• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Ofis sahələrinin icarəsindən kim daha çox qazanır, fiziki şəxs Rasim Rzayev, yoxsa…

Gündəm / Cəmiyyət

21-10-2025, 12:09

Ofis sahələrinin icarəsindən kim daha çox qazanır, fiziki şəxs Rasim Rzayev, yoxsa…

“Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsi “Ofis sahəsinin icarəsi” xidmətinin satınalınması üzrə 02.10.2025-ci ildə başlanılmış 120562 nömrəli açıq tender müsabiqəsində fiziki şəxs Rzayev Rasim Səlim oğlu (VÖEN-1403312202) qalib elan olunmuş və 550 755,00 AZN dəyərində satınalma müqaviləsinin bağlanılması nəzərdə tutulur. Məlumat satınalmaların portalında 16.10.2025-ci ildə dərc edilib.


Satınalmaların portalı üzərindən apardığımız araşdırma zamanı məlum oldu ki, Kino Agentliyi 550 min manatı 824 kvadrat metrlik ofis sahəsini 15 ay icarəyə götürmək üçün ödəyəcək. Göründüyü kimi hər ay Agentlik fiziki şəxs Rzayev Rasim Səlim oğluna 36 717 manat ödəyəcək. Belə çıxır ki, bir kvadrat metrlik ofis sahəsinin icarəsi Agentliyə 45 manata başa gələcək. Tenderin ehtimal qiyməti 767.782,50 manat təşkil edib.


Qeyd edək ki, Kino Agentliyi ofis sahəsini hansı ünvanda götürdüyüni açıqlamasa da fiziki şəxs Rzayev Rasim Səlim oğlunun bağladığı digər satınalmalarda bu özünü göstərir.


Məsələn “Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyəti Mərkəzi ofisin icarəsi (Azərbaycan, Bakı – AZ1025, Yeryomenko küç., 73) üzrə 07.07.2025-ci ildə fiziki şəxs Rzayev Rasim Səlim oğlu ilə 268.200 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Bu müqavilə birmənbədən satınalma olduğuna görə ofisin icarəsinin neçə aylığına götürüldüyü və neçə kvadrat metr sahə təşkil etdiyi bəlli olmur.


Mədəniyyət Nazirliyinə tabeli “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti də fiziki şəxs Rzayev Rasim Səlim oğlundan ofis icarəyə götürüb. Bakı şəhəri, Xətai rayonu , Yeryomenko küçəsi 73 ünvanında yerləşən ofis sahəsinin istifadəsi xidmətinin satın alınması üzrə “Əsaslı Tikinti və Təchizat” MMC 21.01.2025-ci ildə Rasim Rzayevlə 455.940 manat dəyərində satınalma müqaviləsi bağlayıb. Bu müqavilə də birmənbədən satınalma olduğuna görə ofisin icarəsinin neçə aylığına götürüldüyü və neçə kvadrat metr sahə təşkil etdiyi bəlli olmur.


Bundan əlavə Mədəniyyət Nazirliyinə tabeli “Əsaslı Tikinti və Təchizat” MMC “Mədəniyyət və yaradıcı sənayelərin inkişafı sahəsində rəqabətə davamlı təlimlərin təşkili və bazar iştirakçılarının fəaliyyətinin dəstəklənməsi üçün müasir rəqəmsal istehsalat bazasının yaradılması ilə bağlı Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi, 73 ünvanında yerləşən məkandan 8 (səkkiz) ay müddətinə istifadəsi xidmətlərinin satın alınması üzrə fiziki şəxs Rzayev Rasim Səlim oğlu ilə 827.201 manat dəyərində satınalma müqaviləsini isə 24.05.2024-cü ildə bağlayıb. Belə çıxır ki, “Əsaslı Tikinti və Təchizat” MMC 8 ay müddətinə məkandan istifadəyə ayda 103 min manat ödəyib.


Göründüyü kimi “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti 2024-cü ilin may ayından 2025-ci ilin yanvar ayına, yəni səkkiz ay ərzində fiziki şəxs Rzayev Rasim Səlim oğlu ilə ümumi dəyəri 1 283 141 manat dəyərində iki satınalma müqaviləsi bağlayıb. Hər iki müqavilə birmənbədən satınalma olduğuna görə ofisin icarəsinin neçə aylığına götürüldüyü və neçə kvadrat metr sahə təşkil etdiyi bəlli olmur. Burada kimin, Rasim Rzayevin, yoxsa Mədəniyyət Nazirliyinin rəsmilərinin daha çox qazanc əldə etdiyi də bəlli olmur.


Bəs dövlət qurumlarına ofis icarəyə verən fiziki şəxs Rzayev Rasim Səlim oğlu kimdir və haqqında açıq mənbələrdə nə kimi məlumatlar var?


Dövlət Vergi Xidmətinin reyestr məlumatları üzərindən apardığımız araşdırmada məlum oldu ki, fiziki şəxs Rzayev Rasim Səlim oğlu (VÖEN-1403312202) Bakı şəhəri, Nəsimi rayonu, Nəcəfbəy Vəzirov, ev10, mənzil 52 ünvanında daimi qeydiyyatdadır. Vergi Xidmətinin məlumatlarında fiziki şəxs Rzayev Rasim Səlim oğlu vergi öhdəlikləri üzrə 2021- 2024-cü illərdə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir.


Qeyd edək ki, Şamaxı rayon İcra Hakimiyyətinin rəsmi portalında “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmanın icrasının təmin edilməsi məqsədilə Şamaxı rayonu üzrə istismarına icazə verilmiş qeyri-yaşayış obyektləri barədə məlumatında Şamaxı rayonu, Meysəri kəndində Rzayev Rasim Səlim oğluna qeyri-yaşayış obyektinin istismarına icazə verildiyi bildirilir.


Fiziki şəxs Rzayev Rasim Səlim oğlunun icarəyə verdiyi ofis sahələrinə gəlincə. Dövlət qurumlarının icarəyə ofiz götürdüyü ünvanda Xətai rayonu, Yeryomenko küçəsi, 73 ünvanında “Simurq plaza” yerləşir. Mediada yer alan məlumatlara görə Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan bir çox tədbirlər məhz bu ünvanda keçirilir.


Mədəniyyət Nazirliyinə tabeli qurumların ofis sahəsinin icarəsi üzrə birmənbədən satınalma metodu ilə bağladığı müqavilələr isə ciddi yoxlama mövzusudu. Milyonlarla manat dövlət vəsitlərinin neçə aylığına, və neçə kvadrat metr ofis sahəsinin götürülməsinə ayrıldığı bəlli olmadığından şübhələnməli məqamlar çoxdu.


Aktualinfo.net

Oxunub: 1 332
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Cəmiyyət

25-08-2025, 18:41

“Bakı Baş Səhiyyə Mərkəzi”də pul silmə əməliyyatı: İcarə adı altında milyonlarla…..

Gündəm / Cəmiyyət

29-07-2025, 09:38

DMA 2 milyona anbar icarəyə götürür: Bir ildə eyni şirkətlə iki dəfə anlaşma

Gündəm / Cəmiyyət

3-07-2025, 08:43

Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

Gündəm / Cəmiyyət

13-06-2025, 18:20

FHN-in Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsində milyonların oyunu gedir

Gündəm / Cəmiyyət

30-05-2025, 18:30

Sadiq Əliyev 133 min manatlıq müsabiqədə bu xanımı qalıb etdi -Görün kimdir

Gündəm / Cəmiyyət

21-05-2025, 15:43

Memarlıq və İnşaat Universitetində satınalmaların formal keçirldiyini Gülçöhrə Məmmədova inkar edə bilərmi -İLGİNC FAKTLAR

Gündəm / Cəmiyyət

19-05-2025, 14:46

Mingəçevir şəhər Yaşıllaşdırma İdarəsinə “gül satan qız” əslində kimdi

Gündəm / Araşdırma

2-04-2025, 16:21

Tovuzda ən çox tender udan MMC-lərin Yaşar İbrahimovla nə kimi bağlılığı var

Gündəm / Cəmiyyət

12-03-2025, 15:41

Cavid Abdullayevin 100 minlik tender oyunu

Gündəm / Cəmiyyət

17-10-2024, 14:53

Deputatın təsis etdiyi şirkət bu il dövlət qurumlarına 110 milyon manatlıq dərmant satıb - AY MAŞALLAH...

Gündəm / Araşdırma

11-09-2024, 17:48

DOST-un qəribə TENDER DOSTU: “Avtomotoservis” ASC... - Maşın yox... 2 milyona ofis icarəyə götürüb

Gündəm / Araşdırma

4-09-2024, 16:59

Nazirlik 2,8 milyona bu şəxsdən daha bir ofis icarəyə götürür

Gündəm / Mədəniyyət

2-04-2024, 16:38

Mədəniyyət Nazirliyi dəstək üçün “Baku Media Mərkəzi”nə 1,3 milyon ayırdı - DETALLAR

Gündəm / Araşdırma

12-02-2024, 17:57

DÖVLƏT QURUMUNUN BAHALI İCARƏSİ... - “VTEK”-in 320 minə icarəyə götürdüyü bina kimindir?

Gündəm / Cəmiyyət

25-01-2024, 19:57

Agentlik bu şəxsdən 3,3 milyona hazır yeməklər alacaq - DETALLAR

Araşdırma
Ağsuda sosial yardım qalmaqalı - NARAZILIQ VAR...
Abdin Fərzəliyev “Buxar” restoranında terras açılmasına hansı şərtlərlə icazə verib?
Salyan rayonu Çadırlı kənd ümumi orta məktəbində ŞOK DETALLAR!!!
“Azəraqrar”da qalmaqallı təyinat - Haqqında cinayət işi açılan vəzifəyə gətirildi
172 nömrəli məktəbdə narazılıq - DİREKTOR TAPILMIR
Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib
Hadisə
30-04-2026, 15:58
Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı
26-04-2026, 16:00
Bakıda güclü külək əsəcək, rayonlarda yağış yağacaq
26-04-2026, 15:30
Xocalı rayonu sakini minaya düşüb, ayağından xəsarət alıb
26-04-2026, 15:00
İran ABŞ ilə danışıqların bərpası üçün şərtlərini açıqlayıb
26-04-2026, 14:00
Salyanda ağır qəza: Ölən var
26-04-2026, 10:00
İmtahan günüdür
Son xəbərlər
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Dünən, 16:00
    Ağsuda sosial yardım qalmaqalı - NARAZILIQ VAR...
  • Dünən, 14:55
    Abdin Fərzəliyev “Buxar” restoranında terras açılmasına hansı şərtlərlə icazə verib?
  • Dünən, 14:34
    Salyan rayonu Çadırlı kənd ümumi orta məktəbində ŞOK DETALLAR!!!
  • Dünən, 12:57
    Biləsuvarın bu ərazilərində işıq yoxdur
  • Dünən, 12:14
    Samuxda "Ərik Festivalı" Bəhanəsi: Məktəblərdə Qanunsuz Pul Yığımı İddiası
  • Dünən, 11:32
    Saleh Məmmədov onları pulsuz qoyub - "Bakı"nın üç legioneri ölkəni tərk etdi
  • Dünən, 10:58
    Xəzərdə zəlzələ olub
  • Dünən, 10:25
    Aqibət Məmmədovun şirkəti bu dəfə 24,9 milyonluq tenderin qalibi oldu
  • Dünən, 09:52
    AHİK-in “Kurort”unda yoxlama başlanıb?- sertfikasiyasız həkim iddiaları...
  • Dünən, 09:20
    Ziya Hacıyevin rəhbəri olduğu “Yeni Ailə” MTK məhkəmə qərarını icra etmir…
  • 1-05-2026, 18:15
    “Avropanın aviaşirkətləri müflis ola bilər”
  • 1-05-2026, 17:33
    Texnologiya Universitetinin Qida Mühəndisliyi fakültəsi Kefdə-Damaqda "Şərab məclisi "ARAQ" içildi kimdir günahkar?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə