• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Böyüklərin UŞAQPULU dərdi... - NƏ ETMƏLİ?

Cəmiyyət

11-05-2024, 14:09

Böyüklərin UŞAQPULU dərdi... - NƏ ETMƏLİ?


Uzun müddətdir ki, “uşaqpulu” mövzusu ciddi bir mövzuya çevrilib. Hər kəs “uşaqpulu” istəyir və bunu da müxtəlif səbəblərlə izah edir. Amma statistikaya nəzər salanda görürük ki, 2024-cü il yanvarın 1-i vəziyyətinə respublikada 64 min aztəminatlı ailənin 272.3 min üzvü ÜDSY almışdır. Bu, 2022-ci illə müqayisədə 1,5 azalma deməkdir. Vurğulayaq ki, 2020-ci ildə ÜDSY şərtləri xeyli yumşaldıldı. Belə ki, ailənin orta aylıq gəlirinin hesablanmasında kreditlər nəzərə alınmamağa başladı, eyni zamanda adambaşına düşən kommunal xidmətlərə görə, limitin 10 faizdən 15 faizə artırılması, müraciət zamanı tələb olunan məlumatların sayının azaldılması, gəlirdə dəyişiklik baş verdikdə ailənin məlumat verməsi üçün nəzərdə tutulan müddətin 5 iş günündən 15 iş gününə uzadılması və s. kimi dəyişikliklər baş verdi. Amma bütün edilən dəyişikliklərə rəğmən son 4 ildə ÜSDY alan ailələrin sayında 13.3 min azalma qeydə alınıb. Bu azalma əsasən Qusar, Lənkəran, Masallı, Şabran, Cəlilabad, Ağcabədi və Xaçmaz rayonlarında müşahidə edilib.
Qeyd edək ki, bu rayonlar sərhədyanı ərazilərdir və quru sərhədlərin bağlı saxlanılması onların imkanlarını məhdudlaşdırıb. Gəlirləri azalan ailələr isə, alternativ yollara əl atır. Məsələn, son zamanlar “TikTok” sosial şəbəkəsində azyaşlı övladını canlı yayıma çıxaran istifadəçi halları populyarlaşıb.

“Uşaqpulu” mövzusu yenidən gündəmə gələ bilərmi?
İqtisadçı Pünhan Musayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, birinci növbədə sosial müdafiə məsələləri populizmə elastik olduğundan, kifayət qədər həssasdır: "Hökumətlər sosial müdafiə sisteminə parametrik dəyişikliklər etdikdə məqsəd təkcə sosial rifahı yaxşılaşdırmaqla məhdudlaşmır, həm də sistemin maliyyə dayanıqlılığını optimallaşdırmağa səy göstərirlər. Burada söhbət xərclərə qənaət etməkdən getmir. Hamını bir nəfər kimi sosial müdafiə “çətiri” altına yığmaq əlavə məsrəflərlə yanaşı, ehtiyacı olmayan ailələrin subsidiyalaşması və uzunmüddətli dövrdə insanların əmək bazarından kütləvi kənarlaşması ilə nəticələnə bilər. O baxımdan da dövlətlərin əsas vəzifələrindən biri effektiv sosial siyasət dizayn etməkdir".

İqtisadçı vurğulayıb ki, sosial siyasətin effektivlik dərəcəsi isə onun əhatə dairəsi və intensivliyindən asılıdır. Əhatə dairəsi faktiki müavinət alanların hansı hissəsinin təminata ehtiyacı olduğunu aydınlaşdırırsa, intensivlik benefsiarlara ödənilən müavinətlərin orta məbləğini əks etdirir.

“Əhatə dairəsinə uyğun olaraq da, sosial müdafiə proqramları iki – ünvanlı və universal növlərə ayrılır. Gəlirlərin vertikal bölgüsünü nəzərdə tutan ünvanlılıq prinsipindən fərqli olaraq, universal xarakterli proqramlar seçim mexanizmi, ailənin gəlirlərindən asılı olmadan hamıya şamil olunur. “Uşaqpulu” kimi. Bu alət daha çox demoqrafik vəziyyətdən irəli gələn məsələlər, yəni doğum, təbii artım və əhali sayının kəskin azalmasına qarşı tətbiq edilən ən proaktiv tədbir hesab oluna bilər”-deyə Pünhan Musayev əlavə edib.

Ekspertin sözlərinə görə, baxışların, ailə modelinin dəyişdiyi mühitdə isə bu alətdən istifadə edilməməsi normaldır. Çünki indi insanlar çox uşaq sahibi olmağa üstünlük vermir.

“Əvvəllər belə idi ki, ailələr daha çox kənd təsərrüfatı, əkinçilik və maldarlıq kimi işləri görməkdə kömək göstərmələri üçün çox uşaq sahibi olmaqda maraqlı idilər. Ancaq, indi şəhərlərə üz tutmağa, yaxud da kənddə şəhərdəki kimi yaşamağa artan meyillər çoxuşaqlı ailə modelini ən yaxşı halda 3, bəzi hallarda isə 5 uşaqla məhdudlaşdırıb. Belə vəziyyətdə qalır bu ailələrdən həssas zümrəni müəyyən edib, sosial durumunu yaxşılaşdırmaq. Bunun üçün də ən optimal mexanizm məhz Azərbaycanda da tətbiq edilən ünvanlılıq prinsipidir”-deyə ekspert bildirib

Pünhan Musayev vurğulayıb ki, bu gün Azərbaycanda ünvanlı dövlət sosial yardımdan əlavə dövlət büdcəsi hesabına ayrı-ayrı kateqoriyalara aid uşaqlara təxminən 10-a yaxın və eləcə də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına 3 yaşınadək uşağa qulluğa görə müavinət mövcuddur.

Pünhan Musayevin fikrincə, məsələyə bu prizmadan baxdıqda Azərbaycanda uşaqlara görə müavinət verilmədiyini deyə bilmərik.

Sadəcə hansı uşaqlara? Əlbəttə ki, aztəminatlı kateqoriyadan olanlara. Ekspert deyir ki, özü də bu mexanizmin unikallığı ondan ibarətdir ki, müavinəti alan ailələr əmək vərdişlərindən uzaqlaşmırlar.

“Təbii ki, bu da vəziyyətin tam ideal olduğu demək deyil. Elə olmasa idi, hökumət 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyasında ÜDSY almaq üçün şərtlərin optimallaşdırılması tədbirlərini nəzərdə tutmazdı. Deməli, çatışmazlıqlar hələ də var. Məsələn, ÜSDY-nin önəmli elementlərindən olan ehtiyac meyarı dəqiq deyil nəyə əsasən müəyyən olunur. Eləcə də, yaşayış minimumu və istehlakçı tələbinə dair standartlar köhnədir. Yaxşı olar ki, sosial müavinətlərin əsaslandığı kriteriyalar fərziyələrə görə yox, əhatəli ölçmə və standartlar əsasında müəyyənləşdirilsin. Bundan başqa, yaşayış meyarlarını hər bir region üzrə ayrıca təsnifləşdirmək də olar. Xüsusilə, uşaqların sosial müdafiəsini effektiv təmin etmək üçün hətta “uşaq yoxsulluğu” kimi meyardan da istifadə oluna bilər”-deyə Pünhan Musayev qeyd edib.

Ekspertin sözlərinə görə, bütövlükdə götürdükdə ünvanlı sosial yardım kimi proqramlar təkcə fərdlərin sosial və maddi rifahını yaxşılaşdırmaq üçün deyil, alıcılq qabiliyyətini artırmaqla həm də birbaşa iqtisadi inkişafa da müsbət təkan verə bilər ki bu da ümumi iqtisadiyyatın xeyrinə olan haldır.

Oxunub: 3 589
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Hadisə

1-04-2024, 22:57

Astarada dəhşət: Bir ailənin üç üzvü yanaraq ÖLDÜLƏR

Gündəm / Hadisə

26-03-2024, 17:09

Bir ailənin 6 üzvü qəzada ÖLDÜ

Gündəm / Araşdırma

6-02-2024, 18:49

“Statistika Komitəsi nazirliyin yalan məlumat verdiyini ortaya çıxarır” - BU NƏDİ BELƏ?!

Gündəm / Araşdırma

30-01-2024, 17:56

Şirkətlər “Bank VTB Azərbaycan”dan PULLARINI GERİ ÇƏKİR - 7 milyon manatdan çox...

Gündəm / Cəmiyyət

16-01-2024, 17:51

Bu il hansı banklar bağlana bilər? – “Bank BTB” və “Premium Bank”da vəziyyət pisdir…

Gündəm / Araşdırma

9-01-2024, 13:12

“Bakı Sığorta”nın yığımlarında azalma davam edir - 1 milyon manatdan çox itki

Gündəm / Araşdırma

30-11-2023, 18:31

Kənd məktəbləri niyə boşalır? - HƏQİQƏTƏN DƏ...

Gündəm / Araşdırma

23-11-2023, 11:11

Məcnun müəllimin buralardan XƏBƏRİ VARMI? - Diqqət

Gündəm / Hadisə

28-10-2023, 09:25

Sumqayıtda evə silahlı hücum - Ailənin iki üzvü öldürüldü + Yenilənib

Gündəm / Araşdırma

23-10-2023, 10:46

Qarabağa QAYIDIŞ ev bazarına TƏSİR EDƏCƏKMİ? - AKTUAL

Gündəm / Cəmiyyət

20-10-2023, 13:51

Sosial yardım müşkülü: Günahkar məmurlar yox... QANUNLARDIR! - ARAŞDIRMA

Gündəm / Cəmiyyət

29-09-2023, 12:08

Bu məsələ Məcnun müəllimin VECİNƏ OLMALIDIR... - Sabah onun yaxasından yapışacaqlar...

Gündəm / Cəmiyyət

8-08-2023, 19:27

“Xalq Sığorta” şirkəti biznesini itirir? - 7 milyonluq azalma

Gündəm / Araşdırma

5-08-2023, 17:07

Azərbaycanda bitki yağları istehsalı niyə kəskin azalıb - Qiymətlərdə nə gözlənilir?

Gündəm / Cəmiyyət

17-06-2023, 19:53

Həll olunmayan uşaqpulu problemi - görünəni odur ki...

Araşdırma
ŞOK FAKTLAR: Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində rəsmi saxtakarlıqlar və qanunsuz təyinatlar zənciri
AHİK-də böyük qalmaqal - Sahib Məmmədov bütün otaqlara dinləyici qurğular yerləşdirib?
Qarabağ qazisinin pensiyasının bərpası uğrunda savaşının məhkəmə yoluna “stop” qoyulub
Prezident İlham Əliyev ötənilki dövlət büdcəsini təsdiq edib
"Təbriz" MTK işi: 14 milyonluq dələduzluq məhkəməsində yeni iclas keçiriləcək
Küsülü “dərəbəylər ittifaqı”: Naxçıvan məmurları niyə iki aydır maaş üzünə həsrət qalıblar?
Hadisə
7-07-2026, 11:43
İkinci kurs tələbəsi vəfat etdi
7-07-2026, 11:17
2,3 milyonluq dələduzluqda ittiham edilən Elnarə Şirməmmədova həbs olundu
4-07-2026, 13:38
Sürdüyü maşında öldü
1-07-2026, 14:57
Zakir Nuriyev və ailə üzvü “Rabitəbank”dan nə qədər qazanır? - RƏQƏMLƏR
28-06-2026, 11:00
Polis motosikleti təhlükəli sürən şəxsi saxladı
27-06-2026, 18:00
Doqquzuncu sinif şagirdi vəfat etdi
Son xəbərlər
  • 30-06-2026, 15:50
    HARA GEDİR BU ZAMAN
  • 6-06-2026, 16:59
    USTADNAMƏ
  • 3-06-2026, 10:40
    Yaqub Məğrur: "Məğrurnamə" şeiri
  • 21-05-2026, 14:00
    BİLDİRİŞ
  • 20-05-2026, 13:50
    ALLAH RƏHMƏT ELƏSİN!
  • 13-05-2026, 17:54
    YAQUB MƏĞRUR "MİLLƏTİM"
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Dünən, 12:08
    Naxçıvanın yeni turizm inkişaf strategiyası hazırlanır
  • Dünən, 11:32
    “Qarabağ” Avropa Liqasında ilk oyuna çıxır
  • Dünən, 10:53
    Binəqədidə maklerlər “at oynadır”: Böyükşor gölünü qurudub hissə-hissə “rasxoda” verən kimlərdir?
  • Dünən, 10:23
    Mədəniyyət Nazirliyinin vəzifəli əməkdaşı Bakıda özünə obyekt tikdirib – Təfərrüat
  • Dünən, 09:42
    ŞOK FAKTLAR: Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində rəsmi saxtakarlıqlar və qanunsuz təyinatlar zənciri
  • 8-07-2026, 17:59
    Azay Möhnətov adlı "Böyük Güc" - 5 ildir konpensasiyanı ödəmir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə