• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Hakim Elnur Rzayev dələduzluğa görə tutulan Pənah Kərimovu həbsdən azad edib -Prezidentə və İnam Kərimova ŞOK müraciət...

Gündəm / Cəmiyyət

30-12-2024, 13:45

Hakim Elnur Rzayev dələduzluğa görə tutulan Pənah Kərimovu həbsdən azad edib -Prezidentə və İnam Kərimova ŞOK müraciət...

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Rzayev "Sahil - S İnşaat" şirkətinin rəhbərinin şəriki, dələduzluq ittihamı ilə həbs edilmiş Pənah Kərimovu ev dustaqlığına buraxıb.

Redaksiyamıza məlumat verən zərər çəkənlərin sözlərinə görə, 2 ildir davam edən məhkəmə prosesinə sədrlik hakim Əli Məmmədovda idi. Onun prosesə sədrlik etdiyi dövrdə təqsirləndirilən şəxs barəsində heç zaman belə qərar çıxarılmayıb. İş hakim
Elnur Rzayevə verildikdən sonra məhkəmənin ilk günü məlum qərarı çıxarıb. Zərər çəkənlər Prezident İlham Əliyevə və Ali Məhkəmənin sədri İnam Kərimova, həmçinin, Baş Prokurorluq yanında Korrupsiya ilə Baş Mübarizə İdarəsinə müraciət edərək hakim Elnur Rzayevin sədrliyi ilə keçirilən prosesdə qərardan narazılıq bildiriblər. Onlar dələduzluq əməlləri sübuta yetirilmiş Pənah Kərimovun ev dustaqlığına buraxılmasını hakim Elnur Rzayevin qanunsuz qərarı hesab ediblər. Müraciətdə vurğulanıb ki, şirkətin sahibi Taley Alaverdiyevdir, 2018-ci ildə Yeni Günəşli ərazisində binanın tikintisinə başlanıb. Pənah Kərimov isə şərik kimi 2021-ci ildə, yəni üç il sonra bu işlərə qoşulub. Sakinlərin bildirdiyinə görə, elə Pənah Kərimovun binanın işlərinə girişməsindən sonra bir mənzilin bir neçə şəxsə satılması halları olub. Buna qədər heç bir dələduzluq, fırıldaq əməli yox idi. İndisə belə bir şəxsin ev dustaqlığına buraxılması yolverilməz haldır. Zərər çəkənlər arasında məhkəmə prosesində iştirak edənlər olub. Onlar Pənah Kərimovun ev dustaqlığına buraxılmasına etiraz ediblər. Bununla belə, hakim Elnur Rzayev öz bildiyini edib və onu ev dustaqlığına buraxıb.
Prezidentə və Ali Məhkəmə sədrinə üz tutan zərər çəkənlər deyiblər ki, Pənah Kərimovun dələduzluq əməlləri prokurorluğun apardığı istintaqla sübut edilib, 165 ailənin zərər çəkdiyi isbat olunub, məhkəmənin qərarı ilə həm Taley Alaverdiyev, həm Pənah Kərimov barəsində həbs qətiimkan tədbiri seçilib. Bu müddətdə istintaq aparılıb, sonra hakim Əli Məmmədovun sədrliyi ilə məhkəmə istintaqı aparılıb, lakin hökm oxunmayıb. Amma elə ki iş hakim Elnur Rzayevə verilib, ilk gündən Pənah Kərimov azad edilib. Müraciətdə deyilir: "Cənab Prezident və möhtərəm Ali Məhkəmə sədri, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Rzayev özbaşınalıq edib. Hakim dələduzluqda ittiham olunan şəxsi özünün ilk məhkəməsində necə azad edə bilər? Hansı məhkəmə-hüquq sistemində görünüb ki, təqsirləndirilən şəxs barəsində belə tezliklə ev dustaqlığı qərarı verilsin? Ən azı bir neçə proses olmalıdır, zərər çəkənlər dindirilməlidir. Bu fakt Azərbaycan məhkəmələrinin və hakimlərinin nə vəziyyətdə olduğunu, hansı sifarişlər yerinə yetirdiyini, rüşvətə bulaşdığını, ölkənin məhkəmə sistemini gözdən saldığını, Elnur Rzayev kimi hakimlərin dələduzları, fırıldaqçıları, bir mənzili bir neçə adama satanları müdafiə etdiyini göstərməkdədir. Bu qərar böyük təəssüf doğurur ki, hakim dələduzu qoruyur. Bizim üçün maraqlıdır, hakim Elnur Rzayev hansı maraq qarşılığında bu qərarı verib? Hər halda, biz sadəlövh deyilik ki, hakimin işə obyektiv yanaşdığına inanaq. Pənah Kərimov hakim Elnur Rzayevin qohumu-dostu da deyil ki, ona ürəyi yansın. Deməli, burada maddi maraq güdülüb. Biz şübhələnirik ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin və bütövlükdə Azərbaycan məhkəmə sisteminin adına ləkə gətirən hakim Elnur Rzayevin dələduz Pənah Kərimovla sövdələşməsi olub, pul marağından irəli gələrək onu ev dustaqlığına buraxıb".
Müraciətdə Baş Prokurorluğun hakimin qərarından protest verilməsi istənilib və işə Ali Məhkəmə sədri İnam Kərimovun da qarışması xahiş edilib: "Biz dövlətimizə inanırıq. Əminik ki, Elnur Rzayev adlı hakimin dələduzu, 165 ailənin başına oyun açan bir cinayətkarı müdafiə etməsinə aidiyyatı orqanlar tərəfindən reaksiya veriləcək. Biz dövlət başçımızın da məsələ ilə bağlı tapşırıq verəcəyinə güvənirik. Bilirik ki, ölkəmizin başına gələn bu faciəvi hadisə, təyyarəmizin vurulması ilə bağlı cənab prezidentin başı qarışıqdır, amma biz zərər çəkən insanlara qarşı hakimin etdiyi bu hərəkətlə bağlı müraciətimizə baxılacağını, Prezident Administrasiyasından mövqe bildiriləcəyini gözləyirik. Ona görə prokurorluğun protesti əsasında Pənah Kərimovun yenidən həbsə göndəriləcəyini, məhkəmə istintaqında zərər çəkənlərin də iştirakı ilə ona hökm oxunacağını gözləyirik. Biz 165 ailəni aldatmış, cinayətə yol vermiş hər iki şəxs - Taley Alaverdiyev və Pənah Kərimov cəzalarını almalıdırlar. Bunun üçün dövlət orqanlarından kömək gözləyirik". Sonda zərər çəkənlər anons ediblər ki, bayram tətilindən sonra hakimin bu qərarına görə PA və Məhkəmə-Hüquq Şurası önünə toplaşaraq etirazlarını bildirəcəklər.(anaxeber.org)

Oxunub: 3 626
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Cəmiyyət

30-09-2024, 12:30

Ucar sakini yerli hakimdən İnam Kərimova ŞİKAYƏT ETDİ - MÜRACİƏT

Gündəm / Araşdırma

6-06-2024, 12:42

Xaçmazda sakinlərin ƏSAS DƏRDİ... - "Şəmsəddinin 15 ilə qurduğunu..."

Gündəm / Araşdırma

1-03-2024, 14:42

Hakim Əli Məmmədov iki tikinti dələduzunu müdafiə edir - yeni ədliyyə nazirinə faktlar...

Gündəm / Hadisə

26-02-2024, 15:56

Əvəz Zeynallıya hökm oxundu - 9 il

Gündəm / Cəmiyyət

14-02-2024, 09:18

Ona olan etimadı doğrultmadı... - İTTİHAM VAR...

Gündəm / Hadisə

12-01-2024, 16:39

Prokuror Əvəz Zeynallıya 10 il həbs istədi

Gündəm / Hadisə

20-12-2023, 16:10

Hüseyn Seyidova hökm oxundu

Gündəm / Cəmiyyət

9-10-2023, 09:29

Bakıda 1 milyon 200 minlik dələduzluq edən şəxsdən XƏBƏR VAR

Gündəm / Cəmiyyət

25-09-2023, 17:16

Həbsdə olan sabiq hakimin yenidən məhkəməsi başladı - TƏFƏRRÜAT

---

8-09-2023, 18:18

İcra başçısı və deputat məhkəməyə polis gücünə gətiriləcək - DETALLAR

Gündəm / Araşdırma

30-05-2023, 14:26

Fikrət Məmmədovun bu vəzifəsi İnam Kərimova verilir - ÖZƏL

Gündəm / Cəmiyyət

27-05-2023, 15:01

Ramiz Rzayevin gömrük rəisi olan qardaşı yola salınır - Üç gün əvvəl isə...

Gündəm / Hadisə

23-05-2023, 21:55

Göyçayın icra başçısının həbsdə olan köməkçisi bəraət alaraq azadlığa çıxıb

Gündəm / Mədəniyyət

18-05-2023, 21:38

Azərbaycanda aktyor həbs OLUNDU

Cəmiyyət

16-05-2023, 17:24

Ülviyyə Alovlu axtarışa verildi

Araşdırma
“Elşad Həsənov əmlakımı talan edib” – Yasamal sakinindən ŞİKAYƏT
“EDUNSTAZ” müəllimləri faizlə çalışdırır,əmək haqqını ödəmir?
NAXCIVANI AZƏRBAYCANDAN AYIRAN TƏHSİL NAZİRİNİN SKANDAL QƏRARLARI; ELXAN NƏCƏFOV NƏ ETMƏK İSTƏYİR?
Dekabrın maaşlarını hələ də ala bilmirlər - Mollayev NƏ DÜŞÜNÜR?
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı?
“Park Yasamal”-ın hissə-hissə marketinq fırıldağı? - “Kristal” reklamları ilə özünü düşünür
Hadisə
15-02-2026, 14:00
Qubada faciə: Məktəblinin müəmmalı ölümü araşdırılır
14-02-2026, 13:10
Ailə üzvləri dəm qazından zəhərləndi - Baba öldü, 5 nəvəsi xəstəxanalıq oldu
12-02-2026, 16:15
Saleh Məmmədovun 21 yaşlı oğlu Londonda milyonluq biznesin sahibidir - FOTO
12-02-2026, 09:30
Şərurda avtomobil "TIR"la toqquşub, xəsarət alanlar var
8-02-2026, 11:01
Narkotik çəkib maşın sürürdü - Həbs edildi
6-02-2026, 10:46
Bakıda ŞOK: İdrak Liseyində şagird müəllimi GÜLLƏLƏDİ
Son xəbərlər
  • Bu gün, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Bu gün, 14:46
    ADY-nin mühəndisi qəza törətdi - Fotolar
  • Bu gün, 14:29
    Sabiq icra başçısı lüks sauna tikdirdi: Fəhlələrin pulunu vermədi - FOTO
  • Bu gün, 12:45
    “Elşad Həsənov əmlakımı talan edib” – Yasamal sakinindən ŞİKAYƏT
  • Bu gün, 12:15
    Avtomobil Yolları Dövlət Agentliyində böhran: Əməkhaqları verilmir - NARAZILIQ VAR...
  • Bu gün, 11:32
    Ramazan ayının təqvimi açıqlanıb - CƏDVƏL
  • Bu gün, 11:17
    Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
  • Bu gün, 11:00
    Turizm sektorunda nə baş verir? - FUAD NAĞIYEVƏ MÜRACİƏT
  • Bu gün, 10:14
    Arvana Kənd Məktəbi: Təhsil Ocağı, yoxsa Direktorun Şəxsi "Ferması"?
  • Bu gün, 09:50
    “Gavali” şirkətinin dizaynı OĞURLUQ İMİŞ... - SƏN DEMƏ...
  • Bu gün, 09:25
    “EDUNSTAZ” müəllimləri faizlə çalışdırır,əmək haqqını ödəmir?
  • Dünən, 19:28
    Rəşad İsmayılov nazir təyin edildikdən sonra Qafar Ağayev qanunsuz əməllərini davam etdirir?
  • Dünən, 19:12
    Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
  • Dünən, 17:52
    NAXCIVANI AZƏRBAYCANDAN AYIRAN TƏHSİL NAZİRİNİN SKANDAL QƏRARLARI; ELXAN NƏCƏFOV NƏ ETMƏK İSTƏYİR?
  • Dünən, 17:05
    “7 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC – Saleh Məmmədovun "komandası" iş başında
  • Dünən, 16:26
    Dekabrın maaşlarını hələ də ala bilmirlər - Mollayev NƏ DÜŞÜNÜR?
  • Dünən, 15:49
    “Medi Hall” klinikasında estetik əməliyyat olunan qadın öldü
  • Dünən, 15:14
    9 nömrəli xüsusi internat məktəbinin içmilərinin maaşları niyə verilmir?
  • Dünən, 14:46
    Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə