• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Oqtay Şirəliyevin LAYİQLİ DAVAMÇISI... - Naziri tay niyə dəyişirdilər ki...

Gündəm / Araşdırma

6-06-2023, 09:45

Oqtay Şirəliyevin LAYİQLİ DAVAMÇISI... - Naziri tay niyə dəyişirdilər ki...

Ölkədə ürək xəstəliklərinin müalicəsi ilə məşğul olan elm ocağında - Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunda ürəkağrıdan durum yaranıb.

İllərdir ki, burada saç ağardan həkimlər, elmi işçilər, professorlar az qala özləri ürək xəstəliklərinə mübtəla olublar.

Buna səbəb isə 2018-ci ildə İnstituta direktor təyin olunan Gülnaz Dadaşovanın bu elm ocağına gətirdiyi "islahatlar", yeni "qanunlar"dır.

Bəs bu "qanunlar" nədən ibarətdir?

Həkimlərin bildirdiyinə görə, Gülnaz Dadaşovanın "yeni strategiyası" heç də Kardiologiya İnstitunun elmi reytinqini qaldırmaq, burada göstərilən tibbi xidmətlərin keyfiyyətini yüksəltmək, tibbi personal üçün normal iş atmosferi yaratmaq, bu vacib səhiyyə ocağının maddi- texniki bazasını genişləndimək deyil.

Nə məsələdirsə, direktor bu sadaladıqlarımızın tamamilə əksinə hərəkət edir. Əlbəttə, kimlərsə bunu ümumi sözlər, hətta qərəzli mövqe kimi qəbul edə bilər. Lakin faktlara nə deyirsiniz? Özü də hazırda bu institutda çalışan, yaxud min bir hiylə ilə oradan uzaqlaşdırılan nüfuzlu alimlərin, professorların açıqladığı faktlara?

Gəlin, onların dediklərinə diqqət yetirək. Məsələn, 20 ilə yaxın Kardiologiya İnstitutunda çalışan professor Elman Ələkbərovun. İnstitut rəhbərliyi onun icbari tibbi sığorta ilə işləmək istəməməsi səbəbindən öz istəyi ilə işdən ayrıldığını bildirib.

Bəs Elman Ələkbərov nə deyir?

O, doğrudanmı, respublikadakı ən böyük infarkt şöbəsinin rəhbərliyindən yalnız bu səbəbə görə gedib?

Elman müəllim bu yaxınlarda Mediçina.az saytına verdiyi müsahibəsində bu barədə bunları deyib: "Heç vaxt işimdən, yerimdən narazı olmamışam. Amma son 2 ildə infarkt şöbəsinin rəhbəri kimi tematik xəstələri qəbul etməyə və elmi işləri aparmağa şərait yox idi. Bizi birinci mərtəbəyə endirib, bir otağa salıb dedilər ki, bütün xəstələri qəbul edəcəksiniz.

Kiçik, dar otaqda 6 həkimin hərəsi bir gündə 30 xəstə qəbul edirdi. Ağız deyəni qulaq eşitmirdi. Biz adi kardioloq həkim deyilik, Elmi-Tədqiqat İnstitutu da poliklinika deyil. Nə yaşıma, nə titullarıma, nə elmi adma hörmət qoyurdular. Dünyanın harasında belə bir sistem var? Elmi Şuranın professoru xəstənin birini 1 manat 20 qəpikdən qəbul etməməlidir.

Çox basırıq idi, xəstələr qapını itələyib açırdılar, bizim elmi işlə məşğul olmağa vaxtımız olmurdu. Mən də bir neçə dəfə məsələni direktora dedim. Gah dedi ki, göstəriş Səhiyyə Nazirliyindən gəlib, sonra TƏBİB-in üstünə atdı. Sonra dedi, İcbari Tibbi Sığorta belə deyir ki, pandemiyadır, düzələr, bir az dözün. Mən öz şəxsiyyətimə hörmət edən adamam.

Bir müddət səbr etdim, sonra gördüm ki, yox, şərait yoxdur və olmayacaq. Ona görə ərizəmi yazdım. Həqiqəti deyirəm, sıxışdırma olmadı, məni saxlamaq istədilər. Kim məni çıxara bilər? Hətta ərizəmi yubatdılar. Amma özləri elə şərait yaratdılar ki, gedək. Elə yerdə işləmək mənə yaraşmazdı. Söz də demək olmur. Hamı özünü ağıllı hesab edir".

Yəqin ki, əlavə şərhə ehtiyac yoxdur.

Elman müəllim yaradılan dözülməz şəraitə tab gətirməyib İnstitutdan ayrılan yeganə elmi işçi deyil. Kardiologiya İnstitunun bir neçə peşəkar mütəxəssisi "Burda mənəm, Bağdadda kor xəlifə" prinsipi ilə işləyən Gülnaz Dadaşovanın despotik idarəçiliyinə dözməyərək, iş yerlərini dəyişməyə məcbur olublar.

Qalanlar isə özlərini alim, elmi işçi, həkim kimi deyil, xüsusi rejimli düşərgədəki məhbuslar kimi hiss edirlər. Hətta 22 ildir ki, burada çalışan, Pribaltikada təhsil alan, Riqa Elmlər Akademiyasında və Rusiyada işləmiş kəskin miokardlar üzrə mütəxəssis, reanimatoloq Nurlana Rüstəmova Bakupost.az-a açıqlamasında "İnstitutda alimlərin özlərini qul kimi hiss etdiklərini" bildirib:

"Həkim və elmi işçi kimi hüquqlarımız tapdalanır. Biz özümüzü həkim və alim kimi hiss etmirik. O həkimlik qüruru, ləyaqəti, rahatlığı yoxdur. Özümüzü qul kimi hiss edirik.

Bizim elmi şöbəmizdə heç kimə tematik xəstə verilmir. İnstitut elə bil bazardır. Adi klinik xəstəxana kimi fəaliyyət göstərir.

Əvvəl işə sevinə-sevinə, qürurla gedirdiksə, indi səhər açılanda xofla, stresslə gəlirik ki, bu gün nə eşidəcəyik. Təsəvvür edin, reanimasiya işçisinə də töhmət verirlər. Onun işi onsuz da gərgindir. Deyirlər, sənin nə xidmətin var? Neynəmisən? İnsan 20 ildir reanimasiyada işləyib. Bu xidməti bilməyən, elmi işçi ilə həkimi ayırmayan insandan nə gözləmək olar?

Direktor bütün bu təzyiqləri adamları vasitəsilə etdirir. Özü heç kimlə üz-göz olmur. Onun qəbuluna düşmək mümkün deyil. Gedirsən, gah yoxdur, gah deyirlər, "adam var, get, sonra gəl”. Hamını süründürür. Təkcə məni yox, məndən də qocaman, üstün professorları gözlədir.

5 dəqiqəlik görüşlərdə hər kəs ürək sözünü deyə bilmir. Çünki bilir ki, dinləyən olmayacaq. İnsanlar qorxusundan bilmir, nə etsin. Çünki bu 4 il ərzində o qədər insanlar işdən çıxmağa məcbur edilib ki..."

Gülnaz Dadaşovanın İnstituta gətirdiyi "yeniliklər"dən biri də elmi işçilərin kabinetlərini palataya çevirməsi olub. Nurlana Rüstəmova da bunu etiraf edib:

"Heç nə yaxşılığa doğru dəyişməyib. Kabinetləri palata ediblər. Bütün şöbələrdən fond pulu toplanır. 4-5 ay əvvələ qədər bizim şöbədən də fond pulu yığılırdı. Guya əyər-əskikləri düzəldəcəklər. O boyda institutun pulu yoxdur? Amma yenə də tualet yox, palatalar bərbad, pəncərə qulpları qırıq, kondinsioner yox, sabunu xəstə gətirir, tualet kağızı yox, salfet yox. Lampanı güclə dəyişirlər. Hətta bəzən həkimlərə deyirlər ki, hər xəstə üçün fonda 5 manat pul ödənməlidir, tualeti təmir edirlər. Elə bilin ki, orta məktəb kimi. Mən deyərdim, ondan da betər, kənd xəstəxanası kimi. Həkimlər üzünə üz bağlayıb, xəstəyə deyir ki, 5 manat ver. Deyə bilməyən cibindən verir. Kardiologiya İnstitutunda elm adına bir şey qalmayıb. Adi xəstəxanadır, elm adı ilə maskalanıb".

Bütün bunlar Kardiologiya İnstitutu işçilərinin mətbuata açıqlamalarının çox cüzi bir hissəsidir. Bundan daha kəskin tənqidlər son 5 ildə dəfələrlə Kardilogiya İnstitunun dəhlizlərində, kabinetlərdə, Elmi Şurada baş verib. Hətta elmi işçilərin hüquqlarının pozulması, işdən qanunsuz çıxarılma ilə bağlı məhkəmə çəkişmələri belə baş verib.

Daim pressinq altında olan işçilərin bir qismi Səhiyyə naziri Teymur Musayevə rəsmi müraciət də ünvanlayıblar.

Müraciətin aqibətinin necə sonuclandığı isə çox maraqlıdır.

Mediada gedən yazılar və Kardiologiya İnstitunun əməkdaşlarının müraciətindən sonra Səhiyyə naziri Teymur Musayev Kardiologiya İnstituna yoxlama komissiyası göndərilib.

Məlumatlara görə, on günə yaxın davam edən yoxlamalar zamanı İnstitutdakı nöqsanlarla bağlı səsləndirilən fikirlərin böyük əksəriyyəti təsdiqini tapıb. Lakin nədənsə Səhiyyə Nazirliyi bu yoxlamaların nəticəsini açıb-ağartmayıb. Müraciət edən KİV-lərə isə bunun "planlaşdırılmış daxili monitorinq" olduğu bildirilib.

Hətta bu yoxlamalardan sonra da Gülnaz Dadşova öz qanunsuz əməllərini dayandırmayıb. Belə ki, İnstitutda VİP palatalar yaradan və onları günü 40-50 manatdan olmaqla imkanlı xəstələrə verən direktor Səhiyyə Nazirliyinin yoxlamaları zamanı bu qanunsuzluğa müvəqqəti fasilə versə də, hazırda həmin palataların yenidən fəaliyyət göstərdiyi bildirilir.

Məlumata görə, yoxlamalardan sonra Gülnaz Dadaşova bu "əməliyyatı" müvafiq şöbələrin həkimləri vasitəsilə həyata keçirir. İnstitut rəhbərinin təkcə bu palatlardan ayda 7-10 min manat arasında xalis qazanc əldə etdiyi bildirilir.

Nurlana Rüstəmovanın dediyi "fond pulu" əməliyyatı da yoxlamalardan sonra davam etdirilir. Məlumatlara görə, elə bu yaxınlarda xəstələr üçün göndəriş talonlarının çap edilməsi məqsədilə institutda həkimlərdən 10 manatdan pul toplanılıb. Halbuki institut dövlət büdcəsindən maliyyələşir və bu məqsədlə dövlət özü pul ayırır. Bəs, o zaman Gülnaz Dadaşova nədən gah tualet təmiri, gah hansısa blankları çap etmək üçün həkimlərdən fond pulu yığır.

Ümumiyyətlə, o, bu və digər qanunsuzluqları kimə arxayın olaraq həyata keçirir? Səhiyyə naziri Teymur Musyaev niyə həyatının xeyli hissəsini Kardiologiya İnstituna həsr edən professorlarin şikayətlərini görməzdən gəlir?

Görünür, bunun səbəbini 5 il əvvəl Gülnaz Dadaşovanın Kardiologiya İnstituna necə direktor təyin olunmasında axtarmaq lazımdır. Belə ki, KİV-də yayılan məlumatlara görə, Gülnaz Dadaşova keçmiş Səhiyyə naziri Oqtay Şirəliyev ilə "qudalıq” münasibətlərindən yaralanaraq bu məqama yüksəlib:

"Gülnaz Dadaşova ”Sobsan” boya şirkətinin rəhbəri Cavid bəyin əmisi qızıdır.

Sabiq nazir O.Şirəliyevin oğlunu ikinci dəfə evləndirərkən qohum olduğu yeni qudası da "Sobsan Boya” şirkətinin əsas payçılarından, şəriklərindən biridir. Beləcə, sabiq nazir qohumluğu daha da möhkəmləndirmək üçün Gülnaz xanımın Kardiologiya İnstitutunun rəhbərliyinə gedən yolunu ağ rəngə boyayıb".

Belə çıxır ki, keçmiş nazir Oqtay Şirəliyev indiki nazir Teymur Musayev üzərində hələ də təsirini saxlayır?

Bunu iddia edə bilməsək də, hər halda nazir Kardiologiya İnstitunda baş verən nöqsanlarla əlaqədar tədbir görmək əvəzinə, bu günlərdə G.Dadaşovanın təyinatının müddətini uzatmaq barədə əmr imzalayıb.

Məsud Turan //arqument.az//

Oxunub: 4 921
Paylaş:
Digər xəbərlər

Gündəm / Hadisə

2-06-2023, 13:19

Gəncədə səhiyyə sistemi `CANINI TAPŞIRIB`... - Beləsinə CAN TAPŞIRMAQ OLAR?

Gündəm / Cəmiyyət

1-06-2023, 17:46

"Budur... 2 il 10 aydır ki, yollarda, qapılarda qalmışam" - GİLEY

Gündəm / Cəmiyyət

24-05-2023, 16:11

Elmi Tədqiqat Kardiologiya İnstitutunda Gülnaz Dadaşova qanunları

Gündəm / Cəmiyyət

23-05-2023, 18:56

Naxçıvan Səhiyyə Nazirliyinə aparat rəhbəri təyin edildi

Araşdırma

23-05-2023, 17:38

Kardiologiya İnstitutunda dözülməz idarəçilik və Səhiyyə Nazirliyinin gizlədilən yoxlaması

Cəmiyyət

20-05-2023, 14:42

Nazirdən yeni TƏYİNAT

Gündəm / Siyasət

20-05-2023, 13:10

İlham Əliyevdən “Bakı Ürək Günləri” Beynəlxalq Konqresinin iştirakçılarına MÜRACİƏT

Gündəm / Cəmiyyət

20-05-2023, 11:20

Vüqar Qurbanovun vüqarı Zaqatala Xəstəxanasında necə qorunur?

Gündəm / Cəmiyyət

17-05-2023, 11:34

Şuşa Qoruğuna yeni icraçı direktor təyin olundu

Araşdırma

17-05-2023, 07:16

Vətəndaş haqqını bərpa edə bilmir... - GİLEY

Cəmiyyət

15-05-2023, 13:51

Gəncə Tibb Mərkəzində şıdırğı vaksin alveri gedir? - Bəs hüquq mühavizə orqanları hara baxır?

Gündəm / Siyasət

10-05-2023, 10:39

Gülnaz Dadaşovanın kardiologiya İnstitutunda “şumlama” əməliyatı davam edir - Atəşlə oynama!

Gündəm / Cəmiyyət

8-05-2023, 18:50

ADAU ilə bağlı yeni iddialar... - Prezident bu ali təhsil ocağına NİYƏ BAŞ ÇƏKMİR?

Araşdırma

6-05-2023, 21:37

Oqtay Əsədova bağlı şirkətlə 700 minlik müqavilə

Gündəm / Cəmiyyət

6-05-2023, 11:10

Gülnaz Dadaşovanın məhv etdiyi Kardiologiya İnstitutu... - Savadlı və mütəxəssis kadrları işdən çıxarır

Araşdırma
QOBUPARK-2 SAKİNLƏRİNƏ CƏHƏNNƏM ƏZABI YAŞADAN KİMLƏRDİR VƏ SƏBƏBİ NƏDİR?
Yağışdan çıxıb selə düşənlərin fəryadını Xəzər rayon rəhbərləri niyə eşitmirlər?
MƏN HEÇ KİMDƏN QORXMURAM! – DEYƏN POLİS ATASI POLİS ORQANLARINI İTXANA ADLANDIRIR?
NAHİDİN “XƏYAL”VARİ SƏRGÜZƏŞTLƏRİ VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN DƏRDLİ ŞƏRTLƏRİ
İNCƏSƏNƏT MƏKTƏBİ, YOXSA İNTRİQA MƏRKƏZİ
MUSİQİ MƏKTƏBİ, YOXSA İNTRİQA YUVASI
Hadisə
22-07-2025, 17:36
Mərdəkanda dənizdə batan var
18-07-2025, 17:57
Arvadını güllələməkdə ittiham edilən klinika rəhbəri haqda - Qərar
12-07-2025, 10:11
Zivər bəy Əhmədbəyovun abidəsi baxımsızlıq içində – Xəcalət verən görüntü VİDEO
3-07-2025, 10:04
Bilgəh çimərliyində boynu sınan gənc öldü
30-06-2025, 18:41
Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib
26-06-2025, 09:25
Sabirabadda ağır yol qəzasında üç nəfər ölüb
Son xəbərlər
  • 18-07-2025, 13:26
    QOBUPARK-2 SAKİNLƏRİNƏ CƏHƏNNƏM ƏZABI YAŞADAN KİMLƏRDİR VƏ SƏBƏBİ NƏDİR?
  • 12-05-2025, 14:42
    İctimai Nəzarətin müstəqil fəaliyyət göstərməsinə məmurların əngəl törətməsinə imkan verilməməlidir.
  • 12-05-2025, 10:44
    Vicdanın nə olduğunu hələ də anlamayan və hətta qanmaq istəməyən səlahiyyət sahibləri çirkab sularını əhaliyə içirtməkdə davam edirlər.
  • 21-04-2025, 16:57
    Yağışdan çıxıb selə düşənlərin fəryadını Xəzər rayon rəhbərləri niyə eşitmirlər?
  • 3-04-2025, 15:18
    Həyatda ən ümdə arzum Böyük Azərbaycanı görməkdir
  • 15-03-2025, 11:49
    ARAZ MARKETDƏ BƏSLƏNƏN PİŞİKLƏRİN ARTIĞI İNSANLARA SATILIR
  • 11-03-2025, 13:00
    ASAYİŞİ QORUMAQ BELƏMİ OLUR, CƏNABLAR!
  • 20-12-2024, 17:11
    MƏN HEÇ KİMDƏN QORXMURAM! – DEYƏN POLİS ATASI POLİS ORQANLARINI İTXANA ADLANDIRIR?
  • 17-12-2024, 14:08
    NAHİDİN “XƏYAL”VARİ SƏRGÜZƏŞTLƏRİ VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN DƏRDLİ ŞƏRTLƏRİ
  • 3-12-2024, 12:19
    QOBUPARKDA OĞLAN OVU, POLİSLƏRİN QOVHAQOVU
  • 29-11-2024, 15:17
    İNCƏSƏNƏT MƏKTƏBİ, YOXSA İNTRİQA MƏRKƏZİ
  • 28-11-2024, 15:19
    İNCƏSƏNƏT MƏKTƏBİ, YOXSA İNTRİQA MƏRKƏZİ
  • 5-11-2024, 15:04
    TƏŞƏKKÜRNAMƏ
  • 22-10-2024, 16:32
    MUSİQİ MƏKTƏBİ, YOXSA İNTRİQA YUVASI
  • 3-10-2024, 20:17
    RASİM GÜZDƏKDƏ AT OYNADIR
  • 30-09-2024, 15:51
    İCTİMAİ NƏZARƏT
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 8-08-2024, 19:36
    BİLDİRİŞ
  • 24-07-2024, 14:49
    DYP ƏMƏKDAŞLARININ SUYU BULANDIRIB BALIQ TUTMA SEVDASI - FOTOLAR
  • 19-07-2024, 11:58
    QARADAĞ RAYON SU-KANAL İDARƏSİNDƏ NƏLƏR BAŞ VERİR?
  • 12-07-2024, 12:23
    FƏHLƏNİN ALIN TƏRİNDƏN SƏLTƏNƏT QURAN “ŞƏRUR MTK”
  • 9-04-2024, 12:50
    BAKSOL YAŞAYIŞ MASSİVİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN “Eco Ioft” MEBEL SEXİNDƏ NƏLƏR BAŞ VERDİYİ MƏLUM OLDU
  • 5-04-2024, 12:57
    MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU
  • 3-04-2024, 16:12
    BAKSOL YAŞAYIŞ MASSİVİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN MEBEL SEXİNDƏ NƏLƏR BAŞ VERİR?
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • 22-06-2023, 11:39
    XƏBƏRDARLIQ
  • Bugün, 18:44
    DÖVLƏT AĞSTAFADA “YATIB”, HÜQUQ SUSUR, QANUNLAR TAPDANIR VİDEO
  • Bugün, 17:56
    “Özsüt” də həşaratlara qarşı hansı tədbir görülür?
  • Bugün, 17:22
    "Bakubus"un sürücüsü səhid xanımını təhqir etdi - 50 manat CƏRİMƏLƏNDİ
  • Bugün, 16:31
    Port Baku KFC-də müştərinin sifarişinə köhnə toyuq verilib?
  • Bugün, 15:53
    Şəki Tibb Kollecində Elmira Hacıyevanın tender oyunu
  • Bugün, 12:49
     Mingəçevir səhiyyəsinin AĞLAMALI HALI... - BU NƏDİ BELƏ?
  • Bugün, 12:12
    Gəncə şəhər İcra Hakimiyyətinin YALANI İFŞA OLUNDU
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Minatv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə