• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

“Səhər dedilər 11000 ödəməlisiniz, axşam anamın ölüm xəbəri gəldi”

Gündəm / Araşdırma

12-12-2025, 08:12

“Səhər dedilər 11000 ödəməlisiniz, axşam anamın ölüm xəbəri gəldi”


“Anam bu il martın 13-dən 24-dək Bakı Sağlamlıq Mərkəzinin (BSM) Reanimasiya şöbəsində müalicə alıb. Ona nə vaxtında doğru diaqnoz qoya biliblər, nə də normal xidmət göstərilib. Nəticədə anam 24 mart tarixində xəstəxanada vəfat edib”.

Bu iddia ilə “Qafqazinfo”ya jurnalist Cavid Məmmədov müraciət edib.

Şikayətçi bildirib ki, valideyni-Məmmədova Mətanət İdris qızını xəstəxanaya yerləşdirən zaman ona əlavə 2 min manata yaxın ödəniş etməli olduğu deyilib: “Tibb müəssisəsindən mənə deyildi ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində xəstəxanaya limit qoyulub və çox az pul ayrılır, bu vəsait isə xəstəyə keyfiyyətli xidmət göstərməyə imkan vermir. Buna görə də keyfiyyətli xidmət üçün əlavə 1500-2000 AZN ödəməliyik. Bununla razılaşdım, lakin elə həmin gün anamı xəstəxanaya yerləşdirdikdə məndən 3000 AZN tələb olundu. Həmin məbləği dərhal ödədik və yalnız bundan sonra anamı Reanimasiya şöbəsinə qəbul etdilər. Lakin təəssüf ki, keyfiyyətli xidmət elə sözdə qaldı.

Xəstəxanada olduğumuz müddətdə ora kənardan təxminən 1250 AZN dəyərində dərman alıb verdik. Səbəbini soruşduqda isə bildirildi ki, İTS dərman vasitələrinin xərcini qarşılamır, xəstəxana dərmanları tender əsasında yalnız bir şirkətdən alır. Həmin şirkət isə yalnız müəyyən dərmanları tədarük edir. Vəziyyət o həddə çatmışdı ki, hətta Xidmətlər Zərfi təminatına daxil olan dərmanları belə almağımızı istədilər, etiraz etdikdə isə bunun “anlaşılmazlıq” olduğunu dedilər”.
“Səhər dedilər 11000 ödəməlisiniz, axşam anamın ölüm xəbəri gəldi”

Mərhumun oğlu əlavə edib ki, anasının xəstəxanada olduğu müddətdə göstərilən xidmətin keyfiyyəti ilə bağlı dəfələrlə şikayət edilsə də, hər dəfə yaranan problemləri “anlaşılmazlıq”la izah ediblər: “Məsələn, ilk günlərdə anama düzgün diaqnoz qoya bilmədilər, yalnız 5 gün sonra onun qanında təhlükəli infeksiya olduğu məlum oldu, halbuki xəstəxanada olduğu ilk 5 gün ərzində edilmiş analizlərin nəticələri səhv olaraq anamda infeksiyanın olmadığını göstərirdi. Beləliklə, xəstəxananın yanlış analizi səbəbindən anamın müalicəsində 5 günü itirmiş olduq, nəticədə koma vəziyyətinə düşdü. Martın 24-ü səhər saatlarında mənimlə əlaqə saxlayıb bildirdilər ki, xəstəxanaya 11000 AZN borcumuz yaranıb və bunun azı 3000 AZN-ni ödəməlisiniz. Soruşanda ki, bəs necə olub bu borc yığılıb və mənə xəbər etməmisiniz, zəng edən şəxs əsaslı izah verə bilmədi. Səhər ödənişin bir hissəsini etdik, axşam isə anamın vəfat etdiyi xəbəri gəldi. Beləliklə, bu müddətdə xəstəxanaya cəmi 6000 AZN ödəniş etdik”.

C.Məmmədov xəstəxanadan ödənilən pula görə hesab-fakturanın verilməsini tələb etsə də, BSM-in bir-birini təkzib edən sənədlər təqdim etdiyini deyir: “Məlum oldu ki, 11000 AZN borcumuzun yaranması ilə bağlı iddialar əsassızdır. Lakin təqdim olunan bütün sənədlərdə qeyd olunan xidmətlərin böyük əksəriyyəti icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində təminata daxildir və qanunvericiliyə görə, zərfə daxil olan xidmətlərə görə vətəndaşdan ödəniş alınmamalıdır.

İcbari tibbi sığorta tərəfindən BSM-ə 784 AZN (döş qəfəsi KT - 50 AZN, digər orqan və ya sistemlərin zədələnməsi ilə müşayiət olunan qırmızı qurd eşənəyi - 734 AZN) məbləğində ödəniş edilib. Xəstəxana iddia edir ki, həmin məbləğ müalicə həyata keçirmək üçün azlıq edir, məhz buna görə vətəndaşlardan ödəniş alınır. Əgər həqiqətən sığorta ödənişinin məbləği azdırsa, niyə BSM yanvar ayından etibarən Xidmətlər Zərfi çərçivəsində xidmət göstərir? Bu halda özəl müəssisələr kimi Xidmətlər Zərfi çərçivəsində xidmət göstərməkdən imtina etmək daha məntiqəuyğun olmazdımı?! Anamın xəstəliyi Xidmətlər Zərfi təminatına daxil olduğuna görə, onun Reanimasiyada yatışı üçün çəkilən xərclər də zərfdə müəyyən edilmiş qiymətlərə əsasən hesablanmalı və İTS tərəfindən qarşılanmalıdır.
“Səhər dedilər 11000 ödəməlisiniz, axşam anamın ölüm xəbəri gəldi”

BSM iddia edir ki, guya anam üçün kənardan 3900 AZN-lik dərman alınıb və bu dərmanların pulu mənim ödədiyim məbləğdən çıxılıb. Halbuki özlərinin mənə təqdim etdikləri hesab-fakturada xərclərin bölgüsü fərqli göstərilib. Həmçinin xəstəxana anama 2100-2200 AZN dəyərində qan və qan komponentləri vurulduğunu bəyan edir. İddia edilir ki, anama 2 dəfə trombosit kütləsi köçürülüb. Hər kütlə isə guya Qan Bankından 600 AZN-ə alınır. Əslində bu xidmətə görə məndən vəsaitin alınması qanunsuz olub. Çünki qanunvericiliyə görə qanın, qan komponentlərinin donorluğu pulsuzdur, onların pulla satışı isə qadağandır”.

O bildirib ki, ödəmiş olduğu 6000 AZN-in 1000 AZN-ni geri qaytarılıb. Cavid Məmmədov iddia edir ki, göstərilmiş eyni xidmətə görə həm İTS-dən, həm də ondan ödəniş alınıb, bu isə “Tibbi sığorta haqqında” Qanuna ziddir. O, BSM-dən qanunsuz olaraq alınmış artıq ödənişin geri qaytarılmasını tələb edir.

Şikayətlə bağlı Bakı Sağlamlıq Mərkəzinə müraciət etsək də, ittihamlara cavab ala bilmədik. Nə qədər qəribə olsa da, tibb müəssisəsinin Mətbuat xidmətindən bildirildi ki, mətbuatdan göndərilən sorğulara deyil, yalnız dövlət qurumlarından göndərilən rəsmi məktublara cavab verilir. Hər ehtimala qarşı sorğumuzu göndərmək üçün elektron poçt ünvanı istəsək də, məlum oldu ki, bunu qurumun Çağrı Mərkəzinə zəng edərək öyrənməliyik.

Xəstəxanaya icbari tibbi sığorta çərçivəsində kifayət qədər vəsait ayrılmaması iddiaları ilə əlaqədar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ünvanladığımız sorğuya isə belə cavab aldıq: “Məmmədov Cavid Faiq oğlunun anası Məmmədova Mətanət İdris qızına Bakı Sağlamlıq Mərkəzində göstərilmiş tibbi xidmətlərə görə ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ünvanlandığı müraciətinə baxılıb. Agentlik tərəfindən 25.07.2025-ci il tarixində verilən rəsmi məktubda müraciətin araşdırılması zamanı vətəndaşın anası Məmmədova Mətanət İdris qızına Bakı Sağlamlıq Mərkəzində icbari tibbi sığorta çərçivəsində “Döş qəfəsi KT” və “Digər orqan və ya sistemlərin zədələnməsi” ilə müşayiət olunan stasionar tibbi xidmətlərin Nazirlər Kabinetinin (2020-ci il 10 yanvar, 5 nömrəli) qərarı ilə təsdiq olunmuş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi” çərçivəsində icra olunduğu barədə məlumat verilib. Habelə qeyd edilib ki, Agentlik tərəfindən göstərilən tibbi xidmətə görə tibb müəssisəsinə ümumilkdə 784 manat məbləğində vəsait ödənilib.

Vətəndaşa icbari tibbi sığortaya daxil olmayan digər tibbi xidmətlərin ödənişi ilə bağlı sözügedən tibb müəssisəsinə müraciət etməsi və eyni zamanda zəruri təsdiqedici sənədlərlə məhkəməyə müraciət etmək hüququnun da olduğu bildirilib”.

Qafqazinfo
“Səhər dedilər 11000 ödəməlisiniz, axşam anamın ölüm xəbəri gəldi”

Oxunub: 888
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Cəmiyyət

20-05-2025, 15:20

“Avropa Beynəlxalq hospitalı”nda Sevinc Babayeva əməliyyat üçün 1100 manat aldı -“Kəpəz”də Seymur Musayev 2500 manat tələb etdi-Xəstə daxili qanaxmadan vəfat etdi?

Gündəm / Araşdırma

3-05-2025, 13:23

"Gözəllik Qurban tələb edir" yoxsa "N-LAZ" Tibb Mərkəzinin həkimi Op.Dr. Esmira İbrahimova həqiqətən də "QURBAN" edir? FAKT/İDDİA. FOTOLAR. - YENİLƏNİB

Gündəm / Cəmiyyət

10-09-2021, 08:50

“BTB” bankdakı maxinasiyalar... - NƏDƏN ARAŞDIRILMIR?

Gündəm / Araşdırma

5-03-2025, 09:23

“Mən uşaq barədə danışanda həkimlər “TikTok”a baxırdılar” - Həkim səhlənkarlığına görə 1 il komada olan 12 yaşlı uşağın anası

---

13-01-2025, 14:02

Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+FOTOLAR

Gündəm / Cəmiyyət

8-01-2025, 11:38

Respublika KRİTİK Xəstəxanası: Əlvizə `ƏLVİDA` deyiləcəkmi? - İTTİHAM VAR...

Gündəm / Cəmiyyət

19-11-2024, 11:57

Azərbaycan səhiyyəsinin “ölüm korpusu”, “təhlükəli üçlük” və qazinin ölümlə çarpışan həyat yoldaşı

Gündəm / Araşdırma

5-10-2024, 09:51

ƏIviz Qasımovun ,, TRAVMALI " İDARƏÇİLİYİ və ya "Respublikanski" xəstəxanada nə baş verir?

Cəmiyyət

19-07-2024, 10:51

“Yeni Gəncə Tibb Mərkəzi”ndə KÖHNƏ OVQAT... - İTTİHAM VAR...

Gündəm / Araşdırma

4-06-2024, 09:26

Özü olub adı olmayan fövqəladə sığorta şirkəti... - FAKT BUDUR!

Gündəm / Araşdırma

16-11-2023, 10:50

Agentliyin icbari tibbi sığorta OYUNU – Xəstələri get-gələ salan BƏHANƏLƏRƏ son qoyulacaqmı?

Gündəm / Cəmiyyət

15-11-2023, 10:48

İTS-ə təcili “müalicə” lazımdır - Milyonlar yuyulur, klinikalar çökdürülür, insanlar isə…w

Gündəm / Cəmiyyət

31-07-2023, 21:32

Səkinə Sadıqova deyir ki, arxamda TƏBİB dayanıb, Sumqayıtda YAP-ın sədr müaviniyəm, mənə toxuna bilməzlər… – Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıqovanın həbsi qaçılmazdır…

Gündəm / Cəmiyyət

24-07-2023, 08:32

Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!

Gündəm / Cəmiyyət

15-07-2023, 10:24

Qara bəxtli “Yasmin”, indi də, qara hasarda – ÜZÜNTÜLÜ GÖRÜNTÜLƏR

Araşdırma
30 illik baş həkimin xəstəxanasında reagent yoxdur - NARAZILIQ VAR...
Vüsal Aslanov üçün geri sayım? - Yeni Metropolten rəisi bu şəxs ola bilər
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Binəqədi rayonunda “VİP Construction” yarımstansiyanın dibində ağacları kəsib, tikinti aparır….
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:dövlət qurumu vasitəçi rolunda(?)
Keçmiş oliqarx-məmur Arif Qaraşov … BU GÜN DƏ QAZANIR… – İLGİNC FAKT
Hadisə
26-04-2026, 16:00
Bakıda güclü külək əsəcək, rayonlarda yağış yağacaq
26-04-2026, 15:30
Xocalı rayonu sakini minaya düşüb, ayağından xəsarət alıb
26-04-2026, 15:00
İran ABŞ ilə danışıqların bərpası üçün şərtlərini açıqlayıb
26-04-2026, 14:00
Salyanda ağır qəza: Ölən var
26-04-2026, 10:00
İmtahan günüdür
25-04-2026, 16:16
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Son xəbərlər
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Bu gün, 18:21
    Artıq metro və avtobuslarda xarici bank kartları ilə ödəniş mümkündür
  • Bu gün, 16:57
    Sumqayıt şəhər 11 saylı məktəbdə rüşvət 11 nömrə ilə yox, raket sürəti ilə irəliləyir
  • Bu gün, 16:10
    30 illik baş həkimin xəstəxanasında reagent yoxdur - NARAZILIQ VAR...
  • Bu gün, 15:44
    "Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
  • Bu gün, 15:13
    Sevinc Mikayılovanın rəhbəri olduğu baxçada körpəyə belə şiddət göstərilib…..
  • Bu gün, 14:35
    Davinçi Estetikdə həkim olmadan çalışan Elvar Quluzadə…. Bu klinikanı kimlər himayə edir? -Araşdırma
  • Bu gün, 12:54
     İcra Hakimiyyəti abadlıq işləri üçün bu şirkətə 61 milyon manat ayırdı - TƏFƏRRÜAT
  • Bu gün, 12:15
    “Bravo” vaxtı keçmiş uşaq məhsullarını endirimlə satır
  • Bu gün, 11:52
    Moskvada “Qələbə paradı” keçiriləcək
  • Bu gün, 11:18
    Nərimanovda dəmir konstruksiyalı obyektlər peyda olur - Toyxanaya, kafe, restoran? VİDEO
  • Bu gün, 10:36
    Vüsal Aslanov üçün geri sayım? - Yeni Metropolten rəisi bu şəxs ola bilər
  • Bu gün, 10:05
    Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu…
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə