• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

QOBUPARKDA OĞLAN OVU, POLİSLƏRİN QOVHAQOVU

Cəmiyyət

3-12-2024, 12:19

QOBUPARKDA OĞLAN OVU, POLİSLƏRİN QOVHAQOVU

I YAZI


Qaradağ rayonu ərazisində salınmış üç massivdən ibarət Qobupark Yaşayış Kompleksində, ümumilikdə 12621 nəfər məcburi köçkün məskunlaşıb. Orada yaşayış üçün hər cür şərait yaradılsa da, sakinlərin işlə təmin edilməsində və idarə olunmasında ciddi nöqsanlar var. Mövcud olan problemlərin aradan qaldırılmasına, eləcə də asayişin qorunmasına cavabdeh olan dövlət qurumlarının və hüquq mühafizə orqanlarının yerli səlahiyyət sahiblərinin, öz işlərində buraxdığı hər bir səhv isə, məcburi köçkünlərin durumlarına mənfi təsir göstərir. Asayişin keşiyində dayanmalı olan hüquq mühafizəçilərinin sakinlərə qarşı aqressivlik göstərməsi isə, hətta kəskin etirazlara səbəb olur. Hesab edirik ki, deyilənləri faktlarla əsaslandırsaq, Qobupark Yaşayış Kompleksində yaranmış gərgin vəziyyət aydınlaşar və sözügedən qanunsuzluqların qarşısının alınmasında dövlət orqanlarına yardımçı olmuş olarıq.

Qobupark YK-nin hər üç massivində Qaradağ Rayon Polis İdarəsinin 10-cu Bölməsinin əməkdaşları xidmət aparırlar. Hətta orada bölmənin geniş iş otaqları ilə təmin edilmiş sahə məntəqələri də fəaliyyət göstərir. Ancaq polislərin məcburi köçkünləri ikinci dərəcəli insan saymaları, yekəxana davranışları və kobud hərəkətləri sakinlərin ciddi narazılıqlarına səbəb olur. Son günlər isə, polis əməkdaşlarının yeniyetmələrə divan tutması, artıq hamını bezdirib. Belə ki, sanki polislər azyaşlı yeniyetmələrin ovuna çıxıblar. Sakinlərin verdiyi məlumatlara görə, polis nəfərləri məktəbli yeniyetmələrin valideynlərilə profilaktiik söhbətlər aparmaq yoluyla yaranmış problemləri aradan qaldırmaq əvəzinə, uşaqları avtomobillə qovub yaxalamaq metodundan istifadə edirlər. Deyilənə görə Qobuparkın küçələrində hər gün avtoralli yarışlaını xatırladan qovhaqov əməliyyatı keçirilir. Üstəlik sözügedən əməliyyatlar əsasən axşam saatlarında, qaranlıq düşəndən sonra həyata keçirilir.
Bununla əlaqədar saytımıza edilən müraciətlərdən biri ətrafında araşdırma apararkən bizi dəhşət bürüdü. Şərti adı Natiq Xəlilov olan on birinci sinif şagirdi saat 21 radələrində yaşadığı 18-ci binadan çıxıb, qonşuluqda yerləşən 15-ci binada yaşayan babasıgilə gedərkən, sözügedən binanın birinci blokunun girişində özlərini təqdim etməyən mülki geyimli iki nəfər tərəfindən zorakı basqına məruz qalıb. Onun qollarını burub maşına tərəf sürüyərkən, oğurlandığını hiss edib qışqırmaq istəyən uşağın ağzını da əllərilə qapayaraq, zorla ağ rəngli “Toyota” markalı avtomobilə mindirib naməlum istiqamətə aparıblar. Yolboyu şapalaqla uşağın başına döyə-döyə mobil telefonunu da əlindən alıblar. Hətta azyaşlının deməsinə görə onlardan biri sakitləşməyən uşağın başına tapança dirəyərək, beynini dağıdacağı ilə də hədələyib. Sonra onu Lökbatan qəsəbəsində yerləşən Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə aparıblar. Günahsız tutulmasına etiraz edən uşağı küçə söyüşlərilə təhqir edə-edə şillə-təpiklə yaxşıca əzişdiriblər. Yalnız hadisənin şahidi olan Qobupark sakinlərindən birinin, uşağın valideynlərinə xəbər verməsindən və onların 10-cu polis bölməsinə telefon açıb izahat tələb etmələrindən sonra uşağı buraxıblar.
Bu barədə gecə saatlarında Müstəqil İctimai Nəzarət Agentliyinin MİNA tv.az saytına xəbər verilən kimi, 10-cu Polis Bölməsinə zəng edib hadisə barədə məlumat istədik. Özünü növbətçi hissənin növbətçisi Ceyhun Məmmədov kimi təqdim edən polis əməkdaşı məlumat verdi ki, “Qobuparkda şərti adı Aynur olan 13 yaşlı qızın, şərti adları Mahir, Həsən, Nüsrət və Ağa adlı bir neçə oğlan tərəfindən zorlanması ilə əlaqədar əməliyyat keçirilib və onlar şübhəli şəxs qismində tutulublar. Natiq isə, izlənmə zamanı qızı zorlayanlardan biri olan Mahirlə salamlaşdığına görə səhvən tutulub. Narahat olmayın, artıq onu evə buraxırıq.” Ancaq bununla bərabər azyaşlı yeniyetmə məktəblini qanunsuz və zorakı yolla həbs edən mülki formalı polis əməkdaşlarının kimliyini müəyyənləşdirməyə nə qədər çalışsaq da, növbətçi bu barədə bizə məlumat verməkdən imtina etdi. Odur ki, sözügedən hadisə barədə DİN-nin 102 xidmətinə məlumat verdik və qanunları pozan sözügedən mülki formalı polis əməkdaşlarının kimliyini müəyyənləşdirməyə yardımçı olmalarını xahiş etsək də, onlar da imtina etdilər. Əcaib qaydadır, deyilmi?
Yalnız müxtəlif kanallardan istifadə etməklə, Qobuparkda qovhaqovla yeniyetmə oğlanların ovuna çıxan, üstəlik mülki formada kimliklərini təqdim etmədən azyaşlı uşaqları söyüb-döyməklə təhqir edə-edə oğurlayan mülki formalı polis əməkdaşlarından, yalnız birinin adının Hüseyn olduğunu öyrənə bildik. Onların və onlar kimilərinin şəxsiyyətlərini müəyyən edib, cəmiyyətə mütləq açıqlayacayıq. Çünki zorakılığa məruz qalmış günahsız vətəndaşdan üzr istənilməməsi, hər bir halda azğınlıq sayılır və bu, qəbul edilməzdir. Bu barədə ikinci yazımız olacaq. İnanırıq ki, DİN-nin və Qaradağ RPİ-nin rəhbərliyi tezliklə problemə hüquqi qiymət verəcək və bu barədə bizə veriləcək məlumatları ictimaiyyətə çatdıracağıq.

P.S-1. 10-cu PB-nin qanunları pozan əməkdaşlarından soruşmaq istəyirik ki, qanunvericiliyə görə azyaşlı uşaqların, eləcə də 18 yaşına çatmamış məktəbli yeniyetmələrin valideynlərindən xəbərsiz zor tətbiq etməklə tutulmasının və avtomobillə yerlərinin dəyişdirilməsinin oğurluq sayıldığını bilmirsinizsə, sizi polis orqanlarına necə qəbul ediblər?
P.S-2. 13 yaşlı məktəbli qızı zorlayanların adları sizə məlum olduğu halda, nə üçün sakinlərin Qobupark Mənzil İstismar Sahəsində olan ümumi siyahısından istifadə etməklə qanun pozucularını və onların ünvanlarını müəyyənləşdirmək əvəzinə, məhəllələlərarası küçələrdə gənc insanları avtomobillə təqib edir, sakinləri vahiməyə salırsınız?

MİNA tv.az saytının Araşdırma Bürosu

Oxunub: 12 173
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Araşdırma

4-11-2024, 09:11

MİDA-nın Hövsandakı kompleksinin sakinlərini işıqsız qoyan kimdir?

Gündəm / Cəmiyyət

21-10-2024, 08:49

ŞOK MAXİNASİYA! “İDF” tikinti şirkəti MMC, MTK-ya necə çevrildi? - Masazırdakı “Yeni Bakı” yaşayış kompleksində bir qəbz, bir müqavilə, 4 sənəd

Araşdırma

19-07-2024, 11:58

QARADAĞ RAYON SU-KANAL İDARƏSİNDƏ NƏLƏR BAŞ VERİR?

Gündəm / Cəmiyyət

2-07-2024, 09:15

Azərbaycan Polisi 106 YAŞINDA

Gündəm / Araşdırma

23-04-2024, 20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

Gündəm / Cəmiyyət

8-04-2024, 09:50

“Kristal Abşeron”un yaşayış massivində YOL ÇÖKDÜ, sakinlər təhlükədə... - Sakinləri düşünən kimdir ki...

Cəmiyyət

15-12-2023, 19:03

Zabuxa köçürülən ailələrə mənzillərinin açarları təqdim edilib - YENİLƏNİB

Gündəm / Siyasət

7-11-2023, 18:18

Prezident və birinci xanım Şuşaya getdilər - YENİLƏNİB

Gündəm / Cəmiyyət

26-09-2023, 19:01

Məcburi köçkün şəhərciyində partlayış - Yaralılar var

Gündəm / Cəmiyyət

21-09-2023, 11:31

Şəhidimiz Mikayılov Ülvi Bəhruz oğlunun cənazəsini qarşılamaq üçün sakinlər onun yaşadığı Qobupark-2, bina-14-ün qarşısına toplaşıblar

Gündəm / Araşdırma

24-08-2023, 15:29

Alı Alıyev haqda ŞOK FAKT: Şikayətçilər belə SUSDURULUR... - BU NƏDİ BELƏ?

Cəmiyyət

18-08-2023, 12:13

ŞOK MAXİNASİYA! “İDF” tikinti şirkəti MMC, MTK-ya necə çevrildi? - Masazırdakı “Yeni Bakı” yaşayış kompleksində bir qəbz, bir müqavilə, 4 sənəd

Gündəm / Video

12-07-2023, 12:19

QOBUPARK MƏCBURİ KÖÇKÜNLƏRİ 194 SAYLI MARŞRUTUN XİDMƏTİNDƏN NARAZILIQ EDİRLƏR

Gündəm / Cəmiyyət

10-07-2023, 18:16

4 polis polkovnikinə general-mayor rütbəsi VERİLDİ

Gündəm / Cəmiyyət

10-05-2023, 15:11

Şuşada 17 binadan ibarət yaşayış kompleksinin təməli qoyuldu

Araşdırma
Kənan Basqala hökm oxundu
Kapadokiyadan yarımçıq təkzib - direktor niyə təşvişə düşüb?
Həsən Şərifovun çox milyonluq YEYİNTİSİ - necə gizlədib?
Gürcüstanda bu nazirlik ləğv edilir, əvəzində yeni vəzifə yaradılır
Özünü maşının altına atan piyada ölmüşdü - Sürücü bəraət aldı
Nazirlik imtahandan kəsildi - müəllimlər qarşısında geri çəkilməyə məcbur qaldılar
Hadisə
26-07-2026, 13:00
Dənizdə batan Ümid müstəntiq işləyirmiş
26-07-2026, 10:30
Şəkidə maşın piyadaları vurdu - 1 ölü, 1 yaralı
25-07-2026, 13:30
Qəçrəşdəki restoranda 29 yaşlı oğlan öldü
23-07-2026, 18:00
Meyvə bağındakı hovuzda boğulub öldü
23-07-2026, 17:00
Beyləqandakı silahlı insidentlərlə bağlı istintaq bitdi
19-07-2026, 15:30
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Son xəbərlər
  • 30-06-2026, 15:50
    HARA GEDİR BU ZAMAN
  • 6-06-2026, 16:59
    USTADNAMƏ
  • 3-06-2026, 10:40
    Yaqub Məğrur: "Məğrurnamə" şeiri
  • 21-05-2026, 14:00
    BİLDİRİŞ
  • 20-05-2026, 13:50
    ALLAH RƏHMƏT ELƏSİN!
  • 13-05-2026, 17:54
    YAQUB MƏĞRUR "MİLLƏTİM"
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Dünən, 18:19
    Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir
  • Dünən, 17:41
    Kənan Basqala hökm oxundu
  • Dünən, 16:12
    Kapadokiyadan yarımçıq təkzib - direktor niyə təşvişə düşüb?
  • Dünən, 15:10
    Həsən Şərifovun çox milyonluq YEYİNTİSİ - necə gizlədib?
  • Dünən, 14:33
    Avqustun hava proqnuzu: Bəzi yerlərdə normadan yuxarı olacaq
  • Dünən, 11:37
    Gürcüstanda bu nazirlik ləğv edilir, əvəzində yeni vəzifə yaradılır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə