• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Balakən gömrüyünün rəisi necə OLİQARXA ÇEVRİLİB - İLGİNC FAKTLAR

Gündəm / Cəmiyyət

18-07-2025, 14:28

Balakən gömrüyünün rəisi necə OLİQARXA ÇEVRİLİB - İLGİNC FAKTLAR

Azərbaycanda gömrük keçid məntəqələrində və postlarında qanunsuz fəaliyyət halları hələ də davam etməkdədir. Bu sahəyə nəzarət etməli olan bəzi məmurlar şəxsi maddi maraqları naminə qanunları pozaraq müxtəlif qanunsuz əməllərə imza atırlar.

Xüsusilə, Regional Gömrük İdarələrinin bəzi rəisləri qanunsuz fəaliyyətləri sistemli şəkildə həyata keçirir, müxtəlif şirkətlər və şəxslərlə əlaqəyə girərək maddi gəlir əldə edirlər. Bu fəaliyyətlər sırasında yük nəqliyyatında texniki normativlərin pozulması da xüsusi yer tutur. Bu əməllərin sahiblərindən biri kimi də Balakən Gömrüyünün rəisi, gömrük polkovniki Kamran Yusifovun adı çəkilir.

Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 104 nömrəli Qərarına əsasən, ölkə daxilində hərəkət edən nəqliyyat vasitələrinin maksimal hündürlüyü 4 metrdən artıq olmamalıdır. Bu həddi keçən nəqliyyat vasitələrinin xüsusi icazə olmadan hərəkəti qadağandır. Lakin hazırda bu qaydalar pozulur, sürücülərdən qeyri-qanuni ödənişlər alınaraq ölkə ərazisinə buraxılır.

Məlumata görə, Kamran Yusifovun göstərişi ilə ölkəyə minik avtomobillərini gətirən avtovozlara qarşı süni maneələr yaradılır, onların sürücülərindən qeyri-rəsmi ödənişlər tələb olunur. Gömrük postlarında avtovozların hərəkətinə bilərəkdən əngəllər yaradılır və yalnız pul ödənildikdən sonra onların hərəkətinə icazə verilir.

Balakən Gömrüyündə hündürlüyü normadan artıq olan iritutumlu yük avtomobillərinin ölkəyə buraxılması adi hal almaqdadır. Bu hallar da adətən maddi maraqlar fonunda baş verir.

K.Yusifov əvvəllər Balakən rayonundakı Mazımqara gömrük postunun rəisi vəzifəsində çalışarkən də müxtəlif qanunsuz əməllərlə yadda qalıb.

Daha maraqlısı odur ki, bu hallar barədə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun xəbərsiz olub-olmaması sual doğurur. Əgər məlumatlıdırsa, niyə tədbir görülmür? Əgər məlumatı yoxdursa, bu da ayrıca bir nəzarət boşluğudur.

Məlumata görə, Kamran Yusifov ölkədə fəaliyyət göstərən 2 Kargo şirkətinə (dəqiqləşdirmə apardıqdan sonra, növbəti yazılarımızda adları barədə məlumat verəcəyik) himayədarlıq edir. Hətta bu günlərdə bu Kargo şirkətlərindən biri vasitəsilə ölkə ərazisinə gətirilən yüklərin işçərisində gömrük orqanlarına bəyan edilməyən dərman vasitələri qaçaq yolla ölkə ərazisinə keçirilərkən DGK-nin Əməliyyat-İstintaq İdarəsi tərəfindən keçirilən əməliyyatla bu cəhdin qarşısı alınıb.
Həmçinin onun ölkəyə gətirilən karqo məhsulları, kosmetik və parfumeriya vasitələri üzrə də xüsusi himayədarlıq həyata keçirdiyi deyilir.

Bütün bunlar göstərir ki, Balakən Gömrüyünün rəisi, gömrük polkovniki Kamran Yusifovun fəaliyyətində nöqsanlar var və onun fəaliyyəti nəzarətə götürülməlidir.

"DİA-AZ"


Oxunub: 3 108
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Cəmiyyət

6-02-2025, 13:12

Balakən Gömrük İdarəsinə rəis təyin olundu

Gündəm / Cəmiyyət

18-12-2024, 09:15

Bakı Gömrüyündən yükləri sürətlə çıxan "şirkət"lərə kimlər dəstək durur? - BU NƏDİ BELƏ?..

Araşdırma / Cəmiyyət

19-11-2024, 15:55

Oqtay Şirəliyevin tibb müəssisəsi yüksək məbləğdə cərimələndi - SƏBƏB

Gündəm / Araşdırma

15-11-2024, 09:38

Sənə, yar... səndən, yar... ŞİKAYƏTİM VAR... - MÜƏMMA...

Gündəm / Hadisə

28-10-2024, 17:25

"HB Güvən Klinik" və "Gulhan Medical"la bağlı nə qərar veriləcək? - DETALLAR

Gündəm / Cəmiyyət

25-10-2024, 11:44

Yusif Təhməzovun Sumqayıt gömrüyündəkı yadiğarları - KÖHNƏ HAMAM... KÖHNƏ TAS...

Cəmiyyət

27-09-2024, 17:53

Bu marşrutların hərəkət istiqaməti dəyişdirildi

Gündəm / Cəmiyyət

29-01-2024, 18:39

Prezident rektoru TƏLTİF ETDİ

Gündəm / Cəmiyyət

27-10-2023, 09:44

Rusiya-Azərbaycan gömrük münasibətləri: NƏ BAŞ VERİR? - ARAŞDIRMA

Gündəm / Cəmiyyət

26-06-2023, 00:09

Bazar günləri avtomobilin parklanması pulsuz olacaq

Cəmiyyət

25-06-2023, 23:30

Parklanmaya görə ödənişin məbləği təsdiq EDİLDİ

Gündəm / Cəmiyyət

22-06-2023, 19:07

Gömrük Komitəsində TOTAL TƏMİZLƏMƏ: Bütün şəxsi heyət sərəncama götürüldü... - NƏ BAŞ VERİR?

Gündəm / Araşdırma

27-05-2023, 11:14

Şahin Bağırov da bacarmadı... - Gömrükdə KÖHNƏ HAMAM... KÖHNƏ TAS...

Gündəm / Cəmiyyət

24-05-2023, 11:07

"Mİzan Group" MMC MƏHKƏMƏYƏ VERİLDİ

Cəmiyyət

24-05-2023, 10:14

"Mİzan Group" MMC MƏHKƏMƏYƏ VERİLDİ

Araşdırma
Azərbaycan Beynəlxalq Bankında “şapka” əməliyyatı: Bakıxanov filialında nə baş verir?
Ağstafa MKTİB-nin direktoru Rəşad Bayramov işçinin maaşından kəsir FOTO
"Novator Group"un restoranı sudan qanunusuz istifadə edirmiş - Cərimələndi
Qohum təyinatları, təcrübəsiz kadrlar VƏ... - su təsərrüfatında mübahisəli idarəetmə
Dövlət vəsaiti hara xərclənib? – Həsənrizdə təmir qalmaqalı
`AzəriQaz`da BÖYÜK YEYİNTİ: Müavin işçilərə HAQQ QOYUR... - İTTİHAM VAR...
Hadisə
14-06-2026, 12:00
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı
14-06-2026, 11:00
Tovuzdakı qəzada həyatını itirən qazinin - Fotosu
10-06-2026, 18:29
Yeniyetməni şantaj etdi, intihara sövq etdi… – TUTULDU
2-06-2026, 18:00
Qayınata gəlinindəki kartı almaq üçün evə çağırıbmış…
2-06-2026, 15:30
Bakıda toyda DƏHŞƏT: - əmisi qızı ilə oynayıb qardaşını bıçaqladı
31-05-2026, 15:00
Bərdədə ağır yol qəzasında 10 nəfər yaralanıb
Son xəbərlər
  • 6-06-2026, 16:59
    USTADNAMƏ
  • 3-06-2026, 10:40
    Yaqub Məğrur: "Məğrurnamə" şeiri
  • 21-05-2026, 14:00
    BİLDİRİŞ
  • 20-05-2026, 13:50
    ALLAH RƏHMƏT ELƏSİN!
  • 13-05-2026, 17:54
    YAQUB MƏĞRUR "MİLLƏTİM"
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Bu gün, 18:38
    Gömrük Komitəsinin İdarə rəisi işdən çıxarıldı - Foto
  • Bu gün, 17:51
    "Reuters": İsrail və "Hizbullah" atəşkəslə bağlı razılığa gəlib
  • Bu gün, 17:28
    Mikayıl Cabbarov Azərbaycanın investorlar üçün əsas üstünlüyünü açıqlayıb
  • Bu gün, 16:42
    Rayon rəhbərliyi xidmət etməlidir, sahiblik yox! - Sabunçuda qanunsuzluq
  • Bu gün, 14:30
    Sədərək Rayon İcra Hakimiyyətinin tenderi ləğv edildi... - BUNA GÖRƏ...
  • Bu gün, 14:00
    Azərbaycan Beynəlxalq Bankında “şapka” əməliyyatı: Bakıxanov filialında nə baş verir?
  • Bu gün, 13:04
    Vilayət Eyvazov sıra baxışı keçirdi - Video
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə