• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Onkologiya sahəsini monopoliyaya alan deputata bağlı şirkət: 11 ayda 103 milyon pul...

Gündəm / Cəmiyyət

29-11-2025, 10:48

Onkologiya sahəsini monopoliyaya alan deputata bağlı şirkət: 11 ayda 103 milyon pul...

Azərbaycanda millət vəkillərinə bizneslə məşğul olmaq qadağan olsa da, reallıqda vəziyyət başqadır. Onların bəziləri biznesini yaxınlarının, ailə üzvlərinin adına keçirsələr də, bəziləri elə öz adı ilə şirkətlər açır, heç nə olmamış kimi öz imperiyalarını idarə edirlər.

Biznesmen deputatlardan biri də 9 saylı Binəqədi seçki dairəsindən V, VI, VII çağırış deputat seçilən Kamaləddin Qafarovdur. Bu deputat bir neçə şirkətdən ibarət böyük biznes imperiyasına, zəncinvari apteklər şəbəkəsinə rəhbərlik edir.

Bu şirkətlərdən biri də "Azəri Med” Qapalı Səhmdar Cəmiyyətidir. Sözügedən şirkət dövlət tenderlərindən 2025-ci ilin 11 ayı içərisində ümumilikdə nə az, nə çox – 103 milyon manatlıq tender udub. Bu tenderlər dövlətin müxtəlif qurumlarının keçirdiyi tenderlər olsa da, nə hikmətdirsə, dərman preparatları tenderlərinin, demək olar ki, hamısını Kamaləddin Qafarovun şirkəti qazanıb. Hələ də 1 ayını yaşamadığımız 2025-ci ilin 11 ayı ərzində 103 milyon manatlıq tenderi 1 şirkətin qazanması haqlı suallar doğurur və bu suallardan biri də əksər qurumların eyni şirkətlə çalışmasıdır.

Bu tenderlər arasında maraqlı bir nüans isə davam edən noyabr ayında 2 gün içində "Azeri Med” 2 tender qazanıb. Noyabr ayının 19-u 1.183.585,91 manatlıq (1 milyon 183 min 585 manat 91 qəpik) Akademik M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin "Maşın və avadanlıqların satın alınması – Tibbi cihazlar və alətlər” tenderini "Azeri Med” qazanıb. Bundan iki gün sonra, yəni noyabrın 21-i (4 gün öncə) Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının keçirdiyi 129.941,54 (129 min 941 manat 54 qəpik) manatlıq tenderi də eynilə "Azeri Med” qazanıb.

Cəmi 2 gün ərzində "AzeriMed” milyon yarımlıq tender qazanıb. Azərbaycan kimi kiçik bir ölkədə sadəcə 1 şirkət 2 günə milyon yarımlıq tenderi qazanırsa, bu o deməkdir ki, burada şəffaflıq sual altındadır və bu qurumların keçirdiyi tenderlər formal xarakter daşıyır.

Kamaləddin Qafarovun şirkətinin qazandığı ən "yağlı” tenderlərdən biri adaşı Kamalləddin Heydərovun rəhbərlik etdiyi Fövqəladə Hallar Nazirliyinə məxsusdur. Belə ki,

adı çəkilən nazirliyin Tibb Xidməti İdarəsinin 922.274,16 manatlıq tenderinin qalibi də tanış isimdir: "Azəri Med” QSC.

Yaxud bir müddət öncə Hesablama Palatasının fəaliyyətində ciddi nöqsanlar aşkarladığı və barəsində cinayət işinin açılması üçün toplanan materiallar Baş Prokurorluğa göndərilən "İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsi ilə "Azəri Med” arasında bağlanmış tender müqavilələrində sıfırların sayı itib. 11 ay içində "Azəri Med” Mərkəzin elan etdiyi toplam 61 milyon 150 milyon manat məbləğində tenderlərin qalibi olub:

– Orqan transplantasiyaları üçün nəzərdə tutulmuş sərfiyyat malları və ləvazimatların satın alınması. Orqan transplantasiyaları üçün nəzərdə tutulmuş sərfiyyat malları və ləvazimatların satın alınması. – 111.868,13 AZN

– Tibb müəssisələri üçün endovaskulyar anevrizma və transkateter aorta implantasiyası üzrə sərfiyyat malları və ləvazimatların satın alınması – 4.886.380 AZN

– Klinik biokimya, hormon, seroloji, immunoloji və digər adda müayinələrinin istifadəsi üçün nəzərdə tutulmuş laboratoriya testlərinin satın alınması (12 tibb müəssisəsi üzrə) – 21.500.080,26 AZN

– Klinik biokimya, hormon, seroloji, immunoloji və digər adda müayinələrinin istifadəsi üçün nəzərdə tutulmuş laboratoriya testlərinin satın alınması (5 tibb müəssisəsi üzrə) – 8.496.116,36 AZN

– Klinik biokimya, hormon, seroloji, immunoloji və digər adda müayinələrinin istifadəsi üçün nəzərdə tutulmuş laboratoriya testlərinin satın alınması (5 tibb mərkəzi üzrə) – 14.759.980,44 AZN

– Tibb müəssisəsində istifadə üçün nəzərdə tutulmuş tibbi avadanlıq, cihaz və tibbi inventarların satın alınması – 755.418,23 AZN

– Yeni Klinika tibb müəssisəsində istifadə üçün nəzərdə tutulmuş laboratoriya testləri”nin satın alınması – 10.640.098,35 AZN

Qeyd edək ki, Hesablama Palatası tərəfindən "İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsdə aparılan kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticəsi olaraq yol verilmiş nöqsanlar səbəbindən artıq ödənilmiş 2,2 mln. manat məbləğində vəsait dövlət büdcəsinə bərpa edilib, İTS və TƏBİB tərəfindən Mərkəzlə müqayisədə daha yüksək qiymətlərin tətbiq olunduğu hallar üzrə həmin qurumlara məlumatlar göndərilib. Tibbi avadanlıqların satınalınması zamanı ehtimal olunan qiymətin yüksək müəyyənləşdirilməsi halları, eləcə də audit sübutlarının toplanmasında yaranan məhdudiyyətlər və cinayət tərkibinin əlamətlərinin olma ehtimalı nəzərə alınaraq auditin nəticələri barədə müvafiq materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

"Tender çempionu” "Azəri Med”ə gəlincə, 2025-ci ildə tender qazanma "uğurları” Bakıdan kənara, Naxçıvana qədər uzanır. Tək Bakıdakı dövlət qurumlarının tenderlərini caynağına almaqdan gözü doymayan şirkətin tender qalibiyyətləri Naxçıvan Muxtar Respublikasına qədər uzanır. Maraqlıdır ki, Naxçıvanda 2025-ci ildə cəmi 5 dərman preparatı tenderi keçirilib və bu tenderlərin hamısını "Azeri Med” qazanıb.

Qazandığı tenderlərlə bütün Azərbaycanı əhatə edən "Azeri Med”in son 11 ayda qazandığı 103 milyon manatlıq tender imperiyası hər il bu qədər tender qazanarsa, K. Qafarov yaxın illər ərzində dünyanın milyonçuları sırasına tezliklə girə bilər.

Ümid edirik, aidiyyəti qurumlar bu şirkəti və bu şirkətə dayanmadan tender verən qurumları nəzarət altına alaraq bir-bir incələyəcək.

Yazıda adı keçən şəxs və qurumların mövqeyini yayımlamağa hazırıq.

Mənbə: yenicag.az

Oxunub: 1 480
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Araşdırma

22-04-2025, 11:40

Heydərovun “kantoru” ÖZÜ SATIR... ÖZÜ DƏ ALIR... – Bəs “Azəri Biznes” MMC nə edir?

Gündəm / Cəmiyyət

9-04-2025, 11:12

Ötən il 67 milyon manatlıq tender qazanan Kəmaləddin Qafarovun “Azəri Med” şirkəti ilə yenidən müqavilə bağlandı

Gündəm / Cəmiyyət

18-02-2025, 10:51

179 min manatlıq tenderi nazir müavininin qardaşı udub? - SƏNƏDLƏR

Gündəm / Araşdırma

31-01-2025, 16:37

Deputat Kamaləddin Qafarovun şirkətinin Naxçıvanda 1.7 milyonluq tender oyunu

Gündəm / Cəmiyyət

17-01-2025, 10:16

Bir ildə 67 milyonluq tender udan “lal” deputat - ARAŞDIRMA

Cəmiyyət

19-08-2024, 12:59

Kəmaləddin Qafarov seçicilərlə görüşmür –onun mandatı dərman monopoliyasından çıxır…

Gündəm / Cəmiyyət

13-08-2024, 15:57

Kəmaləddin Qafarov YAP-ın “qanayan yarası” kimi...

Gündəm / Cəmiyyət

12-08-2024, 14:48

Keçən dəfə Azay Quliyevlə... İndi də Kəmaləddin Qafarovla... - SEÇKİ BAZARLIĞI?

Gündəm / Araşdırma

17-07-2024, 14:47

YAP namizədlərinin siyahısını açıqladı - Tam siyahı

Gündəm / Araşdırma

4-06-2024, 09:26

Özü olub adı olmayan fövqəladə sığorta şirkəti... - FAKT BUDUR!

Gündəm / Araşdırma

5-01-2024, 16:33

Nazir ola bilməsi üçün dəridən-qabıqdan çıxan deputat... - BU İL ALINACAQMI?

Gündəm / Cəmiyyət

17-08-2023, 18:17

Üç naziri yola salan səhiyyə sistemimizin dəyişilməyən təchizatçısı – “ARAŞ”-ın qüdrətinin sirri

Gündəm / Siyasət

15-08-2023, 14:44

İlham Əliyev “Diamed” dərman istehsalı zavodunun açılışında - FOTOLAR

Gündəm / Cəmiyyət

15-07-2023, 10:24

Qara bəxtli “Yasmin”, indi də, qara hasarda – ÜZÜNTÜLÜ GÖRÜNTÜLƏR

Gündəm / Cəmiyyət

6-06-2023, 09:21

Ağalar Vəliyev GÖZÜQARADIRMI? - Onu CƏZALANDIRAN OLACAQMI?

Araşdırma
“Amal” şoru, pendiri gecələr istehsal olunur? – Məhsullar quru süddən hazırlanır?
QAYNANASININ EVINDƏN OGURLUQ EDƏN BƏLƏDİYYƏ SƏDRİ!
Dövlətin milyonlarını görün, kimə HƏVALƏ EDİRLƏR... - Qanun hərləyən kimdir ki...
Günay Ağamalıya atasından qalan bu biznes şok etdi - VİDEO
165 ailədən Kəmaləddin Heydərova MÜRACİƏT - "Çıxarış yoxdur deyə..."
Cənab Nəsirli də YAMAQÇILIQLA məşğuldur... - FOTOFAKT
Hadisə
2-06-2026, 18:00
Qayınata gəlinindəki kartı almaq üçün evə çağırıbmış…
2-06-2026, 15:30
Bakıda toyda DƏHŞƏT: - əmisi qızı ilə oynayıb qardaşını bıçaqladı
31-05-2026, 15:00
Bərdədə ağır yol qəzasında 10 nəfər yaralanıb
31-05-2026, 13:00
Türkiyədə tüfəngi ilə ilanı öldürmək istəyən kişi beş nəfəri yaralayıb
31-05-2026, 12:00
Goranboyda iki maşın toqquşdu - Yaralılar var
31-05-2026, 10:00
Türkiyədə avtobus yanıb kül oldu - 8 ölü, 33 yaralı
Son xəbərlər
  • 3-06-2026, 10:40
    Yaqub Məğrur: "Məğrurnamə" şeiri
  • 21-05-2026, 14:00
    BİLDİRİŞ
  • 20-05-2026, 13:50
    ALLAH RƏHMƏT ELƏSİN!
  • 13-05-2026, 17:54
    YAQUB MƏĞRUR "MİLLƏTİM"
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Dünən, 18:16
    “Amal” şoru, pendiri gecələr istehsal olunur? – Məhsullar quru süddən hazırlanır?
  • Dünən, 16:08
    ADRA avtomobil alır, yoxsa vaqon? - 255 minlik tenderdə təsnifat kodu belə səhvdir...
  • Dünən, 14:08
    Joze Mourinyo Türkiyəni Avropa Məhkəməsinə verib
  • Dünən, 13:17
    Sabunçuda “Pearls Kids“bağçanın damında qanunsuz tikinti aparılır - VİDEO
  • Dünən, 12:34
    Neftçilərə MƏCBURİ təlim tələbi: HƏYATLARI RİSK ALTINDADIR... - BU NƏDİ BELƏ?
  • Dünən, 11:39
    Goranboy sakinləri YOLSUZLUQDAN GİLEYLƏNİR... - FOTO
  • Dünən, 11:07
    "Mən 10 günlük müalicəyə 2 min manat necə xərc çəkə bilərəm?" - GİLEY
  • Dünən, 10:32
    “Tikinti yubadılır, kirayə pullarımız da verilmir” - 4 ildir evi sökülən vətəndaş
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə