• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Lerikdə cəmi 38 həkim var: “3 uşağımı evdə doğmuşam” - AXI NİYƏ?!

Gündəm / Cəmiyyət

4-07-2023, 13:45

Lerikdə cəmi 38 həkim var: “3 uşağımı evdə doğmuşam” - AXI NİYƏ?!

“Qadınlar həkimə ya uşaq doğanda gedir, ya da doğmaq istəməyəndə. Hər ikisini eləmək üçün isə bəzən xəstəxanaya ehtiyac duymurlar, çünki evində bu işləri görən həkimlər var”, – bunu AzadlıqRadiosuna Lerikdə yaşayan, 4 uşaq anası 29-yaşlı qadın danışır.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) bu il Azərbaycanın bəzi bölgələrində ginekoloq çatışmazlığı olduğunu açıqlayıb. Statistika Komitəsinin hesablamaları da ginekoloq azlığından xəbər verir. Belə ki, 2006-cı ildə Azərbaycanda 1940 ginekoloq var idisə, 2022-ci ildə onların sayı 1768-ə bərabər olub. 2005-ci ildə ölkədə mamalıq işi üzrə 530 mütəxəssis yetişirdisə, indi bu say 491-ə enib

“Abortu da evdə elətdirdiyimiz olur”

Bölgələr üzrə ginekoloq sayları açıqlanmayıb. Amma 2022-ci ilin əvvəlinə bölgələr üzrə ümumi həkimlərin sayı göstərilib. 80 min civarında əhalisi olan Lerikdə bu rəqəm cəmi 38-ə bərabərdir və 2019-cu illə müqayisədə 50 faizə qədər azalıb. Həmçinin, rayonda 1 dövlət xəstəxanası, 26 əhaliyә ambulator poliklinika yardımı göstәrәn müalicә müәssisәsi var.

Orand kənd sakini AzadlıqRadiosuna danışır ki, Lerikdə yalnız bir ginekoloq tanıyır, onun da qəbuluna düşmək üçün pul kisəsi dolu olmalı və maşın tutub rayon mərkəzinə getməlidir.

“3 uşağımı evdə doğmuşam, təhsili olmayan qonşu qadın mamaçalıq edib. 4-cü uşaqda qanaxma oldu, rayondakı həkim məzuniyyətdə idi. Buradan Lənkərana maşın sürmüşük, həkim dedi ki, bir az da geciksəydin, uşaq da ölərdi, sən də. Kənd yerlərində hamiləlik dövründə də ginekoloqa gedənlər olmur. Hətta abortu da qeydiyyata düşməyək deyə, evdə elətdirdiyimiz olur”, – deyən kənd sakini əlavə edir ki, qadınlar üçün tibbi məsləhətxanaları da onlar qane etmir.

Bu arada ölkə üzrə qadın məsləhətxanalarının da sayı azalır. 2022-ci ildə ölkədə onların rəsmi sayı 106 olub. 2021-ci ildə bu rəqəm 118, 2006-cı ildə 300-dən çox idi.

Bölgələr üzrə ana ölümləri ən çox Mərkəzi Aran, Gəncə-Qazax və Lənkəran iqtisadi rayonlarında qeydə alınır. Daha sonra Quba-Xaçmaz, Şəki-Zaqatala, Abşeron, Dağlıq Şirvan iqtisadi rayonları gəlir. Hər il ana ölümlərinin mütəmadi qeydə alındığı ərazilər isə Bakının Sabunçu rayonu, Gəncə, Şirvan şəhərləri, Goranboy, Bərdə, Neftçala rayonlarıdır.

Ginekoloq azlığının fəsadları

Yardımlıda yaşayan Lamiyə 2 il öncə evləndirilərkən nə ginekoloq müayinəsindən keçib, nə qadın məsləhətxanasında olub. Toy gecəsi yaranan vaginizm problemini də bölüşməyə kimsəni tapmayan Lamiyə ancaq Bakıya gələndən sonra müalicə ala bilib. Lamiyənin problemi bununla da bitməyib. O, menstruasiya pozuntusunu aradan qaldırmaq üçün məişət üsullarına üz tutub, bu da sonralar onun orqanizminə fəsadsız ötüşməyib.

“Rayonda ancaq yeniyetməlik dönəmində menstruasiyası gecikənləri həkimə aparırlar, onda da evlənəndə uşağı olmaz deyə. Menstruasiya pozğunluğu, vaginaya infeksiya düşməsi hallarında isə valideynlər həkimə ya kasıblıqdan aparmır, ya da həkim tapmır. Uşaq doğuzdurmaq ilə tanınan, tibb bacısı təhsili olan kənd sakinləri isə bütün xəstəlikləri soyuqdəymə ilə əlaqələndirir”, – Lamiyə söyləyir.

Lerik rayon sakini Aytac Tağızadə isə bacısını və qardaşı qızını həkim savadsızlığından itirdiyini deyir:

“Bacım qadın həkimi olmadığı üçün evdə doğum elədi, onda da qanaxma oldu və dayandıra bilmədilər. Bacım yerindəcə keçindi. Qardaşım qızını isə bədxassəli şişdən itirmişik, onda da ginekoloji problem var idi, amma həkimə aparmamışdıq deyə, ağırlaşandan sonra bildik”.

Qadınlar arasında artan xəstəliklər

Dövlət Statistika Komitəsinin rəqəmlərinə əsasən, 2022-ci ildə ölkə üzrə hamiləlik, doğuş və zahılıq dövründə 18 ana dünyasını dəyişib. Mütəxəssislər isə qeyri-rəsmi rəqəmlərin daha çox olduğunu bildirir. Ana ölümləri kənd yerlərində də 2001-ci ildən bu yana ən yüksək həddə çatıb, 2021-ci ildə hər 100 min diri doğulan körpəyə ana ölümü 27 faizdən artıqdır.

Səhiyyə nazirinin müavini İlqar Qasımov isə bir müddət öncə bir konfransda ana və uşaq ölümlərinin azaldığını demişdi.

Ginekoloq İlknur Nuriyeva deyir ki, 2021-ci ildə hamilәlik, doğuş vә zahılıq dövrü zamanı qadınlarda aşkarlanan ilk xəstəlik diaqnozlarının sayı 44 mini keçib. Mütəxəssis ginekoloq azlığına diqqət çəkərək deyir ki, qadınların məhz həmin dövrlərdə həkimə getməməsi xoş olmayan hallara gətirib çıxarır. O, özəlliklə cənub zonasında tibbi və cinsi bilgiləndirmənin aşağı olduğunu vurğulayır:

“Hələ də evdə doğuş elətdirən mamaçalar, selektiv abortu qeyri-tibb məntəqəsində həyata keçirən həkimlər var. Bəzən hamilə qadının ailəsi hesab edir ki, onu doğuşa qədər həkim müşahidəsinə aparmağa ehtiyac yoxdur. Lakin antenatal (doğuşaqədərki) xidmət, qadının hamiləlik dövründə müayinə olunması, bir çox xoşagəlməz halların qarşısının alınmasına kömək edir”.

Ginekoloqlar kəndə niyə getmir

Lerik rayonunda çalışan ginekoloq AzadlıqRadiosuna danışır ki, bölgələrə təyinat ilə gəlmək maddi durumlarına uyğun gəlmir: “Lerikdənsənsə, gəlib burada işləyə bilərsən, əks halda 500-600 manat pul ilə ev, kommunal, ərzaq və digər şeylərə pul çatdıra bilmirsən. Buna görə də burada ginekoloqlar azdır. Həm də rayonlarda maarifləndirmə aşağıdır, məsələn, yoxlanış edib müalicə yazırsan, baha olur, ya da başqa səbəbdən müalicəni etmirlər. Amma çoxuşaqlılıq, erkən nikah məsələlərini nəzərə alanda, ən çox ginekoloqa belə yerlərdə ehtiyac var ”.

Paytaxtda işsiz qalan ginekoloqlar da bu fikirlə razılaşır. Onlar deyirlər ki, ən azından qalmağa ev verilsə, yaxud da maaşları paytaxt Bakıyla uyğunlaşdırılsa, gedə bilərlər.

Digər tərəfdən, rayonlara işləməyə getməyə cəsarət etməyən kişi ginekoloqlar da var. Onlardan biri – Rəsul Cabbar deyir ki, rayonda qadınlar onların qəbuluna gəlməz, heç həyat yoldaşları da buna razı olmaz: “Fayda verməyəcəyin yerə gedib ştat tutmaq mənasızdır”.

Ginekoloq İlknur Nuriyeva çıxış yolu kimi rayonlarda doğum prosesini gerçəkləşdirən tibb işçilərinə təkmilləşdirmə kursları keçirməyi, onların bilik-bacarıqlarını yoxlamağı tövsiyə edir. Onun fikrincə, bu yolla qadınların ölüm və xəstəliklərinin azalmasında ciddi nəticələr əldə etmək olar.

Orand kənd sakini isə ailəsindəki 4 qızın sağlamlığı üçün rayon rəsmilərindən bu məsələyə diqqət ayırmağı xahiş edir. //AzadlıqRadiosu//

Oxunub: 6 364
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Cəmiyyət

1-07-2023, 10:35

Lerikdə Şəhid anası incidilir - NARAZILIQ VAR...

Gündəm / Cəmiyyət

24-06-2023, 11:14

Lerikdə Şəhid anasını dinləyən yoxdur... - MÜRACİƏT

Gündəm / Cəmiyyət

20-06-2023, 13:25

Ramiz Mehdiyevin bankı ÇÖKÜŞ ASTANASINDA... - DETALLAR

Gündəm / Araşdırma

12-06-2023, 11:01

"MedEra hospital" morqa çevrilir: ölümlərin statistikası, şikayətlər... - İLGİNC FAKTLAR

Gündəm / Cəmiyyət

5-06-2023, 14:39

Abşeron Təhsil İdarəsinin müdirinə ağır ittiham - "Qərəzlidir, imtahanlara müdaxilə edir"

Gündəm / Siyasət

31-05-2023, 14:39

“Rahat Market”i idarə edən şirkətin borcları 40% artıb

Gündəm / Cəmiyyət

31-05-2023, 10:50

«Bolmart»ın KORRUPSİYA QOXULU HESABATI... - BU NƏDİ BELƏ?

Gündəm / Cəmiyyət

27-05-2023, 13:50

143 saylı uşaq bağçasında BÖYÜKLƏR BELƏ YEYİR... - İLGİNC İDDİALAR...

Gündəm / Cəmiyyət

24-05-2023, 16:56

Tanınmış həkimin oğlu həbs edildi

Gündəm / Araşdırma

19-05-2023, 11:00

Azərbaycanda boşanmalar niyə artıb?

Cəmiyyət

18-05-2023, 17:16

“Məşədi Dadaş” məscidinə qadın dini ayinlərin icraçısı təyin edildi

Gündəm / Siyasət

9-05-2023, 17:28

“Uşaq pulu” verilərsə: Nikah və əhali sayı da artar - GƏLİŞMƏ

Gündəm / Cəmiyyət

9-05-2023, 12:28

«Azinvestkredit» BOKT-un vəziyyəti pisləşib: Sürətlə kiçilir - ZƏRƏRİ 3 DƏFƏ ARTIB

İqtisadiyyat

23-04-2023, 13:15

"İnvest-Az" bunları da - İTİRİB

İqtisadiyyat

1-05-2023, 13:15

“İnvest-Az”ın xərcləri gəlirlərindən daha çox artıb - MƏNFƏƏTİ AZALIB

Araşdırma
“Mərcan” broyler qaynalıdıqdan sonra….-Video
İlk işi Saleh Məmmədovun qudasını işdən çıxarmaq oldu - Foto
Rasim İldırımla birgə onların da - 12 il həbsi tələb edildi
“Lombard №1” faizləri özbaşına hesablayıb
Quba-Xaçmaz RTİ-də qəribə kadr seçimi:Şəhid anası imtahandan kəsildi, imtiyazsız namizəd imtahansız işə götürüldü
İsmayıllı istintaqında əsas sual: icra başçısı həqiqətən xəbərsiz idi?
Hadisə
8-02-2026, 11:01
Narkotik çəkib maşın sürürdü - Həbs edildi
6-02-2026, 10:46
Bakıda ŞOK: İdrak Liseyində şagird müəllimi GÜLLƏLƏDİ
5-02-2026, 14:15
Azərbaycanda 7 yaşlı uşaq bıçaqlandı - DƏHŞƏT
4-02-2026, 14:42
10-cu sinif şagirdi məktəbin pəncərəsindən yıxıldı
4-02-2026, 14:20
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb
4-02-2026, 12:46
Rüşvət almaqda ittiham olunan sabiq hakim barədə qərar verilib
Son xəbərlər
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Dünən, 18:23
    ABŞ-nin Vitse-prezidenti Azərbaycana səfərə gəlib
  • Dünən, 18:10
    Yasamalda TƏHLÜKƏ, icra başçısı göz yumur... - VİDEOFAKT
  • Dünən, 17:42
    “Mərcan” broyler qaynalıdıqdan sonra….-Video
  • Dünən, 17:16
    “Universal hospital” insanları belə zəhərləyir…-Videofakt
  • Dünən, 16:22
    Bakıda AGNA quru təmizləmə şirkəti 1 milyonluq paltarı yararsız hala salıb
  • Dünən, 16:03
    Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edildi
  • Dünən, 15:52
    İlk işi Saleh Məmmədovun qudasını işdən çıxarmaq oldu - Foto
  • Dünən, 14:58
    Rasim İldırımla birgə onların da - 12 il həbsi tələb edildi
  • Dünən, 14:33
    Prezident Dövlət Statistika Komitəsinə sədr təyin etdi
  • Dünən, 14:17
    Lamiyə Vəliyeva rekorda imza atdı
  • Dünən, 13:57
    Kəmaləddin Qafarovun şirkəti 10,7 milyon manatlıq sifariş alıb?
  • Dünən, 12:33
    Oftalmologiya kafedrasında dosent və tədris işləri üzrə müdir müavini Vəfa Məmmədova PREZİDENTƏ MÜRACİƏT ETDİ
  • Dünən, 12:29
    “Lombard №1” faizləri özbaşına hesablayıb
  • Dünən, 12:08
    Quba-Xaçmaz RTİ-də qəribə kadr seçimi:Şəhid anası imtahandan kəsildi, imtiyazsız namizəd imtahansız işə götürüldü
  • Dünən, 11:43
    İsmayıllı istintaqında əsas sual: icra başçısı həqiqətən xəbərsiz idi?
  • Dünən, 11:30
    Bu şəxslər YAP sədrinin müavini olmaq üçün hərkətə keçdi-ŞOK İDDİA!-ŞOK ADLAR...!
  • Dünən, 11:14
    “Aristokrat” Tibb Mərkəzi sertifikatsız həkimlər çalışır-Rəsmi məlumat
  • Dünən, 10:20
    Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/FOTOFAKT
  • Dünən, 09:47
    ADSEA növbəti dəyişiklik astanasında: Orxan İmanlı xidmət rəhbəri vəzifəsinə gətirilir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə