• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Özünün xəbəri olmadan 4 ildiri işə götürülüb, maaşını başqası alır... -

Gündəm / Cəmiyyət

16-09-2025, 14:41

Özünün xəbəri olmadan 4 ildiri işə götürülüb, maaşını başqası alır... -

Bərdə rayonu, Həsənqaya kənd sakini Əliyeva Elmira Tarif qızı tərəfindən "Hürriyyət"in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, işləmədiyi halda, adına əmək müqaviləsi var:

“Mən, Əliyeva Elmira Tarif qızı, yazaraq xahiş edirəm ki, səlahiyyətli qurumlar mənə kömək etsin. Bildirim ki, indiyədək getmədiyim, şikayətimi ünvanlamadığım qurum qalmayıb. Heç birindən doğru-düzgün cavab ala bilmirəm.

Bu yaxınlarda öyrənmişəm ki, 2021-ci ildən əmək kitabçam var, yəni rəsmi olaraq işləyirəm. Amma bu günə kimi heç vaxt əmək haqqı almamışam. Hansı idarənin və yaxud da şirkətin işçisi olduğumu da bilmirəm. Hüquq-mühafizə orqanları da bunu öyrənə bilmədilər.

Savadsızlığımdan istifadə edib, kimlərsə adımı işə yazdırıb, haqqıma giriblər. Polisə, məhkəməyə müraciət etmişəm, amma müsbət cavab ala bilməmişəm. Polis məni işə götürən Qəniyev Əlikram Qaraş oğlunu tapa bilmədiyini deyir. Adını çəkdiyim şəxs illərdir mənim yerimə əmək haqqı alırmış.

Çətinliklə 2 uşağımı dolandırıram. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəfələrlə müraciət etmişəm. "Məhkəməyə, polisə ver", - dedilər. Məhkəmə də mənə kömək etmədi. 1-2 prosesdən sonra heç məni məhkəməyə çağırmadılar.

Kasıb adamam, bu işi adımdan sildirə bilsəm, başqa işə girib ünvanlı sosial yardım alardım. Səlahiyyətli qurumlardan xahiş edirəm, mənə bu məsələdə kömək etsinlər. 12-14 yaşlarında azyaşlı uşaqlara baxıram, maddi imkanım yoxdur".

Məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidməti ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) vətəndaş Elmira Əliyevanın adında 03 iyun 2021-ci il tarixli əmək müqaviləsi bildirişi mövcuddur: "Həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, işəgötürən tərəfindən işçi ilə bağlanılmış əmək müqaviləsində nəzərdə tutulmuş məlumatlar ƏMAS-a daxil edilirdi. Nəticədə, işçinin ƏMAS-a daxil edilmiş bildiriş barədə vaxtında məlumat almaması ehtimalı mövcud idi.
Vətəndaş bu halda əmək müqaviləsinin xitamı və ya ləğvi ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün işəgötürənə, həmçinin qeyd olunan hallarla bağlı məhkəməyə müraciət edə bilər.
Qeyd edək ki, Azərbaycan Respublikasının 28 iyun 2024-cü il tarixli Qanununa və Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2024-cü il tarixli Fərmanına əsasən, əmək müqavilələri artıq yalnız elektron qaydada bağlanır. Bu proses işçi və işəgötürənin qarşılıqlı razılığı əsasında elektron imza vasitələri ilə həyata keçirilir. Müqavilə imzalanarkən portalda müqavilənin şərtləri göstərilir və işçi razı olduğu halda müqaviləni imzalayır, razı olmadığı halda isə imtina edə bilər.
Ümumiyyətlə vətəndaşlar "e-sosial.az" portalına daxil olaraq rəsmi iş yeri, sosial sığorta və əmək fəaliyyəti barədə məlumatlarla tanış ola bilərlər.
Dövlət Əmək Müfəttişliyi Xidməti vətəndaşlara tövsiyə edir ki, əmək müqavilələrini imzalayan zaman əmək müqaviləsində qeyd olunan bütün məlumatlarla tanış olub daha sonra elektron qaydada imzalasınlar. Eyni zamanda "e-sosial" portalındakı məlumatları mütəmadi olaraq yoxlasınlar və hər hansı uyğunsuzluq aşkar etdikdə dərhal aidiyyəti qurumlara və ya məhkəmə orqanlarına müraciət etsinlər.
Əlavə olaraq bildiririk ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-1-1-ci maddəsində nəzərdə tutulan hallardan başqa xitam vermək səlahiyyəti yoxdur".

Jalə FAMİLQIZI
Özünün xəbəri olmadan 4 ildiri işə götürülüb, maaşını başqası alır... -

Oxunub: 1 628
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Cəmiyyət

2-05-2025, 10:44

Məhərrəm Quliyevin qəbuluna getsə də...

Gündəm / Cəmiyyət

11-02-2025, 16:32

Məktəb direktoru ÖZBAŞINA QALIB... - nə qanun bilir, nə də...

Gündəm / Araşdırma

25-09-2024, 19:10

“Dövlət Məşğulluq Agentliyinə 2 ay əvvəl müraciət etmişəm, hələ də cavab gəlməyib” - İmişli sakini rəsmi qurumlardan ŞİKAYƏTÇİDİR

Gündəm / Araşdırma

12-09-2024, 10:33

"Hazırda ailəmin vəziyyəti pisdir, ac-susuz qalmışıq" - MÜRACİƏT

Gündəm / Araşdırma

9-08-2024, 13:14

“3 ay işlədim, əmək haqqımı ala bilmədim” - GİLEY

Araşdırma

27-07-2024, 17:02

Ağcabədi sakini ACINACAQLI DURUMDA... - "4-cü uşağa necə baxacağıq bilmirəm..."

Gündəm / Cəmiyyət

27-07-2024, 13:39

3 uşaq anası FƏRYAD EDİR... - "Nə gəlib yoxlayırlar..."

Gündəm / Araşdırma

30-04-2024, 13:39

İmişli sakini "YKT" MMC-nin onun 2 aylıq əmək haqqını mənimsədiyini iddia edir - " "AGE "MMC-nin adını dəyişərək..."

Gündəm / Araşdırma

19-04-2024, 12:55

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

Gündəm / Cəmiyyət

7-11-2023, 17:42

Gədəbəydə Şəhid ailəsi İNCİDİLİR - MÜRACİƏT

Gündəm / Cəmiyyət

7-11-2023, 10:14

Vətən müharibəsi iştirakçısının HAQQI YEYİLİR - AXI NİYƏ?

Gündəm / Cəmiyyət

26-10-2023, 08:44

“Sosial Müdafiə Fondundan mənə deyirlər ki, get iş tap işlə” - NARAZILIQ VAR...

Gündəm / Siyasət

5-10-2023, 14:00

Qış gəlir... vəəndaşsa qaz həsrətində... - GİLEY

Gündəm / Araşdırma

28-09-2023, 13:22

Göygöl sakini ÇARƏSİZ DURUMDA... - MÜRACİƏT

Gündəm / Cəmiyyət

22-07-2023, 11:39

Ağsu sakini haqsızlıqla ÜZ-ÜZƏ... - MÜRACİƏT

Araşdırma
MƏRDİ QOVA-QOVA NAMƏRD ETMƏZLƏR, CƏNABLAR!
“Bura icra başçısınındır, heç kim dayandıra bilməz” - ÖZBAŞINA QALIBLAR...
Bərdədə 1,5 milyonluq yol haradadır? – Gözlər 43 saylı idarənin rəisi İlham Əzimovdadır
“Milano Hospitalda“ əvvəl Vəfa “Gündoğan” indi isə “Barisovna” olan “həkim”
Quba Şahmat məktəbində “ölü bölmələr”, maaşlar və qohum şəbəkəsi - İTTİHAM VAR...
7 saylı Xüsusi Təyinatlı Yol İdarəsi ilə bağlı iddialar – işçilərdən şikayət
Hadisə
7-03-2026, 15:34
Komendant işlədiyi binadan yıxılıb öldü
7-03-2026, 11:00
46 yaşlı qadın bıçaqlandı - Oğlu şübhəli bilinir
6-03-2026, 10:00
Tramp bəyan edib ki, ABŞ İrandan sonra Kuba ilə "məşğul olacaq"
6-03-2026, 09:30
Bakı-Quba yolunda yük maşınının vurduğu piyada ölüb
4-03-2026, 15:48
Hoteldə anasını öldürən yeniyetməyə hökm oxundu
22-02-2026, 15:00
Gəncədə 3 yaşlı uşaq xəstəxanada öldü
Son xəbərlər
  • Dünən, 10:03
    MƏRDİ QOVA-QOVA NAMƏRD ETMƏZLƏR, CƏNABLAR!
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Dünən, 18:46
    Pezeşkian İranın yeni ali rəhbəri barədə paylaşım edib
  • Dünən, 18:22
    “Bura icra başçısınındır, heç kim dayandıra bilməz” - ÖZBAŞINA QALIBLAR...
  • Dünən, 16:51
    Buralarda nə baş verir... ALLAH BİLİR... - İLGİNC İDDİALAR
  • Dünən, 15:14
    Milli Onkologiya Mərkəzi yox... RÜŞVƏT MƏRKƏZİ! - İTTİHAM VAR...
  • Dünən, 14:04
    “Arash” estetik mərkəzinin həkimi Sənan Xankişiyevdən şikayət
  • Dünən, 13:18
    Bərdədə 1,5 milyonluq yol haradadır? – Gözlər 43 saylı idarənin rəisi İlham Əzimovdadır
  • Dünən, 11:09
    Nəsimi rayonunda “Başkənd” restoranında özbaşınalıq “depozit” adı ilə müştərilərin cibinə girirlər.
  • 8-03-2026, 17:00
    "Axios": ABŞ Tehranın zənginləşdirilmiş uran ehtiyatlarını ələ keçirmək üçün xüsusi təyinatlıları cəlb edə bilər
  • 8-03-2026, 16:00
    ABŞ və İsrail İsfahana zərbə endirib, 11 nəfər həlak olub
  • 8-03-2026, 15:00
    Qırğızıstanda mədəndə qaz sızması - Ölənlər var
  • 8-03-2026, 14:00
    2030-cu ildə Ramazanda 36 gün oruc tutulacaq
  • 8-03-2026, 12:00
    “Müharibəni 6 ay davam etdirə bilərik” - İran
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə