• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

DYP ƏMƏKDAŞLARININ SUYU BULANDIRIB BALIQ TUTMA SEVDASI - FOTOLAR

Araşdırma

24-07-2024, 14:49

DYP ƏMƏKDAŞLARININ SUYU BULANDIRIB BALIQ TUTMA SEVDASI - FOTOLAR
Paytaxt Bakıda sıxlıq səbəbindən avtomobil idarə etmək çox çətinləşib. Avtomobili saxlamaq üçün yer tapmaq isə müşkül məsələyə çevrilib. Hünərin var, avtomobili yol kənarında saxlayıb bir az maşından uzaqlaş! Dərhal DYP-nin mülki formalı əməkdaşları, sənin avtomobilinin şəklini gizli çəkib mərkəzə ötürürlər. Bir azdan isə, avtomobil sahibinin telefonuna mesaj gəlir ki, “sizin avtomobiliniz filan qədər cərimə edilib. Onlayn ödəyin!” Ödəniş edəndən sonra isə, üzüyolalığını görüb, növbəti günlərdə yeni cərimələr tətbiq edirlər.
Deyilənləri faktlar əsasında araşdıraq. Müstəqil İctimai Nəzarət Agentliyinə (MİNA tv.az) məxsus AZE 90 SJ 655 dövlət hömrə nişanlı, “Subaru İmreza” markalı avtomobilə son 50 gündə üç dəfəyə ümumilikdə 100 AZN cərimə yazılıb. Onlardan ikisi Lökbatan qəsəbəsinin girişində yerləşən “Xəyal” restoranının qarşısındakı avtobus duracağı ətrafında dayanma-durma qaydalarının pozulmasına görə 40 gün ərzində tətbiq edilib. Olsun! Amma...
Amması da odur ki, taksi fəaliyyəti göstərən avtomobillər sözügedən avtobus duracağının Qobu Park Yaşayış Kompleksi istiqamətində elə dayanırlar ki, şəhərdən gələn şəxsi avtomobillər zəruri hallarda da orada dayanmağa yer tapa bilmirlər. Hətta onlardan keçib bir neçə saniyəliyə avtomobili saxlasan, nişan göstərici xətləri pozulmuş avtobus duracağına, guya 15 metrdən daha yaxın məsafədə saxlandığına görə dərhal cərimə tətbiq edilir. Bu halda ortaya yeni suallar çıxır. Nə üçün sözügedən ünvanda küçə hərəkətini məhdudlaşdıran taksi maşınları avtobus duracağından yığışdırılmır? Üstəlik həmin taksi sürücülərinə belə cərimələr tətbiq edilirsə, taksi sürücüləri təkrarən orada necə maşın saxlayırlar? Məgər zülümlə qazandıqları pul vəsaitlərini DYP-nə cərimə ödəməkdən bezmirlərmi? Bununla əlaqədar Qaradağ rayon DYP şöbəsinə müraciət etdik. Adını bildirməyən polkovnik-leytenant rütbəli zabit dedi ki, “cəriməni biz yazmırıq, orada qanun pozuntularını qeydə alan radar yazır.” Elədirsə, qanunsuz dayanmış taksi avtomobillərini radar necə qeydə almır? - sualımıza zabit cavab verdi ki, guya “taksi avtomobilləri dolayı saxlandığına görə nömrələrini qeydə almaq mümkün olmur.” Elə isə, “nə üçün sözügedən taksi maşınları qanunsuz zəbt etdikləri ərazidən yığışdırılmır?” - sualına isə, “o, bizim işimiz deyil!”- cavabını verdi. Qəribədir. Bəs kimin işidir? Birbaşa səlahiyyətinə aid olan məsələni inkar etmək səhlənkarlıq deyilmi? Belə çıxır ki, yuxarıda qeyd etdiyimiz kimi taksi sürücülərinin sözügedən ərazini qanunsuz zəbt etməsi DYP tərəfindən şəxsi avtomobil sürücüləri üçün qurulmuş tələdir. Bu isə, suyu bulandırıb balıq tutma sevdasından başqa bir şey deyil.
Heç on gün keçməmiş, “Subaru İmpreza” markalı AZE 90 SJ 655 dövlət nömrə nişanlı avtomobil sürücüsünün cərimə ödənişlərini dərhal yerinə yetirdiyini görən DYP əməkdaşları bu dəfə yeni üsulla cərimə tətbiq ediblər. Belə ki, 19.07 2024-cü il tarixdə “Azərbaycan Nəşriyyatı”nın qarşısından keçən avtomobil yolunun bir xəttində təmir işləri aparılarkən, avtomobillərin hərəkəti üçün açıq olan digər xəttinin kənarında xeyli maşın dayanması səbəbindən, sözügedən avtomobilin sürücüsü maşını saxlamaq üçün yer olmadığını görüb qəza işıqlarını yandırır və avtomobildən düşüb ara yollarda yer axtarmaq məqsədilə maşından bir neçə metr uzaqlaşır. Bir-iki dəqiqədən sonra geri qayıdanda maşınının ön və arxa hissəsində mülki formalı iki nəfərin gəzişdiyini görür. Onlardan biri yol kənarında saxladığı avtomili sıradan geri çıxarır, digəri isə gülə-gülə “Subaru...” avtomobilinin yer axtaran sürücüsünə işarə edir ki, maşınını burada saxlaya bilərsən. Sonra həmin şübhəli şəxslər gülə-gülə öz avtomobillərinə oturub oradan uzaqlaşırlar. “Azərbaycan nəşriyyatı”nda iş yerinə gələn “Subaru...”nun sürücüsü ofisə daxil olandan bir neçə dəqiqə sonra şəxsi telefonuna mesaj gəlir ki, “Mətbuat prospekti-529 məhəlləsində dayanma-durma qaydalarını pozduğunuza görə 20 AZN cərimə edilirsiniz. Onlayn ödəyin!” Bu olaydan xəbər tutan digər redaksiya əməkdaşları, məsələnin nə yerdə olduğunu ona izah edirlər. Yalnız bundan sonra “Subaru...”nun sürücüsü anlayır ki, onun avtomobilinin ətrafında gəzişən o iki şübhəli mülki formalı şəxslər yol polisləri imiş. Belə yerdə şair deyir ki:
Haqlı nə haydadır, haqsız nə hayda,
Hüquq tapdalanır, o tay-bu tayda.
Polis sürücünün girir cibinə,
Qarşısın alan da yoxdu, çifayda.

PS-1. Son olaraq bildiririk ki, “Azərbaycan Nəşriyyatı”nın qarşısındakı küçədə təmir işləri aparılarkən, yolun açıq və digər avtomobillərin hərəkətinə mane olmayan hissəsində maşınını saxlamaq üçün yer axtaran və qanuna müvafiq şəkildə zəruri qəza işıqlarını yandıran sürücüyə, yolun kamera olmayan hissəsində mülki formalı yol polislərinin onun maşınının gizli şəkillərini çəkib mərkəzə ötürməklə cərimə tətbiq etmək şərəfli polis adına yaraşmaz. Yəqin ki, Respublika DYP-nin rəhbəri cənab general Ramiz Zeynalov vacib olan tədbirlər görəcək.
PS-2. Bu materialı hazırlayıb sayta yükləyərkən məlum oldu ki, DYP-nin telefona göndərdiyi mesajda digər məlumatlar olsa da, hadisə yerində çəkilmiş fakt təsdiqləyici şəkillər silinib. Həmin şəkilləri çəkənlərin simaları da şəkillərdə əks olunmuşdu. Yəqin ki, şəkillərin belə tez silinməsi, sözügedən avtomobilin şəkillərini çəkən mülki formalı polislərin öz simalarını gizlətmək məqsədi daşıyır.
(Mövzuya qayıdacayıq)
MİNA tv.az saytının Araşdırma bürosu
DYP ƏMƏKDAŞLARININ SUYU BULANDIRIB BALIQ TUTMA SEVDASI - FOTOLAR
DYP ƏMƏKDAŞLARININ SUYU BULANDIRIB BALIQ TUTMA SEVDASI - FOTOLAR
DYP ƏMƏKDAŞLARININ SUYU BULANDIRIB BALIQ TUTMA SEVDASI - FOTOLAR
DYP ƏMƏKDAŞLARININ SUYU BULANDIRIB BALIQ TUTMA SEVDASI - FOTOLAR
DYP ƏMƏKDAŞLARININ SUYU BULANDIRIB BALIQ TUTMA SEVDASI - FOTOLAR

Oxunub: 11 877
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Araşdırma

5-04-2024, 09:21

Adını dəyişən bank vətəndaşa müsibət yaşadır - GİLEY

Gündəm / Hadisə

1-04-2024, 22:57

Astarada dəhşət: Bir ailənin üç üzvü yanaraq ÖLDÜLƏR

Gündəm / Araşdırma

15-02-2024, 11:30

"Həyasızcasına deyirlər ki, bu məbləği cərimələrə hesablamışıq" - ETİRAZ

Gündəm / Araşdırma

12-01-2024, 13:18

“Deyirlər ki, “pul gətirin”, amma maraqlanan yoxdur ki, haradan və necə gətirək” - ETİRAZ

Gündəm / Araşdırma

11-01-2024, 18:13

Bakıda şirkət təsisçisi ilə direktor arasında dava - Səbəb 90 AS 211 nömrəli avtomobil olub...

Gündəm / Cəmiyyət

26-12-2023, 18:11

“AA” seriyalı nömrəni axtarışda olan avtomobilə taxıb idarə edirmiş

Gündəm / Araşdırma

21-10-2023, 13:20

Taninmiş jurnalistdən DYP-nə haqlı irad: " Əgər düz mənim maşınımın böyründə, 3000-4000 manatlıq xəta törədəni görülüb, ona cərimə ödətdirilmirsə, ..."

Gündəm / Dünya

7-10-2023, 15:42

Maşın qaçırılması ilə bağlı əməliyyat: Polis “Fitstar Herbal Producst”a məxsus “Mercedes”i saxladı

Gündəm / Araşdırma

3-10-2023, 08:23

Rəisin yerinə əmr çıxarıb icra edən polis komandiri

Gündəm / Araşdırma

18-09-2023, 16:39

Çinin "Baic X7" avtomobilini aldı, qüsurlu çıxdı, qaytara bilmir - "İdeal Motors" cərimələndi

---

25-08-2023, 13:27

14 il əvvəl satdığı maşına görə ÖLMÜŞ ŞƏXSƏ hələ də cərimə gəlir... - Burası AZƏRBAYCANDIR!

Araşdırma

17-08-2023, 11:45

Sahil Babayevin Şərqi Zəngəzura rəis təyin etdiyi Sənan Məmmədov yarım milyonluq avtomobil alıb-FOTOLAR

Gündəm / Cəmiyyət

5-08-2023, 17:33

İcra başçısı özünə yeni model "Range Rover" aldı - FOTOLAR

Video

7-05-2023, 18:40

Sürəti 90 olan sürücüyə 250 AZN cərimə yazıldı – VİDEO

Gündəm / Hadisə

7-05-2023, 12:30

Xocalıda yük avtomobili aşıb, iki nəfər ölüb

Araşdırma
“Milano Hospitalda“ əvvəl Vəfa “Gündoğan” indi isə “Barisovna” olan “həkim”
Quba Şahmat məktəbində “ölü bölmələr”, maaşlar və qohum şəbəkəsi - İTTİHAM VAR...
7 saylı Xüsusi Təyinatlı Yol İdarəsi ilə bağlı iddialar – işçilərdən şikayət
AYNA yol xətlərinə 30 milyon manat xərcləyəcək - Hesablamalar nə deyir?
Xətai rayonunda növbəti şübhəli tikinti - Lütfizadə küçəsində ağaclar məhv edilib- VİDEO
Rəsmi Bakı: Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır
Hadisə
Dünən, 10:00
Tramp bəyan edib ki, ABŞ İrandan sonra Kuba ilə "məşğul olacaq"
Dünən, 09:30
Bakı-Quba yolunda yük maşınının vurduğu piyada ölüb
4-03-2026, 15:48
Hoteldə anasını öldürən yeniyetməyə hökm oxundu
22-02-2026, 15:00
Gəncədə 3 yaşlı uşaq xəstəxanada öldü
22-02-2026, 11:30
Həbs olunmamaq üçün ölümünü səhnələşdirdi - 14 il sonra belə tutuldu - Video
15-02-2026, 14:00
Qubada faciə: Məktəblinin müəmmalı ölümü araşdırılır
Son xəbərlər
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Dünən, 16:24
    Vəfa Hüseynzadə ilə 150 min manatlıq sövdələşmə: Gülnarə Rəhimova ilə bağlı ilginc faktlar…
  • Dünən, 15:49
    Maştağada qəbirtanlılğı su basıb: Bələdiyyə sədri Anar Adıgözəlov isə sualı eşidib dəstəyi asıb-Video
  • Dünən, 15:29
    “Azəraqrar”ın əsl rəhbəri kimdir? – Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
  • Dünən, 14:52
    Balaxanıda bu qanunsuz tikintiyə hansı məmur icazə verib? Videofakt
  • Dünən, 14:11
    Qış qurtarır, Turizm Agentliyi indi qış yarışları keçirməyə hazırlaşır - AY MAŞALLAH...
  • Dünən, 13:25
    ETN NİYƏ ÇÖRƏYİ ÇƏKMƏÇİYƏ VERİR? - Və ya MMC-lərə ETN-nin “məhəbbəti” hansı maraqlara söykənir? -TƏFSİLAT
  • Dünən, 12:48
    Yevlax şəhər 7 nömrəli məktəbdə "yoxlama" adlı ŞOU:xanım direktora “DUR” deyən olacaqmı?!
  • Dünən, 11:55
    “Turan Hospitalda şübhəli diaqnoz? –Qarabağ qazisinə “qanı yumaq” təklifi niyə verilib?”
  • Dünən, 11:30
    Türkiyəli deputat: Naxçıvanda mülki infrastrukturun hədəfə alınması beynəlxalq hüquqa açıq hücumdur
  • Dünən, 11:00
    Rəsmi Əbu-Dabi: İranın Azərbaycan ərazisini hədəfə alması dövlət suverenliyinin pozulmasıdır
  • Dünən, 10:57
    “Milano Hospitalda“ əvvəl Vəfa “Gündoğan” indi isə “Barisovna” olan “həkim”
  • Dünən, 10:30
    CENTCOM rəhbəri İrana qarşı hərbi əməliyyatın gedişatını qiymətləndirib
  • Dünən, 10:23
    Quba Şahmat məktəbində “ölü bölmələr”, maaşlar və qohum şəbəkəsi - İTTİHAM VAR...
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə