• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Məleykə Abbaszadənin “qadın və inək” dastanı – DİM sədri bəlkə özü də ana dilindən imtahan versin?!

Gündəm / Cəmiyyət

29-08-2025, 11:35

Məleykə Abbaszadənin “qadın və inək” dastanı – DİM sədri bəlkə özü də ana dilindən imtahan versin?!

Azərbaycanda adda-budda sağlam fəaliyyəti olan məmurlardan biri kimi Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə nümunə göstərilirdi. Lakin onun da son çıxışları bu ümidləri dəfn etməkdədir. Xüsusən də ötən ay “rusca düşünüb”, Azərbaycanda dilində fikrini uğursuz ifadə etməsi dillərdə dastana çevrilib.
Anxeber.Az yazır ki, söhbət DİM sədrinin “İnəyin taleyi elədir ki, gec-tez onu öldürəcəklər. Bəlkə də, sağılan inəyin taleyi öldürüləndən daha ağırdır. Gündə sağılmaq ondan ağırdır. Qadınlar məni başa düşdü...” sözlərindən gedir.
Əgər bunu hansısa rusdilli məmur səsləndirsəydi, yola vermək olardı. Amma təhsillə birbaşa bağlantısı olan Abbaszadə “Gündə sağılmaq ondan ağırdır. Qadınlar məni başa düşdü...” deməməliydi. İndiyədək də onun demək istədiyini hərə bir şəkildə yozur. Hər halda, təhsil adamı fikrini səlist, aydın ifadə edə bilmirsə, onda Azərbaycan elmi çoxdan rəhmətə gedib.
Üstəlik, “İnəyin taleyi elədir ki, gec-tez onu öldürəcəklər” sözləri də banal səslənir. Əvvəla, inək öldürülmür. Filoloqlar, ana dili dərslikləri hazırlayanlar təsdiqləyər ki, heyvan kəsilir və sonra əti satış məntəqələrinə paylanır. Bəli, mahiyyətcə inək kəsilərkən ölür. Amma DİM sədri inəklə bağlı fikrini daha düzgün ifadə edə bilərdi. Çünki öldürmək – qətlə yetirmək kimi daha sərt, qaba səslənir. O zaman elə hər gün dünyada milyonlarla qoyun-inək, keçi, qaz-ördək, hinduşka və s. öldürülür.
Axı Azərbaycan dilinin estetikası ilə yanaşsaq, bu heyvanların kəsildiyini demık daha məntiqli olar. Yaxud da balıq, quş ovlanır. Amma kimsə “balıqçı balıq öldürdü” demir, “ovladı” söyləyir. Ona görə də M.Abbaszadə “inək öldürülür” yerinə “heyvan kəsilir” deyə bilərdi. Və bunu ölkənin təhsil sistemində mühüm fiqur olan şəxsdən eşidirik. Bəs DİM sədri belə danışırsa, yeni nəsilə Azərbaycan dili ilə bağlı necə öyüd-nəsihət vermək mümkündür? Hələ yaxşı ki, “inək qətlə yetirilir” deməyib.
Həmçinin də “Gündə sağılmaq ondan ağırdır. Qadınlar məni başa düşdü...” sözləri olsun. Qadını inəklə müqayisə etmək rüsvayçılıqdır. İkincisi, qadın harada sağılır? Bəlkə ananın körpəsinə süd verməsini nəzərdə tutur? Bu da yenə sağılmaq deyil. Çünki “qadınların sağılması” dedikdə ikinci versiya kimi onların evdə də, işdə də fiziki əməyinin istismar olunması ağıla gələ bilər. Yəni qadınlarımız zəhmətkeşdir, gecə-gündüz çalışır, əziyyət çəkirlər – yemək bişir-düşür, paltar yu, evi sil-süpür, uşaqların geyimlərini ütülə, sonra işə qaç və s.
Bəli, bu zaman demək olar ki, qadınlarımız çox zəhmət çəkir, fədakarlıq edir, heç atalar bəlkə bu qədər əziyyətə qatlaşmır. Abbaszadə bu şəkildə deyə bilərdi ki, qadınlar çox işləyirlər. Amma onları inəklə tay tutmaq və “sağılırlar” demək ya söz baqajının zəifliyindən xəbər verir, ya da ana dilində danışmaqda çətinlik çəkdiyini göstərir...
Hamını imtahan edən DİM sədri bəlkə özü də ana dilindən imtahan versin?!

O ki qaldı, onun fəaliyyətinə, elə bu günlərdə hurnalist Taleh Şahsuvarlı Dövlət İmtahan Mərkəzini Azərbaycanın elmi potensialına zərbə vurmaqda ittiham edib. T.Şahsuvarlının fikrincə, məsələn, Qərbdə Məleykə Abbaszadə olmadığı üçün məsələ universitetlərlə abituriyent arasında tənzimlənir:
“Dövlət İmtahan Mərkəzinin Azərbaycanın elmi potensialına vurduğu zərbəni “İxtisas seçimi paradoksu” cədvəli ilə daha sadə izah edim.
* Fərz edək ki, qəbul imtahanlarında 600-610 bal aralığında 50 nəfər bal toplayıb.

* Fərz edək ki, ali məktəblərin hüquq ixtisaslarına 610+ bal toplayan abituriyentlər qəbul olub, hüququn keçid balı 610.01 olub.

* Fərz edək ki, 610-620 bal aralığındakı 50 nəfərin hər biri ixtisas seçimi zamanı 1-5 yerlərə hüquq ixtisaslarını yazıb, BDU-nun tarix istisasını ancaq 6-cı yerdə göstərib.

* Fərz edək ki, 590-600 bal aralığında da cəmi 50 nəfər bal toplayıb.

* Fərz edək ki, 590-600 bal aralığındakı 50 nəfər BDU tarix ixtisasını 1-ci yerdə göstərib.

* Fərz edək ki, BDU tarix ixtisasına cəmi 50 nəfər qəbul var.
Bu halda DİM-in sistemi 590-600 bal aralığını “Tarix”ə yerləşdirəcək, 600-610 bal aralığını isə qıraqda qoyacaq.
Bu şərti rəqəm DİM-in yerləşdirmə sistemi necə işləyir, onu başa düşmək üçün sadə şəkildə təqdim etdim.
İndi sual meydana çıxır: daha üst intellektual seqmenti qıraqda qoyub, bir altdakı seqmenti “Tarix”ə yerləşdirmək Azərbaycanda tarix elminin, BDU-nun Tarix fakültəsinin akademik keyfiyyətinə, nüfuzuna və bütövlükdə təhsilə sosial ədalət baxımından nə vəd edir?
Qısa və konkret: MƏNFİ TƏSİR EDİR!
Qərbin nüfuzlu universitetlərində bu məsələ necə tənzimlənir? Mərkəzləşdirilmiş qəbul sistemi, yəni oraların təhsil sistemində Məleykə Abbaszadə olmadığı üçün məsələ universitetlərlə abituriyent arasında tənzimlənir. Bir abituriyent bir neçə universitetdən, bir neçə ixtisasdan “qəbul” mesajı alır və onlardan birini seçir. Nəticədə universitetlər nüfuz, təhsil isə keyfiyyət itirmir”.
Göründüyü kimi, sadəcə, illərlə bir sistemlə aldadılmışıq. Daha mötədil bir formaya keçid mümkündür ...

Azər Talıbov

AnXeber.Az

Oxunub: 2 109
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Cəmiyyət

4-06-2025, 15:29

Nazirlə DİM sədrinin baltaladığı Azərbaycan təhsili - nə qolu qalıb, nə budağı...

Gündəm / Araşdırma

2-06-2025, 09:45

Emin Əmrullayev Məleykə Abbaszadəyə qarşı - Nazirin ŞOK PLANI ÜZƏ ÇIXDI

Gündəm / Cəmiyyət

24-04-2025, 15:33

Bu şagirdlər mayın 4-də Azərbaycan dilindən imtahan verəcəklər

Gündəm / Cəmiyyət

17-01-2025, 14:46

Yeni qayda test üsulunu ləğv edəcək? - AKTUAL

Gündəm / Cəmiyyət

20-11-2024, 16:36

“Həkimlər bizi aldatdı, qızım çoxdan ölmüşdü…” - Masallıda doğuşdan sonra komaya düşən qadın Bakıda öldü

Gündəm / Araşdırma

20-07-2024, 08:03

Xanım psixoloqların qadın nifrəti: - “Özü də zamanında elə olub”

Gündəm / Cəmiyyət

25-04-2024, 11:48

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

Gündəm / Araşdırma

15-04-2024, 12:51

Məleykə Abbaszadə millətin gələcəyini və gəncliyini şikəst edir - FAKTLARLA...

Gündəm / Araşdırma

17-02-2024, 16:55

Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq - İDDİA

Gündəm / Hadisə

15-01-2024, 22:13

Sumqayıtdakı partlayışda yaralanan 4 nəfərdən 3-nün vəziyyəti ağırdır

Gündəm / Dünya

4-09-2023, 20:55

Məktəbli qəbulunu da biznesə çeviriblər... - AXI NİYƏ?!

Gündəm / Cəmiyyət

2-09-2023, 11:46

Abşeron Təhsil İdarəsindən RƏZALƏT: Rusdilli uşağı rus sektoruna götürmürlər...

Gündəm / Cəmiyyət

15-07-2023, 13:53

"Əmrullayevin dediyi Quran ayəsi deyil ki..." - HƏQİQƏTƏN DƏ...

Gündəm / Araşdırma

15-07-2023, 10:03

Elmar Qasımov nazir ola bilməsi üçün QOLLARINI ÇIRMAYIB... - İLGİNC İDDİA

Gündəm / Cəmiyyət

13-05-2023, 13:01

Binəqədi Məhkəməsinin sədri DYP-nin `RADARINA BELƏ DÜŞDÜ`... - FOTOFAKT

Araşdırma
Zirzəmidə çökən sistem: Binəqədidə aylardır davam edən kabus
ADSEA 41 milyon manatı Sumqayıtda hara xərcləyib? - Şəhər su altındadır - FOTO - VİDEO
DYP hərəkətin intensiv olduğu yollarla bağlı müraciət edib
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri
Təhsildə kölgə oyunları: adı hallanan məktəblər, uzadılan müddətlər və maraqlar toqquşması
Tələbələri müdafiə edən müəllimə YENİDƏN HƏDƏFDƏ... - SUSDURMAQ İSTƏYİRLƏR...
Hadisə
Bu gün, 15:22
26 yaşlı oğlan ahıl qadına təcavüz edib? - Cinayət işi açıldı
29-03-2026, 10:49
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılıb
29-03-2026, 10:41
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb
24-03-2026, 18:00
Lənkəranda avtomobil aşıb, ər-arvad xəsarət alıb
24-03-2026, 14:00
İki dost arasında dava birinin ölümü ilə bitdi
22-03-2026, 12:30
Sudanda xəstəxanaya PUA hücumu - 64 ölü, 89 yaralı
Son xəbərlər
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Bu gün, 18:01
    Saatlıda ekologiyanı kimlər və niyə məhv edir?
  • Bu gün, 17:36
    “Doktor Davud” klinikasında "bozbaş həkim"lər çalışır - 6 min cərimələdilər...
  • Bu gün, 16:35
    Qadın sürücü “Range Rover”i aşırdı; xəsarət alanlar var
  • Bu gün, 15:59
    Günəş çıxdı, qanunsuz tikintilər başladı- Nizami rayonundan daha bir görüntü- Video
  • Bu gün, 15:22
    26 yaşlı oğlan ahıl qadına təcavüz edib? - Cinayət işi açıldı
  • Bu gün, 14:44
    Zirzəmidə çökən sistem: Binəqədidə aylardır davam edən kabus
  • Bu gün, 12:18
    Elxan Nəcəfovun RÜŞVƏT TƏLƏBİ: Müəllimlər ETİRAZA QALXDI... - İTTİHAM VAR...
  • Bu gün, 11:44
    ADSEA 41 milyon manatı Sumqayıtda hara xərcləyib? - Şəhər su altındadır - FOTO - VİDEO
  • Bu gün, 11:14
    Mədəniyyət naziri Rasim Balayevin vida mərasiminə qatılmadı - Səfərdədir, yoxsa istirahətdə?
  • Bu gün, 10:37
    Şeflik iddiası: Musa Abbasov da bu istəklə hərəkətə keçib İDDİA
  • Bu gün, 09:37
    İlham Əliyevin sosial şəbəkə hesablarında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edilib
  • Bu gün, 09:17
    Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə