• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Sabirabad NİYƏ ABAD OLA BİLMİR... - İTTİHAM VAR...

Gündəm / Cəmiyyət

30-01-2026, 13:59

Sabirabad NİYƏ ABAD OLA BİLMİR... - İTTİHAM VAR...


Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun 21 yanvar 2026-cı il tarixdə Türkədi kənd orta məktəbində yerli sakinlərlə keçirdiyi səyyar qəbul-görüş ictimai narazılıqla yadda qalıb. Rayon icra hakimiyyəti aparatının məsul şəxslərinin, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, yerli idarə və müəssisə nümayəndələrinin iştirakı ilə keçirilən görüş zamanı icra başçısının səsləndirdiyi ifadələr dövlət-vətəndaş münasibətlərinə zidd olmaqla yanaşı, onun vəzifə etikası və hüquqi məsuliyyəti ilə bağlı ciddi suallar doğurub.

Görüşdə uzun illərdir bərbad vəziyyətdə olan Sabirabad–Narıng yolunun təmiri məsələsi qaldırılıb. Yerli sakinlərin bildirdiyinə görə, dəfələrlə müraciət edilməsinə baxmayaraq, problem həllini tapmayıb. İddialara əsasən, icra başçısı bu məsələyə cavab olaraq “Kərbəlaya, Həccə gedib-gələnlər düzəltsinlər” ifadəsini işlədib, ardınca isə “canları çıxsın, düzəltdirsinlər” kimi kobud və təhqiredici sözlər səsləndirib. Bu cür yanaşma dövlət məmuruna yaraşmayan davranış olmaqla yanaşı, dini inancların lağa qoyulması və vətəndaşların sosial problemlərinə biganə münasibət kimi qiymətləndirilir.

"DogruXeber.tv" xəbər verir ki, Azərbaycan Respublikasının Konstitusiyasına və “Yerli icra hakimiyyətləri haqqında” qanunvericiliyə əsasən, rayon icra hakimiyyətinin başçısı ərazidə sosial-iqtisadi inkişafın təmin edilməsinə, infrastruktur problemlərinin həllinə, vətəndaşların müraciətlərinə hörmət və diqqətlə yanaşmağa borcludur. Yol infrastrukturu isə nə dini ziyarətlərin, nə də ayrı-ayrı vətəndaş qruplarının öhdəliyi deyil – bu, birbaşa dövlətin və yerli icra hakimiyyətinin səlahiyyət və məsuliyyət dairəsinə daxildir. İcra başçısının bu məsuliyyəti vətəndaşların üzərinə yönəltməsi həm hüquqi, həm də siyasi baxımdan qəbuledilməzdir.

Sakinlərin narahatlığını artıran digər məqam isə Siraqəddin Cabbarovun uzun illərdir yüksək vəzifədə olmasına baxmayaraq, rayonda sosial problemlərin daha da dərinləşməsidir. İddialara görə, onun xeyli sayda mülk və sərvətə sahib olması ilə bağlı suallar cavabsız qalır, halbuki Sabirabadın kəndlərində sosial vəziyyət ağır olaraq qalır, qazilərin problemləri həll olunmur, işsizlik və yoxsulluq kəndlərin sürətlə boşalmasına səbəb olur. Yerli sakinlər bildirirlər ki, icra başçısının vətəndaşlarla, hətta imtiyazlı şəxslərlə belə kobud davranması artıq sistemli xarakter alıb və bu, cəmiyyətdə dərin narazılıq yaradır.

Xatırladaq ki, mətbuatda yayılan məlumatlara əsasən, Siraqəddin Cabbarovun karyera yüksəlişi də uzun müddətdir müzakirə mövzusudur. Bildirilir ki, o, 2008–2019-cu illərdə Saatlı Rayon İcra Hakimiyyətinin, 2019-cu ildən isə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı postunu tutub. “Gündəlik Bakı” xəbər portalında yer alan iddialarda Cabbarovun bu vəzifələrə təyinatında keçmiş yüksək vəzifəli şəxslərlə yaxın əlaqələrinin rol oynadığı qeyd olunub. Bu iddialar rəsmi şəkildə təkzib edilməsə də, cəmiyyətdə dövlət idarəçiliyində şəffaflıq və hesabatlılıq məsələlərini yenidən gündəmə gətirir.

"DogruXeber.tv" xəbər verir ki, Türkədi kəndində keçirilən görüşdən sonra bir qrup sakin icra başçısının davranışı və səsləndirdiyi ifadələrlə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət etmək niyyətində olduqlarını bildiriblər. Bu isə onu göstərir ki, problem təkcə bir yol məsələsi deyil – söhbət icra hakimiyyəti ilə vətəndaş arasında itirilmiş etimaddan, sosial ədalətsizlik hissindən və dövlət məmurunun cəmiyyət qarşısında daşıdığı siyasi və mənəvi məsuliyyətdən gedir.

Məsələ açıqdır: dövlət vəzifəsi təhqir etmək, məsuliyyəti xalqın üzərinə atmaq üçün deyil, xidmət etmək üçündür. Sabirabadın problemləri isə populist ifadələrlə yox, real idarəçilik, qanuna hörmət və vətəndaşa sayğı ilə həll oluna bilər.

"DogruXeber.tv"

Oxunub: 481
Paylaş:
Oxşar xəbərlər

Araşdırma

22-12-2025, 15:04

“Azure Residence” sakinlərinin üsyanı: Məhkəmə qərarına baxmayaraq bina “qanunsuz idarə olunur” – istilik və su kəsilib

Gündəm / Araşdırma

17-04-2025, 18:24

Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA

Gündəm / Cəmiyyət

28-03-2025, 10:50

Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları peşə bayramlarını qeyd edir

Gündəm / Siyasət

19-02-2025, 14:42

Prezident Ballıcaya getdi - Sakinlərlə görüşdü - Fotolar

Gündəm / Siyasət

16-11-2024, 14:42

Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ

Gündəm / Araşdırma

1-07-2024, 19:31

“Əminik ki, Azərbaycan dövləti, nəhayət, Zakir Fərəcova və əlaltılarına ciddi dərs verəcək…”

Gündəm / Araşdırma

28-05-2024, 10:19

Astarada uzanan yol problemi... - sakinlərlə aidiyyatı qurumlar bir-birini günahlandırır

Gündəm / Araşdırma

14-03-2024, 11:11

251 saylı orta məktəbində müəllim şagirdi döydürdü - BELƏ HARA GEDİRİK?..

Gündəm / Araşdırma

20-02-2024, 12:24

"Elgizin reklam etdiyi Benjamin həkim gözümü kor etdi..." – Qazi anasının başına gələnlər...

Gündəm / Araşdırma

10-02-2024, 09:29

Oğuzda sakinlərlə bələdiyyə arasında torpaq qalmaqalı... - "Pulu alıb, sənədi vermir"

Araşdırma

10-01-2024, 11:15

“Qarabağ Səyyar İnşaat” MMC-nin direktoru ŞOK FAKTLARI AÇIQLADI... - İTTİHAM VAR...

Gündəm / Siyasət

17-10-2023, 11:47

Prezident Füzuliyə köçən sakinlərlə görüşdü - Fotolar - Yenilənib

Gündəm / Cəmiyyət

13-07-2023, 20:13

QARABAĞDA SAHİBKARLARI İŞLƏDİB PULUNU MƏNİMSƏDİLƏR… – ŞİKAYƏT - FOTO

Gündəm / Cəmiyyət

26-05-2023, 07:52

İcra başçılarının məxfi saxlanılan səyyar görüşləri

Cəmiyyət

13-05-2023, 10:43

"Siraqqəddin Cabbarov məni özünü yandıran iki qazi kimi intihara sürükləyir" - Prezidentə müraciət olundu

Araşdırma
MƏRDİ QOVA-QOVA NAMƏRD ETMƏZLƏR, CƏNABLAR!
“Bura icra başçısınındır, heç kim dayandıra bilməz” - ÖZBAŞINA QALIBLAR...
Bərdədə 1,5 milyonluq yol haradadır? – Gözlər 43 saylı idarənin rəisi İlham Əzimovdadır
“Milano Hospitalda“ əvvəl Vəfa “Gündoğan” indi isə “Barisovna” olan “həkim”
Quba Şahmat məktəbində “ölü bölmələr”, maaşlar və qohum şəbəkəsi - İTTİHAM VAR...
7 saylı Xüsusi Təyinatlı Yol İdarəsi ilə bağlı iddialar – işçilərdən şikayət
Hadisə
7-03-2026, 15:34
Komendant işlədiyi binadan yıxılıb öldü
7-03-2026, 11:00
46 yaşlı qadın bıçaqlandı - Oğlu şübhəli bilinir
6-03-2026, 10:00
Tramp bəyan edib ki, ABŞ İrandan sonra Kuba ilə "məşğul olacaq"
6-03-2026, 09:30
Bakı-Quba yolunda yük maşınının vurduğu piyada ölüb
4-03-2026, 15:48
Hoteldə anasını öldürən yeniyetməyə hökm oxundu
22-02-2026, 15:00
Gəncədə 3 yaşlı uşaq xəstəxanada öldü
Son xəbərlər
  • Dünən, 10:03
    MƏRDİ QOVA-QOVA NAMƏRD ETMƏZLƏR, CƏNABLAR!
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Dünən, 18:46
    Pezeşkian İranın yeni ali rəhbəri barədə paylaşım edib
  • Dünən, 18:22
    “Bura icra başçısınındır, heç kim dayandıra bilməz” - ÖZBAŞINA QALIBLAR...
  • Dünən, 16:51
    Buralarda nə baş verir... ALLAH BİLİR... - İLGİNC İDDİALAR
  • Dünən, 15:14
    Milli Onkologiya Mərkəzi yox... RÜŞVƏT MƏRKƏZİ! - İTTİHAM VAR...
  • Dünən, 14:04
    “Arash” estetik mərkəzinin həkimi Sənan Xankişiyevdən şikayət
  • Dünən, 13:18
    Bərdədə 1,5 milyonluq yol haradadır? – Gözlər 43 saylı idarənin rəisi İlham Əzimovdadır
  • Dünən, 11:09
    Nəsimi rayonunda “Başkənd” restoranında özbaşınalıq “depozit” adı ilə müştərilərin cibinə girirlər.
  • 8-03-2026, 17:00
    "Axios": ABŞ Tehranın zənginləşdirilmiş uran ehtiyatlarını ələ keçirmək üçün xüsusi təyinatlıları cəlb edə bilər
  • 8-03-2026, 16:00
    ABŞ və İsrail İsfahana zərbə endirib, 11 nəfər həlak olub
  • 8-03-2026, 15:00
    Qırğızıstanda mədəndə qaz sızması - Ölənlər var
  • 8-03-2026, 14:00
    2030-cu ildə Ramazanda 36 gün oruc tutulacaq
  • 8-03-2026, 12:00
    “Müharibəni 6 ay davam etdirə bilərik” - İran
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə