• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı

Gündəm / Cəmiyyət

7-06-2025, 11:38

Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı

Səhiyyə Nazirliyinin rəyi ilə müalicəyə getdiyimiz Soçidən 23.07.2024-cü ildə qayıdanda J28632 Soçi-Bakı reysinə dələduzluqla buraxılmamağımıza 11 aydır hüquqi qiymət verilmir. Nə Xarici İşlər Nazirliyi, RF-dəki səfirliyimiz, nə diaspora ilə iş komitəsi 1-ci dərəcəli Qarabağ əlilinin və ona qulluq edən 2-ci dərəcəli həyat yoldaşının pozulmuş hüquqlarının bərpasına yardım edir, AZAL isə açıq şəkildə saxtalıqla məşğuldur. Təsəvvür edin, 11 aydır kamera görüntülərinin, sərnişin siyahısının təqdim edilməsindən imtina edilir.

RF prokurorluğuna elektron şikayətlərimizə 21.01.2025-ci il tarixli sonuncu cavabdan şikayətimizə 5 aydır cavab yoxdur. Yəqin daha saxta cavablarını əsaslandırmağa bəhanə tapmırlar. İndiyədək bizim gecikdiyimizi, saat 6-45 əvəzinə 6-46-da minik qapısında olduğumuzu, bu səbəbdən yerlərimizin 1944-cü il Çikaqo Konvensiyasına əsasən, RF-dən deport edilən şəxsə PULSUZ (rusca: BEZVOZMEZDNO) verildiyi bildirilirdi. Biz də şikayətimizdə bu faktın cinayəti açıq-aşkar ortaya qoyduğunu sübut etdiyini, yerlərimizin qabaqcadan elə minik qapısında, ya da uçaq salonuna gedən yolda satıldığını bildirib, cinayət işi qaldırılmasını, dəyən maddi-mənəvi ziyanın beynəlxalq Monreal Konvensiyasına əsasən ödənilməsini tələb etmişik. Biz yarım-bir dəqiqə gecikmişiksə, yerlərimiz yalnız bundan sonra kiməsə verilə bilərdi, halbuki bizə yerlərimizin artıq əvvəlcədən tutulduğu bildirilir. RF baş prokurorluğu Soçi və Cənub nəqliyyat prokurorluqlarının, AZAL-ın RF-dəki nümayəndəliyinin uydurduqları “deportasiya əməliyyatı”nın qarşısında cavab verməkdə acizdir. Ən azından deport olunan şəxs anonim ola bilməz axı!

Azərbaycanın RF-dəki səfirliyi 11 aydır susur, amma Rusiyanın Bakıdakı səfirliyi şikayətimizə anında cavab verib ki, ilk növbədə daşıyıcı şirkətə- AZAL-a qarşı pretenziya irəli sürülməli, RF-dəki Azərbaycan konsulluğu öz vətəndaşlarının hüquqlarını qorumalıdır. Bunu Azərbaycan Respublikası Konstitusiyasının 53-cü maddəsi də doğrulayır: “Azərbaycan Respublikası onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının HÜQUQİ MÜDAFİƏSİNƏ təminat verir və onlara HAMİLİK edir”. Bizə isə XİN, RF-dəki səfirliyimiz, diasporamız, baş prokurorluğun beynəlxalq əlaqələr idarəsi, AZAL-ın özü nəinki hüquqi yardım edir, əksinə hüququmuza saxtalıqla qadağa qoyub. Heç məhkəmə təminatı hüququmuz, dövlət hesabına hüquqi yardımla təminat hüququmuz da tanınmır.

8 aydır Bakının Nəsimi rayon məhkəməsinin hakimi Ramin Xəlilov heç bir müraciətimizə, vəsatətimizə, işin arbitraj məhkəməsinin həllinə verilməsi, iclasın videokonfrans əlaqə sistemi vasitəsilə keçirilməsi, dövlət hesabına vəkillə təminatımız barədə ərizələrimizə baxmır. Ən başlıcası, MPM-in 78.2 maddəsi əsasında cavabdeh AZAL-da olan iş üçün əsas önəm daşıyan sübutların – kamera görüntülərinin və sərnişin siyahısının təqdim olunması haqqında vəsatətə baxıb, bu sübutları tələb etmir. İşin arbitrajın həlinə verilməsini hakim özü təklif etməli olduğu halda (MPM-in 167.1.5 maddəsi), bubarədə ərizələrimizə də 3 aydır MPM-ə “dəyişiklik- DÜZƏLİŞ” edərək baxmır. Təsəvvür edin, MPM-də birinci instansiyanın qərardadından tərəfin qərardadı çıxarmış məhkəməyə ŞİKAYƏT VERƏ BİLMƏSİ təsbit olunub, hakim Ramin Xəlilov isə özbaşınalıqla qanuna DÜZƏLİŞ edib ki, “qərardaddan KASSASİYA ŞİKAYƏTİ VERİLƏ BİLƏR”.(?) MƏHKƏMƏNİN QANUNA DÜZƏLİŞ ETMƏK, DƏYİŞDİRMƏK SƏLAHİYYƏTİ VAR? Hələ ki Məhkəmə Hüquq Şurası məhkəmələrin qanun “yaradıcılığına” qiymət vermir.

Ramin Xəlilov 1-ci dərəcəli Qarabağ əlilinin dövlət hesabına vəkillə təminatından da imtina edib ki, pensiyası, gəlirləri vəkilin haqqını ödəməyə yetər. (?) Halbuki qanunvericilikdə əlillərin “gəlir deklorasiyası” verməsi, məhkəmənin gəlirlər haqında məlumat toplaması yazılmayıb. Ən azı, onda çıxarlar, xərclər də hesablanmalıdır. Nəsimi məhkəməsinin hakimi Ramin Xəlilovun 1-ci dərəcəli Qarabağ əlilinin dövlət hesabına vəkillə təminatından imtinası məhkəmə təcrübəsinin vahidliyi prinsipinin də pozulması deməkdir. Həmin məhkəmənin hakimi Vüsalə Musayeva ABB-yə qarşı işdə ərizə vermədiyi halda, həmin Qarabağ əlilinə “müharibə veteranı” kimi Ayaz Məmmədzadəni dövlət hesabına vəkil edib. Necə olur, əlil ərizə verəndə vəkildən imtina edilir ki, dövlət büdcəsi çökəcək, amma ərizə verməyəndə dövlət büdcəsini Ayaz Məmmədzadənin göstərmədiyi xidməti ilə “77 manat çökdürüblər”? VKda bu ikili standarta “Ramin Xəlilovun hakimlik fəaliyyəti ilə bağlı olduğundan” münasibət bildirə bilmədiyini təkrar edir. Bəs Vüsalə Musayevanın özünə Ayaz Məmmədzadəni vəkil etməsinə, vəkilin hakimlə ortaqlıqda büdcəni 77 manat “çökdürməsinə” necə, VK münasibətini belə bildirir?

Hakim Ramin Xəlilovun açıq-aşkar cavabdehə vəkillik xidməti göstərməsi, hətta qanuna dəyişiklik, düzəliş etməsi, 8 aydır süründürməçilik etməsi, işi arbitrajın həllinə verməkdən imtinası hakimə etiraza əsas, 1-ci dərəcəli Qarabağ əlilinə dövlət hesabına vəkil ayrılmasına haqq verir. Nəsimi məhkəməsinin, hakim Ramin Xəlilovun vəkilin xidmətinə ehtiyacı olan 1-ci dərəcəli Qarabağ əlilini hüquqi yardımsız qoyub, qarşı tərəfə vəkillik xidmətinə Məhkəmə Hüquq Şurası qiymət verməyə borcludur. Verəcəkmi?

Məğrur Bədəlsoy

P. S. Bakı Apellyasiya Məhkəməsi də dövlət hesabına vəkillə təminatda ikili standartlara üstünlük verir. Hətta kassasiya şikayətinə də “gəlir bəyannaməsi”, “büdcənin çökmə təhlükəsi” əsasında” vəkillə təminatdan imtina etməklə qadağa qoyulur. İnzibati Kollegiyanın üzvləri Şərafət Məmmədova, Pərviz Hüseynov, Cahangir Yusifov, Aytən Oruczadə...iki ildir vəkildən qərəzli imtina özbaşınalığını sürdürürlər. Mülki Kollegiya da onlardan geri qalmır. Rafael Eyvazovun sədrlik etdiyi heyət 1-ci dərəcəli əlilə kassasiya şikayəti verməyə vəkildən imtina edib ki, gəlirləri vəkilin xidmətini ödəməyə çatır. Eyni kollegiyanın başqa heyəti (sədrlik edən Vahid Sadıqov) isə eyni əlilə dövlət hesabına vəkil ayırmasını belə əsaslandırb ki, işləyib-işləməsindən asılı olmayaraq 1-ci dərəcəli əlilə dövlət hesabına vəkil ayrılmalıdır.

Oxunub: 2 553
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Cəmiyyət

26-05-2025, 12:35

Məhkəmə qərarlarının icrası məcburidir, yoxsa mümkünsüz, yolverilməz?

Gündəm / Cəmiyyət

19-05-2025, 12:08

Nizami məhkəməsinin (də!) öz məcəlləsi var?

Gündəm / Araşdırma

2-04-2025, 10:39

Bakı Apellyasiya Məhkəməsindən qaziyə 400 manatlıq “Novruz cəriməsi “hədiyyəsi”

Gündəm / Cəmiyyət

10-12-2024, 10:26

AZAL, VKRH hüquqi ünvanlarını dəyişiblər?

Gündəm / Cəmiyyət

5-10-2024, 09:32

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevə - Soçidə “lotuluqla” uçuşdan məhrum edilən qazidən publik müraciət FOTO

Gündəm / Araşdırma

31-08-2024, 16:08

“Azəriqaz” 16 ildir əlilin evinə sayğac quraşdırmaqdan imtina edir, Hakim Fərid Mədətli 1-ci dərəcəli qazinin ayda 1440 manat qaz işlətdiyini qərarlaşdırıb

Gündəm / Araşdırma

11-06-2024, 09:14

Səyyad Kərimov, Kəmaləddin Bədəlovun “ali” saxtalığına kim qiymət verməlidir?

Gündəm / Cəmiyyət

15-05-2024, 14:36

Qaziyə vəkil ayrılmasından imtinanı hakimlər preyudisial akt sayır? - ETİRAZ VAR...

Gündəm / Araşdırma

15-04-2024, 13:37

Onlar 4 aydır, əməkhaqqı ala bilmirlər - Naxçıvanda səhiyyə işçiləri də etiraz edir

Gündəm / Cəmiyyət

8-01-2024, 19:37

Dövlət Sosial Müdafiə, yoxsa MƏNİMSƏMƏ Fondu? - ETİRAZ

---

29-11-2023, 13:39

DSMF-in pensiya təminatı orqanlarının məhkəmə dələduzluğu 9 aydır sürür

Gündəm / Cəmiyyət

2-11-2023, 08:14

Bakı Apellyasiya Məhkəməsi də xəstəxanada yatan qazinin hüququna “ölüm” oxudu

Gündəm / Araşdırma

26-10-2023, 17:00

Ombudsman (Aparatı) niyə dövlət orqanlarına “əmioğluluq” edir?

Gündəm / Araşdırma

13-10-2023, 13:23

TƏBİB 2 aydır xəstələrə bu dərmanı niyə VERMİR? - NARAZILIQ VAR...

Gündəm / Araşdırma

14-09-2023, 16:20

"Uşağıma əməliyyat pulu ayırmamaq üçün diaqnozu səhv qoyurlar" - AXI NİYƏ?!

Araşdırma
TƏBİB daha iki şirkətlə milyonluq mwqavilə imzaladı
Mingəçevirdə qırıq-salxaq katerlər yenə iş başında: - İNSANLARIN HƏYATI TƏHLÜKƏYƏ ATILIR
Şah İsmayıl Xətaiyə Bakı necə sökdürülür
Naxçıvan Şəhər Poliklinikasında tibbi arayış 60-80 manata satılır? - Qəbz də verilmir... - VİDEO
Coratda absurd mənzərə: Boş qaz boruları sakinlərin yolunu kəsdi - FOTOLAR
İcra başçısı niyə yalan danışır? – Fotolar
Hadisə
Dünən, 14:39
Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi
3-08-2026, 11:17
Dəniz sahilində avtoxuliqanlığı ona baha başa gəldi - Video
3-08-2026, 10:45
Tələbə qızı dəm qazından boğulmuşdu - 3 il sonra qəzada öldü
2-08-2026, 10:50
Goranboyda kişi qətlə yetirildi - 57 yaşlı atası saxlanıldı
1-08-2026, 16:32
Qaxda iki maşın toqquşdu - Ölən və yaralananlar var
1-08-2026, 12:42
Bayram Məmmədovun anası öldürüldü - Şübhəli qardaşıdır
Son xəbərlər
  • 30-06-2026, 15:50
    HARA GEDİR BU ZAMAN
  • 6-06-2026, 16:59
    USTADNAMƏ
  • 3-06-2026, 10:40
    Yaqub Məğrur: "Məğrurnamə" şeiri
  • 21-05-2026, 14:00
    BİLDİRİŞ
  • 20-05-2026, 13:50
    ALLAH RƏHMƏT ELƏSİN!
  • 13-05-2026, 17:54
    YAQUB MƏĞRUR "MİLLƏTİM"
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Bu gün, 19:00
    Bakıda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
  • Bu gün, 18:30
    Rəsmi Bakı Yamaykanın Müstəqillik Gününü təbrik edib
  • Bu gün, 17:58
    Münxendə izdihamın üzərinə maşın sürən şəxs ömürlük həbsə məhkum edilib
  • Bu gün, 17:27
    Şəmkir RMX-nın həkimi Ceyhun Rəsulov və Arzu Əskərovanın etdiyi mioma əməliyyatından sonra xəstənin ölümü ilə bağlı prokurorluq araşdırma aparır.
  • Bu gün, 16:54
    "Aztelekom"la m10 yola getmir? - İnternet ödənişləri saatlarla icra olunmur
  • Bu gün, 16:38
    TƏBİB daha iki şirkətlə milyonluq mwqavilə imzaladı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə