• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

İNCƏSƏNƏT MƏKTƏBİ, YOXSA İNTRİQA MƏRKƏZİ

Gündəm / Araşdırma / Cəmiyyət

28-11-2024, 15:19

İNCƏSƏNƏT MƏKTƏBİ, YOXSA İNTRİQA MƏRKƏZİ

MİNAtv.az saytına daxil olmuş dörd səhifəlik müraciətdə göstərilən faktları araşdırarkən qarşılaşdığımız neqativ hallar bizi çox təəccübləndirdi. Belə ki, Şəki Şəhər Uşaq İncəsənət Məktəbinin müəlliməsi Aynur Qocayevanın sözügedən müraciətini oxuduqca, onun başına gətirilənlərdən dəhşətə gəlməmək olmur. Məhz həmin məktəbdə iyirmi beş illik fəaliyyəti dövründə onlarca yetirməsilə respublika və beynəlxalq səviyyəli musiqi müsabiqələrində dəfələrlə iştirak etmiş, müxtəlif sertifikat, diplom və fəxri fərmanlarla təltif edilmiş, son 7 ildə fortepiano şöbəsinin müdiri vəzifəsində məharətlə çalışan bir müəllimənin müxtəlif bəhanələrlə işdən kənarlaşdırılmasına başqa nə ad vermək olar?
İNCƏSƏNƏT MƏKTƏBİ, YOXSA İNTRİQA MƏRKƏZİ

A.Qocayeva redaksiyamıza müraciətində bildirir ki, “məktəb rəhbərliyi tərəfindən 2012-ci ildə işimdən ayırmaqla Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində gücləndirilmiş proqram əsasında UMM-nin “Fortepiano müəllimləri” qrupu üzrə ixtisas artırma kursuna göndərilmişəm. 2012-ci ilin 05 iyul–15 avqust tarixləri aralığında “Fortepiano müəllimləri” qrupu üzrə (başqa fənlərlə yanaşı əsas dərs saatları – 224 saat olmaqla fortepiano ixtisasının artırılmasına ayrılmışdır. Digər fənlər 4, 6, 16 saat olmaqla) intensiv dərslərdə iştirak etmişəm. Bizə 224 saat əsas ixtisas fənni kimi musiqi nəzəriyyəsi deyil, fortepiano fənni tədris edilmişdir. 15 avqust 2012-ci il tarixdə kursu başa vurmağımla əlaqədar mənə 608 saylı vəsiqə verilmişdir. Həmin dövrdən etibarən 2024-cü ilin yay tətilinə qədər Şəki Uşaq İncəsənət Musiqi Məktəbində şagirdlərimə sevdiyim fənni tədris edə-edə 2017-ci ildə şöbə müdiri vəzifəsinə təyin edilmiş və bu vəzifəni layiqincə yerinə yetirmişəm. Bu müddət ərzində şagirdlərimlə respublika və beynəlxalq səviyyəli müsabiqələrdə dəfələrlə iştirak etmişəm və şagirdlərim dəfələrlə fəxri fərman, diplom və sertifikatlarala təltif olunmuşlar. Üstəlik rayon əhəmiyyətli tədbirlərdə, eləcə də musiqi məktəbmizdə təşkil edilən anım günləri, bayramlar və müxtəlif səpkili digər tədbirlərdə fəal iştirak etmişik.
Təəssüf ki, 2024-cü il sentyabr ayının 14-dən yeni tədris hissə müdirinin təlimatı ilə həm daşıdığım şöbə müdiri vəzifəsindən, həm də ümumiyyətlə fortepiano müəllimi kimi fortepiano şöbəsindən kənarlaşdırılaraq, nəzəriyyə şöbəsinə nəzəriyyə müəllimi vəzifəsinə təyin edildiyim barədə mənə yalnız şifahi məlumat verilmişdir. Hətta dərs saatlarım 23 saatdan 7 saata endirilmişdir.
Şifahi və yazılı qaydada bir neçə dəfə məktubla Şəki Şəhər Uşaq İncəsənət Məktəbinin rəhbərliyinə müraciət edərək, mənə mübahisələndirmək üçün müvafiq əmrin, yaxud sərəncamın və ya qərarın surətinin təqdim edilməsini xahiş etsəm də, əmrin surəti mənə təqdim edilməyib və bildiriblər ki, vəzifədən vəzifəyə keçirilmə əmrlə tənzimlənmir... Üstəlik əsas kimi ixtisasımın nəzəriyyə müəllimi olması şifahi şəkildə qeyd edilir və mənə yazılı şəkildə heç bir sənəd təqdim olunmur. İxtisasartırma barədə dövlətin təqdim etdiyi sənədə diqqət yetirilmir. Şifahi şəkildə bildirilir ki, bu vəsiqə mənə fortepiano fənni üzrə dərs deməyə səlahiyyət vermir. Halbuki mənə ixtisasartırma kursunda fortepiano fənni tədris edilib, nəzəriyyə yox. Vəsiqənin surətini də məktəbə təqdim etməklə orada kifayət qədər uzun illər ərzində işləmişəm. Əgər belə bir məqam fortepiano müəllimi işləməyimə imkan vermirdisə, bununla bağlı nə üçün indiyədək mənə heç bir irad bildirilməyib? Digər tərəfdən ixtisasımın dəyişdirilməsi üçün müraciət edərkən məni adını yuxarıda qeyd etdiyim kursa musiqi məktəbinin rəhbərliyi göndərmişdir. Hətta Həmkarlar Komitəsinin iclası olmayıb, olubsa da mən dəvət olunmamışam, qərar qəbul olunubsa iclas protokolu mənə təqdim edilməyib.
Mən 1999-cu ildən bu günədək olan əmək (iş) stajımı, sərf etdiyim illərimi, zəhmətimi, təhsil ocağı barədə mənfi imic yaranmaması, şagirdlərimin gələcəyi və müqəddəratını düşünərək mübahisəni sülh yolu ilə həll etməyə çalışmışam. Lakin mənə qarşı törədilən əmək hüquqlarımın pozuntusu nəinki aradan qaldırılmır, hətta mübahisələndirmək üçün sənədlər belə mənə təqdim edilmir. Bu səbəbdən hazırda Sizə müraciət edərək, yuxarıda sadaladığım faktları nəzərə alıb, əmək hüquqlarımın pozulmasının araşdırılmasını, aidiyyəti sənədlərin məktəbdən tələb edilməsini, aldıqdan sonra bir surətinin tanışlıq üçün mənə göndərilməsini, əmək qanunvericiliyinin tələblərinin pozulması hallarına hüquqi qiymət verilməsini və mənə qarşı edilən ədalətsizliyin aradan qaldırılmasında yardımçı olmağınızı xahiş edirəm.”
İNCƏSƏNƏT MƏKTƏBİ, YOXSA İNTRİQA MƏRKƏZİ

Aynur Qocayevanın şikayət xarakterli müraciətini araşdırarkən, qeyd edilən bütün faktlar öz təsdiqini tapdı. Belə ki, qarşı tərəfin mövqeyini öyrənmək üçün nə qədər çalışsaq da, məsul şəxslərin heç biri – nə sözügedən məktəbin direktoru Eldar Rəcəbov, nə dərs hissə müdiri Xəyalə Töhrablı telefon zənglərimizə cavab vermədi. Məcburən telefon açdığımız Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Nargilə xanım isə zəngimizə “mən iclasdayam, sonra danışarıq - dedi.” Bizim təkid etməyimizə kəskin reaksiya verən rəis, hətta “a bala, mən yaşlı bir kəndçi arvadam, tapşıraram, bir azdan köməkçim Emin sizinlə əlaqə saxlayıb suallarınızı cavablandırar”-deyə telefonu qapadı.” Ancaq xeyli gözləsək də heç kim bizimlə əlaqə saxlamadı. Yalnız Nargilə xanıma votsap vasitəsilə səs atıb, obyektivlik naminə göstərilən faktlarla əlaqədar konkret suallarımıza aydlnlıq gətirilməsini xahiş etdikdən sonra, özünü sözügedən idarənin mətbuat xidməti kimi təqdim edən Vüsal Həsənov bizə zəng etdi və şikayətçinin indiyədək məktəbdə ictimai əsaslarla fəaliyyət göstərdiyini bildirdi. Lakin əlimizdə A.Qocayevanın məktəblə bağladığı 31.08.2023-cü və 01.05.2024-cü illərdə bağladığı müqavilələrin və müvafiq olaraq aldığı aylıq məvaciblərin 1053,16 manat və 918,67 manat təşkil etməsi barədə ştat cədvəlindən çıxarışların surətlərinin olduğunu bildirəndə, mətbuat xidmətinin rəhbəri deməyə söz tapmadı. Yalnız onu bildirdi ki, “bu barədə Nargilə xanıma deyərəm, özü sizə izah edər.” Ancaq gün ərzində gözləsək də idarə rəisi nə zəng etmədi, nə də təkrar zəngimizə cavab vermədi. Odur ki, sözügedən müqavilələrin və çıxarışların surətlərini Nargilə xanımın votsap nömrəsinə göndərdik. Bundan sonra aləm bir-birinə dəydi. Şikayətçi A.Qocayeva bizə məlumat verdi ki, məktəbin direktoru ona zəng vurub xahiş edir ki, “məktəbə gəl, problemlərini həll edək!”
Araşdırma nəticəsində o da məlum oldu ki, Şəki Şəhər Uşaq İncəsənət Məktəbinin intriqa mərkəzinə çevrilməsinə səbəb, məktəbə yeni təyin edilmiş dərs hissə müdiri Xəyalə Töhrab qızı Töhrablının tətbiq etdiyi qərəzli “islahatlar”ın qarşısını, nə məktəb direktoru Eldar Rəcəbovun, nə də Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Nargilə xanımın ala bilməməsi olub.
P.S. Hələlik konkret nəticə barədə məlumatsız olsaq da, güman edirik ki, günahkarlar cəzasını almaqla problem öz müsbət həllini tapacaq və zərərçəkmiş müəllimənin tapdanmış hüquqları bərpa ediləcək.

MİNA Tv.az saytının Araşdırma Bürosu

Oxunub: 14 800
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Cəmiyyət

5-11-2024, 16:12

“Müəlliməyə bildirdi ki, oğlun şəhid deyil, veterandır, gedib işləsin” – İNCƏSƏNƏT MƏKTƏBİNİN KOLLEKTİVİ MÜDİRDƏN ŞİKAYƏTÇİDİR

Gündəm / Araşdırma

4-11-2024, 12:24

Bu kollecin müəllimləri kütləvi şəkildə işdən çıxarılır - NARAZILIQ VAR...

Gündəm / Araşdırma / Video

22-10-2024, 16:32

MUSİQİ MƏKTƏBİ, YOXSA İNTRİQA YUVASI

Gündəm / Araşdırma

11-06-2024, 12:48

Şəki Uşaq İncəsənət Məktəbi: BURA BAZARDIR? - BU NƏDİ BELƏ?!

Gündəm / Siyasət

3-06-2024, 16:22

Şəki Uşaq İncəsənət Məktəbində ikitirəlik hökm sürür –Bunu Mədəniyyət Nazirliyi yaradıb

Gündəm / Cəmiyyət

23-05-2024, 11:28

Gəncədə 60 illik musiqi məktəbinin binası necə ÖZƏLLƏŞDİRİLİB? – DETALLAR

Gündəm / Araşdırma

20-05-2024, 12:04

Nargilə Qafarovanın Şəki Uşaq İncəsənət Məktəbindəki qanunazidd halları gizlətməkdə marağı nədir

Gündəm / Cəmiyyət

20-05-2024, 09:10

Gəncədə bu idarənin məmurları İTTİHAM OLUNUR - TƏFƏRRÜAT

Gündəm / Cəmiyyət

3-05-2024, 12:31

Keçmiş diplomatın regiondakı mədəniyyət siyasəti Bərdədəki 3 nömrəli Uşaq Musiqi Məktəbini bu günə qoyub

Gündəm / Araşdırma

29-03-2024, 12:48

Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? –Adil Kərimlinin menyusuna

Gündəm / Araşdırma

24-01-2024, 12:53

Musiqi məktəbinin direktorundan ŞOK İTTİHAMLAR... - nazirə məktub yazdı

Gündəm / Mədəniyyət

16-10-2023, 09:29

Mingəçevirdəki Uşaq İncəsənət Məktəbində ŞOK HADİSƏ-Görün direktor müavini nələr edib…

Gündəm / Mədəniyyət

1-07-2023, 16:57

Mədəniyyət Nazirliyi ittihamlara cavab verdi: Məbləği DİM müəyyənləşdirib

Cəmiyyət

15-05-2023, 10:24

Birinci siniflərin məktəb seçiminə başlanılır

Gündəm / Mədəniyyət

13-05-2023, 17:35

Azərpaşa Nemətovun yerinə təyin olunan bədii rəhbər kimdir? - DOSYE

Araşdırma
“Park Yasamal”-ın hissə-hissə marketinq fırıldağı? - “Kristal” reklamları ilə özünü düşünür
”Meqa” sığorta şirkətindən şikayət-Zərəri ödəmirlər…
Xətai rayonunda qanunsuz tikinti bumu - VİDEO
Qəbir yerlərindən qazanılan milyardlarlar kimin cibinə gedir? - Bələdiyyələrlə İş Baş İdarəsi susur...
"Azərlotereya"nın gəlirləri hara gedir? - Dünya təcrübəsi və Azərbaycan reallığı - Araşdırma
İcra başçısının nə marağı var idi ki... CAMAAT ZÜLMƏ SALINIB? - “Vesta Construction” İŞİNDƏ ŞÜBHƏ!
Hadisə
Dünən, 14:00
Qubada faciə: Məktəblinin müəmmalı ölümü araşdırılır
14-02-2026, 13:10
Ailə üzvləri dəm qazından zəhərləndi - Baba öldü, 5 nəvəsi xəstəxanalıq oldu
12-02-2026, 16:15
Saleh Məmmədovun 21 yaşlı oğlu Londonda milyonluq biznesin sahibidir - FOTO
12-02-2026, 09:30
Şərurda avtomobil "TIR"la toqquşub, xəsarət alanlar var
8-02-2026, 11:01
Narkotik çəkib maşın sürürdü - Həbs edildi
6-02-2026, 10:46
Bakıda ŞOK: İdrak Liseyində şagird müəllimi GÜLLƏLƏDİ
Son xəbərlər
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Dünən, 17:00
    Nazir müavini: İran sanksiyaların ləğvi şərti ilə kompromisə hazırdır
  • Dünən, 16:30
    Prezidentin Almaniya səfərindən önəmli - Görüntülər
  • Dünən, 16:00
    Kiyevin hazırkı vəziyyətindən danışdı
  • Dünən, 15:00
    20 dərəcə isti olacaq - SABAHIN HAVASI
  • Dünən, 14:30
    Həccə sənəd qəbulu müddəti UZADILDI
  • Dünən, 14:00
    Qubada faciə: Məktəblinin müəmmalı ölümü araşdırılır
  • Dünən, 13:00
    Qəzzaya hava zərbəsi - 8 nəfər öldü
  • Dünən, 12:00
    “İdrak” liseyində güllələnən müəllimin vəziyyəti necədir?
  • Dünən, 11:30
    İlham Əliyev Vuçiçə təbrik məktubu ünvanladı
  • Dünən, 11:00
    Bu tarixdə HƏMAS-ın tərksilah prosesinə başlanılacaq
  • Dünən, 10:30
    “Kəpəz” “Neftçi”ni, “Araz-Naxçıvan” “Sumqayıt”ı qəbul edəcək
  • 14-02-2026, 16:13
    Zelenski Rusiya-Ukrayna-ABŞ görüşünün uğurlu olacağına ümid edir
  • 14-02-2026, 15:56
    Abşeron rayonu “Qurtuluş 93″də tikilən qanunsuz obyektə hansı məmur icazə verib? Videofakt
  • 14-02-2026, 15:30
    Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
  • 14-02-2026, 15:15
    “Park Yasamal”-ın hissə-hissə marketinq fırıldağı? - “Kristal” reklamları ilə özünü düşünür
  • 14-02-2026, 14:52
    Ursula fon der Lyayen Avropanın qarşılıqlı müdafiəsi ideyasını həyata keçirməyə çağırıb
  • 14-02-2026, 14:33
    ”Meqa” sığorta şirkətindən şikayət-Zərəri ödəmirlər…
  • 14-02-2026, 13:10
    Ailə üzvləri dəm qazından zəhərləndi - Baba öldü, 5 nəvəsi xəstəxanalıq oldu
  • 14-02-2026, 12:35
    Maduronu ələ keçirmək üçün süni intellektdən istifadə ediblər
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə