• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

 Ya Həsən keçəl... ya da Keçəl Həsən..: NƏ FƏRQİ? - İlham Rəhimovun əl-üzünü NİYƏ YUYURLAR Kİ?

Gündəm / Cəmiyyət

30-08-2025, 11:11

 Ya Həsən keçəl... ya da Keçəl Həsən..: NƏ FƏRQİ? - İlham Rəhimovun əl-üzünü NİYƏ YUYURLAR Kİ?

Rusiya ilə Azərbaycan arasında gərginlik və bu gərginliyin nədənləri hər kəsə aydındır. Hər kəsə aydın olanı isə həm də odur ki, bu münsaibət gərginliyi fonunda hər bir Azərbaycan vətəndaşı öz dövlətinin və millətinin maraqlarının yanında olmalı, müdafiəçisinə çevrilməlidir.

Elə bu baxımdan hazırda Rusiyada yaşayan yüzlərlə azərbaycanlı iş adamına Kremlin xüsusi xidmət orqanları tərəfindən cidd8i basqıların edildiyi də faktdır. Yəni onlara sərvət qazandıqları Rusiya ilə qanları ilə, canları ilə bağlı olduqları Azərbaycan arasında seçim etmək təklifi edilir. Belə şəraitdə ölkəmizə qarşı hansı təhlükələrin ola biləcəyini təxmin etdikdə durumun daha da kritikliyi göz önündə canlanır.

Yəni mümkündür ki, hansısa soydaşımız bu baqsılara rəğmən Azərbaycan əleyhinə fəaliyyətə cəlb olunsun. Belə olan halda əlində pul olan birilərinin dövlətimizə qarşı İŞ DÜŞMƏN kimi fəaliyyəti çox ciddi bir təhlükə mahiyyətini daşıyır. Odur ki, bu məsələdə soydaşlarımız təmkinli olmalı olduğu kimi, dövlətimiz də tədbirli olmaq zorundadır.

Yəni yuxarıda təsvir etdiyimiz məqamlardan da aydın olur ki, durum yetərincə gərgin notlarla müşaiyət olunur və bu müstəvidə "DİA-AZ" olaraq diqqətimizi bir mövqe də cəlb edir. Söhbət mərbuatımızda ALİM kimi nişan verilən (amma hansısa elmi fəaliyyəti barədə kimsə bilgili deyil -red.) və PUTİNİN DOSTU olaraq tanıdığımız milyarder İlham Rəhimovdan gedir.

Bu vaxta qədər də "DİA-AZ" olaraq bu adamdan yazmışdıq və onun Putinlə dostluğunun yalnız və yalnız özünün şəxsi biznes maraqlarına yaradığını xüsusi olaraq vurğulamışdıq və bu iddialarımızda da sonradan HAQLI olduğumuz dəfələrlə təsdiqləndi. Yəni Ermənistanda da PUTİNİN DOSTU var və bu statusu daşıyan Ermənistanın keçmiş prezidenti Robert Köçəryan İlham Rəhimovdan fərqli olaraq Rusiya prezidenti ilə yaxınlığını şəxsi maraqlarından daha çox, dövlətinin maraqları naminə xərcləməkdədir.

Bizimki isə bəllidir. Və bu gün kimi aydın müstvəidə bir paraları nədənsə israrla İlham Rəhimovun kirli reputasiyasını yumağa çalışırlar. KİRLİ REPUTASİYA dedikdə bu barədə də "DİA-AZ" olaraq dəfələrlə bilgilər vermişik. Məsələn faktdır ki, İlham rəhimov dünənə qədər Putinlə dostluğundan istifadə edərək Rusiyada yaşayan azərbaycanlı iş adamlarını özünə biət etdirib. Yəni onun qılıncının altından keçməyənlər sıradan çıxarılıb. Necə ki AST Telman və digərləri kimi...

Bu bir yana... Rusiya ilə gərgin münasibətlər fonunda İlham Rəhimov nəinki tükünü belə tərpətmədi, boş-boş işlərlə məşğul olması ilə də diqqətə gəldi. Məsələn, özünə yandaş mediada təbliğat qurdurdu ki, guya hazırda Rusiyada həbsdə saxlanılan Azərbaycan diasporasının nüfuzlu simalarından olan Şahin Şıxlinskini ilk dəfə həbsdən o qurtarıb. Əgər belə idisə, niyə Şahin Şıxlinski hazırda həbsdədir? Yəni HƏBSDƏN QURTARMAQ o deməkdir ki, adam ümumuyyətlə, həbs olunmur və adamı bir neçə günlük evə buraxıb təkrar yenə həbs edirlərsə, bu faktın üzərində də İlham Rəhimov boyda PUTİNİN DOSTUNA ucuz təbliğat qurmağa çalışırlarsa,Ş deməli, kifayət qədər əliyalındırlar və qorxduqları NƏSƏ var...

Əslində qorxduqları NƏSƏ hər kəsə bəllidir. Yəni "İlham Rəhimov bu gərginlik fonunda kimin yanındadır" sualına İlham rəhimovun özünün verdiyi cavab artıq aydın olur, yəni bəlli olur ki, bu cavab heç də bizdən yana deyil... Əgər belə olsaydı, digərləri kimi İlham rəhimovun da BİZNESİ təhlükə altına düşərdi...

İndi deyəcəksiniz ki, əşi, kişidən nə istəyirsiniz... düşdü də...
HANSI BİZNES?

AŞAĞIDAKI XƏBƏRİ DEYİRSİNİZ?

***

"Rusiyada azərbaycanlılara, xüsusilə də azərbaycanlı iş adamlarına qarşı təzyiqlər deyəsən, Vladimir Putinin dostu kimi tanınan İlham Rəhimova da çatıb.

Məlum olduğu kimi, bəzilərinin “Putin İlham” da adlandırdığı “oliqarx-professor” Rəhimovun Rusiyada dəyəri milyardlarla ölçülən biznesinin olduğu bildirilir.

Rusiya RBK-sının yazdığına görə, Rusiyanın Şeremetyevo hava limanındakı ən böyük rüsumsuz mağazalar operatoruna aid “Duty free” obyektləri azərbaycanlı iş adamı Araz Mehdiyevdən alınıb. Avqustun 25-dən etibarən bu mağazalar Vitali Bavin adlı şəxsin adına keçib.

A.Mehdiyev haqqında rəsmi mənbələrdə çox az məlumat var. O, Rusiyanın ən böyük kirayəçisi olan “Kiyevski Ploşad” qrupunun bir sıra layihələrində keçmiş tərəfdaş kimi qeyd olunub. Ən əsası isə A.Mehdiyev İlham Rəhimovun kürəkənidir. Bunu Rəhimovun özü də müsahibələrinin birində təsdiqləyib və qeyd edib ki, biznesinin böyük hissəsini ona dövr edib.

Belə olan halda, Şeremetyevodakı mağazaların A.Mehdiyevin deyil, İ.Rəhimovun əlindən çıxdığı qənaəti yaranır. Mağazaların Bavin adlı şəxsə ötürülməsinin formal xarakterli gediş olduğu, yoxsa həqiqətən Rəhimovdan alındığı sualı isə açıq qalır".

****

Dəyərli oxucular... Siz ki uşaq deyilsiniz... Özünüz də açıq şəkildə sezdiniz ki, mətbuatda bu xəbəri dövriyyəyə buraxanlar yenə də ƏL-ÜZ YUMAQLA məşğuldurlar... Bəli, hər halda, İlham Rəhimovun biznesi bir meyvə köşkündən ibarət deyil. Həm də... İlham Rəhimov bütün biznesində BİLDİYİMİZ kimi Rusiya prezidenti Vladimir Putinlə ortaqdır və əgər həqiqətən də hansısa Bavin adlı şəxs Araz Mehdiyevi hansısa meyvə-tərəvəz "otdel"inin başında əvəzləyibsə, BU YALNIZ GÖZƏ KÜL ÜFÜRMƏK ÜÇÜN ola bilər.

İlham Rəhimov hələ də PUTİNİN DOSTUDUR, Azərbaycanın yox... İnanmayanlar bunu onun özündən soruşa bilərlər... Yəni sual edə bilərlər ki, SEÇMƏLİ olarsa, hansı yanda dayanacaq...

P.S, Hə, lütfən... "Ay İlham Rəhimov Tovuzda uşaq bağçası tikib, yol çəkib, neçə nəfərə maaş verir" kimi nağılları da sırımayın... Göyçaylı yetim Fərhad Əhmədov öz rayonu üçün ondan qat-qat artığını edib, bu gün nəinki Rusiyada, Azərbaycanın özündə belə biznesi təqib altındadır... Və yaxud da "Palmali Mübariz" öz rayonu üçün azmı etmişdi onu "güllənin qabağına" verdiniz? Yəni bunlar arqument deyil və dediyimiz sualı İlham Rəhimova mütləq verin ki, ürəyiniz yerinə gəlsin...

P.P.S. Biznesin əlindən alınmasına gəlincə isə... bir daha qeyd edirik: Ya bu biznes Putində oldu, ya da İlham Rəhimovda nə fərqi? Ortaq deyillərmi? Ya keçəl Həsən... ya da Həsən Keçəl..: NƏ FƏRQİ VAR Kİ?..(DİA-AZ)

Oxunub: 1 406
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Cəmiyyət

4-07-2025, 17:38

Kremlin Bakıya media diversiyası: İlham Rəhimovun təbliğatının gizli məqamları - uğursuz cəhdin tarixçəsi...

Gündəm / Araşdırma

30-06-2025, 19:48

Rusiyanın növbəti hədəfi Odessadır

Hadisə

19-05-2025, 11:37

Rusiya ordusunun azərbaycanlı zabiti həlak oldu

Gündəm / Araşdırma

9-04-2025, 14:26

 İlham Rəhimovun Rusiyadakı soydaşlarımıza xeyri yoxdur: ZİYANI VAR... - MÜRACİƏT

Gündəm / Cəmiyyət

3-04-2025, 11:54

İlham Rəhimov Rusiyanı nüfuzlu azərbaycanlılardan BELƏ TƏMİZLƏDİ... - İLGİNC FAKTLAR...

Gündəm / Cəmiyyət

10-03-2025, 18:38

Putinin dostu azərbaycanlı iş adamlarını NECƏ SIRADAN ÇIXARIB... - İLGİNC FAKTLAR...

Gündəm / Siyasət

7-10-2024, 17:10

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyada səfərdədir

Gündəm / Araşdırma

4-10-2024, 11:46

Meşə ərazisini zibilxanaya döndəriblər... - FOTOFAKT

Gündəm / Siyasət

6-09-2024, 16:20

“Rusiya-Ukrayna münaqişəsinin həllində iştiraka hazırıq”

Gündəm / Siyasət

27-08-2024, 18:52

“Ermənistanla Azərbaycan arasında gərginlik artır, Putin...” - Rusiyadan mesaj

Gündəm / Siyasət

17-04-2024, 11:12

Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət

Gündəm / Cəmiyyət

13-01-2024, 18:15

Azərbaycanda şirkət sahibi türk iş adamına “badalaq gəlir”- FOTO/FAKTLAR

Gündəm / Araşdırma

15-11-2023, 19:43

Voronejdə polisin azərbaycanlıların məclisinə basqınının pərdəarxası məqamları - ARAŞDIRMA

Araşdırma

12-05-2023, 09:25

«Koroğlu» MMC-dəkilərin KEÇƏL HƏMZƏLİYİ - İTTİHAM VAR!

Hadisə

6-05-2023, 00:45

DTX ermənilərin Azərbaycanda planlaşdırdığı təxribatı və onun iştirakçılarını ifşa etdi - VİDEO

Araşdırma
AzTU-dan yarım milyonluq TENDER: Şam yeməkləri, qala gecələri və avia biletlər... - TƏFƏRRÜAT
Bu il işdən çıxarılan və yüksək vəzifəyə təyin olunan məmurlar - SİYAHI
İcra başçısının müavini işdən çıxdı - ƏMR
Salyanda “üstü bəzək, altı təzək“ olan körpü - VİDEO
“Mərcan” broyler qaynalıdıqdan sonra….-Video
İlk işi Saleh Məmmədovun qudasını işdən çıxarmaq oldu - Foto
Hadisə
Bu gün, 09:30
Şərurda avtomobil "TIR"la toqquşub, xəsarət alanlar var
8-02-2026, 11:01
Narkotik çəkib maşın sürürdü - Həbs edildi
6-02-2026, 10:46
Bakıda ŞOK: İdrak Liseyində şagird müəllimi GÜLLƏLƏDİ
5-02-2026, 14:15
Azərbaycanda 7 yaşlı uşaq bıçaqlandı - DƏHŞƏT
4-02-2026, 14:42
10-cu sinif şagirdi məktəbin pəncərəsindən yıxıldı
4-02-2026, 14:20
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb
Son xəbərlər
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Bu gün, 09:30
    Şərurda avtomobil "TIR"la toqquşub, xəsarət alanlar var
  • Bu gün, 09:00
    Saqqız udmaq təhlükəlidirmi?
  • Bu gün, 08:30
    “Müharibə yaya qədər başa çata bilər”
  • Dünən, 18:32
    Deputatın oğlu ilə 14 min manatlıq icarə müqaviləsi
  • Dünən, 18:06
    Rektor Yusif Yusibova qarşı ağır ittihamlar - İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları
  • Dünən, 17:41
    AzTU-dan yarım milyonluq TENDER: Şam yeməkləri, qala gecələri və avia biletlər... - TƏFƏRRÜAT
  • Dünən, 17:12
    Bu il işdən çıxarılan və yüksək vəzifəyə təyin olunan məmurlar - SİYAHI
  • Dünən, 16:54
    “Sizin liderliyiniz Cənubi Qafqaz regionunda sülhə mühüm töhfələr vermişdir”
  • Dünən, 16:26
    "İmzamı saxtalaşdırıb, 36 min yüklədilər... MƏHKƏMƏ GÖZ YUMDU" - BU NƏDİ BELƏ?..
  • Dünən, 15:58
    İcra başçısının müavini işdən çıxdı - ƏMR
  • Dünən, 15:19
    Tahir Budaqovun “qəza enişi” və MSK sədrliyi uğrunda gedən mübarizə…
  • Dünən, 14:16
    Direktorsuz məktəblər- Emin Əmrullayevin bəlli olmayan yol xəritəsi...
  • Dünən, 13:56
    Turizm Agentliyinin 600 min manata gətirdiyi blogerləri neynirik?
  • Dünən, 13:20
    İlham Əliyev: Müsəlman, o cümlədən ərəb ölkələri ilə əlaqələr xarici siyasətdə prioritet istiqamətlərdəndir
  • Dünən, 13:01
    Salyanda “üstü bəzək, altı təzək“ olan körpü - VİDEO
  • Dünən, 12:18
    MASALLIDA MƏMURLAR SAHİBKARA MANE OLURLAR
  • Dünən, 11:22
    Aqrar Sığorta Fondunun fiziki şəxs Mətanət Əliyeva ilə bağladığı müqavilədə nə kimi şübhəli məqamlar var
  • Dünən, 10:47
    Mustafa Tayat ölkədən bu qədər valyuta çıxarıb
  • Dünən, 10:09
    İXTİSAS YOX, İDDİA VAR: EKOLOGİYA NAZİRLİYİNDƏ MÜMKÜN QANUN POZUNTUSU
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə