• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

İlk müştəriləri aldatdı, yeniləri ucuz tariflə ovlayır –CityNet qalmaqalı

Gündəm / Cəmiyyət

29-09-2025, 20:20

İlk müştəriləri aldatdı, yeniləri ucuz tariflə ovlayır –CityNet qalmaqalı

Bir neçə ay öncə Səbail rayonu Jurnalistlər binasında CityNet internet provayderi fəaliyyətə başladı. Əvvəlki provayderdən yorulmuş və davamlı problemlərlə üzləşən sakinlər yeni şirkətin gəlişinə sevinmişdi.

Hamı ümid edirdi ki, CityNet köhnə problemləri həll edəcək, daha sürətli və ədalətli xidmət göstərəcək. Ancaq çox keçmədi ki, bu ümidlər puç oldu. Şirkətin əməkdaşları binaya daxil olarkən sakinləri şirin vədlərlə aldatdı: “Birinci ay ödəniş edin, ikinci ay pulsuz olacaq”, “balansınıza əlavə kontur yüklənəcək” və s. Amma deyildiyi kimi olmadı. Hər şey sadəcə söz olaraq qaldı. Nəticədə sakinlər aldadıldı, etimad pozuldu, şirkətin adı isə hələ işinin ilk aylarında narazılıqla hallandırılmağa başladı.

Bu azmış kimi, indi də daha açıq-saçıq ədalətsizlik baş verir. CityNet əməkdaşları binaya gələrək abunəçi olmayan sakinlərə yeni abunəçilərə aylığı 15 manata internet təklif edirlər. Halbuki, əvvəldən qoşulmuş müştərilər hər ay 25 manat ödəyir.

Bu nə deməkdir? Köhnə müştərilərin etimadını qazanıb onlardan yüksək ödəniş almaq, sonra isə “yeni müştəri ovuna çıxmaq” üçün qiyməti ucuz göstərmək? Əksinə, normal şirkətlər ilk müştərilərə güzəşt edir, loyallığı mükafatlandırır. CityNet isə tam tərsinə, sadiq müştərilərini aldadaraq cəzalandırır, yeni müştəriləri isə ucuz “tələ” ilə ovlamağa çalışır.

Məsələ ilə bağlı əlaqə saxladığımız CityNet nümayəndələri isə məsuliyyətdən yayınaraq “şirkətin 15 manatlıq tarifdən xəbəri yoxdur” cavabını verirlər. Amma sakinlərə bu təklifi edənlər elə CityNet-in adından danışan ustalar və əməkdaşlardır. Hətta onlar CityNet-in vizit kartlarını sakinlərə paylayırlar. Əgər bu, şirkətin xəbəri olmadan baş verirsə, o zaman belə saxtakarlığa niyə göz yumulur? Yox, əgər xəbəri varsa, deməli, bu artıq müştərilərə qarşı açıq-aşkar aldatma kampaniyasıdır.

Bir neçə ay əvvəl boş vədlərlə sakinləri aldatmaq, indi isə qiymət siyasətində ədalətsiz davranmaq — bütün bunlar bir provayderin müştəriyə hörmətsizliyinin bariz nümunəsidir. Belə davranış şirkətin nüfuzuna zərbə vurmaqla yanaşı, həm də müştəri hüquqlarının kobud şəkildə pozulmasıdır.
İlk müştəriləri aldatdı, yeniləri ucuz tariflə ovlayır –CityNet qalmaqalı

CityNet bu siyasətlə nəyi sübut etmək istəyir? Əgər məqsəd daha çox qazancdırsa, unutmasınlar ki, müştərinin etimadı bir dəfə sarsıldısa, onu geri qaytarmaq mümkünsüzdür.

Qeyd edək ki, 15 manatlıq aylıq tariflə bağlı məsələni dəqiqləşdirmək üçün əlaqə saxladığımız CityNet əməkdaşından rəsmi mövqe almağa çalışdıq. Lakin hələlik şirkətin münasibəti açıqlanmayıb.(yenifikir.media)

Oxunub: 2 220
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Araşdırma

3-02-2025, 14:21

`Sahil - S İnşaat` MTK-da 165 ailə SUSUZ QALIB... - NARAZILIQ VAR...

Gündəm / Cəmiyyət

26-11-2024, 13:05

`Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası...

Gündəm / Cəmiyyət

7-10-2024, 14:27

 “Rahat Telecom”dan RAHAT BƏHANƏ – İnternet probleminə su səbəb olub?

Gündəm / Araşdırma

21-08-2024, 10:01

Tikinti oliqarxı Ağalar Vəliyevin "internet" monopoliyası... - ""Aznet"dən uzaq durun!"

Gündəm / Araşdırma

23-07-2024, 09:35

Nazir müavininə məxsus BİRlink internet provayderi fəlakət yaşadır - Samir Məmmədova şikayət...

Gündəm / Cəmiyyət

20-07-2024, 16:27

Kim xahiş etdi ki, internetin qiyməti də, keyfiyyəti də artırılsın? - HƏQİQƏTƏN DƏ...

Gündəm / Cəmiyyət

29-04-2024, 19:48

"Bizə İlon Maskdan başqa kimsə kömək edə bilməz" - GİLEY

Gündəm / Araşdırma / Cəmiyyət

2-04-2024, 13:44

"Aznet" istifadəçilərini internetsiz qoydu - GİLEY

Gündəm / Cəmiyyət

2-04-2024, 13:10

"Aznet" istifadəçilərini internetsiz qoydu - GİLEY

Gündəm / Araşdırma

30-03-2024, 18:13

"Gilan"la bağlı nə baş verir? - Adı dəyişdirildi, ləğv edildi, indi də məhkəməlik oldu

Gündəm / Araşdırma

18-12-2023, 18:09

"Dostunu gətir... burda düşmənə çevir..." - NARAZILIQ VAR...

Gündəm / Cəmiyyət

9-08-2023, 09:20

Görmədikləri işə görə borc yazırlar - "Normalda bir gün gec ödəniş edəndə..."

Gündəm / Cəmiyyət

11-07-2023, 13:40

“Orbita” MTK 0 % zəmanət və 0 bal zəlzələyə davamlı - BU NƏDİ BELƏ?

Gündəm / Cəmiyyət

7-06-2023, 10:59

Burda müştəri məmnunluğu önəm daşımır - GİLEY

Gündəm / Cəmiyyət

30-05-2023, 11:57

CityNet internet-provayderi külli miqdarda pulları silməklə məşğuldur… - Abonentin ödənişi 10 dəqiqə gecikən kimi internet kəsilir, amma…

Araşdırma
Peşə Təhsili Agentliyi ilə bağlı skandal: Şəxsi münasibətlərlə təyinat aparılıb? - İDDİA
Xətaidə daha bir mübahisəli TİKİNTİ: Nəsrəddin Tusi küçəsində nə baş verir? - VİDEO
Turistlər aldadılır? – Saf Travel şirkəti və Nabran turu ilə bağlı ciddi iddialar araşdırılmalıdır
Yenə “İdeal TM” - “Azəristiliktəchizat”ın keçirdiyi tenderin qalibi bu şirkət oldu
Peşə Mərkəzi çilingər emalatxanasını "POLİNOM" MMC-yə həvalə etdi: 25 minlik tender tamamlandı
Novxanıda dənizkənarı ərazidə qanunsuz tikinti aparılır? - VİDEO
Hadisə
3-08-2026, 11:17
Dəniz sahilində avtoxuliqanlığı ona baha başa gəldi - Video
3-08-2026, 10:45
Tələbə qızı dəm qazından boğulmuşdu - 3 il sonra qəzada öldü
2-08-2026, 10:50
Goranboyda kişi qətlə yetirildi - 57 yaşlı atası saxlanıldı
1-08-2026, 16:32
Qaxda iki maşın toqquşdu - Ölən və yaralananlar var
1-08-2026, 12:42
Bayram Məmmədovun anası öldürüldü - Şübhəli qardaşıdır
31-07-2026, 09:36
Vüsal Nəsirli hələ "təmizlik işi" görür - Əsas işlər hələ gözləyir
Son xəbərlər
  • 30-06-2026, 15:50
    HARA GEDİR BU ZAMAN
  • 6-06-2026, 16:59
    USTADNAMƏ
  • 3-06-2026, 10:40
    Yaqub Məğrur: "Məğrurnamə" şeiri
  • 21-05-2026, 14:00
    BİLDİRİŞ
  • 20-05-2026, 13:50
    ALLAH RƏHMƏT ELƏSİN!
  • 13-05-2026, 17:54
    YAQUB MƏĞRUR "MİLLƏTİM"
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Dünən, 19:00
    ADY dəmir yollarında təhlükəsizlik zonasının mühafizəsini gücləndirəcək
  • Dünən, 18:30
    Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında maliyyələşmə müsabiqəsinə özəl bağçaların sənəd qəbulu başlayır
  • Dünən, 17:59
    TİKİNTİ SAHƏSİNDƏ BÖYÜK FIRILDAQ! ZƏRƏRCƏKƏNLƏR PROKRORLUGA MÜRACİƏT ETDİ
  • Dünən, 17:19
    İspaniyaya 72 min qanunsuz miqrant keçib
  • Dünən, 16:51
    11 nəfərlik dəstənin içində dünya çempionu da var - 4 milyon ələ keçirilib
  • Dünən, 16:15
    ”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə