• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Mehdi Sobhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası - TƏHLİL

Gündəm / Siyasət

23-05-2025, 16:06

Mehdi Sobhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası - TƏHLİL


İranın İrəvandakı səfiri Mehdi Sobhani Ermənistan mediasına açıqlamasında yenə Azərbaycana qarşı təxribat xarakterli fikirlər səsləndirib. Sobhani iddia edib ki, “Zəngəzur dəhlizi açılmayacaq”. Ardınca rəsmi Bakının ünvanına “Heç bir məsələni güc yolu ilə həll etmək olmaz” mesajını göndərib. İran səfiri bu sözləri ilə Azərbaycanı “hərbi güc tətbiq etməkdə” ittiham edir və “buna imkan verməyəcəklərini” bildirir.

Səfirin Ermənistanda İran İslam Respublikasının rəsmi təmsilçisi olduğunu nəzərə alsaq sual yaranır: Bakıya ünvanlanan ittihamlar Tehrana aiddir?

Sobhani daha öncə də təxribat xarakterli açıqlamalar verib və Bakı-Tehran xəttində anlaşılmazlıqların olduğu vaxtlar onun sözləri İranın mövqeyi kimi görünə bilərdi, lakin indi situasiya tamamilə dəyişib.

Azərbaycan və İran münasibətlərində bütün anlaşılmazlıqlar aradan qalxıb. İran prezidenti Məsud Pezeşkianın Bakıya geniş tərkibdə səfəri, Prezident İlham Əliyevlə birgə müsbət mesajların verilməsi, o cümlədən Bakı və Tehranın problemlərin aradan qalxdığını isbatlayan praktiki addımları bunu təsdiq edir.

- “Araz-25” birgə təlimləri Azərbaycan-İran münasibətlərinin mövcud vəziyyətini praktiki olaraq göstərən əsas amillərdən biridir. İki ölkənin hərbçiləri həm sərhəddə, həm də işğaldan azad olunmuş ərazilərimizdə hərbi taktikaları birgə məşq edib. Bu, iki ölkənin hərbi əməkdaşlığının daha da dərinləşməsinə mühüm töhfə verəcək addımdır.

- Regionun nəqliyyat şəbəkəsində birgə fəaliyyət göstərən Azərbaycan və İran “Araz dəhlizi” layihəsi ilə logistika imkanlarını daha da genişləndirir. İki ölkənin tranzit imkanlarını birləşdirməsi Fars körfəzi-Qara dəniz marşrutunun reallaşmasına və bütövlükdə regionun tranzit perspektivlərinin güclənməsinə zəmin yaradır.

- İki ölkə arasında siyasi və hərbi sahədə olduğu kimi, iqtisadi müstəvidə də əməkdaşlıq möhkəmləndirilir. Bura tranzit potensialının birləşdirilməsi ilə yanaşı, qarşılıqlı investisiya qoyuluşu və ticarət dövriyyəsinin artırılması da daxildir.

Azərbaycan-İran münasibətlərinin yüksələn xətlə inkişaf etməsi fonunda Zəngəzur dəhlizi məsələsi də artıq iki ölkənin gündəliyindən “problematika” olmaqdan çıxıb. Əksinə, Naxçıvan Muxtar Respublikasına quru əlaqəsinin İran üzərindən həyata keçirilməsi ilə bağlı razılaşma tərəflərin bu məsələdə əməkdaşlıq mərhələsinə keçdiyini göstərir. Və təsadüfi deyil ki, artıq İranda Zəngəzur dəhlizi ilə bağlı açıqlamalar arxa plana keçib. Bu amillər Sobhaninin Zəngəzur dəhlizi ilə bağlı iddialarının rəsmi Tehranın mövqeyi olmadığını deməyə əsas verir.

O zaman sual yaranır: Azərbaycan-İran münasibətlərinə zərər verən fikirləri irəli sürən Sobhaninin məqsədi nədir? İran səfiri təmsil etdiyi ölkənin maraqlarına xidmət edir, yoxsa başqa qüvvələrin?

Sobhaninin keçmişinə, “tərcümeyi-halına” və fəaliyyətinə diqqət etdikdə bu sualların cavabını tapmaq mümkündür. İranın Ermənistandakı səfiri daha öncə də Bakı-Tehran münasibətlərinin pozulmasına hesablanmış təxribat fəaliyyətləri sərgiləyib. Onun bu fəaliyyətini bir neçə istiqamət üzrə dəyərləndirmək olar.

Birincisi, Qarabağda keçmiş separatçı rejimin dəstəklənməsi idi.

İkincisi, İranın Ermənistana hərbi dəstəyini təmin etməyə, xüsusilə silahlandırmağa sövq etmək idi.

Bu kontekstdə Sobhaninin Ermənistana səfir təyin edilməsi tarixi xüsusilə diqqət çəkir. İranlı diplomat Ermənistana göndərilməmişdən öncə Suriyada səfir kimi fəaliyyət göstərirdi. Onun Suriyadakı fəaliyyəti birmənalı qarşılanmır. Mediada yayılan məlumatlarda Sobhaninin Suriyada səfirdən daha çox, kəşfiyyatçı kimi işlədiyi və bölgədə silahlı birləşmələrin qurulmasında rol aldığı deyilirdi. Bu məlumatlar o qədər ciddi idi ki, hətta İranın Ermənistandakı səfirliyi tələsik “təkzib” açıqlaması verdi və diqqəti Sobhaninin üzərinə bir qədər də çəkdi. Belə bir “diplomatın” 2023-cü ilin martında – Qarabağda separatçı rejimin qalıqlarının hələ də mövcud olduğu vaxt Ermənistana göndərilməsi şübhələr yaradırdı. Və Sobhani Ermənistanda fəaliyyətə başlayan kimi anti-Azərbaycan çıxışlarına start verməsi, xüsusilə Qarabağda həmin vaxt hələ də qalan separatçıları dəstəkləməsi bu şübhələri artırırdı. Həmin vaxt Türkiyə mediası yazırdı ki, Sobhaninin təyinatının arxasında İranda Azərbaycana qarşı olan qüvvələr dayanır və məqsəd Qarabağda Suriya təcrübəsinin tətbiq edilməsi, yəni qondarma rejimin qalmasını təmin etmək olub. Eyni zamanda, Sobhaninin missiyası Azərbaycan-İran münasibətlərini pozmaq, İran rəhbərliyini bölgədə siyasi, iqtisadi və hərbi müstəvidə Ermənistanı dəstəkləməsinə inandırmaq idi. İran səfirinin separatizmə açıq dəstək verməsi və bütün fəaliyyətini Azərbaycana qarşı qurması onun Ermənistana xüsusi missiya ilə səfir göndərildiyi fikrini daha da gücləndirir.

Sobhaninin Ermənistandakı fəaliyyətinə dair mediaya sızan məlumatlar da bu kontekstdə diqqətçəkəndir. Məlumatlara görə, İran səfiri Tehrana göndərdiyi məruzələrində Ermənistanın Azərbaycana qarşı silahlandırılmasında israr edir, hətta bu silahların satılması yox, hədiyyə kimi verilməsini istəyir. Səfirin İranın Ermənistan və Azərbaycan siyasətində balansın ermənilərin xeyrinə dəyişdirilməsi məqsədilə “hesabatlar” hazırladığına dair də məlumatlar var.

Azərbaycan-İran xəttində problemlərin aradan qaldırılması, münasibətlərin düz xəttə çıxması və son dövrlər daha da inkişaf etməsi Sobhani və arxasındakı qüvvələrin istəklərinə nail ola bilmədiyini təsdiq edir. Hərçənd, nə Sobhaninin, nə də arxasındakı qüvvələrin Azərbaycan-İran münasibətlərinin pozulmasına hesablanmış təxribatçı niyyəti dəyişib. İran səfirinin Zəngəzur dəhlizi ilə bağlı son çıxışı da “təxribat missiyasına” qaldığı yerdən davam etdiyini təsdiqləyir.

Burada ən önəmli məqamlardan biri “Sobhaninin arxasında dayanan qüvvələr kimdir” sualıdır.

İlk diqqət İranda Azərbaycanla münasibətlərin pozulmasına çalışan qüvvələrin üzərinə yönəlir. İranın siyasi istebleşmentində belə qüvvələrin olduğu sirr deyil, xüsusilə 44 günlük müharibədən sonra Bakı-Tehran xəttində anlaşılmazlıqların yaradılmasında onların “əməyi” kifayət qədər çox olub. Bakıya səfəri zamanı Azərbaycan Televiziyasına müsahibə verən İran prezidenti Məsud Pezeşkian da iki ölkənin münasibətlərində gərginliyin süni yaradıldığı haqda danışarkən, “Bəziləri danışmamalı olduğu sözü danışır, bizim öz ölkəmizdə bəziləri hətta bizim özümüzü də qəbul etmirlər” deməklə bunu təsdiqləmişdi.

Qərb qüvvələrini Avropa İttifaqının “müşahidə missiyası” adı altında bölgəyə gətirən və birbaşa İranla sərhəddə yerləşdirən – bu missiyanın İrana qarşı kəşfiyyat xarakterli fəaliyyət göstərdiyi haqda məlumatlar var – Ermənistan olsa da, Tehranda “üçüncü qüvvələrin bölgəyə gətirilməsi” ittihamlarını Bakıya yönəldənlər də bu qüvvələr idi. Və bu prosesdə məhz Mehdi Sobhaninin əhəmiyyətli rolu olmuşdu. Məlumatlara görə, Sobhani Tehrana Ermənistanda yerləşdirilən Qərb qüvvələrinin İrana təhlükə yaratmadığına dair “hesabatlar” göndərib.

Azərbaycan-İran münasibətlərinin inkişafını qəbul etməyən bu qüvvələr görünür, yenidən Sobhani üzərindən təxribatlara cəhd edirlər.

Lakin Azərbaycan-İran münasibətlərinin normallaşması təkcə İrandakı qüvvələrə yox, həm də regionda maraqları olan xarici oyunçulara, xüsusilə Qərbdə müəyyən qüvvələrə də sərf etmir. Və daha bir sual yaranır: Bakı-Tehran xəttində yenidən çatların yaranmasında maraqlı olan xarici qüvvələrlə Sobhanini nə birləşdirir?

Burada Mehdi Sobhaninin İranı təmsil edən diplomat olmasına baxmayaraq, zaman-zaman diqqət mərkəzinə düşən “çoxvektorlu” fəaliyyətinə nəzər yetirmək lazımdır. Sobhani 1990-cı illərdə İranın Aərbaycandakı səfirliyində üçüncü, daha sonra ikinci katib kimi fəaliyyət göstərib. Hələ həmin dövrdə onun diplomatdan daha çox, kəşfiyyatçı kimi fəaliyyəti qeydə alınıb. Azərbaycanın daxili işlərinə qarışmağa cəhdlər edən Sobhani Bakı-Tbilisi-Ceyhan layihəsinin əleyhinə fəaliyyəti ilə də xatırlanır. O, bir tərəfdən Xəzərin enerji resurslarının Avropa bazarına çıxarılmasında İranın şimalının (Cənubi Azərbaycan) əsas marşrut kimi seçilməsini təbliğ edir, bunun üçün hətta yerli mediada “bu istiqamətin Cənubi Azərbaycanın iqtisadi inkişafına səbəb olacağına” dair təbliğat qurmağa çalışır, digər tərəfdən, II katib kimi Qərb ölkələrinin Bakıdakı səfirliklərində görüşlər keçirərək, Xəzərin enerji resurslarının Bakı-Tbilisi-Ceyhan xətti üzrə yox, məhz İrandan keçməsinin üstünlükləri haqda “məruzələr” deyirmiş. Məlumatlara görə, Sobhani məhz həmin zaman Qərb ölkələrinin xüsusi xidmət orqanlarının diqqətinə düşüb, hətta müəyyən təmaslar da yaranıb.

Bu informasiyalar Sobhaninin Ermənistanda səfir kimi fəaliyyəti fonunda yenidən gündəmə gəlir.

1. O, İranı təmsil edən diplomat olsa da, bütün fəaliyyətini Ermənistanın müdafiəsi üzərində qurub və bu, Qərbdə müəyyən ölkələrin Cənubi Qafqazda erməni vektorluq siyasəti ilə sinxron təşkil edir.

2. Daim Bakını İrəvanın gündəliyi kontekstində ittiham edən Sobhani Qərb qüvvələrinin Ermənistanda yerləşdirilməsi və təmsil etdiyi ölkənin maraqlarına zidd fəaliyyəti haqqında heç bir açıqlama verməyib, əksinə, tabe olduğu qurumlara bu fəaliyyətin İran əleyhinə olmadığına dair yalan məlumatlar ötürdüyü deyilir.

3. Onun Azərbaycan əleyhinə səsləndirdiyi iddialar/ittihamlar İranın yox, Ermənistanın və Bakı-Tehran yaxınlaşmasını istəməyən qüvvələrin maraqlarına xidmət edir.

Bütün bunlar Mehdi Sobhaninin Azərbaycan-İran münasibətlərinə zərər vurmağa hesablanmış təxribat fəaliyyətinin regiondankənar oyunçuların da sifarişi oduğu fikrini önə çıxarır. Və burada İran daxilindəki qüvvələrlə regiondankənar oyunçuların eyni hədəf – Bakı-Tehran xəttində yaxınlaşmanın qarşısını almaq – uğrunda ortaq fəaliyyəti də diqqət çəkir. Bu missiyanı məhz Sobhaninin icra etməsi onun şəxsi xarakterindən – İranda etniklərə pataloji nifrətindən də irəli gəlir.

İranın Gülüstan vilayətinin Galikəş şəhərində doğulan Sobhani ölkədəki etniklərə nifrəti ilə tanınır. Onun İran prezidenti Məsud Pezeşkiana nifrəti də məhz azərbaycanlı olmasından qaynaqlanır. İranın Azərbaycandakı keçmiş səfiri, iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində çalışan Abbas Musəvinin geri çağırılmasında Sobhaninin rolu olduğu haqda məlumatlar var. Etnik kimliyinə (azərbaycanlı olduğu deyilsə də, mazandaranlı idi) görə A.Musəvi haqqında İranda “Azərbaycan maraqlarının müdafiəçisi” rəyi yaradılırdı və bu fikirlərin Sobhani tərəfindən ortaya atıldığı deyilir. Görünür, Sobhani təxribat planlarının icraçısı kimi təsadüfi seçilməyib və onun fəaliyyəti İrandan başqa bütün qüvvələrə işlədiyini isbatlayır.

Mehdi Sobhaninin fəaliyyəti İran rəhbərliyini düşündürməlidir. Çünki belə bir şəxsin əsas missiyası təkcə Bakı-Tehran münasibətlərini pozmaq deyil, eyni zamanda, İran maraqlarını satmaqdan ibarətdir.(Teleqraf)

Oxunub: 518
Paylaş:
Digər xəbərlər

Dünya

25-02-2025, 19:19

İran Prezidenti Sergey Lavrovu qəbul edib

Dünya

24-02-2025, 19:39

İrana qarşı sanksiyalar genişləndirildi

Gündəm / Siyasət

25-12-2024, 15:15

İran Prezidenti təyyarə qəzası ilə bağlı İlham Əliyevə başsağlığı verib

Gündəm / Dünya

30-07-2024, 17:17

Məsud Pezeşkian and içdi

Gündəm / Siyasət

21-05-2024, 12:41

İlham Əliyev İran səfirliyində olub, helikopter qəzasında həlak olanlarla əlaqədar başsağlığı verib

Gündəm / Siyasət

20-05-2024, 13:14

Rəisi kim idi?

Gündəm / Araşdırma

9-02-2024, 08:53

İranın Bakıya qarşı casus oyununun səbəbi - NƏ BAŞ VERİR?

Gündəm / Araşdırma

26-01-2024, 17:34

İran İrəvana görə Azərbaycanla savaşa girməz! - Tsinker

Gündəm / Siyasət

11-09-2023, 14:40

İran XİN-dən Qarabağla bağlı AÇIQLAMA

Gündəm / Cəmiyyət

16-06-2023, 22:44

Azərbaycan İran vətəndaşlarına beynəlxalq hava limanlarında viza verməyəcək

Gündəm / Siyasət

14-06-2023, 22:42

İsraildən İrana xəbərdarlıq: Zərbə endirəcəyik

Dünya

10-06-2023, 13:49

İran Şərqi Azərbaycanı parçalamaq istəyir - FARSLAŞDIRMA SİYASƏTİ

Gündəm / Siyasət

30-05-2023, 21:36

Rəisi İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Gündəm / Dünya

18-05-2023, 11:51

ABŞ-dəki konsulluğumuzun yanında "Artsax meydanı" yaratdılar - TƏXRİBAT

Dünya

8-05-2023, 09:44

İran XİN-in saytları ələ keçirildi

Araşdırma
Yağışdan çıxıb selə düşənlərin fəryadını Xəzər rayon rəhbərləri niyə eşitmirlər?
MƏN HEÇ KİMDƏN QORXMURAM! – DEYƏN POLİS ATASI POLİS ORQANLARINI İTXANA ADLANDIRIR?
NAHİDİN “XƏYAL”VARİ SƏRGÜZƏŞTLƏRİ VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN DƏRDLİ ŞƏRTLƏRİ
İNCƏSƏNƏT MƏKTƏBİ, YOXSA İNTRİQA MƏRKƏZİ
MUSİQİ MƏKTƏBİ, YOXSA İNTRİQA YUVASI
RASİM GÜZDƏKDƏ AT OYNADIR
Hadisə
Dün, 10:11
Zivər bəy Əhmədbəyovun abidəsi baxımsızlıq içində – Xəcalət verən görüntü VİDEO
3-07-2025, 10:04
Bilgəh çimərliyində boynu sınan gənc öldü
30-06-2025, 18:41
Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib
26-06-2025, 09:25
Sabirabadda ağır yol qəzasında üç nəfər ölüb
12-06-2025, 09:15
Sabirabadda mağazada meyit tapılıb.
10-06-2025, 17:34
Dərya qarpızdan zəhərlənməyib - Rəsmi
Son xəbərlər
  • 12-05-2025, 14:42
    İctimai Nəzarətin müstəqil fəaliyyət göstərməsinə məmurların əngəl törətməsinə imkan verilməməlidir.
  • 12-05-2025, 10:44
    Vicdanın nə olduğunu hələ də anlamayan və hətta qanmaq istəməyən səlahiyyət sahibləri çirkab sularını əhaliyə içirtməkdə davam edirlər.
  • 21-04-2025, 16:57
    Yağışdan çıxıb selə düşənlərin fəryadını Xəzər rayon rəhbərləri niyə eşitmirlər?
  • 3-04-2025, 15:18
    Həyatda ən ümdə arzum Böyük Azərbaycanı görməkdir
  • 15-03-2025, 11:49
    ARAZ MARKETDƏ BƏSLƏNƏN PİŞİKLƏRİN ARTIĞI İNSANLARA SATILIR
  • 11-03-2025, 13:00
    ASAYİŞİ QORUMAQ BELƏMİ OLUR, CƏNABLAR!
  • 20-12-2024, 17:11
    MƏN HEÇ KİMDƏN QORXMURAM! – DEYƏN POLİS ATASI POLİS ORQANLARINI İTXANA ADLANDIRIR?
  • 17-12-2024, 14:08
    NAHİDİN “XƏYAL”VARİ SƏRGÜZƏŞTLƏRİ VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN DƏRDLİ ŞƏRTLƏRİ
  • 3-12-2024, 12:19
    QOBUPARKDA OĞLAN OVU, POLİSLƏRİN QOVHAQOVU
  • 29-11-2024, 15:17
    İNCƏSƏNƏT MƏKTƏBİ, YOXSA İNTRİQA MƏRKƏZİ
  • 28-11-2024, 15:19
    İNCƏSƏNƏT MƏKTƏBİ, YOXSA İNTRİQA MƏRKƏZİ
  • 5-11-2024, 15:04
    TƏŞƏKKÜRNAMƏ
  • 22-10-2024, 16:32
    MUSİQİ MƏKTƏBİ, YOXSA İNTRİQA YUVASI
  • 3-10-2024, 20:17
    RASİM GÜZDƏKDƏ AT OYNADIR
  • 30-09-2024, 15:51
    İCTİMAİ NƏZARƏT
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 8-08-2024, 19:36
    BİLDİRİŞ
  • 24-07-2024, 14:49
    DYP ƏMƏKDAŞLARININ SUYU BULANDIRIB BALIQ TUTMA SEVDASI - FOTOLAR
  • 19-07-2024, 11:58
    QARADAĞ RAYON SU-KANAL İDARƏSİNDƏ NƏLƏR BAŞ VERİR?
  • 12-07-2024, 12:23
    FƏHLƏNİN ALIN TƏRİNDƏN SƏLTƏNƏT QURAN “ŞƏRUR MTK”
  • 9-04-2024, 12:50
    BAKSOL YAŞAYIŞ MASSİVİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN “Eco Ioft” MEBEL SEXİNDƏ NƏLƏR BAŞ VERDİYİ MƏLUM OLDU
  • 5-04-2024, 12:57
    MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU
  • 3-04-2024, 16:12
    BAKSOL YAŞAYIŞ MASSİVİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN MEBEL SEXİNDƏ NƏLƏR BAŞ VERİR?
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • 22-06-2023, 11:39
    XƏBƏRDARLIQ
  • Dün, 16:49
    Azərbaycan qazı yaxın zamanlarda Suriyaya ixrac ediləcək
  • Dün, 15:39
    “SAHARA LOUNGE” da “card to card” ödənişləri alırlar
  • Dün, 15:14
    Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
  • Dün, 14:45
    Bir neçə gün öncə özünü güllələmişdi, müalicə üçün Türkiyəyə aparıldı
  • Dün, 13:24
    Suriya Prezidenti Azərbaycana işgüzar səfərə gəlib - YENİLƏNİB
  • Dün, 12:38
    “JOBS” MMC dələduzluqda İTTİHAM OLUNUR - VİDEO
  • Dün, 12:15
    ADAU-da Heydər Əliyev Fondunun qurduğu suvarma sistemi sökülərək satılıb
  • Dün, 10:33
    Ağstafanın Nəriman Nərimanov küçəsində yol biabırçı vəziyyətdədir / VİDEO
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Minatv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə