• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Keçmiş məktəb direktoru haqda şok ittihamlar - ŞİKAYƏT

Gündəm / Araşdırma

2-07-2025, 14:17

Keçmiş məktəb direktoru haqda şok ittihamlar - ŞİKAYƏT

Elvin Dadaşlı çoxsaylı qanun pozuntusuna yol verməkdə ittiham olunur

Salyan rayon sakinləri Babayev Tofiq Babacan oğlu və Dadaşov Fazil Ağababa oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Keçmiş məktəb direktorunun fəaliyyətindən narazılıq edən şikayətçilərin məktubunu olduğu kimi dərc edirik:

“Yazıb sizə bildirirəm ki, Elvin Yadulla oğlu Dadaşlı 2022-2024-cü illərdə Salyan rayonu, Qaraçala qəsəbəsi, Arxarası kənd ümumi orta məktəbində, 28.08.2024-cü il tarixində isə Salyan rayonu, Kərimbəyli kəndi, Həsən Şahbazov adına tam orta məktəbində direktor vəzifəsində işləməyə başlamışdır. 07.04.2025-ci il tarixində isə işdən azad edilmişdir.

E.Dadaşlı hər iki məktəbdə işlədiyi müddətdə ciddi nöqsanlara yol vermişdir. Bununla əlaqədar Respublika Prokrorluğuna, Korrupsiya İdarəsinə, Prezidentə, Birinci vitse-prezidentə, Təhsil Nazirliyinə edilən şikayyətlərdən sonra Azərbaycan Respublikasının Baş Prokroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “qaynar xətti”nə daxil olmuş müraciətimizə “Vətəndaşların müraciətləri haqqında”Azərbaycan Respublikası Qanunun tələblərinə müvafiq olaraq baxılmış və ümumtəhsil müəssisəsinə aid tədris pedoqoji sənədlərin aparılması və saxlanılması haqqında məlumatın tələblərinin kobudcasına pozulması müəyyən edilmişdir. Həmin nöqsanlara görə, Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən müvafiq tədbirlər görülmüş və o, 07.04.2025-ci il tarixində Kərimbəyli kənd tam orta məktəbindən azad edilərək, əmək müqaviləsinə xitam verilmişdir.

Əfsuslar olsun ki, Elvin Dadaşlının işdən azad edilməsini Şirvan-Salyan Regional Təhsil İdarəsi “direktorun öz ərizəsi”, “öz təşəbbüsü ilə işdən azad edilməsi” kimi göstərmişdir. Bu cür göstərilməsi Elvin Dadaşlı Qaraçala qəsəbəsi, Arxarası kənd ümumi orta məktəbində direktor işləyərkən Şirvan-Salyan Regional İdarəsinin sabiq müdiri Sənan Mənsimli ilə dostluq əlaqələrinin ən yüksək səviyyədə olmasından irəli gəlir. Sənan Mənsimli hal-hazırda Qarabağ Regional Təhsil İdarəsinə rəhbərlik etsə də, həm də Şirvan-Salyan Regional İdarəsinə öz dostları Hüseyn Hüseynli, Müşviq Dadaşov və digər həmyerlilərini yerləşdirməklə, oranı da idarə edir.

Elvin Dadaşlını Kərimbəyli kənd orta məktəbindən işdən azad edildikdən sonra, Sənan Mənsimli onu da öz yanına apararaq, Ağdam rayon sektorunda ona iş vermişdir. Sual olunur: Salyan rayonu, Qaraçala qəsəbəsi, Arxarası kənd ümumi orta və Kərimbəyli tam orta məktəbindən kobud nöqsanlarla işdən azad edilmiş Elvin Dadaşlını Sənan Mənsimli nə məqsədlə məhz Qarabağ Regional Təhsil İdarəsinə aparmış və işlə təmin etmişdir? Hansı bağlardır ki, Elvinlə Sənan Mənsimlinin əlaqələrini birləşdirir?

Elvin Dadaşlının iki məktəbdə qanunsuz hərəkətləri barədə Azərbaycan Respublikası Prokrorluğuna, Birinci vitse-prezidentə, Təhsil Nazirliyinə və digər təşkilatlara yazılan şikayətlərlə əlaqədar Salyan Prokrorluğunun böyük müstəntiqi, II dərəcli hüquqşünas Yaqubov Amil Fərhad oğlu tərəfindən araşdırma aparmışdır. Bildiririk ki, Amil Yaqubov araşdırmanın tam, hərtərəfli və şəffaf aparıldığını qeyd etsə də, ərizədə göstərilən bəzi ciddi nöqsanların üzərindən səthi keçməklə araşdırma həyata keçirilmişdir. Belə ki, şikayət ərizəsindən sonra məktəbin direktoru Elvin Dadaşlı Salyan Rayon Prokrorluğuna çağrılmış və ondan, eləcə də Elvin Dadaşlıya yaxın müəllimlərdən izahatlar alınmışdır. Fazil və Bəhruz müəllimin dediklərinə məhəl qoyulmamış və qeyd olunan nöqsanlar açılmamış qalmışdır.

Ərizədə göstərilən nöqsanlar məktəbdə araşdırılma aparılmadan, bəzi müəllimləri prokrorluğa dəvət etməklə araşdırılmışdır. Məsələn, Elvin Dadaşlı Arxarası məktəbinin direktoru vəzifəsində çalışan zaman VI sinif şagirdi olan oğlu 15 sentyabr 2024 cü il tarixindən 3 mart 2025-ci il tarixinə kimi həmin məktəbdə jurnalda adı olub, özü isə məktəbə gəlməyib. Bunun üçün də müəllimlər ona qiymət yazmayıblar. Elvin Dadaşlı Kərimbəyli məktəbinə keçəndən sonra, 2025-ci il martın əvvəlindən onu Kərimbəyli məktəbinə yerdəyişmə etmiş və 1ay sonra isə Xalac kənd orta məktəbinə keçirmişdir. Elvin izahatında yazır ki, yerdəyişmə açılmadığı üçün onu müvəqqəti olaraq Kərimbəyli məktəbinə gətirib. Bəs, hansı əsasla yerdəyişmə təsdiqlənməmiş oğlunu Kərimbəyli məktəbinə gətirib? Bu uşağın sonrakı taleyi necə olacaq? Qiymət almadan sinifdən sinfə necə keçəcək?

Salyan prokrorluğuna çagrılan Arzu Əliyeva öz izahatında yazır ki, hal-hazırda Salyan rayonu, Çadırlı kənd ümumi orta məktəbində direktor işləyir, arxarası məktəbində işlədiyi dövrdə Elvin Dadaşlıya əlavə dərs saatına görə pul verməyib. Ancaq Arzu Əliyeva səs yazısında deyir ki, “mənə verəcəyi əlavə dərs saatına görə Elvin Dadaşlıya 700 manat pul verəcəm. Həmin pulun 300 manatını Elvinin atasının kartına atdım. Qalan 400 manatı isə sonra atacam”. Lakin sonradan aralarında problem yarandığı üçün qalan məbləği ona verməyib.

Qaraçala qəsəbəsi, Arxarası kənd ümumi orta məktəbinin Azərbaycan dili və Ədəbiyyat müəllimi Zeynalov Bəhruz Zöhrab oğlu öz izahatında bildirib ki,18 saat dərs yükünü Elvin Dadaşlı ondan alaraq vakansiyaya çıxarmış və ona 11 saat dərs vermişdir: “Hansı ki, mən həmin məktəbdə uzun illərdir çalışıram. Əlavə olaraq Elvin Dadaşlı bildirmişdir ki, mənə 700 manat ver, sənə 2 saat dərnək verim. İmkanım olmadığı üçün o pulu verə bilmədim O da dərsimi alaraq vakansiyaya çıxardı və mənə 12 saat dərs verməklə kifayətləndi.

Əhmədova Şövkət müəllim izahatında bildirir ki, Elvin Dadaşlı Arxarası məktəbində işlədiyi müddətdə normal çalışıb. Hansı ki, 2018-ci ildə riyaziyyat səhifəsi mart ayından sonra yazılmamış, ancaq Elvin Dadaşlı əmək haqqını almışdır. Bundan başqa, riyaziyyat fənni səhifəsi bəzi səhifələrdə Elvinin adında olsa da, başqa riyaziyyat müəllimi tərəfindən yazılmışdır. Xətlər yoxlanılarsa, bu, üzə çıxacaq.

Görüldüyü kimi, Salyan Prokrorluğunda aparılmış yoxlamaların nəticələri obyektiv, şəffaf və hərtərəfli aparılmamış və düzgün qərar verilməmişdir. Odur ki, aidiyyəti qurumlardan xahiş edirik, aşağıdakı qanyunsuzluqlar da yoxlanılmaqla, işin yenidən şəffaf, məqsəd güdülmədən yoxlanılmasına başlanılsın.

Digər faktları da diqqətinizə çatdırırıq:

- Səidə Şəmsəddin qızı Arxarası məktəbində müəyyən müddətdə məktəbə müəllim gətirilmişdir. Hansı məqsəd üçün? Məktəbin müəllimləri Səidə Şəmsəddin qızını görməyib və onu tanımadıqlarını bildiriblər.

- Elvin Dadaşlının Arxarası məktəbində direktor işlədiyi dövrlərdə Kimya fənni Ağayeva Tamella Əbülhəsən qızına verilmişdir. Halbuki, o, biologiya müəllimidir. Nəyə görə Elvin Dadaşlının direktor işlədiyi dövrlərdə Kimya fənni vakansiyaya çıxarılmamış və gizlədilmişdir?

- Elvin Dadaşlı Kərimbəyli kənd tam orta məktəbində direktor işlədiyi dövrdə - 2024-cü ilin noyabr, dekabr və 2025-ci ilin yanvar ayında keçrilmiş Bələdiyyə seçkilərində iştirak edən müəllimlərinin dərslərinin kimlər tərəfindən əvəz edilməsi, əlavə dərs cədvəli ilə uyğun olub-olmaması və əvəzolunma jurnalında necə əks olunması araşdırılsın. Əmr kitabı ilə əlaqəsi araşdırılsın.

- Kərimbəyli kənd tam orta məktəbində 2024-2025 tədris ilindsə yarımqruplara bölünən ingilis dili üzrə siniflər məktəbdə otaq çatmadığı halda bölünmüşdür. Otaq olmadığı halda siniflərin yarımqruplara bölünməsi maliyyə pozuntusu deyilmi?”.

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Oxunub: 2 220
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Araşdırma

26-05-2025, 08:56

 Goranboyda məktəb direktoru PULU SİYAHI İLƏ YIĞIR - FOTOFAKT

Gündəm / Cəmiyyət

23-05-2025, 16:37

Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur

Gündəm / Cəmiyyət

13-05-2025, 11:41

Sabirabadın Əhmədabad kənd 9 illik ümumi orta məktəbdə qanunsuzluqlar və yaşanan kriminal olaylar - VİDEO/FOTO

Gündəm / Cəmiyyət

27-02-2025, 12:09

Ağdam Rayon Yüzbaşlı kəndi sakinləri prezidentə müraciət etdiyinə görə cəzalandırılır? - ŞOK İDDİA

Gündəm / Cəmiyyət

24-02-2025, 14:42

Mehdiabaddakı 1 saylı orta məktəbdə "8 mart" yığımı başlayıb?! -...direktor aciz qalıb

Gündəm / Cəmiyyət

11-02-2025, 16:32

Məktəb direktoru ÖZBAŞINA QALIB... - nə qanun bilir, nə də...

Gündəm / Cəmiyyət

24-10-2024, 09:33

Direktor xadimə ilə RƏQABƏTDƏ... - GİLEY

Gündəm / Araşdırma

9-10-2024, 11:26

Xırdalanın bu məktəbində təmir adı ilə pul yığılır - NARAZILIQ VAR...

Gündəm / Araşdırma

4-10-2024, 12:26

Musiqi məktəbinin müəllimlərindən Prezidentə MÜRACİƏT - FOTO, VİDEO

Gündəm / Cəmiyyət

16-09-2024, 16:24

Məktəbin təmirinə ayrılan vəsait “yeyilib” - İTTİHAM VAR...

Gündəm / Araşdırma

26-06-2024, 17:34

440 manat kredit götürdü, 74 gün ərzində borcu 924 manat oldu - “AZPULMAT” VƏTƏNDAŞLARI MÜFLİS EDİR

Gündəm / Cəmiyyət

23-05-2024, 15:35

Şuşanın iki məktəbi Xocalının tabeliyinə verilir

Gündəm / Araşdırma

4-04-2024, 19:07

“30 min”lik rüşvət qalmaqalında adı hallanan şəxs direktor təyin edildi -İLGİNC

Cəmiyyət

8-12-2023, 08:47

“Təhsil şöbəsinin müdiri ilə məktəb direktorları boş iş yerlərini hərraca çıxarıblar” – OĞLU İMTAHANDA 75 BAL TOPLAYAN GORANBOY SAKİNİ ŞİKAYƏTÇİDİR

Gündəm / Cəmiyyət

12-09-2023, 18:04

“Direktor Qismət İbrahimov bütün iş yerlərini satır” - İmişli sakini Qızılkənd məktəbinin direktorundan şikayətçidir

Araşdırma
Qərbi Kaspi Universiteti ilə tələbələr arasında QALMAQAL: Nazirlik tələbələrin pulunu ödəməyib?
Vitse-spikerin köməkçisindən vətəndaşa qarşı DƏLƏDUZLUQ
Neftçalada torpaq maxinasiyası: Əkilməyən sahələrə subsidiyalar "ayrılıb"
Nadir İsmayılovun Londonda müsadirə edilən 4.7 milyonluq evi – FOTOLAR
“Məlumat lövhəsində 1 mərtəbə yazılmışdı, indi 3-cünü tikirlər” - Fotolar
TƏBİB-də “Laboratoriya mafiyası” - ARAŞDIRMA
Hadisə
31-03-2026, 15:22
26 yaşlı oğlan ahıl qadına təcavüz edib? - Cinayət işi açıldı
29-03-2026, 10:49
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
29-03-2026, 10:41
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb
24-03-2026, 18:00
Lənkəranda avtomobil aşıb, ər-arvad xəsarət alıb
24-03-2026, 14:00
İki dost arasında dava birinin ölümü ilə bitdi
22-03-2026, 12:30
Sudanda xəstəxanaya PUA hücumu - 64 ölü, 89 yaralı
Son xəbərlər
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Bu gün, 10:04
    Saleh Məmmədov bir milyard manat talan edib?
  • Bu gün, 09:24
    “Qobu Park”ın binaları əyilir - Fotolar təhlükədən xəbər verir
  • Dünən, 18:25
    3 il tibbi fəaliyyəti qadağan olsa da... Ülviyyə İlyasova indi də Davinçi Estetik Klinikasında işləyir?
  • Dünən, 17:52
    Azərbaycanda media reklamları kimin kurasiyasındadır?
  • Dünən, 17:23
    Qərbi Kaspi Universiteti ilə tələbələr arasında QALMAQAL: Nazirlik tələbələrin pulunu ödəməyib?
  • Dünən, 16:42
    ADNSU-nun rektorunun "yenilikləri" elm ocağını uçuruma aparır - "Ağzına gələni danış, ancaq"
  • Dünən, 16:07
    Sahib Məmmədov məmurların da pulunu vermir? - Müavinətlər niyə kəsilib?
  • Dünən, 14:38
    Vitse-spikerin köməkçisindən vətəndaşa qarşı DƏLƏDUZLUQ
  • Dünən, 14:18
    “Azəriqaz” vətəndaşları aldatmaqda davam edir - "Dur" deyən, "bəsdir" deyən də yoxdur...
  • Dünən, 13:52
    Neftçalada torpaq maxinasiyası: Əkilməyən sahələrə subsidiyalar "ayrılıb"
  • Dünən, 11:30
    Tramp: ABŞ İrana qarşı əməliyyatın əsas məqsədlərinə çatmağa yaxındır
  • Dünən, 11:00
    Hörmüz boğazında yüzlərlə gəmi yığılıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə