sabiq Təhsil naziri Misir Mərdanovun kürəkəni olması da bu məsələyə ictimai marağı artırır. Mərdanovun vaxtilə Ramiz Mehdiyevlə siyasi qarşıdurmada olduğu bildirilir. Bu fakt, Mehdiyevin və ya onun çevrəsinin hələ də bu idarələrə dolayı təsir göstərib-göstərmədiyi sualını aktuallaşdırır.

Gömrük sistemində baş verən proseslərdə əsas məsuliyyət, təbii ki, qurumun rəhbəri Şahin Bağırovun üzərinə düşür. Son illər Bağırovun idarəçiliyi dövründə bir sıra islahatlar həyata keçirilsə də, qeyri-şəffaf fəaliyyət göstərən şirkətlərin hələ də sistemdə yer alması suallar doğurur.

Hazırda cəmiyyətdə gözlənti ondan ibarətdir ki, həm Şahin Bağırov, həm də Azər Məmmədov rəhbərlik etdikləri qurumlarda bu kimi köhnə əlaqələrin tam aradan qaldırılması üçün konkret addımlar atsınlar.

Ramiz Mehdiyevin uzun illər ərzində formalaşdırdığı siyasi və iqtisadi şəbəkənin hələ də bəzi strukturlarda təsir izləri qalırsa, bu, təkcə keçmişin mirası deyil, həm də indiki sistem üçün ciddi təhlükədir.

Bu səbəbdən istintaqın yalnız Ramiz Mehdiyevin şəxsi fəaliyyətini deyil, onun illər ərzində formalaşdırdığı təsir dairələrinin də dərinliyinə enməsi vacibdir. Əgər məqsəd köhnə sistemin qalıqlarını təmizləməkdirsə, bu, gömrükdən başlamalıdır.

Bizimxeber.org

Oxunub: 1 554
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Cəmiyyət

24-10-2025, 16:26

Elçin Babayevin təqdimatında niyə prorrektorlar arxa plana düşüb? – Mehdiyev faktoru

Gündəm / Araşdırma

22-10-2025, 18:08

Şirvanda qeyri-müəyyənlik - İlqar Abbasov Mehdiyevin güdazına gedə bilər...

Gündəm / Cəmiyyət

22-10-2025, 17:33

Ramiz Mehdiyevin çətiri altında olan iş adamları... - Və ya Əziz Quliyev kimdir?

Gündəm / Cəmiyyət

21-10-2025, 13:10

Ramiz Mehdiyevin gömrükdəki ƏSAS ADAMI: Azər Məmmədov... -HƏLƏ DƏ İŞ BAŞINDADIR...

Gündəm / Cəmiyyət

20-10-2025, 11:00

Ramiz Mehdiyevin kürəkəni “obyektlərdən” pulları yığarkən görüntüləndi

Gündəm / Siyasət

15-10-2025, 18:31

Ramiz Mehdiyevin qızından AÇIQLAMA

Gündəm / Araşdırma

15-10-2025, 17:26

Ramiz Mehdiyevin topdağıtmaz sərvətinin bir qismi... - SİYAHI

Gündəm / Cəmiyyət

15-10-2025, 16:11

Ramiz Mehdiyevlə Adnan Əhmədzadəni nə birləşdirir?

Gündəm / Cəmiyyət

10-03-2025, 17:21

Eldar Mahmudov-Ramiz Mehdiyev yolundan keçən partiya sədri: Aydəm İsmaylov niyə Adəm Bakuvi oldu?

Gündəm / Dünya

1-08-2024, 13:40

Şahin İsmayılovla bağlı İLGİNC İDDİALAR... - Ramiz Mehdiyevə necə xəyanət etdi?..

Cəmiyyət

29-03-2024, 14:35

“Axırıncı dəfə maşını 60 il qabaq sürmüşəm, nə cərimə?” – Ramiz Mehdiyev

Gündəm / Cəmiyyət

21-02-2024, 22:49

Daha bir keçmiş gömrükçü məhkəməyə üz tutdu - Şahin Bağırovun qərarı ilə razılaşmır

Gündəm / Cəmiyyət

11-10-2023, 21:35

"Ramiz Mehdiyevin oğlu ya işdən çıxarılmalı, ya da biznesdən getməlidir" - ÇAĞIRIŞ

Gündəm / Araşdırma

10-10-2023, 20:07

"Belə yalan məlumatlar hardan çıxır bilmirəm" - Ramiz Mehdiyev

Gündəm / Cəmiyyət

30-08-2023, 13:15

Mehdiyevin bank sektorundakı TƏZAHÜRÜ... - İLGİNC İDDİALAR...

Araşdırma
İranlı iş adamı görün Azərbaycanda nə işlə məşğuldur… – Bu işlər beləmi qalacaq?
İxtisas seçimində yeni yanaşma: Nə olursa-olsun, özəl universitet yazmayaq
Ömər Balacayev hansı pullar hesabına bu təmtərağı yaşayır?.. - İşçilər soruşur...
Üçüncü ölüm, bitməyən suallar: Sertifikatı ləğv edilmiş həkimə kim yol açır?
Emin Əmrullayevlə Elnur Əliyevin yolları ayrılır? - Təhsil sistemində yeni gərginlik
Metro qərarı ilə bağlı universitetlər onlayn sistemə keçə bilər - GÖZLƏNTİ
Hadisə
20-08-2026, 18:00
Böyük əməliyyat: Məmməd Musayev həbs edilir? – Şok FAKTLAR
20-08-2026, 10:11
DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib
12-08-2026, 19:00
Xocavənd rayonunda mina partlayıb, xəsarət alanlar var
8-08-2026, 11:47
Sumqayıtda avtomobil təmiri sexi yandı - Video
7-08-2026, 18:30
Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu
5-08-2026, 14:39
Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi
Son xəbərlər
  • 14-08-2026, 18:12
    UTANMIRSIZ?
  • 30-06-2026, 15:50
    HARA GEDİR BU ZAMAN
  • 6-06-2026, 16:59
    USTADNAMƏ
  • 3-06-2026, 10:40
    Yaqub Məğrur: "Məğrurnamə" şeiri
  • 21-05-2026, 14:00
    BİLDİRİŞ
  • 20-05-2026, 13:50
    ALLAH RƏHMƏT ELƏSİN!
  • 13-05-2026, 17:54
    YAQUB MƏĞRUR "MİLLƏTİM"
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 1-11-2023, 16:00
    İranlı iş adamı görün Azərbaycanda nə işlə məşğuldur… – Bu işlər beləmi qalacaq?
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Bu gün, 19:00
    İxtisas seçimində yeni yanaşma: Nə olursa-olsun, özəl universitet yazmayaq
  • Bu gün, 18:30
    Nazir: "Azərbaycan bankı bu gün Özbəkistan bankında payın alınmasına dair müqavilə imzalayacaq"
  • Bu gün, 18:00
    Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub
  • Bu gün, 17:00
    Xalq artisti Şükufə Yusupovanın keçirdiyi ağır yol qəzasının bəzi təfərrüatları məlum olub
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə