• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

İSLAHAT YOX, İMİTASİYA: AHİK-DƏ BİR İL VƏ SIFIRA BƏRABƏR NƏTİCƏ

Gündəm / Araşdırma

16-12-2025, 13:00

İSLAHAT YOX, İMİTASİYA: AHİK-DƏ BİR İL VƏ SIFIRA BƏRABƏR NƏTİCƏ

Bəzən suallar olur ki, onları vermək artıq cavabı bilmək deməkdir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında son bir ildə baş verənlərə baxanda da eyni vəziyyət yaranır. Bu qurum kim üçündür? Zəhmətkeş üçünmü, yoxsa dar bir idarəçilik çevrəsinin rahatlığı və təhlükəsizliyi üçünmü?
2024-cü il avqustun 26-da keçirilmiş AHİK-in növbədənkənar VII qurultayında Sahib Məmmədov açıq səsvermə yolu ilə Konfederasiyanın sədri seçildi və həmin tribunadan şəffaflıqdan, işçilərin əmək hüquqlarının müdafiəsindən, sağlamlıqlarının qorunmasından və sanatoriya təsərrüfatında real islahatlardan danışdı. O gün cəmiyyətə böyük sözlər deyildi, ciddi vədlər verildi. Lakin aradan tam bir il keçməsinə baxmayaraq, bu vədlərin nə sanatoriya işçilərinin əmək şəraitində, nə sosial müdafiəsində, nə də idarəçilik praktikasında hər hansı real nəticəsi görünür. Bu gün müşahidə edilən mənzərə həmin qurultayda səsləndirilən bəyanatlarla faktiki vəziyyət arasında dərin, ciddi və artıq izaha ehtiyacı olan ziddiyyətin mövcudluğunu açıq şəkildə göstərir. Bir il az vaxt deyil. Amma nəticə yoxdur. Daha dəqiq desək, nəticə var, lakin onu islahat adlandırmaq mümkün deyil.Bir neçə sanatoriyada bir neçə otağın kosmetik təmiri təqdim olunur. Divar boyanır, pərdə dəyişdirilir, şəkillər çəkilir. Buna “islahat” deyilir. Halbuki əsas mexanizm işləmirsə, vitrin nəyi dəyişir?
Bu gün AHİK-in tabeliyində olan sanatoriyalarda əsas problemlər hələ də yerindədir. İçməli su. Tibbi prosedurların keyfiyyəti. Qida. Kadr seçimi. İşçi hüquqları. Bunların heç biri həll edilməyib. Bəziləri isə daha da pisləşib.
Mərdəkanda fəaliyyət göstərən sanatoriyalara içməli su hələ də SSRİ dövründən qalmış, paslı su maşınları ilə daşınır. Paslı çənlərdə saxlanılır. Onilliklər keçir, amma problem dəyişmir. Xəstələr həmin suyu içir. Soruşan azdır. Cavab verən yoxdur. Çünki cavab təhlükəlidir.
Vannalarda prosedurlar üçün təqdim edilən suların mənşəyi isə ümumiyyətlə qaranlıqdır. Xəstə bilmir ki, hansı su ilə “müalicə” alır. Həkim də bilmir. Bilənlər isə danışmır.
“Şıx” sanatoriyasında vəziyyət xüsusilə ağırdır. Bu sanatoriya vaxtilə təsadüfi olaraq yaradılmamışdı. 1940–1950-ci illərdə onun fəaliyyətinin əsasında xüsusi bir termal su mənbəyi dayanırdı və məhz həmin mənbə “Şıx” sanatoriyasını bütün SSRİ miqyasında məşhur etmişdi. Müalicə almaq üçün ittifaqın dörd bir yanından insanlar məhz bu suya görə buraya gəlirdi.
Lakin bir neçə il əvvəl həmin termal su mənbəyi tamamilə quruyub. Bu fakt nə işçilərə, nə xəstələrə, nə də ictimaiyyətə açıqlanıb. Əksinə, illərdir məqsədli şəkildə gizlədilir. Bunun əvəzində isə bu gün sanatoriyada vannalarda xəstələrə “termal su” adı altında Bibi-Heybət neft sahəsində yerləşən neft quyularından çıxarılan lay suları təqdim olunur.
Həmin sular gecə saatlarında su maşınları ilə daşınaraq sanatoriyanın qapalı hovuzlarına doldurulur, gündüz isə kombi sistemləri vasitəsilə qızdırılaraq müalicə prosedurlarında istifadə edilir. Xəstələrə təqdim olunan bu suyun mənşəyi, tərkibi və təhlükəsizliyi barədə onlara heç bir məlumat verilmir.
Bu suların tərkibində nə var? Ağır metallar. Radioaktiv maddələr. Arsen ehtimalı. Xəstələr şikayət edir. Mətbuat yazır. Nəticə isə yoxdur. Əksinə, iddia olunur ki, guya Səhiyyə Nazirliyindən həmin suların “müalicəvi” olmasına dair rəy alınıb. Elmi əsas yoxdur. Ciddi tədqiqat yoxdur. Amma rəy var. Bu da ayrıca sual doğurur.
Mətbuat bu mövzuda dəfələrlə yazıb, neft quyularından çıxarılan lay sularının saxlanıldığı ərazilərin, həmin suları sanatoriyaya daşıyan nəqliyyat vasitələrinin fotoşəkilləri yayımlanıb. Lakin yenə də nəticə olmayıb. Əksinə, iddialara görə Sahib Məmmədovun yaxın çevrəsi vasitəsilə müxtəlif qeyri-qanuni üsullarla bu materiallar sosial şəbəkələrdən sildirilib, jurnalistlərə və yazı müəlliflərinə təzyiq göstərilib, susdurma mexanizmləri işə salınıb.
Qida məsələsi də fərqli deyil. Müalicə müəssisəsində xəstələrə Braziliyadan gətirilmiş dondurulmuş ət, ucuz bitki yağları, kimyəvi qatqılarla dolu yeməklər təqdim olunur. Bunu da islahat adlandırırlar.
Kadr siyasəti isə artıq məntiqdən kənara çıxıb. Sanatoriyaların profilinə uyğun olmayan şəxslər rəhbər vəzifələrə gətirilir. Oynaq-dayaq sistemi xəstəlikləri üzrə ixtisaslaşmış sanatoriyada müalicə üzrə müavin həkim-ginekoloqdur. Xəstə qəbul edir. Müalicə yazır. Bu, səhv deyil. Bu, məsuliyyətsizlikdir.
Daha maraqlısı var. Ali tibbi təhsili olmayan, yalnız orta təhsilli bir şəxs “Kurort” QSC-də müalicə şöbəsinin müdiri vəzifəsini tutur və 3000 manat maaş alır. Eyni zamanda sanatoriyada peşəkar həkimlər 600 manat alır. Bu balans deyil. Bu mesajdır.
Zəhmətkeş üzvlük haqqı verir. Sual sadədir: bu pul kimə işləyir?
Sahib Məmmədovun rəhbərliyi dövründə köhnə işçilərə qarşı açıq təzyiq mexanizmi qurulub. İllərlə çalışan kadrlar ardıcıl töhmətlərlə ərizə yazmağa məcbur edilir. “Öz xahişi ilə” yazılan ərizələr kağız üzərində könüllüdür. Reallıqda isə məcburiyyət sənədidir.
Əgər həmkarlar ittifaqı öz sanatoriyasında işləyən işçini qoruya bilmirsə, əksinə, onu sıxışdırırsa, onda başqa sahədə çalışan işçini necə qoruyacaq?
Deyilənlərə görə bu hallarla bağlı məhkəmələrə müraciətlər olub. Amma orada da qəribə sakitlik hökm sürür. Əgər bu doğrudursa, məsələ artıq əmək hüququndan çıxır. Söhbət idarəetmə mədəniyyətindən gedir.
Bəli, təmir edilib. Avadanlıq alınıb. Amma putyovkalarda prosedurlar azalıbsa, əsas xidmətlər pullu edilibsə, xəstələrin sayı düşübsə, bu təmir kimə lazımdır? Sanatoriyanı spa-otelə çevirmək islahat deyil. Bu, mahiyyətdən qaçmaqdır.
Deputatların sanatoriyalara gətirilməsi, açılışlar, şəkillər, furşetlər- bunlar şoudur. İşçilərin maaşı ilə maraqlanan yoxdur. Amma o süfrələr qurulur. Və həmin süfrələr üzvlük haqqı ilə açılır. Elə buna görə də bir çox işçi artıq bu qurumdan çıxır. Çünki kiminsə yaxın çevrəsini dolandırmaq üçün pul vermək istəmirlər.
Bu gün sanatoriyalarda işçilər təkcə maaşlarını itirmirlər. Onlar sağlamlıqlarını itirirlər. Hüquqlarını itirirlər. Ləyaqətlərini itirirlər.
Və ən təhlükəlisi isə budur: susqunluq adiləşir.
16 dekabr 2025-ci il tarixdə keçiriləcək AHİK-in növbədənkənar qurultayı bu faktlardan yan keçə bilməz. Lakin görünən odur ki, AHİK rəhbərliyi həmin qurultayın tərkibini qəsdən elə formalaşdırır ki, real problemlərin daşıyıcıları orada görünməsin. Rayon RK-lardan nümayəndələr dəvət olunur, amma sanatoriyalarda baş verənləri bilən, bu prosesləri yaşayan işçilər kənarda saxlanılır.
Məsələn, AHİK aparatında çalışan əməkdaşlardan birinin verdiyi məlumatlara əsasən, “Kurort” QSC-ni qurultayda yalnız baş direktor təmsil edəcək. Sanatoriyalardan isə nə həkim, nə tibb işçisi, nə də sıravi əməkdaşın iştirakı nəzərdə tutulub. Bu vəziyyətin təsadüf olduğunu demək çətindir.
Sahib Məmmədovun bu qurultay vasitəsilə konkret olaraq nəyə nail olmaq istədiyi, yaxud hansı məsələləri kölgədə saxlamağa çalışdığı açıq şəkildə bəlli olmasa da, bir fakt dəyişməz qalır: həmin qurultayda əsas söz yenə də onun yaxın çevrəsinə və xüsusi olaraq dəvət edilmiş “xarici qonaqlara” veriləcək.
Qurultayın gündəliyi barədə isə mətbuatda bu günədək bir dənə də olsun rəsmi açıqlama verilməyib. Daha maraqlısı odur ki, AHİK-in öz aparatında çalışan əməkdaşlar belə bu növbədənkənar qurultayın gündəliyindən xəbərsizdirlər. Bu səssizlik şəffaflıq yox, qapanma əlamətidir.
Əgər bu qurultayda da suallar cavabsız qalacaqsa, deməli problem ayrı-ayrı şəxslərdə deyil, illərdir formalaşdırılmış məsuliyyətsiz və qapalı idarəetmə düşüncəsindədir.
Bu artıq tək bir sanatoriyanın, hətta təkcə AHİK-in problemi deyil. Bu, diqqətlə qurulmuş və addım-addım dərinləşdirilmiş bir dağılma mənzərəsidir.
Və hər detektiv hekayədə olduğu kimi, burada da faktlar artıq masanın üzərindədir. Onları gizlətmək getdikcə daha çətinləşir.
MİNA Tv.az-ın Araşdırma Bürosu

Oxunub: 1 665
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Araşdırma

20-10-2025, 13:34

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında dolanan kabus –Araz Paşayev Sahib Məmmədovun hədəfində

Gündəm / Cəmiyyət

6-10-2025, 11:22

Şıx sanatoriyasının qara suyu: sağlamlığın əvəzinə xəyanət

Gündəm / Cəmiyyət

6-10-2025, 09:07

Həmkarlar İttifaqları Konfederasiyasının “putyovka” maxinasiyası – Sahib Məmmədov 1 milyon ittifaq üzvünün hüquqlarını necə tapdalayır ?!

Gündəm / Cəmiyyət

12-09-2025, 09:18

Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –SƏRT İTTİHAMLAR, SENSASİYALI FAKTLAR

Gündəm / Araşdırma

13-08-2025, 15:47

Sahib Məmmədovun özünəməxsus kadr oyunları… – AHİK-də nələr baş verir?

Gündəm / Cəmiyyət

28-07-2025, 12:05

Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, yoxsa Sahib Məmmədovun kooperativi ?

Gündəm / Cəmiyyət

5-07-2025, 16:30

Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür?

Gündəm / Cəmiyyət

20-06-2025, 14:27

Meşə Təsərrüfatında Qanunsuzluq: Kimlər Məsuliyyətdən Qaçır?

Gündəm / Cəmiyyət

31-05-2025, 09:10

Sahib Məmmədov bu suallara cavab verə bilmir?

Gündəm / Cəmiyyət

15-05-2025, 17:49

AHİK-lə bağlı İLGİNC İDDİALAR - Turniketlər axşam saatlarında niyə söndürülür?

Gündəm / Cəmiyyət

27-12-2024, 14:44

Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?

Gündəm / Cəmiyyət

7-09-2024, 10:09

Nazirlik `Asfalt Raqib`lə bacarmır, yoxsa şərikdir? - ÜRƏKAĞRIDAN MƏNZƏRƏ...

Gündəm / Araşdırma

22-08-2024, 11:10

Səttar müəllim, bu gün ayın neçəsidir? - Hesab soranı yox... barı, biz soruşaq...

Gündəm / Cəmiyyət

3-07-2024, 13:03

BU NƏDİ BELƏ: AHİK-də 50 milyonluq korrupsiya... - müəllimlərin pulu, “putyovka” biznesi və “domik” satışı…

Gündəm / Siyasət

22-05-2023, 13:10

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Araşdırma
30 illik baş həkimin xəstəxanasında reagent yoxdur - NARAZILIQ VAR...
Vüsal Aslanov üçün geri sayım? - Yeni Metropolten rəisi bu şəxs ola bilər
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Binəqədi rayonunda “VİP Construction” yarımstansiyanın dibində ağacları kəsib, tikinti aparır….
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:dövlət qurumu vasitəçi rolunda(?)
Keçmiş oliqarx-məmur Arif Qaraşov … BU GÜN DƏ QAZANIR… – İLGİNC FAKT
Hadisə
26-04-2026, 16:00
Bakıda güclü külək əsəcək, rayonlarda yağış yağacaq
26-04-2026, 15:30
Xocalı rayonu sakini minaya düşüb, ayağından xəsarət alıb
26-04-2026, 15:00
İran ABŞ ilə danışıqların bərpası üçün şərtlərini açıqlayıb
26-04-2026, 14:00
Salyanda ağır qəza: Ölən var
26-04-2026, 10:00
İmtahan günüdür
25-04-2026, 16:16
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Son xəbərlər
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Bu gün, 18:21
    Artıq metro və avtobuslarda xarici bank kartları ilə ödəniş mümkündür
  • Bu gün, 16:57
    Sumqayıt şəhər 11 saylı məktəbdə rüşvət 11 nömrə ilə yox, raket sürəti ilə irəliləyir
  • Bu gün, 16:10
    30 illik baş həkimin xəstəxanasında reagent yoxdur - NARAZILIQ VAR...
  • Bu gün, 15:44
    "Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
  • Bu gün, 15:13
    Sevinc Mikayılovanın rəhbəri olduğu baxçada körpəyə belə şiddət göstərilib…..
  • Bu gün, 14:35
    Davinçi Estetikdə həkim olmadan çalışan Elvar Quluzadə…. Bu klinikanı kimlər himayə edir? -Araşdırma
  • Bu gün, 12:54
     İcra Hakimiyyəti abadlıq işləri üçün bu şirkətə 61 milyon manat ayırdı - TƏFƏRRÜAT
  • Bu gün, 12:15
    “Bravo” vaxtı keçmiş uşaq məhsullarını endirimlə satır
  • Bu gün, 11:52
    Moskvada “Qələbə paradı” keçiriləcək
  • Bu gün, 11:18
    Nərimanovda dəmir konstruksiyalı obyektlər peyda olur - Toyxanaya, kafe, restoran? VİDEO
  • Bu gün, 10:36
    Vüsal Aslanov üçün geri sayım? - Yeni Metropolten rəisi bu şəxs ola bilər
  • Bu gün, 10:05
    Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu…
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə