• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

“Atlant”ın sahibi Prezident İlham Əliyevdən kömək istədi – “Əmlakımın üzərinə həbs qoyulub, hüquqlarım pozulur”

Gündəm / Araşdırma

2-10-2024, 12:09

“Atlant”ın sahibi Prezident İlham Əliyevdən kömək istədi – “Əmlakımın üzərinə həbs qoyulub, hüquqlarım pozulur”

“Hacıyev Nofəl Əhməd oğlu barəsində cinayət işi üzrə istintaq aparan Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin (KQMBİ) mühüm işlər üzrə müstəntiqi Hikmət Mahmudovun vəsatəti və adıçəkilən idarənin rəisi Nazim Rəcəbovun təqdimatına əsasən, Binəqədi Rayon Məhkəməsinin 23.09.2022-ci il tarixli qərarı ilə, Nabran qəsəbəsisində yerləşən, Qədəşov Tahir Ərziman oğluna məxsus olması göstərilən “Atlant” istirahət mərkəzinin üzərinə əsassız və qanunsuz olaraq həbs qoyulub”.

Bu barədə T.Qədəşovun qızı Elnarə Qədəşovanın Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, hüquq-mühafizə orqanlarının rəhbərlərinə, spiker Sahibə Qafqarovaya media vasitəsi ilə ünvanladığı müraciətdə bildirilir.

Qeyd olunur ki, əmlakın üzərinə həbs qoyulması barədə vəsatət və təqdimat verildiyi, məhkəmə qərarı qəbul edildiyi vaxtdan düz 1 il 4 ay 15 gün əvvəl “Atlant” istirahət mərkəzi “Atlant” Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) çevrilməklə, təsisçilər və nizamnamə kapitalında səhmlərin 100 faizi Elnarə Qədəşovaya notariat qaydada bağışlanmaqla, 3 saylı Ərazi Vergilər İdarəsində adına qeydiyyata alınıb. Bununla bağlı ona 05.05.2022-ci il tarixdə “Çıxarış” verilib.

Şikayətçi vurğulayır ki, MMC-nin üzərinə həbs qoyulması barədə Binəqədi Rayon Məhkəməsinin qərarı qəsdən gizlədilib, MMC-yə göndərilməyib, ona məlumat verilməyib, nəticədə qərardan şikayət vermək hüququ pozulub: “Qərardan 2 ay yarım sonra şifahi xəbər tutub, verdiyim apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsində ətraflı araşdırılmadan rədd edilib. Çox təəssüf edirəm ki, bu məsələdə Apellyasiya Məhkəməsinin qərarından şikayət vermək hüququ nəzərdə tutulmayıb”.

E.Qədəşova müraciətində xatırladır ki, hələ 7 dekabr 2006-cı il tarixdə Prezident İlham Əliyev “Atlant” istirahət mərkəzində olaraq onunla tanış olub, “Atlant”-da yay istirahəti ilə bağlı filmə baxıb. Onun sözlərinə görə, ölkə başçısı Mərkəzdə yaradılan şəraiti yüksək qiymətləndirərək, turizmin inkişafı üçün ölkəmizdə hər cür potensialın olduğunu, istirahət mərkəzinin genişləndirilməsinin zəruriliyini bildirib, turizmin inkişafı üçün səylərin daha da artırılmasını tövsiyə edib.

E.Qədəşova bildirir ki, Prezident “Atlant”-ın yaradıcısı Tahir Qədəşovu 2017-ci ildə Azərbaycanda turizm sahəsində səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif edib.

Şikayətçi vurğulayır ki, bu iki fakt “Atlant” MMC-nin əmlakının Hacıyev Nofəl Əhməd oğlu barəsində istintaq olunan 222026140 nömrəli cinayət işinə heç bir aidiyyəti yoxdur: “Tam sübut olunub ki, Nofəl Hacıyevin hazırda araşdırılan əməlləri 2017-ci ildən sonrakı dövrləri əhatə edir. Demokratik, hüquqi, dünyəvi respublika olan Azərbaycan dövlətində bir sıra dövlət orqanlarının və onların vəzifəli şəxslərinin mənə qarşı bu davranışlarını özbaşınalıq kimi qiymətləndirirəm”.

E.Qədəşovanın sözlərinə görə, əmlakının üzərinə həbs qoyulması onun konstitusion hüquqlarını pozur:

“Konstitusiyanın 13-cü (Mülkiyyət) maddəsində yazılır:

“Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur”.

29-cu (Mülkiyyət hüququ) maddəsində qeyd olunur:

“I. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər”.

Şikayətçi vurğulayır ki, onun qeyd olunan hüquqları məhdudlaşdırılıb, qadın sahibkar kimi fəaliyyətini həyata keçirməyə maneçilik törədilir. Elnarə Qədəşova ölkə rəhbərliyinə müraciətində pozulan digər konstitusoin hüquqlarını da sadalayaraq yazır: “Göstərilənləri nəzərə alaraq, məsələnin nəzarətə götürülməsini, hüququn aliliyini və mənim Konstitusiya və qanunlarımızda təsbit olunmuş hüquqlarımı təmin etmək, əmlakımın üzərinə qoyulmuş həbs qərarının ləğv edilməsi üçün zəruri tədbirlərin görülməsini Sizdən xahiş edirəm”.

“AzPolitika.info”

Oxunub: 5 920
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Cəmiyyət

12-09-2024, 13:19

Adı 1 milyon manatlıq dələduzluqda hallanan iş adamı həbs edildi - TƏFƏRRÜAT

Gündəm / Araşdırma

12-09-2024, 11:37

Daşınmaz Əmlakın 16 saylı Ucar Ərazi İdarəsi sakinlərin torpaqlarını indi də belə satır – Göyçay və Ucar sakinləri belə yazırlar

Gündəm / Dünya

9-08-2024, 19:25

Müdafiə Nazirliyinin daha bir sabiq rəisi həbs olundu

Gündəm / Cəmiyyət

2-08-2024, 17:00

“Atlant”ın sahibi adı qarışan məhkəməyə gəlmədi – barəsində bu qərar veriləcək

Gündəm / Cəmiyyət

30-07-2024, 16:44

“Atlant” sahibinin həbsi üçün zərərçəkənlər AYAĞA QALXDI - TƏFƏRRÜAT

Gündəm / Araşdırma

11-06-2024, 13:43

Rüfət Hacıyev vəzifəli şəxsə rüşvət almağa vasitəçilik edib - Ona da cinayət işi açıldı

Cəmiyyət

28-11-2023, 19:10

Əziz Orucov haqda həbs qərarı verildi

Hadisə

27-11-2023, 22:53

Qanuni oğrular arasında dava - Vitali Tiflisski həbs olundu

Hadisə

31-10-2023, 19:53

Daha bir vəzifəli şəxs rüşvətə görə həbs olundu

Siyasət

25-08-2023, 13:38

Prezident və birinci xanım Kəlbəcərə səfər ediblər

Gündəm / Hadisə

11-07-2023, 14:43

Səfərbərlik Xidmətinin daha 2 zabiti həbs edildi

Gündəm / Hadisə

5-07-2023, 18:46

Məhkəmə rüşvət alan hərbi komissar barəsində qərar VERDİ

Gündəm / Cəmiyyət

5-07-2023, 10:18

“SOCAR-AQŞ”nin sabiq baş direktoru həbs edildi - TƏFƏRRÜAT

Gündəm / Araşdırma

13-06-2023, 18:23

“Şərurlu İsfəndiyar” və qardaşı oğluna qarşı iddia - Obyekt qalmaqalı

Gündəm / Cəmiyyət

15-05-2023, 16:36

Naxçıvana hərbi prokuror təyin edildi

Araşdırma
İranlı iş adamı görün Azərbaycanda nə işlə məşğuldur… – Bu işlər beləmi qalacaq?
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yayıb
“Liv Bona Dea” və Mərkəzi Klinikanın həkimləri Dambrauskası ələ saldı - Fotolar
Ramin Qasımov Sumqayıt Tibb Mərkəzində nə kimi qanunsuzluqlara yol verir
Həkim xəstələri təhqir etdi: “Cibində beş qəpiyi olmayan, tərbiyəsiz, ədəbsiz…” - FOTO
Estetik-kosmetoloq kimi fəaliyyət göstərən Ramilə Əlizadə ilə bağlı iddialar... - Bir araşdıran olsa...
Hadisə
Dünən, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:21
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:16
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
23-09-2026, 10:40
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
16-09-2026, 18:00
Badamdarda yaşayış binasında partlayış olub, xəsarət alan var
10-09-2026, 10:38
Şəkidəki hadisə ilə bağlı cinayət işi başlandı - Qəzanın səbəbi açıqlandı
Son xəbərlər
  • 14-08-2026, 18:12
    UTANMIRSIZ?
  • 30-06-2026, 15:50
    HARA GEDİR BU ZAMAN
  • 6-06-2026, 16:59
    USTADNAMƏ
  • 3-06-2026, 10:40
    Yaqub Məğrur: "Məğrurnamə" şeiri
  • 21-05-2026, 14:00
    BİLDİRİŞ
  • 20-05-2026, 13:50
    ALLAH RƏHMƏT ELƏSİN!
  • 13-05-2026, 17:54
    YAQUB MƏĞRUR "MİLLƏTİM"
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 1-11-2023, 16:00
    İranlı iş adamı görün Azərbaycanda nə işlə məşğuldur… – Bu işlər beləmi qalacaq?
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Dünən, 15:00
    Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb
  • Dünən, 14:00
    Sent-Vinsent və Qrenadinlərdə atışma nəticəsində 4 nəfər ölüb
  • Dünən, 13:30
    Hörmüz boğazından sutkada təxminən 13 milyon barel neft keçir
  • Dünən, 13:00
    Rusiya və ABŞ hərbi süni intellektlə bağlı əsas məhdudiyyətləri sənəddən çıxarıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə