• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

“Atlant” istirahət mərkəzini hərracda satıb pulunu 171 zərərçəkənə ödəyə bilərlər - SENSASİYA

Gündəm / Cəmiyyət

30-10-2024, 15:59

“Atlant” istirahət mərkəzini hərracda satıb pulunu 171 zərərçəkənə ödəyə bilərlər - SENSASİYA

Sabah oktyabrın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Atlant” Ailəvi İstirahət Mərkəzinin sahibi Tahir Qədəşovun şahid qismində dindirilməsi davam etdiriləcək.

Musavat.com xəbər verir ki, Tahir Qədəşov ötən 3 prosesdə də şahid qismində dindirilib. Hakim qarşısına onun kürəkəni Nofəl Hacıyev çıxarılıb. Hacıyev 171 Azərbaycan vətəndaşına qarşı 14 milyon manatlıq dələduzluqda ittiham olunur. O, pulları Tahir Qədəşova, “Atlant” Ailəvi İstirahət Mərkəzinin təmir-tikinti işlərinə yatırdığını deyir. Tahir Qədəşov məhkəmədə ifadə verərkən deyib ki, “Atlant” mənfəət gətirməyib, ziyanla işləyib. Lakin çıxışının davamında məlum olub ki, “Atlant”da illik 10 milyona yaxın gəlir əldə olunur. Tahir Qədəşov həmin gəlirlərin banklardan alınmış kreditlərə yönəldiyini bildirib. Nofəl Hacıyevin vəkili sual verərək “Atlant”da müvəkkilinin 40 faiz payı ilə bağlı Tahir Qədəşova sual verib. Qədəşov suala ümumi cavab verib, bildirib ki, Nofəl Hacıyev ildə iki dəfə “Atlant”a gəlib-gedib. Deyib ki, Nofəl Hacıyev şərik olsaydı, “Atlant”a ildə iki dəfə deyil, daha çox gələrdi. Hakim Nofəl Hacıyevdən Tahir Qədəşovun sualına cavab veriməsini istəyib. Nofəl Hacıyev bildirib ki, “Atlant”ın təməli qoyulandan o və komandası orada olub:

-Mən “Atlant”da şərik olmuşam. Həm Bakıdakı, həm Sumqayıtdakı tikintidən aldığım pulları da ora yönləndirmişəm.

-Sumqayıtda hansı tikintidir?

-“Halal” MTK-da mənim 33 faiz payım var. Təsisçisi və 33 faiz payın sahibi Tahir müəllimdir, 33 faizi də Ağaşirinov Şamxalındır.

-Ötən prosesdə dediniz ki, bəzi şəxslərin pulunu qaytarmısınız. Kimlərdir həmin şəxslər?

-Qoy bunu Tahir müəllim desin. Əgər şəriklik yoxdursa, “Təbriz” MTK-dan ev alan vətəndaşlardan bir qisminin pulları qaytarılıb. Pulların bir qismini Tahir müəllim qaytarıb. Əgər şərik deyildiksə, niyə o pulları qaytarırdı? Tahir müəllim, əgər mən şərik olmamışamsa, “Atlant”da o kotlavanları kim qazdırıb? 3 manata kvadratı beton tökdürmüşəm. Orada 150 nəfər işçi işləyib. 2 nəfər dünyasını dəyişib o adamlardan. Qalanları sağdır axı.

-Hacıyev, dayandır. Konkret suala cavab ver - sizinlə bərabər 115 nəfərin aldadılmasında kimlər iştirak edib?

- Tahir müəllimlə ikimiz “Təbriz” MTK-da olmuşuq.

-Dayan, sualı başa düşdünüz? 115 nəfərin aldadılmasında sizinlə bərabər kimlər iştirak edib? Pulu kiminlə bölmüsünüz?

- Qədəşov Tahir. Başqa kim ola bilər? Bu kişi kooperativin sədri olub. Orada 3-cü şəxs iştirak etməyib.

Bundan sonra Tahir Qədəşova bir neçə zərərçəkənlər sual verib.

Zərərçəkənlərdən Məmmədəli İsmayılov Tahir Qədəşova sual verib.

Onun sözlərinə görə iş üzrə 98 min manat ona zərər dəyib:

-Mən 2002-ci ildən dəyirmanın yanındakı 6 mərtəbəli binada oluram. Mən 10 dəfə Nofəl Hacıyevn yanına adam aparmışam. Rusiyadan gəlib mağaza, ev almaq istəyənlər olub. Orada sizi görməmişəm. Alıb-satan, bütün işləri görən kimi Nofəl Hacıyevi tanımışam. Siz orada yaxşı pullar qazanmısız. Oradakı binadan xoşunuza gələn xanımlara ev bağışlamısınız. Ailəsi olanları var, adlarını çəkmirəm. Necə oldu ki, qazananda siz MTK sahibi olursuz, ziyana düşəndə Nofəl Hacıyevi qabağa verirsiz?

Tahir Qədəşov:

-Siz məni tanıyırsınız? Bir dəfə salam vermisiz?

Hakim:

-Konkret sualı olan zərərçəkən varmı?

Zaldan zərərçəkənlərdən biri deyir ki, Tahir Qədəşov suallara konkret cavab verməkdən yayınır.

Hakim konkret sualı olan zərərçəkənlərdən tribunaya yaxınlaşmasını istədi.

Nofəl Hacıyev deyib ki, Tahir Qədəşov “Atlant”da qazanc olmadığını deyir, bir tərəfdən də orada tikinti aparılmasını inkar etmir. Belədirsə, qazanc yoxdursa, “Atlant”a 40 milyon manat hansı hesabdan qoyulub? Haradan ödənilib? Mənə özü şəxsən deyib ki, bankdan kredit götürürəm ki, kənardan baxanlar elə düşünsünlər ki, “Atlant”ı kreditlə tikirik. Mən 10 il susmuşam, danışmamışam, daha susmayacağam.

Bir neçə müqavilə araşdırılıb və zərərçəkənlərin fikirlərini dinlənilib.

Müttəhim Nofəl Hacıyev də fikirlərini açıqlayıb:

-Ötən dəfə Tahir müəllimə 3 sual verdim. Birincisi alınan kreditlərlə əlaqəli idi. Kreditlər götürüləndə “Atlant”da vəziyyət başqa cür idi. Materiallara borclar vardı, özünün şəxsi borcları vardı. Tahir müəllim, siz həyətdə oturduğunuz ofisi, 2200 qeyri-yaşayış sahəsini 2 milyon 300 min manata satdınız. Niyə “Accessbank”ın borcunu ödəmirdiz? Söhbət “Təbriz”, “Halal” və “Ruslan” MTK-lardan gedir. Qardaşı Mamed müəllim də orada MTK-da sədr olub. Onun 1 sənəddə imzası varsa, sorğu verin alın, mən də əlimi geri çəkirəm. Elşad baş mühasib olub orada. ötən dəfə də tələb etdim. Qara mühasibatlığı gətirin bura. Bütün binalarda bloklar ayrı-ayrılıqda yazılıb, hər il dekabrın 31-də “otçot” eləmişik. Elşadı işdən çıxardız. 18-ci ildən 21-ci ilə qədər olan bütün “otçot”lar kameraya düşüb. Maşın-maşın sənədləri daşıyıb apardız. Niyə sənədləri itirmisiz? Burada yalandan deyir ki, guya mən “Atlant”da ildə iki dəfə olmuşam. Orada 5 sürücü olub. Onlar da şahiddirlər. Oradakı işçilərdən soruşun, öyrənin ki, onlara əmək haqqını kim paylayıb? Dəfələrlə ən müxtəlif şəxslərdən pul almışam oraya görə. Həyətdəki 2200 kvadratlıq qeyri-yaşayış sexini satıb gedib Sabunçu xəstəxanası yanında araq sexi almadın? Ayıb deyil? Mənim ailəmlə işin olmasın! Mənim uşaqlarımı şantaj edirsən. Müraciət edirəm ki, uşaqlarımın təhlükəsizliyi təmin olunsun. Mən bu adamdan hər şey gözləyirəm. “Təbriz” MTK-da 50 min kvadat ev, qeyri-yaşayış sahəsinin müqaviləsinə kim qol çəkib? Təhvil-təslimi mən etmişəm. “Halal” MTK-da binanın 8-ci mərtəbəsində tikinti dayanmışdı. Mən canımı vermişəm bu işlərə. Bəzi şaiyələrə, şeytan olub zəhər verənlərə inanırsız.

Hakim:

-Hacıyev, sizin işinizə baxırıq, Qədəşovun işinə baxmırıq.

- “Təbriz” MTK-ya, “Halal” MTK-ya sorğu göndərilməlidir. Qoy aydınlaşsın ki, sənədlərə kim imza atıb? Möhür kimdə olub? Pullar kimdə olub? Pullar kimə verilib? Mən qara mühasibatlığı tələb edirəm! Baş mühasib bura gəlsin. 5 blok, qeyri-yayış, yaşayış, yaşayış-mansard satılıb və 15 milyon 900 min manat xalis gəlir olub. Hələ mən ən aşağı qiymətlə hesablamışam. Məndə bütün hesabatlar var. Ötən dəfə dedim, adam var 2007-ci ildə 1 milyon manatlıq armatur verib, 2012-yə qədər pulunu ödəyə bilmədim. Ona evlər verdim, evlər də gəlib bu vəziyyətə düşdü. Mənim armatur, beton əvəzi verdiyim evləri siz götürüb satmısınız! 3-cü blokda 1500 kvadrat qeyri-yaşayış saxlamışdım ki, bu borc-xərci ödəmək üçün. Kimə satdız onu? İndi ora “Bravo” marketdir. Ora kimin imzası ilə məndən xəbərsiz satılıb? Suallarım çoxdur. “Bərəkətli” MMC-nin 8 hektar torpağı var. Oranı kim və neçənci ildə özəlləşdirib? “Bərəkətli” MMC-nin direktoru mən ola-ola oranı 3 milyona kimin imzası ilə satmısan? 10 dəfə adam gətirdim, yalvardım ki, sataq, borcları bağlayaq. Dedin ki, ora mənim cavanlığımdır, oranı sata bilmərəm, ora qalacaq. Özəlləşdirəndən sona oradakı parnikləri, quş damlarını yerlə bir etdilər. Ramanada yerləşirdi. “Aynur” MMC-nin 5 hektarını satdınız. Borcdan 1 manat ödədiz?

“Təbriz” MTK-da rəsmi şərik olmuşuq. Bütün işçilər, qonşular şahiddir, mən Nofəl gecə-gündüz orada işləmişəm, tikintidə olmuşam. Mən Allah qarşısında, bu camaatın qarşısında deyirəm, mənim “Təbriz”, “Halal” və “Ruslan” MTK-lardakı payıma düşən pulu verin, mən də bu camaatın evini tikim təhvil verim. Oranı hansı yuvaya döndərdiyinizi də qəşəng bilirsiniz! İnsan alveri idarəsinə sizə görə dəfələrlə getmişəm. Niyə görə? Hər ay 1 milyon, 1 milyon 300 min rəsmi gəliri olub bu adamın. Hər dəfə də başımın altına yastıq qoyub. Özünü də, qardaşını da Kürdəxanıya yanıma çağırdım, dedim ki, düşdüyümüz vəziyyətdən çıxış yolu var. Camaatın pulunu da verərik, evi də tikib təhvil verərik, “Atlant” da qalacaq. Siz isə qərəzçiliyə keçdiz. Mənimsə sizlə düşmənçiliyim yoxdur. Siz bu pulları oraya çıxarın. “Təbriz”in, “Halal”ın pulları “Atlant”dadır. İbtidai istintaq zamanı da xahiş etdim ki, məni Tahir müəllimlə görüşdürsünlər. Dedilər ki, Tahir müəllim gəlmir. Mən ömür boyu bu adamın qulluğunda olmuşam. Məni bu cinayət bu adam sürükləyib.

Hakim:

-Aydındır.

Qeyd edək ki, hazırda “Atlant” Ailəvi İstirahət Mərkəzinin sahiblərindən olan Tahir Qədəşovun kürəkəni Nofəl Hacıyev həbsdədir. O, 171 Azərbaycan vətəndaşına qarşı dələduzluqda ittiham olunur. İlkin məlumatlarda bildirilirdi ki, Nofəl Hacıyev “Təbriz” MTK-nın inşa etdiyi binalardan mənzilləri satsa da, sonradan mənzillər sahiblərinə verilməyib. İndi məlum olub ki, Nofəl Hacıyev həm “Təbriz” MTK-da, həm də “Atlant” Ailəvi İstirahət Mərkəzində qayınatası Tahir Qədəşovla şərikdir. Vətəndaşlardan “Təbriz” MTK üzərindən alınan pullar “Atlant” Ailəvi İstirahət Mərkəzinin tikinti və abadlaşdırılmasına yönəldilib. Belə bir halda şəriklərdən birinin həbsdə, digərinin azadlıqda qalması sual doğurur. Mənzillərinə sahib çıxa bilməyən vətəndaşlar bu baxımdan məhkəməyə müraciət ediblər. Xatırladaq ki, aparılan istintaqla “Təbriz” MTK üzərindən 171 vətəndaşdan 14 milyon manatdan artıq pul alındığı, lakin mənzillərin onlara təqdim edilmədiyi məlum olub. İstintaq zamanı MTK təsisçilərindən Nofəl Hacıyev vətəndaşlardan toplanılan 14 milyon manatın harada olması ilə bağlı suala cavab verməyib. Zərərçəkənlər isə “Atlant” İstirahət Mərkəzinin 40 faizinə şərik olan Nofəl Hacıyevin pulu qayınatası Tahir Qədəşovla birgə ələ keçirdiyini iddia edirlər. Zərərçəkənlər Tahir Qədəşovun həbsini tələb edirlər. Nofəl Hacıyev məhkəmədə verdiyi ifadəsində vətəndaşlardan aldığı 14 milyon manatdan artıq vəsaiti “Atlant” İstirahət Mərkəzində təmir-tikinti işlərinə yönəltdiyini deyib. Bildirib ki, “Atlant”ın genişləndirilməsi ilə bağlı şəriki olan qayınatasının təkidi ilə “Təbriz” MTK-da vətəndaşlardan toplanan vəsaitləri istirahət mərkəzinə yönəldib. “Atlant” Ailəvi İstirahət Mərkəzi 2002-ci ildə Nabranda, Xəzər dənizinin sahillərində tikilib. İldən-ilə istirahət mərkəzinin ərazisi genişləndirilib. Mənzərəli meşə, gözəl dəniz sahilində yerləşən istirahət mərkəzinin böyüklər və uşaqlar üçün 4 akvaparkı, hündürmərtəbəli hotelləri, 200-ə yaxın koteci, gecə klubu, stolüstü tennis, bilyard salonu, çimərlik və voleybol meydançası, avtomobil dayanacağı, çamaşırxana otağı, tibbi xidmətlər, kişi və qadın salonu, sauna, masaj, konfrans otağı, 350 nəfərlik restoran, uşaq meydançası və s. var. “Atlant” İstirahət Mərkəzi maksimum xidmət göstərən böyük bir kompleksdir.

Xatırladaq ki, ibtidai istintaq dövründə “Atlant” İstirahət Mərkəzinin üzərinə həbs qoyulub. Gözlənilir ki, məhkəmənin sonunda “Atlant” İstirahət Mərkəzi hərraca çıxarılaraq satılacaq. Satışdan əldə olunan vəsait zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənməsinə, yerdə qalan vəsaitsə, dövlət nəfinə keçiriləcək.

Oxunub: 2 331
Paylaş:
Digər xəbərlər

Gündəm / Araşdırma

2-10-2024, 12:09

“Atlant”ın sahibi Prezident İlham Əliyevdən kömək istədi – “Əmlakımın üzərinə həbs qoyulub, hüquqlarım pozulur”

Gündəm / Cəmiyyət

2-08-2024, 17:00

“Atlant”ın sahibi adı qarışan məhkəməyə gəlmədi – barəsində bu qərar veriləcək

Gündəm / Cəmiyyət

30-07-2024, 16:44

“Atlant” sahibinin həbsi üçün zərərçəkənlər AYAĞA QALXDI - TƏFƏRRÜAT

Gündəm / Cəmiyyət

2-07-2024, 16:35

"Atlant" İstirahət Mərkəzində natəmizlik... - AXI NİYƏ?

Gündəm / Cəmiyyət

27-06-2024, 09:01

Tahir Əbdülqasımov DÖVLƏTDƏN ÜSTÜNDÜRMÜ? - BU NƏDİ BELƏ?!

Gündəm / Cəmiyyət

23-05-2024, 16:41

Rafael Əliyevə təxminən 3-3,5 milyon manat vermişəm... - Sabiq nazirin məhkəməsində şahid

Gündəm / Hadisə

13-03-2024, 14:04

1 milyonluq mənimsəmədə ittiham olunan rəis hakim qarşısında – CİNAYƏT DOSYESİ

Gündəm / Araşdırma

16-02-2024, 11:53

Naxçıvanda nazir şikayətçini ŞƏXSƏN QƏBUL ETDİ VƏ... - AÇIQLAMA

Gündəm / Cəmiyyət

9-02-2024, 12:21

Prorektorun qətlini sifariş edən rektorun məhkəməsində şahidlər DANIŞDI

Gündəm / Cəmiyyət

18-01-2024, 10:42

Tahir Mirkişinin qardaşının şirkətinin dövlətə yarımmilyondan çox borcu üzə çıxdı - FOTOFAKT

Gündəm / Araşdırma

13-11-2023, 13:31

"Milyonçular məhəlləsi"ndə qaraj davası: Nərimanovda nə baş verir? - FOTOLAR

Gündəm / Cəmiyyət

18-10-2023, 21:47

Dostları Cahangir Hacıyevə qarşı: GİDİ DÜNYA... - həbsdəki sabiq bankir məhkəmədə nə deyəcək?

---

8-09-2023, 18:18

İcra başçısı və deputat məhkəməyə polis gücünə gətiriləcək - DETALLAR

Gündəm / Cəmiyyət

6-09-2023, 08:43

Məşhur iş adamı ilə keçmiş müavini arasında qalmaqal davam edir

Gündəm / Cəmiyyət

18-07-2023, 12:33

`Atlant`ın rəhbəri özünü QULDAR KİMİ APARIR... - BU NƏDİ BELƏ?

Araşdırma
QOBUPARK-2 SAKİNLƏRİNƏ CƏHƏNNƏM ƏZABI YAŞADAN KİMLƏRDİR VƏ SƏBƏBİ NƏDİR?
Yağışdan çıxıb selə düşənlərin fəryadını Xəzər rayon rəhbərləri niyə eşitmirlər?
MƏN HEÇ KİMDƏN QORXMURAM! – DEYƏN POLİS ATASI POLİS ORQANLARINI İTXANA ADLANDIRIR?
NAHİDİN “XƏYAL”VARİ SƏRGÜZƏŞTLƏRİ VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN DƏRDLİ ŞƏRTLƏRİ
İNCƏSƏNƏT MƏKTƏBİ, YOXSA İNTRİQA MƏRKƏZİ
MUSİQİ MƏKTƏBİ, YOXSA İNTRİQA YUVASI
Hadisə
9-08-2025, 14:42
Ələt-Astara yolunda maşın yanır - Hərəkət dayandı
2-08-2025, 16:08
Qazaxıstanda nazir müavini saxlanıldı
1-08-2025, 13:01
“Bakı” kinoteatrının qarşısında faciəvi hadisə
22-07-2025, 17:36
Mərdəkanda dənizdə batan var
18-07-2025, 17:57
Arvadını güllələməkdə ittiham edilən klinika rəhbəri haqda - Qərar
12-07-2025, 10:11
Zivər bəy Əhmədbəyovun abidəsi baxımsızlıq içində – Xəcalət verən görüntü VİDEO
Son xəbərlər
  • 7-08-2025, 14:41
    QANLI SOVET İMPERİYASI YENİDƏN XORTLAYACAQ?
  • 18-07-2025, 13:26
    QOBUPARK-2 SAKİNLƏRİNƏ CƏHƏNNƏM ƏZABI YAŞADAN KİMLƏRDİR VƏ SƏBƏBİ NƏDİR?
  • 12-05-2025, 14:42
    İctimai Nəzarətin müstəqil fəaliyyət göstərməsinə məmurların əngəl törətməsinə imkan verilməməlidir.
  • 12-05-2025, 10:44
    Vicdanın nə olduğunu hələ də anlamayan və hətta qanmaq istəməyən səlahiyyət sahibləri çirkab sularını əhaliyə içirtməkdə davam edirlər.
  • 21-04-2025, 16:57
    Yağışdan çıxıb selə düşənlərin fəryadını Xəzər rayon rəhbərləri niyə eşitmirlər?
  • 3-04-2025, 15:18
    Həyatda ən ümdə arzum Böyük Azərbaycanı görməkdir
  • 15-03-2025, 11:49
    ARAZ MARKETDƏ BƏSLƏNƏN PİŞİKLƏRİN ARTIĞI İNSANLARA SATILIR
  • 11-03-2025, 13:00
    ASAYİŞİ QORUMAQ BELƏMİ OLUR, CƏNABLAR!
  • 20-12-2024, 17:11
    MƏN HEÇ KİMDƏN QORXMURAM! – DEYƏN POLİS ATASI POLİS ORQANLARINI İTXANA ADLANDIRIR?
  • 17-12-2024, 14:08
    NAHİDİN “XƏYAL”VARİ SƏRGÜZƏŞTLƏRİ VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN DƏRDLİ ŞƏRTLƏRİ
  • 3-12-2024, 12:19
    QOBUPARKDA OĞLAN OVU, POLİSLƏRİN QOVHAQOVU
  • 29-11-2024, 15:17
    İNCƏSƏNƏT MƏKTƏBİ, YOXSA İNTRİQA MƏRKƏZİ
  • 28-11-2024, 15:19
    İNCƏSƏNƏT MƏKTƏBİ, YOXSA İNTRİQA MƏRKƏZİ
  • 5-11-2024, 15:04
    TƏŞƏKKÜRNAMƏ
  • 22-10-2024, 16:32
    MUSİQİ MƏKTƏBİ, YOXSA İNTRİQA YUVASI
  • 3-10-2024, 20:17
    RASİM GÜZDƏKDƏ AT OYNADIR
  • 30-09-2024, 15:51
    İCTİMAİ NƏZARƏT
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 8-08-2024, 19:36
    BİLDİRİŞ
  • 24-07-2024, 14:49
    DYP ƏMƏKDAŞLARININ SUYU BULANDIRIB BALIQ TUTMA SEVDASI - FOTOLAR
  • 19-07-2024, 11:58
    QARADAĞ RAYON SU-KANAL İDARƏSİNDƏ NƏLƏR BAŞ VERİR?
  • 12-07-2024, 12:23
    FƏHLƏNİN ALIN TƏRİNDƏN SƏLTƏNƏT QURAN “ŞƏRUR MTK”
  • 9-04-2024, 12:50
    BAKSOL YAŞAYIŞ MASSİVİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN “Eco Ioft” MEBEL SEXİNDƏ NƏLƏR BAŞ VERDİYİ MƏLUM OLDU
  • 5-04-2024, 12:57
    MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU
  • 3-04-2024, 16:12
    BAKSOL YAŞAYIŞ MASSİVİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN MEBEL SEXİNDƏ NƏLƏR BAŞ VERİR?
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • 22-06-2023, 11:39
    XƏBƏRDARLIQ
  • Bugün, 12:54
    “Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri
  • Bugün, 11:31
    VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?
  • Bugün, 10:00
    "Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -səbəb göstərilmədən əmək müqavilələrinə xitam verilir
  • Bugün, 09:22
    "Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!
  • Bugün, 08:57
    Bu gün Mehriban Əliyevanın doğum günüdür
  • Dün, 18:41
    “Bakı Baş Səhiyyə Mərkəzi”də pul silmə əməliyyatı: İcarə adı altında milyonlarla…..
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Minatv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə