• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Sahil Babayevə Sahil Babayevdən şikayət:ƏƏSMN-in 39 saylı vəkil bürosunun büdcədən maliyyələşməsi cinayətdir

Gündəm / Araşdırma

16-09-2025, 16:22

Sahil Babayevə Sahil Babayevdən şikayət:ƏƏSMN-in 39 saylı vəkil bürosunun  büdcədən maliyyələşməsi cinayətdir


Nədən Konstitusiya Məhkəməsinə nə icra, nə qanunverici hakimiyyət, nə Ombudsman, nə, nə...5 ildir sorğu göndərir, sıradan vətəndaşınsa yalnız şikayət hüququ var ki, ona da min bəhanə ilə baxan yoxdur...?
Bu etiraz dolu sual jurnalist Məğrur Bədəlsoy tərəfindən Yenixeber.org-a daxil olmuş yazıda yer alır.
Aktuallığını nəzərə alıb, yazını olduğu kimi dərc edirik:
Sələfiniz Samir Şərifova Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin 18.02.2020-ci il tarixli əmri ilə DSMF-də yaradılan MƏHKƏMƏ FİLİALININ -39 SAYLI VƏKİL BÜROSUNUN büdcədən maliyyələşməsinin filialın özü kimi qanunsuz, Konstitusiyaya zidd olmasından çox şikayətlər edilib. Sonucsuz şikayətlər ali dövlət hakimiyyəti , hüquq-mühafizə orqanlarına, Ombudsmana, Hesablama Palatasına da edilib. İndi maliyyə naziri özünüzsünüz, özünüzün qanuna, Konstitusiyaya zidd əmrinizin ləğv edilməsinə, 39 saylı vəkil bürosunun büdcədən maliyyələşməsinə son qoymağın vaxtıdır. Nədən Konstitusiya Məhkəməsinə nə icra, nə qanunverici hakimiyyət, nə Ombudsman, nə, nə...5 ildir sorğu göndərir, sıradan vətəndaşınsa yalnız şikayət hüququ var ki, ona da min bəhanə ilə baxan yoxdur.
Bakı Apellyasiya Məhkəməsində İPM-in “Normativ xarakterli aktların qanunauyğunluğunun mübahisələndərilməsinə dair iddialar üzrə icraat” fəslinə uyğun olaraq 18.02.2020-ci il tarixli əmrinizin etibarsız sayılıb ləğv edilməsi barədə iddia qaldırdım. İddiam qanuniliyi mübahisələndirilən əmrlə yaradılan MƏHKƏMƏ FİLİALININ- 39 SAYLI VƏKİL BÜROSUNUN “seçdiyi” qərəz heyətinə (Pərviz Hüseynov, Şərafət Məmmədova, Ceyhun Məmmədov) verildi və anında rədd edilməsi haqqında məlumat elektron kabinetdə yerləşdirildi. “Əsas” kimi “subyektiv hüququmun olmadığı” “daxili RÜŞVƏT İNAMI ilə” qəbul edildi. Halbuki məhkəmə icraatı dayandırıb, əmrin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğu barədə Azərbaycan Respublikasının Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu göndərməlidi. (İPM-in 124-cü maddəsi). Əmrin Konstitusiyaya zidd olmasını ƏƏSMN-in toplam 43 vəkilinə verilən 2 saxta etibarnamə sübut edir. ƏƏSMN-in adından “etibarnamə”ləri MALİYYƏ NAZİRİNİN 1-Cİ MÜAVİNİ ANAR KƏRİMOV necə imzalayıb?! Təkcə bu faktın özü 5 il yarım imzaladığınız əmrin Konstitusiyaya zidd olduğunu ortaya qoyur və Ali Məhkəmə vasitəsilə Konstitusiya Məhkəməsinə sorğu göndərilməsinə əsas verir. Pərviz Hüseynov, Şərafət Məmmədova, Ceyhun Məmmədov üçlüyü isə pensiyamı mənimsəyən, hətta 8 il qabaqkı məhkəmə qərarı ilə verilən əlavəni dayandıran MƏHKƏMƏ FİLİALININ-39 SAYLI VƏKİL BÜROSUNUN yaradılması əmrinin ləğvinə subyektiv hüququmun olmadığına qərar verib.
Sahil Babayevə Sahil Babayevdən şikayət:ƏƏSMN-in 39 saylı vəkil bürosunun  büdcədən maliyyələşməsi cinayətdir

Bir daha ƏƏSMN-də MƏHKƏMƏ FİLİALININ – 39 SAYLI VƏKİL BÜROSUNUN yaradılması əmrinin Konstitusiyaya, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna zidd olduğunu maliyyə naziri kimi diqqətinizə çatdırıram. DÖVLƏT ORQANINDA NƏİNKİ BÜTÖV VƏKİL BÜROSU, HEÇ BİR NƏFƏR DƏ VƏKİL TƏMSİL OLUNA BİLMƏZ. Bu dövlətin hüquqi, demokratik adına ləkədir. (Yeri gəlmişkən, AMEA-da 2021-ci ildə hüquq müdiri kimi büdcədən maliyyələşən vəkil Əliyev Kamal Vəli oğlunun, AAYDA-nın hüquq müdiri, vəkil Şahbaz Qasımovun və s. maliyyələşməsinə də son qoyulmalıdır; vəkil büdcədən maliyyələşə bilməz!) Hesablama Palatası vermir, Maliyyə naziri kimi özünüz hesablayıb qiymət verin, ƏƏSMN-də fəaliyyət göstərən direktor, direktor müavinləri, departament müdirlərindən tutmuş mütəxəssisə kimi 43 vəkilin hər birinə ayda büdcədən nə qədər pul ayrılır; bu vəkil-məmur ordusuna əlavə nə qədər mükafat-filan verilir, ildə neçə mənzil ayrılır və s.? Hamısı da nədən yana? Qarabağ əlillərinin, qazilərin, şəhid ailələrinin, ünvanlı sosial yardım alanların, sosial müavinətçilərin, pensiyaçıların təminatına məhkəmədə qadağa qoyduqlarına görə!(??) . Belə sosial təminat, hüquq siyasəti olar? Bəs belə büdcə, maliyyə siyasəti hansı qanunda yazılıb? Hər şey bir yana, əmrinizlə yaradılan filialın-39 saylı vəkil bürosunun əsas işlərindən biri kimi ƏƏSMN-in tərəf olduğu CİNAYƏT İŞLƏRİNDƏ NAZİRLİYİ QORUMAQ deyəndə nə anlaşılır? Nazirliyin tərəf olduğu cinayət işi nə deməkdir? Belə çıxır, məsələn, “iraq-iraq”, birdən hüquq mühafizə orqanları cinayət axtarışına çıxıb, iş qaldırdı, onu qanunsuz yaradılan MƏHKƏMƏ FİLİALI-39 SAYLI VƏKİL BÜROSU MÜDAFİƏ ETMƏLİDİR? Axı, cinayət işlərində bütöv nazirlik tərəf ola bilməz! Düzdür, biz səs-küylü cinayət işlərinin şahidi olmuşuq, amma onların hər biri bütöv dövlət orqanına qarşı yox, ayrı-ayrı vəzifəli şəxslərə qarşı yönəlib. Eyni zamanda əmrlə nazirliyin tələbkar olduğu işlərdə icranı təmin etmək vəzifəsi də uyğun dövlət orqanlarının görəvidir, bunun üçün dövlət orqanında 43 vəkilin büdcədən maliyyələşməsinə ehtiyac yoxdur. Nazirliyin borclu olduğu işlərdə icranın təmin edilməsinə maneçilik də cinayət məsuliyyəti yaradır. Əmrinizlə yaradılan dövlət orqanı , həm də vəkil bürosu MƏHZ pensiyaçıların tələbkar olduğu məhkəmə qərarlarının icrasına qadağa qoymaqla büdcəni pensiyaçılardan qoruyur.(?)
Maliyyə naziri kimi ƏƏSM naziri olanda verdiyiniz əmri ləğv etməyiniz büdcəyə də xeyirdir, pensiyaçılara da. 5 il yarım qabaqkı əmrin ləğv etmənizi gözləyirik.
Məhkəməyə rüşvəti vəkil (bürosu) apardı, ya elə əvvəl olduğu kimi, məmur, nə dəyişir? Onsuz da yenə dəyən pensiyaçıya dəyir, onun təminatından rüşvət verilir, həm məhkəmə, həm də də sosial müdafiəsindən məhrum edilir.(Yenixeber.org )

Qarşı tərəfin cavab haqqını tanıyırıq.

Oxunub: 2 072
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Cəmiyyət

15-08-2025, 09:56

Maliyyə nazirinin müavini Anar Kərimov ƏƏSMN-də də müavindir?

Gündəm / Cəmiyyət

15-03-2025, 14:32

Dövlətin sosial siyasəti HƏDƏFDƏ -AÇIQ SABOTAJ VAR...

Gündəm / Cəmiyyət

13-02-2025, 18:11

Sahil Babayevdən KÖHNƏ BAZARA TƏZƏ NIRX: Tenderlər dayandırıldı... - İLGİNC GƏLİŞMƏ

Gündəm / Cəmiyyət

10-02-2025, 17:48

DSMF-in məhkəmə filialı-vəkil bürosu tələbkar qazinin iddia tələbini saxtalaşdırıb - Borclu XŞTMF-nin dövlətə, məhkəməyə, Konstitusiyaya hörmətsizliyi 22 aydır sürür İDDİA

Gündəm / Siyasət

6-02-2025, 16:51

Sahil Babayev maliyyə naziri təyin edilib

Gündəm / Cəmiyyət

27-09-2024, 19:58

Sahil Babayevdən nazir müavinin deputat seçilən xanımının yerinə təyinat

Gündəm / Cəmiyyət

5-06-2024, 10:28

Vəkillər Kollegiyasının üzvü vəfat etdi

Gündəm / Cəmiyyət

18-05-2024, 11:54

Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."

Gündəm / Cəmiyyət

15-05-2024, 14:36

Qaziyə vəkil ayrılmasından imtinanı hakimlər preyudisial akt sayır? - ETİRAZ VAR...

Gündəm / Araşdırma

2-03-2024, 15:51

Dövlət Eyvaz İsmayılovun nazı ilə ÇOX OYNAYACAQ?

Gündəm / Cəmiyyət

8-01-2024, 19:37

Dövlət Sosial Müdafiə, yoxsa MƏNİMSƏMƏ Fondu? - ETİRAZ

---

29-11-2023, 13:39

DSMF-in pensiya təminatı orqanlarının məhkəmə dələduzluğu 9 aydır sürür

Gündəm / Cəmiyyət

4-11-2023, 13:01

Dövlətin adından çıxarılan məhkəmə qərarını borclu pensiya orqanı 6 ildən sonra ləğv edib - AXI NİYƏ?

Gündəm / Cəmiyyət

2-11-2023, 08:14

Bakı Apellyasiya Məhkəməsi də xəstəxanada yatan qazinin hüququna “ölüm” oxudu

Gündəm / Cəmiyyət

18-09-2023, 20:49

Nazir keçmiş rəislər üçün əlavə ştat açıb: Sabiqlər necə və niyə müşavirə çevriliblər? - İLGİNC FAKTLAR

Araşdırma
Qoşqar Təhməzovun qida təhlüksəziliyi "sıfır"dır - “Çinar” ŞOR insanları belə zəhərləyir -VİDEO
“TamStore” də müştəriləri aldadırlar? Vaxtı keçmiş məhsullar…..
"AF Hotel Aqua Park"ın ərazisi genişləşdirilir - Dənizkənarı ərazi necə sənədləşdirilib? - VİDEO
"Verteba” klinikasın tibb təhsili olmayan həkimlər işləyirmiş - ADLAR
Məşhur iş adamı həbs edildi - Tale Heydərovun 1 milyonunu ələ keçirib
Vidadi İsayevdən "kadr islahat"ları - "Kənd sovetləri"nin müavinləri işdən çıxarıldı...
Hadisə
15-03-2026, 14:30
Zərdabdan Bakıya narkotik gətirən şəxs saxlanılıb
15-03-2026, 12:30
Dəm qazından boğulub ölən Lətafətin - Fotosu
15-03-2026, 12:00
Ağcabədidə maşınlar toqquşdu - 4 nəfər xəsarət aldı
7-03-2026, 15:34
Komendant işlədiyi binadan yıxılıb öldü
7-03-2026, 11:00
46 yaşlı qadın bıçaqlandı - Oğlu şübhəli bilinir
6-03-2026, 10:00
Tramp bəyan edib ki, ABŞ İrandan sonra Kuba ilə "məşğul olacaq"
Son xəbərlər
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Bu gün, 17:10
    İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
  • Bu gün, 16:59
    “Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /FOTOLAR
  • Bu gün, 16:41
    İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub
  • Bu gün, 16:22
    Audiovizual Şura: Telekanal aparıcılarının istifadə etdiyi xarici sözlərin sayı azalıb
  • Bu gün, 16:06
    5 milyona görə Vasif Talıbovu günahlandırır - Bu məmurların da adı keçir
  • Bu gün, 15:10
    İranın kəşfiyyat naziri də öldürüldü
  • Bu gün, 14:41
    Qoşqar Təhməzovun qida təhlüksəziliyi "sıfır"dır - “Çinar” ŞOR insanları belə zəhərləyir -VİDEO
  • Bu gün, 14:18
    "Nargilə Residence"dən mənzil alanları belə aldadıb - ÇIXARIŞ, QARAJ DƏRDİ
  • Bu gün, 12:46
    23 azərbaycanlı Almaniyadan geri qəbul edildi
  • Bu gün, 12:05
    “TamStore” də müştəriləri aldadırlar? Vaxtı keçmiş məhsullar…..
  • Bu gün, 11:21
    Pırşağıda “Avtoyuma” məntəqəsinin tikintisinə hansı məmur icazə verib?
  • Bu gün, 10:08
    "Neo Motors" da çinli iş adamının əməlindən zərər çəkib
  • Bu gün, 09:42
    "AF Hotel Aqua Park"ın ərazisi genişləşdirilir - Dənizkənarı ərazi necə sənədləşdirilib? - VİDEO
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə