• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-Nəzarət mexanizmi dəyişməlidir/FOTOLAR

Gündəm / Cəmiyyət

12-01-2026, 18:00

Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-Nəzarət mexanizmi dəyişməlidir/FOTOLAR

Dövlət büdcəsi hesabına maliyyələşən qrant layihələri cəmiyyət üçün yalnız qısa müddətli tədbirlər, seminarlar və hesabatlarla yekunlaşmamalı, ciddi təsir imkanlarına və davamlılığa malik olmalıdır. Bu layihələrin əsas məntiqi davamlı dəyişiklik yaratmaq, yəni layihə başa çatdıqdan sonra da onun təsiri qalmalıdır. Əks halda qrant, sadəcə vaxtı bitən bir kampaniyaya çevrilir.

Təəssüf ki, bu gün Azərbaycanda QHT-lərin böyük əksəriyyətinin həyata keçirdiyi qrant layihələri vaxtı bitən tədbir kimidir. Layihə bitdi, onun davamlılığına nəzarət yoxdur.

Bu gün vətəndaşlarımızın verdiyi vergilərdən formalaşan büdcə əsasında ayrılan qrantların taleyi yalnız aidiyyəti qurumları deyil, eləcə də bütün cəmiyyəti düşündürməlidir.

Apardığımız müşahidələrdən və əldə etdiyimi konkret faktlardan da görürük ki, bu gün əksər qrant layihələri real dəyişiklikl yaratmır, keyfiyyət və davamlılıq yoxdur.

Davamlılıq ona görə vacibdir ki, dövlət vəsaiti bir neçə günlük effekt üçün deyil, uzunmüddətli ictimai fayda üçün xərclənir. Əgər layihənin nəticələri maliyyələşmə dayanan kimi yoxa çıxırsa, bu zaman nə sosial problem həll olunur, nə də dövlətin ayırdığı vəsait öz məqsədinə çatmış sayılır. Davamlılığı olmayan layihə ideya baxımından da məna itirir: o, problemin həllinə deyil, yalnız müvəqqəti görüntü yaratmağa xidmət edir.

Belə bir məqamda sual yaranır: qrantlar real dəyişiklik yaradırmı, yoxsa sadəcə hesabat üçün icra olunan formal fəaliyyətlər toplusudur?

Dövlət büdcəsi hesabına maliyyələşən qrant layihələrinin əsas məqsədi yalnız birdəfəlik tədbirlər keçirmək deyil, uzunmüddətli sosial fayda yaratmaqdır. Lakin mövcud mənzərə göstərir ki, bu layihələrin böyük hissəsi davamlılıq baxımından ciddi suallar doğurur.

Pafoslu hesabatlar, zəif nəticələr:

Diqqət etmisinizsə, rəsmi çıxışlarda və yekun hesabatlarda tez-tez "kəmiyyət", "səmərəlilik" və "geniş təsir imkanları" kimi ifadələr səsləndirilir. Rəqəmlər çoxdur, tədbirlərin sayı boldur, təqdimatlar parlaqdır. Amma sual sadədir: bu layihələr başa çatdıqdan sonra nə qalır?

Əksər hallarda cavab məyusedicidir. Layihə bitir, maliyyələşmə dayanır və onunla birlikdə bütün fəaliyyət faktiki olaraq yox olur. Nə institusional yaddaş formalaşır, nə də real dəyişikliklər davam edir.

İşləməyən saytlar – simvolik problem:

Bu vəziyyətin ən aydın göstəricilərindən biri layihələr çərçivəsində yaradılmış internet resurslarıdır. Bir zamanlar təqdim olunan, açılışları təntənə ilə keçirilən saytların böyük hissəsi bu gün ya tamamilə fəaliyyətsizdir, ya da illərdir yenilənmir.

Bu saytlar təkcə texniki məsələ deyil. Onlar layihələrin davamlılığının, ictimaiyyətə hesabatlılığının və real təsirinin göstəricisi olmalı idi. Yenixeber.org olaraq bu istiqamətdə apardığımız araşdırmalarla məlum olur ki, bir çoxu büdcə vəsaitinin qısamüddətli formal nəticələrə xərcləndiyini göstərən səssiz sübutlara çevrilib.

Konkret faktlardan bir neçəsini təqdim edirik:

Məsələn: 2023-cü ildə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi və Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən “Qərbi Azərbaycanlıların deportasiyası və soyqırımı ilə bağlı Virtual Muzeyin yaradılması” layihəsi icra olunub. Sonda təntənəli mərasim keçirilib və virtual muzey sayılan “deport.az” saytı təqdim edilib. Lakin, bu gün ölkəmiz üçün prioritet məsələlərdən birincisi olan Qərbi Azərbaycanla bağlı bu cür layihələrə biganə yanaşılır və davamlılığına heç bir nəzarət həyata keçirilmir. Artıq xeyli vaxtdır saytın “hosting” pulu ödənilmədiyi üçün fəaliyyət göstərmir. Sübut üçün saytın görüntüsünü də təqdim edirik.
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-Nəzarət mexanizmi dəyişməlidir/FOTOLAR
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-Nəzarət mexanizmi dəyişməlidir/FOTOLAR

Digər bir sayt nümunəsini də göstərmək istəyirik. Orada isə sayt layihə maliyyələşməsi bitdikdən bir müddət sonra yenilənməyib.

Məsələn: 2022-ci il QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Şuşa ili” qrant müsabiqəsi çərçivəsində “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyi “loveshusha.com” saytı yaradıb. Lakin sayta ən son material 2 iyun 2023-cü ildə qoyulub. Faktiki olaraq sayt yenilənmir.
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-Nəzarət mexanizmi dəyişməlidir/FOTOLAR

Təkcə sayt layihələri deyil, təlim, seminar, film çəkilişi layihələrində də bənzər problemlər çoxdur.

Bu problemlərin kökündə əsasən yanaşma dayanır. Çünki, qrant mexanizmi layihələrin sayına üstünlük verir, ölçüləbilən, lakin dərinliyi olmayan göstəriciləri önə çəkir və davamlılıq planlarını formal sənəd kimi qəbul edir.

Nəticədə icraçılar əsas diqqəti real təsirə deyil, hesabat üçün lazım olan rəqəmlərə yönəldir. Bu isə həm dövlət vəsaitinin səmərəliliyinə, həm də ictimai etimada zərbə vurur.

Nə dəyişməlidir?

Tənqid yalnız problemi göstərmək üçün deyil, həll yollarını müzakirə etmək üçün vacibdir.

Qrant layihələri yalnız kağız üzərində və təqdimat slaydlarında qalırsa, deməli problem maliyyədə yox, yanaşmadadır. Davamlılıq olmadan isə heç bir layihə real ictimai dəyər yarada bilməz.

Odur ki, dövlət büdcəsindən ayrılan qrant layihələrində davamlılıq əsas qiymətləndirmə meyarlarından biri olmalı, layihə bitdikdən sonra real təsirin monitorinqi aparılmalı və işləməyən məhsullar (saytlar, platformalar və başqaları) üçün məsuliyyət mexanizmi yaradılmalıdır.

QHT-lərə Dövlət Dəstəyi Agentliyi və digər donor institutları belə məsələlərdə obyektiv yanaşma sərgiləmədikləri və maraqlı tərəf olduqları üçün, nəzarət mexanizmi başqa quruma həvalə edilməlidir.

Əks halda pafoslu çıxışlar davam edəcək, amma cəmiyyəti eyni sual düşündürəcək: qrant layihələri bizə nə verdi? (Yenixeber.org)

Yazıda adları hallanan tərəflərin cavab haqqını tanıyırıq.

Oxunub: 1 887
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Araşdırma

30-12-2025, 12:58

İl bitdi, Aygün Əliyevanın “rəfiqə qrantları” bitmir...-TƏFSİLAT

Gündəm / Cəmiyyət

25-12-2025, 10:18

Aygün Əliyeva “ölü QHT”ni dirildib, "özəlləşdirib" -“Rəfiqə qrantları” seriyasından.../FOTOLAR

Gündəm / Araşdırma

17-12-2025, 10:17

Aygün və Sona Əliyevaları birləşdirən dəyər: “rəfiqə qrantları” seriyasından daha bir nümunə…-FOTOLAR

Gündəm / Cəmiyyət

8-12-2025, 10:50

Tikiş fabrikindən QHT-lərin Şuşa qrantına açılan yollar -Daha bir rəfiqəbazlıq nümunəsi!/FOTOLAR

Gündəm / Siyasət

8-11-2025, 13:15

Prezident və Mehriban Əliyeva Zəfər muzeyinin açılışında - FOTOLAR

Gündəm / Araşdırma

3-10-2025, 11:33

QHT sektoru iki yerə bölündü, rəhbərliyin sevimliləri və “düşmən”lər… Layihə icra olunmadan 35230 manat məbləğində vəsait silinmişdi

Gündəm / Cəmiyyət

29-09-2025, 14:54

QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –ŞOK FAKTLAR

Gündəm / Cəmiyyət

14-08-2025, 10:43

QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -ŞOK FAKTLAR

Gündəm / Araşdırma

10-06-2025, 18:34

25 illik deputatı Məlahət İbrahimqızının "QHT biznesi" -sensasion ittihamlar

Gündəm / Araşdırma

17-01-2025, 18:51

Rektorlar arasında İNTRİQA QIZIŞIR...- ELÇİN BABAYEV UNEC-Ə REKTOR GƏLMƏK İSTƏYİR ?

Gündəm / Siyasət

28-11-2024, 15:04

Prezident ailəsi ilə Mərkəzi Nəbatat Bağının açılışında - Fotolar

Gündəm / Siyasət

19-09-2024, 19:49

Prezidentlə oğlu Ağdamda təməlqoyma mərasimində iştirak etdilər - Fotolar

Gündəm / Araşdırma

21-12-2023, 15:36

QHT rəhbərlərini hakimiyyətə qarşı narazı salan vəzifə sahibləri kimlərdir? - FOTO FAKT

Gündəm / Siyasət

8-11-2023, 13:23

İlham Əliyev ailəsi ilə Xankəndidəki paradda - Fotolar

Gündəm / Araşdırma

27-09-2023, 10:17

Nizami Rayon İcra Hakimiyyətindən absurd tələb: Vətəndaş obyektin qapısını “icazə” ilə dəyişməlidir? – Fotolar

Araşdırma
İlqar Bayramlı bütün səlahiyyətləri sektor müdirinə verib? - Murad Məmmədov kimdir?
Rusiya hücumu nəticəsində 11 nəfər ölüb
Nazir Sabirabadda kombayn sürdü - Fotolar
Nizami rayonunda “Qlobal-99 MTK” sakinləri blokadada saxlayır?
Budaqova qarşı CƏBHƏ AÇANLAR kimlərdir?.. - İLGİNC İDDİALAR...
Məşhur iş adamı ilə vəkil arasındakı qalmaqal böyüyür: - "Heç bir vəkil mantiyası qanunsuzluğu gizlədə bilməz"
Hadisə
14-06-2026, 12:00
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı
14-06-2026, 11:00
Tovuzdakı qəzada həyatını itirən qazinin - Fotosu
10-06-2026, 18:29
Yeniyetməni şantaj etdi, intihara sövq etdi… – TUTULDU
2-06-2026, 18:00
Qayınata gəlinindəki kartı almaq üçün evə çağırıbmış…
2-06-2026, 15:30
Bakıda toyda DƏHŞƏT: - əmisi qızı ilə oynayıb qardaşını bıçaqladı
31-05-2026, 15:00
Bərdədə ağır yol qəzasında 10 nəfər yaralanıb
Son xəbərlər
  • 6-06-2026, 16:59
    USTADNAMƏ
  • 3-06-2026, 10:40
    Yaqub Məğrur: "Məğrurnamə" şeiri
  • 21-05-2026, 14:00
    BİLDİRİŞ
  • 20-05-2026, 13:50
    ALLAH RƏHMƏT ELƏSİN!
  • 13-05-2026, 17:54
    YAQUB MƏĞRUR "MİLLƏTİM"
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Bu gün, 19:14
    İlqar Bayramlı bütün səlahiyyətləri sektor müdirinə verib? - Murad Məmmədov kimdir?
  • Bu gün, 10:58
    "Səhv bizdə olub ki, vaxtında etiraz etməmişik..." - NARAZILIQ VAR...
  • Bu gün, 10:16
    İcra başçısı şəhidin məhəlləsini yarımçıq asfaltladı – Fotolar
  • Bu gün, 09:41
    Bakıda insanlar günlərdir susuz qalıb – ADSEA tənqid olundu
  • Bu gün, 08:50
    "Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu...
  • Dünən, 14:35
    Nazir müavini ilə “Azəryaşlandşaft” ASC-nin sədrini nə birləşdirir? – Leyla Əliyevanın təşəbbüsü ilə qurulan zeytun bağlarını inək otlağına çevirənlər…
  • Dünən, 12:50
    Ələsgər Rüstəmovla Nizami Mayılovun TORBA əməliyyatı - Qanunsuz tikintilərlə icra başçısına qurulan gizli oyun - ARAŞDIRMA
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə