• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

“Referans Pharmaceuticals” MMC və “Referans Medical Group” kimlərindir? - Maraqlı detallar

Gündəm / Cəmiyyət

17-01-2026, 15:12

“Referans Pharmaceuticals” MMC və “Referans Medical Group” kimlərindir? - Maraqlı detallar


Ötən gün ölkənin əksər media subyektlərində dərc edilən “Referans”ın dövlət qurumları ilə dərman biznesi – ARAŞDIRMA adlı məqalə qısa müddət sonra silinib. Məqalənin silinməsindən dərhal sonra isə “Bu MMC-nin “Referans Medical Group”la əlaqəsi yoxdur” başlığı altında olduqca maraqlı bir məlumat yayılıb.

Məlumatda bildirilir ki, bəzi media subyektlərində yayılan “Referans Pharmaceuticals”ın dövlət qurumları ilə dərman biznesi - Araşdırma” başlıqlı yazıda qeyd edilən “Referans Pharmaceuticals” MMC ilə “Referans Medical Group” klinikalar şəbəkəsi arasında hər hansı hüquqi, institusional və ya idarəetmə baxımından əlaqə mövcud deyil. Qeyd olunur ki, bu qurumlar bir-birindən tam müstəqil hüquqi şəxslərdir, ayrı-ayrı fəaliyyət göstərirlər, təsisçilik strukturları, idarəetmə mexanizmləri və maliyyə fəaliyyətləri üst-üstə düşmür. Bildirilir ki, onların dövlət qurumları ilə münasibətləri və biznes əlaqələri də ayrıca formalaşır və bir-biri ilə əlaqələndirilmir.

Araşdırma nəticələrinə istinadən vurğulanır ki, yayılan iddialar rəsmi və hüquqi məlumatlarla təsdiqlənmir və “Referans Pharmaceuticals” MMC ilə “Referans Medical Group” arasında hər hansı əlaqə mövcud deyil.

Lakin ilk növbədə bir məqama aydınlıq gətirmək lazımdır, sözügedən araşdırma (Teleqraf) jurnalistin peşəkar araşdırma əməyinin nəticəsidir.

Son illər ölkə mediasında bu cür sanballı araşdırma materiallarının demək olar ki, yox dərəcəsində olduğunu nəzərə alsaq, həm media subyektinin, həm də oxucuların belə yazılara ciddi ehtiyacı var.

Digər tərəfdən, silinmiş araşdırma materialının rəsmi təkzib verilmədən, sadəcə ortadan qaldırılması praktikasının hələ də ölkə mediasında qalması olduqca biabırçı və düşündürücü haldır. Məlumat yoxdur, amma təkzibi var... Bu hansı qanunun hansı tələbidir hələ də müəyyənləşmir.

Daha bir diqqətçəkən məqam isə yayılan məlumatda qeyd olunan “araşdırma”nın formasıdır. Bildirilir ki, guya aparılan araşdırma nəticəsində iki qurum arasında əlaqə olmadığı müəyyən edilib. Bu isə haqlı suallar doğurur: bu araşdırmanı kim aparıb, hansı mənbələrə əsaslanıb və hansı rəsmi sənədlərlə təsdiqlənib?

Adətən hər hansı iddia yayıldıqda, qarşı tərəf çıxış edir, əsaslandırılmış açıqlama verir, məsələnin ona aid olub-olmadığını ictimaiyyətə bəyan edir. İndiki halda isə nə “Referans Pharmaceuticals” MMC, nə də “Referans Medical Group” klinikalar şəbəkəsinin rəhbərliyi və ya aidiyyəti şəxsləri açıqlama vermir. Əvəzində isə anonim mənbələrə əsaslanan məlumat yayılır.

Elə isə suallar hələ də açıq qalır - “Referans Pharmaceuticals” MMC və “Referans Medical Group” klinikalar şəbəkəsi kimlərindir? Onların rəsmi sahibləri və direktorları kimlərdir?

"“Referans”ın dövlət qurumları ilə dərman biznesi – ARAŞDIRMA" adlı məqalədə səsləndirilən fakt və iddialara nə üçün sözügedən şirkətlər tərəfindən aydınlıq gətirilmir? Əgər yayılan məlumat “aid olmayan iddialar”dırsa, bunu əsaslandırılmış şəkildə təkzib etmək əvəzinə, niyə sadəcə araşdırma məqaləsi silinir?

Bəlkə bu təkzib xarakterli məlumatı yayan media qurumları eyni həvəs və məsuliyyətlə araşdırma məqaləsində səsləndirilən faktların doğru olub-olmadığını da araşdırsın? Təəssüf ki, bu gün Azərbaycan mediası böyük şirkətlərin əsirinə çevrilməkdədir. “Reklam” adı altında ayrılan iri vəsaitlər bir çox hallarda ciddi problemlərin, iddiaların və faktların mediadan istifadə edilərək ört-basdır olunmasına xidmət edir.

Beləliklə, böyük imkanlara malik “Referans Pharmaceuticals” MMC və “Referans Medical Group” klinikalar şəbəkəsi kimindir və nə üçün onların rəsmi internet resurslarında təsisçilər, rəhbərlik və idarəedici şəxslər haqqında açıq məlumatlar mövcud deyil?

Qeyd edək ki, 2024-cü ildə yayılan məlumata görə, “Referans Medical Group” MMC Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanovun nəzarətinə keçib və hazırda klinikaları C.Qurbanovun yaxınları idarə edirlər.

Nizamnamə kapitalı 100 manat olan “Referans Medical Group” MMC-nin qanuni təmsilçisi Elgiz Vaqif oğlu Dadaşovdur. MMC-yə Referans Klinik Laboratoriya və Poliklinika Mərkəzi, Leyla Medical Center, LOR Hospital, Referans Ambulans, Referans Estetik Mərkəzi, Referans Eşitmə Mərkəzi, Referans Wellbeing Center, Tolerans Nitq və Psixologiya Mərkəzi, İkinci Nəfəs Siqaret tərgitmə Mərkəzi, 36.6 Med Referans Gəncə , Hepatoloji Mərkəz by Referans Medical Group, ALTRİX Tibbi Təlim Mərkəzi daxildir.(Bizimesr.az)

Oxunub: 1 480
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Cəmiyyət

14-01-2026, 12:38

Referans Medical Group-un dövlət qurumları ilə dərman biznesi -DETALLAR

Gündəm / Siyasət

26-05-2025, 10:37

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Gündəm / Araşdırma

17-01-2025, 18:51

Rektorlar arasında İNTRİQA QIZIŞIR...- ELÇİN BABAYEV UNEC-Ə REKTOR GƏLMƏK İSTƏYİR ?

Gündəm / Araşdırma

23-11-2024, 08:43

“İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı – Cənab Qurbanov nə fikirləşir…

Gündəm / Siyasət

16-11-2024, 14:42

Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ

Siyasət

26-10-2024, 16:50

Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir - TƏFƏRRÜAT

Gündəm / Araşdırma

27-06-2024, 12:59

"Referans" kliinikasının baş həkimi xəstəni öldürmək istəyir?

Gündəm / Araşdırma

4-06-2024, 09:26

Özü olub adı olmayan fövqəladə sığorta şirkəti... - FAKT BUDUR!

Gündəm / Cəmiyyət

15-11-2023, 10:48

İTS-ə təcili “müalicə” lazımdır - Milyonlar yuyulur, klinikalar çökdürülür, insanlar isə…w

Cəmiyyət

20-10-2023, 21:10

İTS eyni miqdarda dərmanı birindən 3,6 milyona, digərindən 6,9 milyona alır? - İcazə verin, şübhələnək...

Gündəm / Cəmiyyət

12-09-2023, 17:32

İcbari Tibbi Sığorta Agentliyi MİLYONLARI HAVAYA SOVURUR... - İLGİNC FAKTLAR

Gündəm / Araşdırma

18-08-2023, 21:19

Üç naziri yola salan səhiyyə sistemimizin dəyişilməyən təchizatçısı – “ARAŞ”-ın qüdrətinin sirri – “ARAŞ”-ın qüdrətinin sirri

Gündəm / Cəmiyyət

17-08-2023, 18:17

Üç naziri yola salan səhiyyə sistemimizin dəyişilməyən təchizatçısı – “ARAŞ”-ın qüdrətinin sirri

Gündəm / Cəmiyyət

15-07-2023, 10:24

Qara bəxtli “Yasmin”, indi də, qara hasarda – ÜZÜNTÜLÜ GÖRÜNTÜLƏR

Gündəm / Araşdırma

9-06-2023, 17:57

UNEC rektoru ilə bağlı ŞOK İDDİALAR... - BU NƏDİ BELƏ?

Araşdırma
ŞOK FAKTLAR: Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində rəsmi saxtakarlıqlar və qanunsuz təyinatlar zənciri
AHİK-də böyük qalmaqal - Sahib Məmmədov bütün otaqlara dinləyici qurğular yerləşdirib?
Qarabağ qazisinin pensiyasının bərpası uğrunda savaşının məhkəmə yoluna “stop” qoyulub
Prezident İlham Əliyev ötənilki dövlət büdcəsini təsdiq edib
"Təbriz" MTK işi: 14 milyonluq dələduzluq məhkəməsində yeni iclas keçiriləcək
Küsülü “dərəbəylər ittifaqı”: Naxçıvan məmurları niyə iki aydır maaş üzünə həsrət qalıblar?
Hadisə
7-07-2026, 11:43
İkinci kurs tələbəsi vəfat etdi
7-07-2026, 11:17
2,3 milyonluq dələduzluqda ittiham edilən Elnarə Şirməmmədova həbs olundu
4-07-2026, 13:38
Sürdüyü maşında öldü
1-07-2026, 14:57
Zakir Nuriyev və ailə üzvü “Rabitəbank”dan nə qədər qazanır? - RƏQƏMLƏR
28-06-2026, 11:00
Polis motosikleti təhlükəli sürən şəxsi saxladı
27-06-2026, 18:00
Doqquzuncu sinif şagirdi vəfat etdi
Son xəbərlər
  • 30-06-2026, 15:50
    HARA GEDİR BU ZAMAN
  • 6-06-2026, 16:59
    USTADNAMƏ
  • 3-06-2026, 10:40
    Yaqub Məğrur: "Məğrurnamə" şeiri
  • 21-05-2026, 14:00
    BİLDİRİŞ
  • 20-05-2026, 13:50
    ALLAH RƏHMƏT ELƏSİN!
  • 13-05-2026, 17:54
    YAQUB MƏĞRUR "MİLLƏTİM"
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • 9-07-2026, 12:08
    Naxçıvanın yeni turizm inkişaf strategiyası hazırlanır
  • 9-07-2026, 11:32
    “Qarabağ” Avropa Liqasında ilk oyuna çıxır
  • 9-07-2026, 10:53
    Binəqədidə maklerlər “at oynadır”: Böyükşor gölünü qurudub hissə-hissə “rasxoda” verən kimlərdir?
  • 9-07-2026, 10:23
    Mədəniyyət Nazirliyinin vəzifəli əməkdaşı Bakıda özünə obyekt tikdirib – Təfərrüat
  • 9-07-2026, 09:42
    ŞOK FAKTLAR: Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində rəsmi saxtakarlıqlar və qanunsuz təyinatlar zənciri
  • 8-07-2026, 17:59
    Azay Möhnətov adlı "Böyük Güc" - 5 ildir konpensasiyanı ödəmir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə