• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Azərbaycandakı QİÇS-li xəstələrin sayı: 30%-i qadındır

Araşdırma

1-12-2025, 12:00

Azərbaycandakı QİÇS-li xəstələrin sayı: 30%-i qadındır

1988-ci ildən etibarən hər il dekabrın 1-i dünyada QİÇS-lə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) Mübarizə Günü kimi qeyd edilir. Həmin günün beynəlxalq səviyyədə qeyd edilməsi dünyanın bütün regionlarında İnsanın İmmunçatışmazlığı Virusunun (İİV infeksiyası) və QİÇS-in yayılması ilə mübarizədə səylərin birləşdirilməsinə xidmət edir. QİÇS-lə Mübarizə Gününün qeyd olunmasında əsas məqsəd dünya ölkələrini problemlə mübarizədə bir araya gətirməkdir.

MİNA tv.az xəbər verir ki, Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədovun sözlərinə görə, İİV infeksiyası immun sistemin getdikcə artan zədələnməsi ilə xarakterizə olunan infeksion xəstəlikdir.

İİV infeksiyasının gedişində 4 mərhələ müəyyən edilir. Bu mərhələlərdən asılı olaraq, İİV-ə yoluxan şəxslərdə müxtəlif kliniki simptomlar görünə bilər. İlkin mərhələdə ümumi halsızlıq, tez yorulma, limfa düyünlərinin böyüməsi, periodik olaraq hərarətin yüksəlməsi müşahidə olunur. Daha sonrakı mərhələlərdə isə digər ağırlaşmalar- dəri və daxili orqanların göbələk mənşəli zədələnmələri, vərəmə xas əlamətlər, bədxassəli şişlər görünür.

QİÇS isə Qazanılmış İmmunçatışmazlığı Sindromu adlanaraq, İİV-infeksiyasının sonuncu mərhələsidir. Bu mərhələdə İİV-ə yoluxmuş şəxslərdə artıq immun sistemin daha proqressiv zədələnməsi müşahidə edilir və xəstələrdə çoxsaylı ağırlaşmalar – vərəm, mərkəzi sinir sisteminin zədələnməsi, mədə-bağırsaq sistemində patologiyalar, bədxassəli şişlər inkişaf edir.

Direktor deyib ki, Azərbaycanda ilk İİV-ə yoluxmuş şəxs 1987-ci ildə aşkarlanıb. Ümumilikdə, 1987-ci ildən 2025-ci ilin üçüncü rübünün sonunadək, 11 min 260 nəfər İİV-lə yaşayan Azərbaycan vətəndaşı Respublika QİÇS-lə Mübarizə mərkəzində rəsmi qeydiyyatdadır.

Onlardan 70%-i kişilər, 30%-i isə qadınlardır.

“Xüsusilə vurğulamaq istərdim ki, İİV-ə yoluxmaya yüksək meylli risk qrupları, həmçinin ümumi əhali arasında məqsədyönlü şəkildə icra olunan və həyata keçirilən müxtəlif istiqamətli əksepidemik və profilaktik tədbirlərin nəticəsidir ki, Azərbaycan, Şərqi Avropa və Mərkəzi Asiya regionuna daxil olan ölkələr arasında İİV-in yayılma göstəricisi ən aşağı olan ölkələrdəndir.
İnsan İmmunçatışmazlığı Virusuna qarşı mübarizə dövlətimizin səhiyyə siyasətində mühüm yer tutur və bu sahədə aparılan fəaliyyətlər bir neçə əsas istiqamət üzrə sistemli şəkildə həyata keçirilir”.

F.Məmmədov deyib ki, hazırda ölkəmizdə İİV/QİÇS-lə bağlı xidmətlərin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. İİV-in aşkarlanma strategiyasının təkmilləşdirilməsi, Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) ilə dövlət və özəl tibb müəssisələri arasında səmərəli əməkdaşlığın qurulması, RQMM tərəfindən risk qrupları ilə yanaşı, ümumi əhali arasında da maarifləndirici tədbirlərin və kütləvi müayinələrin təşkili, diaqnostikada yüksək həssaslığa, spesifikliyə malik testlərdən istifadə olunması bu istiqamətdə atılan addımlardandır.

"Ölkəmizdə İİV-in aşkarlanması Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son tövsiyələrinə uyğun olaraq, RQMM-də və regionlarda yaşayan insanların müayinələrə əlçatanlığının təmin olunması məqsədilə 10 regional laboratoriyada həyata keçirilir. Bunlarla yanaşı, İİV-ə yoluxmaya daha yüksək meylli və nisbətən cəmiyyətə qapalı olan risk qruplarının İİV-ə testləşməsi RQMM tərəfindən təşkil olunan səyyar və stasionar könüllü müayinə məntəqələrində aparılır. Müayinələr ödənişsiz, anonimlik və konfidensiallıq prinsipinə tam əməl olunmaqla icra olunur. Bu, fərdlərin sosial stiqmadan azad, qorxu hissi olmadan testdən keçmələrinə şərait yaradır və İİV diaqnozunun məxfiliyini təmin edir.
Bütün bu tədbirlər İİV infeksiyasının vaxtında və erkən mərhələdə aşkarlanması, effektiv müalicənin başlanması üçün zəruri şərtlər yaradır. Nəticədə, İİV testləşməsi təkcə tibbi diaqnostika və müalicə prosesinin əsas elementi deyil, həm də sağlam və məlumatlı cəmiyyətin qurulması üçün vacib sosial alətdir".

Direktor deyib ki, müntəzəm və düzgün tətbiq olunan müalicə nəticəsində İİV infeksiyası artıq ölümcül xəstəlik deyil, idarəolunan xroniki bir xəstəliyə çevrilib:

“Ölkəmizdə İİV-lə yaşayan şəxslərə ART 2006-cı ildən etibarən tətbiq edilir. İİV-lə yaşayan şəxslərin müalicəsi Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən uğurla həyata keçirilir və koordinasiya olunur. Hazırda on mindən artıq İİV-lə yaşayan Azərbaycan vətəndaşı antiretrovirus müalicə proqramı çərçivəsində daimi nəzarət və müalicə altındadır.
Ölkəmizdə tətbiq edilən müalicə sxemləri ÜST-nin tövsiyələrinə əsasən, milli protokola uyğun olaraq İİV-lə yaşayan insanlara ödənişsiz qaydada, anonimlik və konfidesiallıq prinsipi qorunmaqla təyin edilir. Regionlarda yaşayan vətəndaşların müalicəyə əlçatanlığını təmin etmək məqsədilə ARV preparatların verilməsi regional İİV laboratoriyaları tərəfindən həyata keçirilir.”

Oxunub: 1 184
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Cəmiyyət

26-08-2025, 08:57

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Gündəm / Cəmiyyət

16-04-2025, 18:57

“Uğur 777” klinikası ilə bağlı narahatlıqlar artır: xəstələrin şikayətləri səngimir - FOTOLAR

Gündəm / Cəmiyyət

24-01-2025, 10:15

QİÇS-lə Mübarizə Mərkəzinin satın aldığı mallara ayırdığı vəsait nə qədər şişirdilib -Göz qabağındadı

Gündəm / Cəmiyyət

8-01-2025, 11:38

Respublika KRİTİK Xəstəxanası: Əlvizə `ƏLVİDA` deyiləcəkmi? - İTTİHAM VAR...

Gündəm / Cəmiyyət

31-10-2024, 20:08

Məmurlar bir araya gəldi - Prezidentin tapşırıqları çatdırıldı

Gündəm / Siyasət

15-10-2024, 15:02

Prezident İlham Əliyev - Azərbaycanın müstəqilliyinin və dinamik inkişafının qarantı olan qətiyyətli, müdrik Lider

Gündəm / Siyasət

26-08-2024, 08:50

Bu gün Mehriban Əliyevanın doğum GÜNÜDÜR

Gündəm / Araşdırma

4-06-2024, 09:26

Özü olub adı olmayan fövqəladə sığorta şirkəti... - FAKT BUDUR!

Gündəm / Cəmiyyət

29-01-2024, 11:10

Azərbaycanda uşaqlar və böyüklər arasında yayılan hansı xəstəlikdir? - AKTUAL

Gündəm / Siyasət

21-12-2023, 22:01

Tarixi günün ən yaddaqalan - Fotoları

Gündəm / Araşdırma

18-08-2023, 21:19

Üç naziri yola salan səhiyyə sistemimizin dəyişilməyən təchizatçısı – “ARAŞ”-ın qüdrətinin sirri – “ARAŞ”-ın qüdrətinin sirri

Gündəm / Cəmiyyət

17-08-2023, 17:53

AAK sədri SU BULANDIRIR... - İTTİHAM VAR!

Gündəm / Cəmiyyət

24-07-2023, 08:32

Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!

Gündəm / Cəmiyyət

15-07-2023, 10:24

Qara bəxtli “Yasmin”, indi də, qara hasarda – ÜZÜNTÜLÜ GÖRÜNTÜLƏR

Cəmiyyət

25-06-2023, 13:00

“26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” ilə bağlı “Narkotiklərə YOX, Arzularınıza doğru gedin!” konfransı keçirilib

Araşdırma
ETSN beynəlxalq tədbirin təşkili üzrə təcrübəsi olmayan şirkətlə müqavilə bağladı – 445 min manat dəyərində
Hökməli bələdiyyəsinin sədri Ramil Orucovun “MAKLERLİYİ” ifşa olundu: Torpaq satır,qanunsuz tikinti aparır?
Ağsuda sosial yardım qalmaqalı - NARAZILIQ VAR...
Abdin Fərzəliyev “Buxar” restoranında terras açılmasına hansı şərtlərlə icazə verib?
Salyan rayonu Çadırlı kənd ümumi orta məktəbində ŞOK DETALLAR!!!
“Azəraqrar”da qalmaqallı təyinat - Haqqında cinayət işi açılan vəzifəyə gətirildi
Hadisə
30-04-2026, 15:58
Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı
26-04-2026, 16:00
Bakıda güclü külək əsəcək, rayonlarda yağış yağacaq
26-04-2026, 15:30
Xocalı rayonu sakini minaya düşüb, ayağından xəsarət alıb
26-04-2026, 15:00
İran ABŞ ilə danışıqların bərpası üçün şərtlərini açıqlayıb
26-04-2026, 14:00
Salyanda ağır qəza: Ölən var
26-04-2026, 10:00
İmtahan günüdür
Son xəbərlər
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Bu gün, 14:37
    MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib
  • Bu gün, 11:43
    Azərbaycan Texnologiya Universitetində "EKOLOJİ TERROR": Rektor Yaşar Ömərov yaşıllıqları məhv etdirir? - FOTO+VİDEOFAKT
  • Bu gün, 11:08
    “Azure Residence”də (Megafun) qanunlar zirzəmidə qalıb - Babək Babayev kimə arxalanır?
  • Bu gün, 10:33
    KFC Bakıda müştərilərə beləı toyuq satır?
  • Bu gün, 09:57
    Ramanada ağaclar kəsildi sənədsiz obyekt tikilib… İcra hakimiyyəti isə suallara cavab verimir…
  • Bu gün, 09:24
    Prezidentin sosial şəbəkə hesablarında Ciorcia Meloninin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
  • Bu gün, 09:02
    FHN-i deputat Əlibala Məhərrəmzadənin qardaşının qanunsuz tikintilərini dayandırdı
  • Dünən, 19:14
    İlham Əliyevin Ciorcia Meloni ilə təkbətək görüşü keçirilib
  • Dünən, 19:02
    Prezidentin sosial şəbəkə hesablarında "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında çıxışına aid videoçarx paylaşılıb
  • Dünən, 18:47
    Bərdə doğum evindən QALMAQAL – Həkimin aparatı qəsb edilib
  • Dünən, 16:38
    Bir qrup xalçaçı "Tərəqqi" medalı ilə təltif edilib - SƏRƏNCAM
  • Dünən, 15:32
    TƏBİB susur, qanun pozulur – Qobustanda “ölü canlar” qalmaqalı-FOTOFAKT
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə