• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –SƏRT İTTİHAMLAR, SENSASİYALI FAKTLAR

Gündəm / Cəmiyyət

12-09-2025, 09:18

Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –SƏRT İTTİHAMLAR, SENSASİYALI FAKTLAR

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatınn (NHMT) sədri Mirvari Qəhrəmanlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) yeni rəhbərliyinin qərarlarını və addımlarını sərt tənqid edən yazı qələmə alıb. Təşkilat sədrinin öz facebook səhifəsində də paylaşdığı həmin yazının Yenixeber.org-un geniş oxucu kütləsi üçün də maraq doğuracağını nəzərə alıb təqdim edirik:

Tarixi baxış: İlk həmkarlar təşkilatları İngiltərədə XVIII əsrin ikinci yarısında Trade Union olaraq işəgötürən tərəfindən hüquqları pozulan fəhlələrin birliyi kimi yaranıb. Daha sonra Fransada XIX əsrdə (1836-cı ildə) tipoqrafiya işçilərinin sindikat palatası şəkilində yaranıb və Avropada geniş vüsət alıb. Ruisyada profsoyuz hərəkatı 20-ci əsrin ilk illərindən meydana gəlib və 1905-1907-ci illərdən başlayaraq müəssisələrə yayılmağa başlayıb. Azərbaycanda isə ilk həmkarlar ittifaqı 1905-ci ildə Bakıda konka fəhlələri tərəfindən yaradılıb.
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –SƏRT İTTİHAMLAR, SENSASİYALI FAKTLAR

Avropada həmişə, Rusiyada isə ilk yarandığı vaxtlarda həmkarlar ittifaqlarını işçilər özləri yaradıblar. Bu təşkilatın fəaliyyətinin mahiyyətində işəgötürən qarşısında işçinin hüquqlarını qorumaq, sözün əsil mənasında, bu yolda döyüşmək olub.

Sovetlər dönəmində həmkarlar təşkilatları komunist partiyasının tam təsiri altına düşüb komunist ideologiyasının təbliğatçılarından birinə çevrildi, yəni öz mahiyyətini itirdi.

Komunist rejimi çöküb sovetlər dağılandan sonra Azərbaycanda Azad Həmkarlar hərəkatı əmələ gəldi. Müstəqil Azərbaycanda yaradılmış həmkarlar təşkilatları nə İngiltərədəki Trade Union, nə Fransadakı Syndicats, nə Polşadakı Solidarnost ola bildi, nə də sovet həmkarları kimi davam etdi: bunalrın arasında yarım-müstəqil, yarım müəssisə rəhbərinin himayəsinə sığınan bir quruma çevrildi.

21-ci ilin ilk illərində neft yataqlarının işlənməsi layihələrində çalışan fəhlələr BP-nin subpodratçı müəssisələrində Azərbaycanı Afrika ilə dəyişik salmış əcnəbi rəhbərlərin özbaşınalıqlarına etiraz fonunda öz təşkilatlarını yaratdılar. Təbii ki, siyasi rejimin təsiri ilə bu yeni, AHİK-in dəstəyi ilə qeydiyyatdan keçmiş nisbətən müstəqil həmkarlar təşkilatları da uzun müddət ayaqda qala bilmədi və qaynayıb o birilərinə qarışdı.

Mövcud vəziyyət: Azərbaycanda dövlət müəssisələrində Həmkarlar İttifaqı Təşkilatlarına (HİT) üzvlük idarə-müəssisə rəhbərliyinin iradəsi ilə həll olunur. Yəni işçi işə götürülən zaman əmək müqaviləsi ilə yanaşı HİT üzvlüyünə “könüllü” ərizəyə də imza atır. Neft-qaz-tikinti sahələrindəki layihələri yerinı yetirən podratçı şirkətlərdə isə üzvlük nisbətən sərbəstdir. Bu sonuncularda fəhlələrin HİT-na cəlb olunması üçün HİT rəhbərliyinin əsas silahı sosial problemlərlə üzləşmiş ağır krediti olan, yarıtmaz tibbi sığortadan yararlana bilməyən fəhlələrə verilən yardımlar, onların və ailə üzvlərinin yay istirahətinin təşkili, kurort və sanatoriyaya göndərişlərin verilməsi, işçilərin idman yarışlarda iştirakının təşkili və sairdən ibarətdir. AHİK-in qoyduğu qaydalara görə əvvəllər (əslində bu qurumun özünün özünə verdiyi səlahiyyətlərin Azərbaycan Respublikasının Konstitutsiyasına uyğun olub-olmaması sual altındadır!) işçinin əmək haqqından tutulan 1 faiz üzvlük haqqının 25 faizi ilk təşkilatdan alınıb sahə üzrə Respublika Komitəsinin(RK) və AHİK-in hesabına köçürülürdü . Oxucuda təsəvvür aydın olsun deyə qeyd edək ki, 3 min üzvü olan bir ilk təşkilat tərəfindən bir ildə AHİK-in hesabına köçürülən bu məbləğ 150-170, bəzən də 200 min manat olur. İşçinin əmək haqqının 1 faizindən tutulan məbləğin digər 25 faizi ilk təşkilatın ştatlı işçilərinin əmək haqqına xərclənir. Yerdə qalan 50 faiz isə işçilərə maddi yardıma, işçilərin və ailə üzvlərinin yay istirahətinin təşkilinə, kurort və sanatoriyalarda müalicəyə və eləcə də mədəni-kütləvi tədbirlərin (Yeni İl, Bahar Bayramı, 8 mart Qadınlar Günü, 20 sentyabr Neftçilər Günü, Ramazan Bayramı, Qurban Bayramı və sair kimi bayramların, idman yarışlarının) keçirilməsinə sərf olunur.

AHİK və Neft-Qaz Sənayesi İşçilərinin Həmkarlar İttifaqlarının Respublika Komitəsinin rəhbərliyindəki son dəyişikliklərdən sonra onsuz da boynubükük olan ilk həmkarlar təşkilatları tamamilə oyundankənar vəziyyətə salındı.İndiyə qədər üzvlərin əmək haqqının 1 faizindən tutulan məbləği (25%-i) AHİK və RK 100 faizə qaldırdı. Yəni bu qərardan sonra işçilərə edilən bütün yardımlara, mədəni-kütləvi tədbirlərə, işçilərin kurort-sanatoriyaya göndərişlərinə, yay-istirahətlərinə nə qədər pul xərclənəcəyinə ilk təşkilatlardan xəbəri olmayan sahə üzrə Respublika Komitəsi və AHİK qərar verəcək.

Bu il guya şəffaflığı təmin etmək üçün kurort və sanatoriyalara və eləcə də yay istirahətinə göndərişləri AHİK bir pəncərədən həll etmək istədi. Hər şey bərbad oldu. Minlərlə işçi narazı qaldı. Yeri gəlmişkən, bizdə olan məlumata görə, AHİK-in tabeçiliyindəki kurort və sanatoriyalarda, idman və turizm təşkilatlarında, istirahət yerlərində çoxlu sayda işçi işdən çıxarılıb və yerlərinə yeni sədrin qohum-əqrabaları, dost-tanışları götürülür. Təchizatın təmin olunması üçün bundan sonra bütün “tenderlər” sədrin şəxsi gösətərişi əsasında “keçiriləcək”. Bu müəssisələrin hüquqi şəxs statusu ləğv edilir və onlar bir mərkəzə tabe etdirilir. Təsəvvür edin, insanların istirahət üçün göndərildiyi yerlərdə sahibkarın ərzaq almaq səlahiyyəti olmur və hər şeyi əlində cəmləşdirmiş fövqəl-mərkəzin əlinə baxır! Bu, mümkün olan şey deyil! Orda keyifiyyətdən, müştəri məmnunluğundan söhbət gedə bilməz! Mərkəz bu il işçilərin istirahətini təşkil etməyi öz üzərində götürdü. Əvvəla, işçilərin göndəriş alması həddən artıq çətinləşdi. İkincisi də, qayıdanlar deyir ki, istirahət mərkəzlərində yataq mələfəsi həftədə bir dəfə dəyişdirilirmiş yayın bu istisində! Hələ bu, başlanğıcdır və xırda bir detaldır.

Bu gün ölkədə infilaysiyanın getdikcə artması və bunun fonunda əmək haqlarının artmamasına görə, eləcədə tibbi sığortaların bərbad olması səbəbindən işçinin öz əmək haqqının xeyli hissəsini müalicəyə xərcləməsi, əmək məcəlləsində edilmiş dəyişiklik nəticəsində müvəqqəti (1 aylıq, 3 aylıq, 6 aylıq, ən yaxşı halda 1 illik!) əmək müqavilələrinin bütün müəssisələrdə tətbiq edilməsi kimi ağrılı məsələlərdə işçiyə yardım etməli olan AHİK müftə pul ovuna çıxıb. Hüquqlarını qorumadığı işçilərin əmək haqqının bir faizinin hamısını (AHİK-in Respublika üzrə bu gəliri indiyə qədər milyonlarla hesablanırdı!) alır və işçilərin qarşlaşdığı prinsipal məsələlərin həllində isə durub kənardan baxır. Ən gülməli-ağlamalısı isə odur ki, AHİK sistemində çalışan işçilər də müvəqqəti əmək müqaviləsi ilə işə götürülürlər. AHİK-in və RK-ların çoxdan bu sahədə çalışan işçilərinin əvvəlki əmək müqavilələri dəyişdirilib müvəqəti əmək müqaviləsinə keçirildiynə görə onların əmək müqaviləsi müddət bitdikcə dayandırılır, yeni müdətə uzadılmır və onların yerinə yeni işçilər işə götürülür! Absurd! Yeri gəlmişkən, rəhbərliklər dəyişdikdən sonra istər RK-larda, istərsə də AHİK-də ştatlı işçilərin sayı durmadan artırılır... Ən acınacaqlısı isə odur ki, yeni götürülmüş işçilərin vəzifə öhdəliklərindən anlayışları yoxdur. Tanış-bilişlərinin adamlarını götürürlər. Bu cür bacarıqsız işçilərə, “mötəbər yerlərdən” tapşırıldığı üçün “gözün üstə qaşın var” deyən olmur. İşçinin əmək haqqının 1 faizinə gözünü dikmiş AHİK sistemi bu gün müşavir bolluğu ilə müşahidə olunur. Təkcə AHİK-in özündə 10 müşavir vəzifəsi əmələ gəlib. Elcə də RK-larda, Kururt-Sanatoriyada, İdman-Turizm cəmiyyətlərində... Necə deyərlər, “daş atırsan müşavirə dəyir.” Bu müftəyeyənlərin də hamızı daraşır bütün ağırlığı çiyinlərində daşıyan ilk təşkilatlara! Hər gün 3-4 sorğu məktubu! 2-3 işçisi olan ilk təşkilat bilmir işçinin problemləri ilə məşöul olsun, ya bu işsizlikdən darıxan müftəxorların mənasız sorğularına cavab hazırlamaqla!

Yuraxıdan aşağıya bütün kadrları – sahə üzrə Respublika Komitə sədrlərini və onların işçilərini, kurort və sanatoriyalarda çalışan işçiləri, hamısını AHİK sədri təyin edir. Heç bir seçkidən-filandan söhbət gedə bilməz! Əslində, Həmkarlar İttifaqları aşağıdan yuxarı formalaşmalıdır, bizdə isə indi icra strukturlarında olduğu kimi yuxarıdan aşağı formalaşdırılır. Məntiqlə, eləcə də AHİK-in özünün qəbul etdiyi Nizamnaməyə görə təşkilatları işçilər özləri yaradır və özləri də maliyəşəlirirlər, üstəlik də RK, AHİK deyilən mənasız qurumlarların müftəxorları yedizdirirlər.

AHİK-in bu şəkildə nazirliyə çevrilməyindən, gözünü işçinin əmək haqqının 1 faizinə dikərək bütün üzvlük haqqını bir mərkəzə toplayıb istədiyi şəkildə xərcləməsindən, fəhlənin hesabına “hamam suyundan özünə dostlar tutmasından” təbii ki, işçilər məmnun olmayacaq və haqlı olaraq Hİ üzvlüyündən çıxacaqlar.

Son: Həmkarlar İttifaqlarının bu şəkilə salınması göstərişinin “yuxarı”dan gəldiyini söyləsələr də, bu heç inandırıcı görünmür.

Yenixeber.org

Oxunub: 1 998
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Cəmiyyət

19-08-2025, 13:05

Rüfət Zamanovun işçisi Fətulla Mustafayev işçilərdən niyə pul yığır?

Gündəm / Cəmiyyət

5-08-2025, 18:48

Həmkarlar İttifaqları Konfederasiyasının endirim fırıldağı

Gündəm / Cəmiyyət

1-08-2025, 12:33

 Sahib Məmmədov CASUS OVUNA çıxıb - BU NƏDİ BELƏ?

Gündəm / Araşdırma

15-07-2025, 10:03

Həmkarlar İttifaqında nə baş verir? – Yaxın qohumu Sahib Məmmədovu tərk etdi

Gündəm / Araşdırma

2-07-2025, 09:54

Sahib Məmmədov tam KOLXOZ SƏDRİDİR - İLGİNC FAKTLAR

Gündəm / Cəmiyyət

28-05-2025, 11:05

Sahib Məmmədovun özünəməxsus kadr oyunları… – AHİK-də nələr baş verir?

Gündəm / Cəmiyyət

22-05-2025, 10:30

Sahib Məmmədovun “agent ovu”: Həmkarlar İttifaqı Konfederasiyasında nə baş verir?

Gündəm / Cəmiyyət

21-05-2025, 14:29

Sahib Məmmədov uşaqlıq dostuna VƏZİFƏ VERDİ - FOTO

Gündəm / Cəmiyyət

3-04-2025, 14:13

 Şəhid atasından Həmkarlar İttifaqına ağır sözlər - “Bu şəhid ailələrinə təhqirdir, ayıb olsun!”

Gündəm / Cəmiyyət

19-11-2024, 09:26

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...

Gündəm / Araşdırma

14-10-2024, 13:47

Sabirbad müəllimlərinin Həmkarlar İttifaqı NƏYƏ XİDMƏT EDİR? - İTTİHAM VAR...

Gündəm / Cəmiyyət

16-09-2024, 15:46

Səttar Möhbalıyevin QARA İŞLƏRİ... ondan sorulacaq... - İDDİA

Gündəm / Cəmiyyət

24-07-2024, 14:12

Naxçıvanda dairəsini dağıtdılar... Bakıdakı İŞİ NƏ OLACAQ? - SANKİ...

Gündəm / Araşdırma

12-06-2024, 12:37

Con Harkinsin də ÖZ HACISI VAR İMİŞ... - SƏRT REAKSİYA!

Gündəm / Cəmiyyət

21-12-2023, 17:10

İşçilər nədən üzvü olduqları Həmkarlar ittifaqlarının iclaslarına dəvət olunmurlar? - Nədən onların iştirakı olmadan, onlar barədə qərarlar qəbul edilir?

Araşdırma
İlham Əliyev yenidənqurmadan sonra açılışı olan Dərbənddəki Azərbaycan Teatrının kollektivini təbrik edib
Saleh Məmmədov getdi, vurduğu ziyan illərlə qalacaq - Yeraltı piyada keçidləri düzgün tikilməyib- VİDEO
‘Möcüzə’ Market niyə toxunulmazdır? - NARAZILIQ VAR...
Sabah 23 dərəcə isti olacaq
XİN başçısı: İranın azad etdiyi Yaponiya vətəndaşı Azərbaycandadır
NDU-da Tender "Ehtiyatı": 8 minlik yanacaq + Qalib şirkətdəki Talıbov izləri və keçmişi
Hadisə
24-03-2026, 18:00
Lənkəranda avtomobil aşıb, ər-arvad xəsarət alıb
24-03-2026, 14:00
İki dost arasında dava birinin ölümü ilə bitdi
22-03-2026, 12:30
Sudanda xəstəxanaya PUA hücumu - 64 ölü, 89 yaralı
22-03-2026, 12:00
Ağsuda iki evdə yanğın oldu
15-03-2026, 14:30
Zərdabdan Bakıya narkotik gətirən şəxs saxlanılıb
15-03-2026, 12:30
Dəm qazından boğulub ölən Lətafətin - Fotosu
Son xəbərlər
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Dünən, 17:50
    İlham Əliyev yenidənqurmadan sonra açılışı olan Dərbənddəki Azərbaycan Teatrının kollektivini təbrik edib
  • Dünən, 17:20
    Novxanıda ağaclar məhv edilərək “İlyasın kafesi” tikilir? -Videofakt
  • Dünən, 16:43
    Əhməd İsmayılov: Azərbaycanda rəqəmsal inkişaf dövlət siyasətinin prioritet istiqamətlərindəndir
  • Dünən, 16:21
    “Onlar buna görə ağır bədəl ödəyəcəklər”
  • Dünən, 16:12
    Bu ərazilərə qar yağır
  • Dünən, 14:54
    “Kristal” və “Landau Education Group” arasında memorandum imzalandı
  • Dünən, 14:43
    Rusiyanın İrana göndərdiyi yardım sərhədimizdən keçdi
  • Dünən, 14:34
    2 yaşlı uşaq epilepsiyadan öldü
  • Dünən, 14:25
    Hörmüz tamamilə bağlandı
  • Dünən, 14:16
    Sabunçuda 6300 dollarlıq oğurluq - Saxlanılan var
  • Dünən, 13:53
    Prezidentin köməkçisi Ərdoğanın müşaviri ilə görüşdü
  • Dünən, 13:32
    Prezident Gürcüstan səfirliyinə gedib başsağlığı verdi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə