• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Ədliyyə naziri Fərid Əhmədova AÇIQ MƏKTUB

Gündəm / Cəmiyyət

20-06-2025, 09:16

Ədliyyə naziri Fərid Əhmədova AÇIQ MƏKTUB

Məhkəmə qərarları icra olunmayacaqsa, məhkəmələr və icraçılar nəyə lazımdırlar?!

Cənab Fərid Əhmədov!

Öncə diqqətinizə çatdırmaq istəyirəm ki, 27 fevral 2024-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Ədliyyə naziri təyin olunmağınız, bir çoxları kimi, şəxsən məndə də böyük ümidlər yaratmışdı. Bu, o demək deyil ki, bir vətəndaş və jurnalist olaraq, sabiq nazir Fikrət Məmmədovdan narazı idim. Əksinə, bir çox nazirlərdən fərqli olaraq, Fikrət Məmmədovun kifayət qədər ədalətli və işgüzar məmur olduğunu bu gün də əminliklə deyə bilərəm. Sadəcə, 2009-cu ildən etibarən Prezident İlham Əliyev tərəfindən Azərbaycanda gəncləşdirmə siyasətinə start verildiyindən, digər yaşlı məmurlarla yanaşı, Ədliyyə nazirinin də dəyişməsi labüd idi.

Sizin gəlişiniz isə ona görə bizdə böyük ümid yaratmışdı ki, ədliyyə sistemində də yeniliklər, islahatlar aparmağa ehtiyac vardı. Bunu son illər ərzində, bir jurnalist olaraq, apardığımız araşdırmalara, qarşılaşdığımız çoxsaylı problemlərə söykənərək deyirik. Düşünürdük ki, Ədliyyə Nazirliyi rəhbərliyində yenilənmə, daha dəqiq desək gəncləşdirilmə prosesi həyata keçirilərsə, vətəndaşların, o cümlədən bizə müraciət edən çoxsaylı oxucularımızın problemləri də həll olunar, insanlar ədliyyə qurumlarında yersiz süründürməçiliyə məruz qalmaz.

Cənab Nazir!

Sizə də məlum olduğu kimi, dünya təcrübəsində hər bir məmurun fəaliyyətinə ilkin olaraq vəzifədə olduğu 100 günün tamamında qiymət verilir. Şəxsən bu sətirlərin müəllifi Sizin nazir təyin olunmağınızdan sonra tezliklə ədliyyə sistemində çox böyük dəyişikliklər olacağına inam ifadə etmişdi. Bu haqda yazdığımız bir neçə məqalədə aşkar şəkildə qeyd etmişdik ki, qarşıdakı 100 gün ərzində çox ciddi, müsbət dəyişikliklərin şahidi olacağıq. Üstəlik, ədliyyə sistemindəki bərbad idarəçiliklə bağlı redaksiyamıza müraciət edən oxucularımızı da buna inandırmışdıq. Xatırlayıram ki, yazılarımın birində sizin “100-cü gününüz”lə bağlı geniş bir məqalə qələmə alacağıma söz vermişdim. Amma, oxucularıma da bəlli olduğu kimi, verdiyim sözü tuta bilmədim, o məqalə işıq üzü görmədi. Niyə? Üzülərək qeyd edirəm ki, Sizin nazir kimi fəaliyyət göstərdiyiniz 100-cü günün tamamında ədliyyə orqanlarında hansısa müsbət dəyişikliyin şahidi olmadım. Doğrudur, bir neçə rəhbər şəxs vəzifəsindən azad olundu. Amma bu nəyi dəyişdi ki?! Bir halda kı, Ədliyyə Nazirliyinin müvafiq qurumlarından şikayətlərin sayı günbəgün artır, demək, yaxşıya doğru heç bir dəyişiklikdən söhbət getmir.

Cənab Əhmədov!

Çox təəssüflə vurğulayırıq ki, nəinki 100 gün, hətta ötən 16 ay ərzində Ədliyyə Nazirliyində ciddi islahatların şahidi deyilik. Ola bilər, ətrafınızda olan müəyyən şəxslər Sizi hər şeyin yaxşı olduğuna inandırmağa çalışır. Amma əmin olun ki, rəhbərlik etdiyiniz qurumda vəziyyət nəinki yaxşılaşır, əksinə, günbəgün daha da pisləşir. Təkcə jurnalist olaraq deyə bilərik ki, sabiq nazir Fikrət Məmmədovun dövründə müvafiq qurumlar, o cümlədən Mətbuat Xidməti sorğumuza operativ cavab versələr də, bu gün hansısa qurumla əlaqə yaratmaq mümkün deyil. Xüsusilə də Ədliyyə Nazirliyinin Mətbuat Xidmətinin olub-olmadığı bizə qaranlıqdır. Çünki 1 ildən çoxdur ki, mətbuat adına ünvanladığımız suallara heç bir cavab ala bilmirik...

O ki qaldı sadə vətəndaşların müraciətlərinə, burada da çox ciddi problemlərin olduğu şübhəsizdir. Ən azı ona görə ki, Siz gəldikdən sonra heç bir vətəndaş Ədliyyə Nazirliyindən rəsmi və ya qeyri-rəsmi cavab ala bilmir, onların müraciətləri, şikayətləri qulaq ardına vurulur.

Cənab Nazir!

Diqqətinizə çatdırmaq istəyirəm ki, ədliyyə sistemi ilə bağlı redaksiyamıza daxil olan şikayətlərin böyük əksəriyyəti məhkəmə qərarlarının icra olunmaması ilə bağlıdır. Hansı ki, bu fakt ölkəmizdə özbaşınalığın, qanunsuzluğun, dələduzluğun və digər çoxsaylı cinayət faktlarının artmasına çox ciddi təsir göstərir. Belə ki, barəsində çıxarılan məhkəmə qərarının icra olunmayacağına, yaxud məsələni icraçılarla “yoluna qoyacağına” əmin olan vətəndaş təkrar cinayət törətməkdən heç br halda çəkinmir. Təsadüfü deyil ki, məhz bu səbəbdən də Azərbaycanda təkrar cinayətkarlıq (residiv) faktı surətlə artır.

Üstəlik, məhkəmə qərarlarının icrası sahəsində geniş “bazar açıldığını” da ayrıca nəzərinizə çatdırmaq istəyirəm. Yəni əksər icraçılar şəxsi maraqları olmadığı halda, vətəndaşın müraciətinə biganə yanaşır, onları aylarla, illərlə süründürməçiliyə məruz qoyur. Məhz bu kimi hallar kütləvi xarakter aldığından, məsələni işıqlandırmağı lazım bildim.

Cənab Fərid Əhmədov!

Dediklərimizin həqiqət olduğunu təsdiq etmək üçün bir faktı da diqqətinizə çatdırmaq istəyirəm. “Hürriyyət”ə müraciət edən Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 46, mənzil 68/69-da qeydiyyatda olan Həsənova Ülviyyə Sabir qızı bildirir ki, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin hakimi Adilə Paşayevanın 14.10.2024-cü il tarixli qərarı ilə dələduzluqda ittiham olunan Bəşirov Şahin Bəşir oğlu ona birdəfəlik olaraq 17 min manat ödəməlidir. Şikayətçi haqlı olaraq narazılıq edir ki, bu qərarın üzərindən 8 aydan çox vaxt keçsə də, cavabdeh - özünü indiyədək "DTX əməkdaşı" kimi təqdim edən Ş. Bəşirov məhkəmə qərarını yerinə yetirmir. Ülviyyə Həsənova bununla bağlı dəfələrlə Vüqar Alıyev adlı içraçının, eləcə də köməkçisinin qəbulunda olsa da, onlar açıq şəkildə öz səlahiyyətlərini icra etməkdən boyun qaçırırlar. Şikayətçi iddia edir ki, Şahin Bəşirovun arxasında DTX əməkdaşı olan yeznəsi - bacısının həyat yoldaşı Heydərli Anar İsrafil oğlu dayandığından, icraçılar öz səlahiyyətlərini yerinə yetirməkdən boyun qaçırırlar.

Cənab Nazir!

Onu da diqqətinizə çatdırmaq istəyirəm ki, məsələ ilə bağlı icraçı Vüqar Aliyevlə əlaqə saxladıqda, “get nə istəyirsən yaz, kimə istəyirsən şikayət et” əminliyi ilə qarşılaşdıq. Bizim üçün maraqlıdır, sıradan bir icraçı öz qanunsuz əməllərinin rəhbərliyin, şəxsən Sizin diqqətinizə çatdırılmasından narahat deyilsə, onun bu cür davranışı Sizdən çəkinməməkdən, yoxsa Sizin bu kimi “kiçik” məsələlərə ciddi yanaşmadığınızdan irəli gəlir?!

Sonda isə bir suala cavab tapmaq istərdik: ümumiyyətlə məhkəmə qərarları icra olunmayacaqsa, məhkəmələr, icraçılar, ümimiyyətlə Siz niyə varsınız?!

Jalə FAMİLQIZI

Hurriyyet.az

Oxunub: 2 997
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Araşdırma

10-12-2024, 18:21

"Gül kimi ASAN-ı, DOST-u hörmətsiz edirsiniz..." - ETİRAZ VAR...

Gündəm / Araşdırma

22-11-2024, 16:39

Prezident bu nazirə ali xüsusi rütbə verdi

Gündəm / Cəmiyyət

21-11-2024, 14:46

Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi

Gündəm / Araşdırma

22-05-2024, 20:15

Ədliyyə nazirinin səlahiyyətləri artırılıb

Gündəm / Araşdırma

26-04-2024, 12:29

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

Gündəm / Siyasət

2-04-2024, 15:52

Prezident Fikrət Məmmədovun adını bu siyahıdan çıxardı

Gündəm

29-03-2024, 12:05

Məhkum Ədliyyə Nazirini “zon”a dəvət etdi – ŞOK səs yazısı

Gündəm / Araşdırma

19-02-2024, 18:45

Yeni Ədliyyə naziri hansı kriteriyalara cavab verməlidir? - AKTUAL

Gündəm / Araşdırma

17-02-2024, 16:55

Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq - İDDİA

Gündəm / Cəmiyyət

11-08-2023, 21:00

Nazir bu idarələrə rəislər təyin etdi

Gündəm / Cəmiyyət

5-07-2023, 18:22

Ədliyyə Nazirliyində Prezidentə qarşı çıxan “3-cü qüvvə”… - SABİQ NAZİR MÜAVİNİNDƏN SENSASİON İDDİA

Gündəm / Cəmiyyət

2-06-2023, 10:04

Hər məhkumdan 10-15 min manat rüşvət alınıb... - Pul verə bilməyən şəhid qardaşı komissiyadan keçə bilməyib...

Gündəm / Araşdırma

30-05-2023, 14:26

Fikrət Məmmədovun bu vəzifəsi İnam Kərimova verilir - ÖZƏL

Gündəm / Siyasət

13-05-2023, 16:03

Fərid Cəfərov nazir müavini təyin edildi

Gündəm / Araşdırma

1-05-2023, 11:44

Ədliyyə Naziri ilə Penitensiar Xidmətin rəisi niyə bir-birinə "girib"?-FOTO

Araşdırma
Ağsuda sosial yardım qalmaqalı - NARAZILIQ VAR...
Abdin Fərzəliyev “Buxar” restoranında terras açılmasına hansı şərtlərlə icazə verib?
Salyan rayonu Çadırlı kənd ümumi orta məktəbində ŞOK DETALLAR!!!
“Azəraqrar”da qalmaqallı təyinat - Haqqında cinayət işi açılan vəzifəyə gətirildi
172 nömrəli məktəbdə narazılıq - DİREKTOR TAPILMIR
Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib
Hadisə
30-04-2026, 15:58
Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı
26-04-2026, 16:00
Bakıda güclü külək əsəcək, rayonlarda yağış yağacaq
26-04-2026, 15:30
Xocalı rayonu sakini minaya düşüb, ayağından xəsarət alıb
26-04-2026, 15:00
İran ABŞ ilə danışıqların bərpası üçün şərtlərini açıqlayıb
26-04-2026, 14:00
Salyanda ağır qəza: Ölən var
26-04-2026, 10:00
İmtahan günüdür
Son xəbərlər
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Dünən, 16:00
    Ağsuda sosial yardım qalmaqalı - NARAZILIQ VAR...
  • Dünən, 14:55
    Abdin Fərzəliyev “Buxar” restoranında terras açılmasına hansı şərtlərlə icazə verib?
  • Dünən, 14:34
    Salyan rayonu Çadırlı kənd ümumi orta məktəbində ŞOK DETALLAR!!!
  • Dünən, 12:57
    Biləsuvarın bu ərazilərində işıq yoxdur
  • Dünən, 12:14
    Samuxda "Ərik Festivalı" Bəhanəsi: Məktəblərdə Qanunsuz Pul Yığımı İddiası
  • Dünən, 11:32
    Saleh Məmmədov onları pulsuz qoyub - "Bakı"nın üç legioneri ölkəni tərk etdi
  • Dünən, 10:58
    Xəzərdə zəlzələ olub
  • Dünən, 10:25
    Aqibət Məmmədovun şirkəti bu dəfə 24,9 milyonluq tenderin qalibi oldu
  • Dünən, 09:52
    AHİK-in “Kurort”unda yoxlama başlanıb?- sertfikasiyasız həkim iddiaları...
  • Dünən, 09:20
    Ziya Hacıyevin rəhbəri olduğu “Yeni Ailə” MTK məhkəmə qərarını icra etmir…
  • 1-05-2026, 18:15
    “Avropanın aviaşirkətləri müflis ola bilər”
  • 1-05-2026, 17:33
    Texnologiya Universitetinin Qida Mühəndisliyi fakültəsi Kefdə-Damaqda "Şərab məclisi "ARAQ" içildi kimdir günahkar?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə