• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

“Hacıqabul Quşçuluq Şirkəti” ilə bağlı ilginc iddia: Köhnə yumurtalar yeni tarixlə satılır?

Gündəm / Cəmiyyət

16-08-2025, 10:14

“Hacıqabul Quşçuluq Şirkəti” ilə bağlı ilginc iddia: Köhnə yumurtalar yeni tarixlə satılır?

“Hacıqabul Quşçuluq Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) haqqında sensasion sayılacaq məlumatlar ortaya çıxıb.

“Yeni Müsavat” qəzetinin redaksiyasına daxil olan məlumatlarda şirkətin fəaliyyəti haqda ciddi faktlar ortaya qoyulub. Şirkətin fəaliyyətində diqqət çəkən, narahatlıq yaradan məqamlardan biri hərbi hissələrə yarasız, lax yumurtların satılmasıdır.
“Hacıqabul Quşçuluq Şirkəti” ilə bağlı ilginc iddia: Köhnə yumurtalar yeni tarixlə satılır?

Əvvəlcə şirkət haqqında məlumat…
“Hacıqabul Quşçuluq Şirkəti” 1976-cı ildə Adışirin Babaşov tərəfindən Hacıqabul rayonunun Ağacanlı kəndində qurulub. Zaqafqaziyanın ən böyük yumurta istehsalçılarından biri olan şirkət illik 150 milyon ədəd yumurta istehsal etmək gücünə malikdir. Şirkətin məhsulu “YumurtaN1” adı altında satışa çıxarılır. “Hacıqabul Quşçuluq Şirkəti” ölkədən xaricə ən çox məhsul ixrac edən şirkətlər sırasında yer alır.

Hazırda şirkətin qanuni təmsilçisi Babaşov Nemət Adışirin oğludur. Şirkətin nizamnamə kapitalı 357 min manatdır.

Yerli internet resurslarında şirkətin payçıları arasında qalmaqalla bağlı kifayət qədər məlumatlar var. Nemət Babaşovun əmisi oğlanları ilə aralarındakı pay mübahisəsi ilə bağlı hüquqi müstəvidə də çəkişmələr olub.
“Hacıqabul Quşçuluq Şirkəti” ilə bağlı ilginc iddia: Köhnə yumurtalar yeni tarixlə satılır?

Şirkət barəsində ortaya çıxan sensasion məlumatlar nələrdir?

Qeyd etdiyimiz kimi, şirkət Zaqafqaziyanın ən böyük yumurta istehsalçılarından biridir. Yumurta istehsalı sahəsində isə “Hacıqabul Quşçuluq Şirkəti”ni Azərbaycanın monopolist şirkəti hesab etmək olar. Şirkətin Azərbaycanda rəsmi qurumların tenderlərində qalib olması il bağlı rəsmi məlumatlar da var. “Hacıqabul Quşçuluq Şirkəti” Azərbaycanda hərbi hissələri yumurta ilə təmsil edən əsas şirkətdir.

Redaksiyamıza daxil olan məlumatda qeyd edilir ki, hazırda şirkətin stoklarında 30 milyon ədəd yumurta var ki, istifadəyə yararsızdır. Həmin məhsulların hərbi hissələrə satışının həyata keçirildiyi bildirilir.

Şirkətin stokladığı məhsulların yararsız olmasını sübut edən faktlardan biri də Dubayda üzə çıxıb. Şirkətin Dubaya ixrac etdiyi 18 TIR məhsulun yararsız olduğu müəyyən edilib. Həmin məhsullar Dubayda rəsmi qurumlar tərəfindən məhv edilib. Şirkətin “YumurtaN1” məhsullarının çöllük ərazidə TIR-lardan boşaldılmasını, məhv edilməsini əks etdirən videogörüntülər də redaksiyamıza daxil olan məlumatlar arasındadır.

4f8c1d54-998b-4529-ae78-e14b712b27f8.jpeg (148 KB)

Burada sual yaranır: Azərbaycanda hərbi hissələrə göndərilən məhsulları kim yoxlayır?
Dubaya göndərilən məhsulun keyfiyyəti həmin ölkədə rəsmi qurumlar tərəfindən yoxlanıldığı üçün yararsız olduğu üzə çıxıb. Azərbaycanda əsgərə göndərilən eyni məhsula görə kim cavabdehlik daşıyır? Bu faktın araşdırılmasına kimlər mane olur?

Məlumatlarda diqqət çəkən başqa bir məqam isə şirkətin məhsullarının bazar qiymətindən iki dəfə baha Orduya satılmasıdır. Bununla şirkət həm yararsız məhsulunu satmış olur, həm də daha çox qazanc əldə etmiş olur.

Başqa bir məlumat isə şirkət tərəfindən stoklanan məhsulların satışa çıxarıldığı zaman yeni tarixlə mağazalara paylanılmasıdır.

Qeyd edilən məlumatları sübut edən faktlar əlimizdə olsa da qarşı tərəf olaraq şirkətin mövqeyini də öyrəndik.

Şirkətdən “Yeni Müsavat” qəzetinin sorğusuna cavab olaraq yuxarıda qeyd etdiyimiz məsələlərə münasibət bildirildi.

Şirkətin mövqeyini olduğu kimi təqdim edirik:
“Dərc ediləcək materiallarda məlumatların düzgünlüyünün təmin edilməsi məqsədilə ilk növbədə redaksiyanıza daxil olmuş şikayətin kimdən və hansı mənbədən daxil olduğunu dəqiqləşdirməyinizi xahiş edirik.

18 TIR məhsulun Dubayda məhv edilməsi barədə iddia ilə bağlı qeyd edirik ki, “Hacıqabul Quşçuluq Şirkəti” MMC olaraq indiyədək ümumilikdə 140 000 qutudan artıq məhsul ABŞ, Afrika ölkələri, Birləşmiş Ərəb Əmirliklərinə ixrac olunub. Bütün ixrac əməliyyatları zamanı hər bir sifarişçinin məhsulları yumurta çeşidləmə anbarında nəqliyyat vasitələrinə temperatur qeydiyyatçısı qoyulmaqla, videomüşahidə altında yüklənmə həyata keçirilir. Yumurta məhsulu canlı, saxlanma müddətinə və temperatur dəyişikliyinə görə həssas qida məhsulu olduğundan şirkətimiz tərəfindən bütün müştərilərə çatdırılma zamanı temperatur rejiminin qorunması və prosesin beynəlxalq standartlara uyğun həyata keçirilməsi ilə bağlı şifahi tövsiyələr təqdim olunur. Məhsullar anbardan çıxarıldıqdan sonra çatdırılma prosesinə, nəqliyyat şirkətinin seçilməsinə və marşrut boyu soyuducu sisteminin işlək vəziyyətdə olmasına şirkətimiz cavabdehlik daşımır. Bu kimi məsələlər müştərinin məsuliyyəti hesab olunur və hər bir müştəri ilə bağlanan müqavilələrdə bu şərtlər açıq şəkildə göstərilir.

Hərbi hissələrə məhsulların bazar qiymətindən baha satılması barədə iddiaya gəlincə, şirkətimiz müştəri məlumatlarının təhlükəsizliyinə ciddi önəm verir. Müqavilə şərtləri, qiymət siyasəti və kommersiya məlumatları məxfi olduğundan bu məlumatların üçüncü tərəflərlə paylaşılması yolverilməzdir. Qeyd olunan iddiaları əsassız hesab edirik. Kim öz əsgərinə yararsız yumurta satar? Hərbi hissələrə verilən yumurta birinci Müdafiə Nazirliyinin öz laborotoriyaları tərəfindən yoxlanılır. Belə bir halın olması mümkünsüzdür.

Məhsul üzərində qeyd edilən tarixlə bağlı suala cavab olaraq qeyd edək ki, “Hacıqabul Quşçuluq Şirkəti” MMC ölkənin, eləcə də Zaqafqaziya regionunun istehsal həcmi, ixrac potensialı və texnoloji yeniliklərin tətbiqi baxımından aparıcı müəssisələrindəndir. Avtomatlaşdırılmış istehsal prosesi nəticəsində yumurta sexlərindən yumurtalar konveyer xətləri vasitəsilə birbaşa yumurta çeşidləmə mərkəzinə daxil olur. Sifarişlərin ölçü və çəkilərinə görə çeşidlənməsi aparılır, istehsal tarixi üzrə markalanır və müştərilərə çatdırılır. Qeyd etmək istərdik ki, məhsulların üzərində göstərilən tarix istehsal tarixidir. Şirkətimiz məhsulları saxlama müddəti ərzində keyfiyyətini qoruyacaq temperatur rejimində saxlayır və yalnız standartlara uyğun olduğu halda satışa təqdim edir”.“Yeni Müsavat”

Oxunub: 2 812
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Araşdırma

12-08-2025, 10:51

Ramiz Rzayev vergi borcunu ödəmir?

Gündəm / Cəmiyyət

24-06-2025, 16:25

“Hacıqabul Quşçuluq Şirkəti” 6 ay soyuducuda saxlanmış yumurtaları təzə adı ilə satır

Gündəm / Cəmiyyət

16-06-2025, 15:31

“AzToyuq” MMC-nin vergi borcu yaranıb

Gündəm

30-05-2025, 20:06

“AzToyuq” MMC-də pozuntular aşkarlandı

Gündəm / Siyasət

17-04-2025, 14:20

FHN su altında qalan bu təsərrüfata kömək etmədi - İLGİNC FAKT

Gündəm / Cəmiyyət

20-02-2025, 18:13

“Giləzi-Quşçuluq Təsərrüfatı” gömrük qaydalarını pozur

Gündəm / Cəmiyyət

4-01-2025, 14:23

Deputatın təsisçisi olduğu şirkət 88 min manatlıq tender uddu

Gündəm / Cəmiyyət

11-12-2024, 09:53

Salyanın icra başçısının fəaliyyəti ARAŞDIRILIR... - İLGİNC İDDİA

Gündəm / Siyasət

12-06-2024, 15:22

Azərbaycanda yeni sənaye parkı yaradıldı - SƏRƏNCAM

Gündəm / Araşdırma

2-05-2024, 16:05

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

Gündəm / Araşdırma

17-04-2024, 19:11

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

Gündəm

1-07-2023, 19:33

“Paşa Holdinq”ə bağlı məşhur şirkət milyonlarla zərər edib - Kürü satır...

Gündəm / Dünya

25-06-2023, 18:00

Rüstəm Xəlilovdan şübhəli təmir əməliyyatı - Vergi borcu olan şirkət tenderə necə qatılıb?

Araşdırma

9-05-2023, 10:23

Melorasiyanın sevimli şirkəti - "Art-Proje” yenə 220 minlik tenderin qalibi oldu

Araşdırma

8-05-2023, 17:21

Şərifovların şirkəti borc içində batır - Dövlətə 2.3 milyon ödənməlidir

Araşdırma
"Novator Group"un restoranı sudan qanunusuz istifadə edirmiş - Cərimələndi
Qohum təyinatları, təcrübəsiz kadrlar VƏ... - su təsərrüfatında mübahisəli idarəetmə
Dövlət vəsaiti hara xərclənib? – Həsənrizdə təmir qalmaqalı
`AzəriQaz`da BÖYÜK YEYİNTİ: Müavin işçilərə HAQQ QOYUR... - İTTİHAM VAR...
"Kəndimiz Mərdəkan"da qiymət oyunu - 1 xiyar 3 manat, 1 pomidor 4 manat, 1 soğan 1 manat...
İlqar Bayramlı bütün səlahiyyətləri sektor müdirinə verib? - Murad Məmmədov kimdir?
Hadisə
14-06-2026, 12:00
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı
14-06-2026, 11:00
Tovuzdakı qəzada həyatını itirən qazinin - Fotosu
10-06-2026, 18:29
Yeniyetməni şantaj etdi, intihara sövq etdi… – TUTULDU
2-06-2026, 18:00
Qayınata gəlinindəki kartı almaq üçün evə çağırıbmış…
2-06-2026, 15:30
Bakıda toyda DƏHŞƏT: - əmisi qızı ilə oynayıb qardaşını bıçaqladı
31-05-2026, 15:00
Bərdədə ağır yol qəzasında 10 nəfər yaralanıb
Son xəbərlər
  • 6-06-2026, 16:59
    USTADNAMƏ
  • 3-06-2026, 10:40
    Yaqub Məğrur: "Məğrurnamə" şeiri
  • 21-05-2026, 14:00
    BİLDİRİŞ
  • 20-05-2026, 13:50
    ALLAH RƏHMƏT ELƏSİN!
  • 13-05-2026, 17:54
    YAQUB MƏĞRUR "MİLLƏTİM"
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Bu gün, 18:47
    Abşeron Mərkəzi Xəstəxanasında KT aparatı yoxdur - TƏBİB-in açıqlaması bunu təsdiqləyir
  • Bu gün, 18:02
    "Novator Group"un restoranı sudan qanunusuz istifadə edirmiş - Cərimələndi
  • Bu gün, 14:33
    “Zeytun Pharma” işçiləri istismar edir – İDDİA
  • Bu gün, 13:23
    Moskvada azərbaycanlı iş adamlarına məxsus bazar yanır
  • Bu gün, 12:35
    Qohum təyinatları, təcrübəsiz kadrlar VƏ... - su təsərrüfatında mübahisəli idarəetmə
  • Bu gün, 11:46
    Dövlət vəsaiti hara xərclənib? – Həsənrizdə təmir qalmaqalı
  • Bu gün, 11:14
    Nərimanov Məhkəməsinin “Bazargünü Qətnaməsi”: Məhkəmə Kürsüsü Niyə Bazar Piştaxtasına Çevrilir?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə