• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Çilidən Azərbaycana qızıl balıq gətirilir, öz ehtiyatımıza nə gəlib?

İqtisadiyyat

11-12-2025, 14:00

Çilidən Azərbaycana qızıl balıq gətirilir, öz ehtiyatımıza nə gəlib?

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycana ümumilikdə 279,28 min ABŞ dolları dəyərində dondurulmuş Sakit okean qızılbalığı idxal olunub. Valyuta.az xəbər verir ki, ölkəyə gətirilən məhsulun ümumi həcmi 50,24 ton təşkil edib.
Qızıl balıq idxalı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Çili, Türkiyə və Niderlanddan həyata keçirilib. Böyük Britaniya və Şimali İrlandiyadan 1,92 milyon dollar dəyərində 0,08 ton məhsul gətirilib. Bu ölkədən idxal olunan qızıl balığın 1 kiloqramı 24 dollar və ya 40,8 manata başa gəlib. Çilidən idxal həcmi daha yüksək olub. Belə ki, bu ölkədən 39,94 ton qızıl balıq 175,74 min dollar dəyərində alınıb. 1 kiloqram üçün qiymət 4,40 dollar və ya 7,48 manat təşkil edib. Türkiyədən 10,2 ton qızıl balıq 101,22 min dollar dəyərində idxal edilib. 1 kiloqramın orta qiyməti 9,9 dollar və ya 16,87 manat olub. Niderlanddan gətirilən həcmlər isə minimal - 0,02 ton olub. Bu ölkədən idxal olunan məhsulun dəyəri 0,4 min dollar təşkil edib. 1 kiloqram üçün qiymət 20 dollar və ya 34 manat olub.

Maraqlı və düşündürücü olan budur ki, Azərbaycana gətirilən qızılbalığın böyük hissəsi uzaq Latın Amerikasından daşınır. Halbuki ölkənin Xəzər kimi nəhəng su hövzəsi və onlarca çay sistemi olduğu halda daxili istehsalın hələ də minimum həcmdə olması ciddi suallar doğurur. Daha acınacaqlısı isə budur ki, idxal brakonyerlikdən, çirklənmədən və illərlə bərpa olunmayan balıq keçid məntəqələrindən tükənmiş öz ehtiyatlarımızın yerini doldurur.

2023-cü ildə ilk dəfə körpə qızıl balıqların Xəzərə buraxılması böyük təqdimatla ictimaiyyətə elan edildi. Amma real nəticə hələ də yoxdur. Xəzərin biomüxtəlifliyinə cavabdeh qurumlar qızıl balıq ehtiyatının kritik səviyyəyə enməsi fonunda vəziyyətin düzəlməsi üçün konkret mexanizmlər ortaya qoya bilmir. Çayların çirklənməsi, Kür çayında balıqların migrasiyasına xidmət edən mühüm keçidlərin işləməməsi, nəzarətsiz ovlanma və müasir balıqçılıq təsərrüfatlarının azlığı vəziyyəti daha da kəskinləşdirir.

Ekspertlər bildirir ki, Azərbaycanda qızıl balıq yetişdirilməsi üçün həm çay hövzələri, həm də akvakultura təsərrüfatları üçün geniş imkan var. Hesablamalara görə, ölkə ildə ən azı 1500-2000 ton qızıl balıq istehsal edə bilər. Bu, idxalın böyük hissəsini əvəz edə biləcək rəqəmdir. Lakin hazırda real istehsal cəmi bir neçə xırda təsərrüfatla məhdudlaşır. Dövlət dəstəyi isə əsasən nərə balığına yönəldiyindən qızıl balıq sektoru illərdir kölgədə qalıb.

Digər mühüm məqam odur ki, idxal olunan məhsulların hamısı “qızıl balıq” adı ilə təqdim olunsa da, onların keyfiyyət kateqoriyaları çox fərqlidir. Çilidən gətirilən ucuz məhsullar əslində Sakit okean qızıl balığının aşağı qiymətli növləridir. Başqa sözlə, ölkəyə daxil olan məhsulun mühüm hissəsi Atlantik salmonu ilə heç müqayisə oluna bilməz. Bu isə bazarda həm keyfiyyət probleminə, həm də qiymət manipulyasiyalarına yol açır.

Məsələnin iqtisadi tərəfi də narahatlıq doğurur. Azərbaycan balıqçılıq ölkəsi olduğu halda idxala valyuta ödəməkdə davam edir və bu tendensiya illərdir dəyişmir. Bu gün 50 ton idxal, sadəcə, rəsmi rəqəmdir. Bura restoran sektorunun, qeyri-rəsmi idxalın və daxili bazarda baş verən qiymət artımlarının təsiri daxil deyil. Xarici bazarlarda qiymət dəyişdikcə ölkədaxili qiymətlər də dərhal bahalaşır - çünki alternativ yoxdur.

Azərbaycanda ət niyə kəskin ucuzlaşdı? – Səbəb açıqlandı - Globalinfo.az

Akif Nəsirli

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Xəzər dənizində qızıl balığın populyasiyası geniş inkişaf etməyib. Onun sözlərinə görə, son təcrübələr göstərir ki, bu gün Xəzərdə qızıl balıqların inkişaf üçün münbit ekosistem yoxdur: “Adətən qızıl balıqlar şirin sularda yaşayır. Şirin sulu göllərdə və zonalarda bu balığın populyasiyası daha çox mümkün olur. Xəzər coğrafiya baxımından göl olsa da Baykal kimi şirinsulu göl deyil. Xəzər duzlu suya malikdir, həmçinin buradan neft hasil edilir və bununla da dəniz çirkləndirilir. Eyni zamanda dənizin ətrafındakı ölkələrin dəniz sahilində olan şəhərlərinin kanalizasiya suları Xəzərə tökülür. Bir sözlə, Xəzər kifayət qədər çirkli dənizdir. Ona görə də bu, Baltik dənizi deyil və burada qızıl balığın inkişaf etməsi müşkül məsələdir”.

Ekspert bildirir ki, dünya ticarətində satılan qızıl balığın 80-90 faizi süni şəkildə yetişdirilir: “Süni göllərdə suyun çirklənmə dərəcəsini tənzimləmək mümkündür. Çünki məhdud su hövzəsidir. Hesab edirəm ki, Azərbaycan hökuməti balıqçılıq təsərrüfatına xüsusi diqqət yetirməlidir. Köhnə bir stereotip var ki, Xəzər dənizinin qırağındayıq və bizə süni balıq yetişdirmək lazım deyil. Bu, doğru yanaşma deyil. Artıq Xəzərdən balıq tutmaq o qədər də asan deyil. O resurslarımız, demək olar ki, tükənib.

SSRİ-Almaniya müharibəsi zamanı Xəzər boyunca yerləşən yaşayış məntəqələrində əhali aclıqdan əziyyət çəkmirdi. Gedib balıq tutub yeyirdi. Lakin həmin dövr artıq geridə qalıb. Buna görə də dövlət balıqçılıq təsərrüfatına yüksək dəstək olmalıdır. O cümlədən də qızıl balıq yetişdirilməsinə xüsusi diqqət yetirməlidir".

İqtisadçı bildirir ki, Azərbaycanda hazırda süni şəkildə yetişdirilən balıqların keyfiyyəti aşağıdır: “Mən Rusiyada, Qazaxıstanda süni şəkildə yetişdirilən balıqları görmüşəm. Onların adi çay və dəniz balıqlarından heç bir fərqi yoxdur. Lakin ölkəmizdə yetişdirilən balıqları yeyən kimi onun dadının başqa cür olduğunu görürsən. Bu baxımdan Azərbaycanda balıqçılıq təsərrüfatına ilk olaraq dəstək verilməli və keyfiyyət nəzərə alınmalıdır. Kənd Təsərrüfatı Nazirliyinin bu sahə üzrə mütəxəssisləri gedib balıqçılıq təsərrüfatlarını müşahidə etməli və onlara hansı dəstəyin lazım olduğunu müəyyənləşdirməlidir. Həmçinin Azərbaycan xalqına nə qədər balıq lazım olduğunu hesablamalıdırlar. Buna uyğun dəstək layihəsi hazırlamaq olar. Təcrübə göstərir ki, fermerlərə dəstəyin verilmə forması effektiv deyil. Buna görə də ilbəil ölkəmizdə kənd təsərrüfatı məhsullarının məhsuldarlığı aşağı düşür. Deməli, haradasa səhv edilir. Lakin bu səhvi hər il təkrarlamaq olmaz. Biz tək qızıl balıqda deyil, bütün balıq məhsullarında idxaldan asılıyıq”.

A.Nəsirli deyir ki, Sakit okeandan gətirilən qızıl balığın keyfiyyəti yüksək olur: “Sakit okeanda balıqlar təbii şəraitdə yetişir. Amma Avropa ölkələrindən, xüsusilə Norveçdən gələn balıqlar süni şəkildə bəslənir. Hətta bizə Gürcüstandan da qızıl balıq gəlir. Onların da əksəriyyəti süni şəkildə yetişdirilir. Lakin kifayət qədər yüksək keyfiyyətə malikdir. Yəni bu texnologiya mövcuddur, sadəcə olaraq, böyük xərclər tələb edir”.

Oxunub: 777
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Siyasət

11-09-2025, 16:28

11 sentyabr terroru ərəfəsində ABŞ-də qətl – bu dəfə Venesuela hədəf ola bilər - ŞƏRH

Gündəm / Araşdırma

21-02-2025, 11:25

İri Şəhərlərin Birləşmiş Su Təchizatı qanun pozaraq dövlət vəsaitinə qənaət edir, yoxsa…

Gündəm / Cəmiyyət

20-02-2025, 12:06

İri Şəhərlərin Birləşmiş Su Təchizatı qanun pozaraq dövlət vəsaitinə qənaət edir, yoxsa…-DETALLAR

Gündəm / Cəmiyyət

15-01-2025, 15:10

“Expressbank”da yüksək kredit faizləri, vaxtı keçmiş kredit portfeli - Əhalinin şikayət etdiyi bank

Gündəm / Cəmiyyət

29-12-2024, 10:37

KƏRƏ YAĞI MAFİYASI İŞ BAŞINDA: yeni bahalaşma dalğası... - BELƏ DAVAM EDƏRSƏ...

Gündəm / Siyasət

16-11-2024, 14:42

Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ

Gündəm / Cəmiyyət

14-11-2024, 14:47

 Gömrükdəki İDXAL MONOPOLİYASI... - BELƏ DAVAM EDƏRSƏ...

Gündəm / Cəmiyyət

8-10-2024, 09:29

Baba Rzayevin TÖHMƏTinin SENSASİON DETALLARI – Sən demə...

Gündəm / Cəmiyyət

24-09-2024, 09:27

Məcnun olub çöllərə düşmək lazım deyil... fermerləri dinlə... YETƏR! - NAZİRİN NƏZƏRİNƏ...

Gündəm / Cəmiyyət

24-09-2024, 09:27

Məcnun olub çöllərə düşmək lazım deyil... fermerləri dinlə... YETƏR! - NAZİRİN NƏZƏRİNƏ...

Gündəm / Siyasət

5-08-2024, 18:59

Ermənistanın müdafiə strategiyası: Boş gözləntilər üçün böyük xərclər - ARAŞDIRMA

Gündəm / Araşdırma

23-11-2023, 11:11

Məcnun müəllimin buralardan XƏBƏRİ VARMI? - Diqqət

Siyasət / Araşdırma

21-10-2023, 15:53

Ruslar Azərbaycan bazarına NECƏ NÜFUZ EDİR... - ARAŞDIRMA

Gündəm / Cəmiyyət

19-10-2023, 14:04

ÇAY BAZARI KİMİN İNHİSARINDADIR? - ARAŞDIRMA

Gündəm / Cəmiyyət

13-10-2023, 09:02

Kəndlilər nazirdən MƏDƏT UMUR... - Əgər belə davam edərsə...

Araşdırma
“Park Yasamal”-ın hissə-hissə marketinq fırıldağı? - “Kristal” reklamları ilə özünü düşünür
”Meqa” sığorta şirkətindən şikayət-Zərəri ödəmirlər…
Xətai rayonunda qanunsuz tikinti bumu - VİDEO
Qəbir yerlərindən qazanılan milyardlarlar kimin cibinə gedir? - Bələdiyyələrlə İş Baş İdarəsi susur...
"Azərlotereya"nın gəlirləri hara gedir? - Dünya təcrübəsi və Azərbaycan reallığı - Araşdırma
İcra başçısının nə marağı var idi ki... CAMAAT ZÜLMƏ SALINIB? - “Vesta Construction” İŞİNDƏ ŞÜBHƏ!
Hadisə
Bu gün, 14:00
Qubada faciə: Məktəblinin müəmmalı ölümü araşdırılır
Dünən, 13:10
Ailə üzvləri dəm qazından zəhərləndi - Baba öldü, 5 nəvəsi xəstəxanalıq oldu
12-02-2026, 16:15
Saleh Məmmədovun 21 yaşlı oğlu Londonda milyonluq biznesin sahibidir - FOTO
12-02-2026, 09:30
Şərurda avtomobil "TIR"la toqquşub, xəsarət alanlar var
8-02-2026, 11:01
Narkotik çəkib maşın sürürdü - Həbs edildi
6-02-2026, 10:46
Bakıda ŞOK: İdrak Liseyində şagird müəllimi GÜLLƏLƏDİ
Son xəbərlər
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Bu gün, 17:00
    Nazir müavini: İran sanksiyaların ləğvi şərti ilə kompromisə hazırdır
  • Bu gün, 16:30
    Prezidentin Almaniya səfərindən önəmli - Görüntülər
  • Bu gün, 16:00
    Kiyevin hazırkı vəziyyətindən danışdı
  • Bu gün, 15:00
    20 dərəcə isti olacaq - SABAHIN HAVASI
  • Bu gün, 14:30
    Həccə sənəd qəbulu müddəti UZADILDI
  • Bu gün, 14:00
    Qubada faciə: Məktəblinin müəmmalı ölümü araşdırılır
  • Bu gün, 13:00
    Qəzzaya hava zərbəsi - 8 nəfər öldü
  • Bu gün, 12:00
    “İdrak” liseyində güllələnən müəllimin vəziyyəti necədir?
  • Bu gün, 11:30
    İlham Əliyev Vuçiçə təbrik məktubu ünvanladı
  • Bu gün, 11:00
    Bu tarixdə HƏMAS-ın tərksilah prosesinə başlanılacaq
  • Bu gün, 10:30
    “Kəpəz” “Neftçi”ni, “Araz-Naxçıvan” “Sumqayıt”ı qəbul edəcək
  • Dünən, 16:13
    Zelenski Rusiya-Ukrayna-ABŞ görüşünün uğurlu olacağına ümid edir
  • Dünən, 15:56
    Abşeron rayonu “Qurtuluş 93″də tikilən qanunsuz obyektə hansı məmur icazə verib? Videofakt
  • Dünən, 15:30
    Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
  • Dünən, 15:15
    “Park Yasamal”-ın hissə-hissə marketinq fırıldağı? - “Kristal” reklamları ilə özünü düşünür
  • Dünən, 14:52
    Ursula fon der Lyayen Avropanın qarşılıqlı müdafiəsi ideyasını həyata keçirməyə çağırıb
  • Dünən, 14:33
    ”Meqa” sığorta şirkətindən şikayət-Zərəri ödəmirlər…
  • Dünən, 13:10
    Ailə üzvləri dəm qazından zəhərləndi - Baba öldü, 5 nəvəsi xəstəxanalıq oldu
  • Dünən, 12:35
    Maduronu ələ keçirmək üçün süni intellektdən istifadə ediblər
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə