• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

“Sutikinti” MMC icarəyə nəqliyyat vasitələri götürür – Bəs idarənin texnikalarını kimlər talayıb

Gündəm / Araşdırma

12-03-2026, 10:09

“Sutikinti” MMC icarəyə nəqliyyat vasitələri götürür – Bəs idarənin texnikalarını kimlər talayıb

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “İri Şəhərlərin Su Təchizatı” Qapalı Səhmdar Cəmiyyətin “Sutikinti” Məhdud Məsuliyyətli Cəmiyyəti nəqliyyat mexanizimlərinin icarəsi xidmətinin satın alınması üzrə 30.12.2025-ci ildə başladığı açıq tenderə yekun vurub. Masabiqənin qalibi “RAPID SERVICES AZERBAIJAN” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 767.059 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların portalında 05.03.2026-cı ildə dərc edilib.

Qeyd edək ki, şərtlər toplusuna görə MMC-nin texnikaları Bakı, Sumqayıt, Şirvan, Gəncə, Mingəçevir şəhərlərində 0,3 kub ekskavator (qırıcı xətt ilə birgə) İli minimum 2020-ci olan 550 gün, 1 kub ekskavator (qırıcı xətt ilə birgə) İli minimum 2020-ci olan 140 gün, mini yükləyici ekskavator İli minimum 2020-ci olan 80 gün, mini ekskavator rezin tırtıllı İli minimum 2020-ci olan 80 gün, kran 50 ton İli minimum 2020-ci olan 10 gün, özüboşaldan 20m3 İli minimum 2020-ci olan 100 gün xidmət göstərəcəklər.

Qeyd edək ki, “Sutikinti” Məhdud Məsuliyyətli Cəmiyyəti bir satınalma müaviləsi də 11.12.2025-ci ildə “SN LOGİSTİCS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə doldurma materiallarının satın alınması üzrə bağlayıb. Bu müqavilənin dəyəri 664.694 manat təşkil edib. Şərtlər toplusuna görə qalib şirkət “Sutikinti” MMC-ni 400 m(3) tikintiyə yararlı çınqılla, 300 m(3) qum-çınqıl qarışığı ilə, 25.000 m(3) optimal tərkibli/ yol döşəməsi üçün tikintiyə yararlı qum-qırmadaş qarışığı ilə, 20.000 m(3) 40x70mm/ yol döşəməsi üçün tikintiyə yararlı mişar daşı qırıntısı ilə 20.000 m(3) tikintiyə yararlı mişar daşı ilə təmin etməlidir.

Burada xatırlamağımız yerinə düşərdi ki, bir neçə il öncə Abşeron yarıımadasında, Bakı şəhərinin ətraf qəsəbələrində mağistral su xəttlərinin yeniləri ilə əvəz olunması işləri birbaşa “Sutikinti” Müəssisəsinə həvalə edilmişdi. Həmin dövrdə mediada Zabrat, Binəqədi, Buzovna qəsəbələrinə çəkilmiş su borularının yenilənməsi işlərində külli miqdarda dövlət vəsaitlərinin mənimsənildiyi yazılırdı. Belə ki, yeni su borularının çəkilişi zamanı qazılmış tranşeyə əvvəlcə qum tökülməli, boru onun üstünə qoyulduqdan sonra yenidən qum əlavə edilməlidir. Amma “Sutikinti” Müəssisəsinin rəhbərliyinin göstərişlərinə əsasən boruların üstü qumla deyil adi torpaqla örtülüb. Əvəzində isə bir kubu 30 manata hesablanmış qumun pulu mənimsənilib. Məlumat verənlərin sözlərinə görə “Şaqman” markalı yük avtomobillərinin hər reysinə 900 manat silinib.

İndi kim zəmanət verə bilər ki, “SN LOGİSTİCS” MMC “Sutikinti” üçün aldığı qum-çınqıl adi torpaqla əvəz etməyəcək, və ayrılan altı yüz min manatdan çox dövlət vəsaitinin çoxunu təyinatından kənarlaşdırmayacaq?

Qeyd edək ki, bu satınalmanın ehtimal olunan qiyməti 1.051.629,77 manat müəyyən edilib. “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.

Amma göründüyü kimi “Sutikinti” MMC açıq tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı qiymət təqdim etmiş “SN LOGİSTİCS” MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir.

Qeyd edək ki, “SN LOGİSTİCS” MMC 2022-2025-ci illərdə “Azərsu” ASC ilə çınqıl və qum-çınqıl qarışığının satın alınması üzrə ümumi dəyəri 1 688 193 manat dəyərində 4 satınalma müqaviləsi bağlayıb. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti isə 19.12.2025-ci ildə sözügedən MMC ilə tikinti sahəsi və yol döşəməsi üçün lazım olan mal-materialların satın alınması üzrə 987.660 manat məbləöində satınalma müqailəsi bağlayıb.

Qeyd edək ki, “Sutikinti” Məhdud Məsuliyyətli Cəmiyyəti uzun illər “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin tabeliyində “Sutikinti” Tresti kimi fəaliyyət göstərib. Trest heç də balaca bir idarə olmayıb və kifayət qədər işçi qüvvəsi, texniki bazaya malik olub.

Müəsisə vaxtılə “Azərsu” ASC-nin tələbatları və digər təşkilatlarla bağlanmış müqavilələr əsasında su və kanalizasiya qurğularının, mənzil və digər sosial obyektlərin tikintisi, təmiri və yenidən qurulması işlərini yerinə yetirməklə məşğul olub.Hər il dövlət tərəfindən, yəni “Azərsu” ASC tərəfindən müxtəlif layihələrin həyata keçirilməsi məqsədi ilə buraya milyonlarla manat vəsait ayrılıb.

2023-cü ilin yayında elektron mediada yer alan məlumatlara görə qurum ya ləğv olunma, ya da başqa bir müəssisəyə birləşdirilməsi prosesində olub. Həmin məlumatlara görə buna səbəb son illər müəsisədə aparılan yoxlamalar olub. Bildirilir ki, müəssisədə külli miqdarda dövlət vəsaiti talan edilib. Hətta buna görə “Azərsu” ASC-nin əvvəlki sədri Qorxmaz Hüseynov ciddi sorğu-suala çəkilib. Çünki, mənimsəmələrin böyük əksəriyyəti məhz onun dövründə olduğu iddia edilir. Onun adamı kimi isə qohumu, müəsisənin birinci müavini vəzifəsini daşıyan Nurəli Cəbrayılovun adı hallanırdı.

Göründüyü kimi vaxtıilə “Azərsu” ASC-nin tabeliyində olan “Sutikinti” Müəssisəsi kifayət qədər böyük bir qurum olub və balansında çoxsaylı müxtəlif texnikaları olub. Maraqlıdır bu texnikalar necə olub ki, indi “Sutikinti” MMC -yə texnikaları icarəyə götürmək zərurəti yaranıb.

2025-ci ilin iyulunda yayılan məlumatlarada isə “Sutikinti” Müəssisəsi adını və təşkilati-hüquqi formasını dəyişdiyi bildirilir. Qurum “İri Şəhərlərin Birləşmiş Su Təchizati Xidməti” Publik Hüquqi Şəxsin “Sutikinti” Məhdud Məsuliyyətli Cəmiyyətə çevrildiyini elan edib. Qeyd edək ki, həmin dövrdə sözügedən qurumun dövlətə 5 842.08 manat vergi borcu olub.

Qeyd edək ki, “Sutikinti” Məhdud Məsuliyyətli Cəmiyyətn direktoru Orxan İmanlıdır. O, daha əvvəl Sumqayıt Melioservis İdarəsinin rəisi olub. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun əmri ilə 2024-cü ilin oktyabrından “Sutikinti” MMC-yə rəhbər təyin edilib. Xatırladaq ki, Sumqayıt Melioservis İdarəsi carı ilin fevralın 18-də ləğv edilib. Orxan İmanlının Sumqayıt Melioservis İdarəsini talaması barədə də məlumatlar yayılıb.

Aktualinfo.net

Oxunub: 666
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Araşdırma

8-10-2025, 11:46

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində ehtiyat hissələrinin talanı davam edir

Gündəm / Araşdırma

9-09-2025, 13:57

Milli Arxiv İdarəsi üç yüz manata icarəyə götürdüyü Sumqayıt filialının təmir-tikintisindən nə qədər dövlət vəsaiti talayıb

Gündəm / Araşdırma

21-02-2025, 11:25

İri Şəhərlərin Birləşmiş Su Təchizatı qanun pozaraq dövlət vəsaitinə qənaət edir, yoxsa…

Gündəm / Cəmiyyət

20-02-2025, 12:06

İri Şəhərlərin Birləşmiş Su Təchizatı qanun pozaraq dövlət vəsaitinə qənaət edir, yoxsa…-DETALLAR

Gündəm / Cəmiyyət

10-12-2024, 11:08

Nəqliyyat və Xüsusi Texnika İdarəsində baş verən qanunsuzluqların qarşısı nə vaxt alınacaq? – Zaur Mikayılova sual olunur

Gündəm / Cəmiyyət

2-12-2024, 15:33

Nəqliyyat və Xüsusi Texnika İdarəsindəki bu talançılığın qarşısı alınacaqmı - İTTİHAM VAR...

Gündəm / Araşdırma

8-11-2024, 16:23

“Deluxe Electric Azerbaijan”la ŞÜBHƏLİ İŞBİRLİYİ - İLGİNC FAKTLAR...

Gündəm / Cəmiyyət

1-11-2024, 16:06

SABİQ NAZİRİN “TENDER KRALI”NA ÇEVRİLƏN ŞİRKƏTİ... - Azərbaycanda “Caspel”dən başqa İT şirkəti yoxdur? -DE-FAKTO

Gündəm / Cəmiyyət

10-10-2024, 09:21

Antiinhisar Agentliyi Goranboy Suvarma İdarəsinin şişirtdiyi qiymətlərə bəs niyə göz yumub

Gündəm / Araşdırma

21-05-2024, 12:19

Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin ayırdığı milyonlar Gəncədəki evlərin bərpasına necə çatmaya bilər? - DƏLİXANADIR, VALLAH...

Gündəm / Cəmiyyət

5-12-2023, 13:22

Rəfail Mehralıyevin yeznəsi milyonları BELƏ XIRID EDİR... - İLGİNC FAKTLAR

Gündəm / Araşdırma

5-12-2023, 12:06

“PROQRESS İNŞAAT EN” iki ayda udduğu tenderləri ölkə ərazisində hansı yollarla həyata keçirəcək?

Gündəm / Araşdırma

12-10-2023, 10:26

“Gəncə Nəqliyyat” MMC kimə və nəyə xidmət edir? – Niyazı Bayramova sual olunur

Gündəm / Araşdırma

7-07-2023, 13:53

“VNM SERVİS” MMC-ni Meliorasiya və Su Təsərrüfatı ASC-dən kimlər idarə edir?

Gündəm / Cəmiyyət

7-07-2023, 11:39

Zaur müəllimin bu TENDER QULDURLARINDAN xəbəri varmı? - “VNM SERVİS” MMC-ni KİM İDARƏ EDİR?

Araşdırma
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
“Laçını bu şəbəkənin əlindən qurtarın!” – Qazidən Prezidentə və hüquq-mühafizə orqanlarına müraciət
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
İş qadını tiktoker Həmidin ondan dələduzluqla ələ keçirib qumarxanaya qoyduğu pul qəbizlərinin bir qismini yaydı - DİN və Prokurorluğa MÜRACİƏT
Sakinlər narahatdır, tikinti davam edir -"Qurtuluş 93"də dəmir konstruksiyalı artırma kimindir? - video
Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir
Hadisə
4-07-2026, 13:38
Sürdüyü maşında öldü
1-07-2026, 14:57
Zakir Nuriyev və ailə üzvü “Rabitəbank”dan nə qədər qazanır? - RƏQƏMLƏR
28-06-2026, 11:00
Polis motosikleti təhlükəli sürən şəxsi saxladı
27-06-2026, 18:00
Doqquzuncu sinif şagirdi vəfat etdi
24-06-2026, 16:22
9 ildir aliment ödəməyən kişi - 9 aylıq həbs edildi
23-06-2026, 19:00
Türkiyədə sursat anbarında partlayış olub, 2 nəfər ölüb, 2-si yaralanıb
Son xəbərlər
  • 30-06-2026, 15:50
    HARA GEDİR BU ZAMAN
  • 6-06-2026, 16:59
    USTADNAMƏ
  • 3-06-2026, 10:40
    Yaqub Məğrur: "Məğrurnamə" şeiri
  • 21-05-2026, 14:00
    BİLDİRİŞ
  • 20-05-2026, 13:50
    ALLAH RƏHMƏT ELƏSİN!
  • 13-05-2026, 17:54
    YAQUB MƏĞRUR "MİLLƏTİM"
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Bu gün, 11:12
    “Dənizkənarı zonada suallar yaradan tikinti: təhlükəsizliksiz yüksələn konstruksiya narahatlıq doğurur”
  • Bu gün, 10:38
    Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
  • Bu gün, 10:02
    MƏHKƏMƏLƏR KRALI Azərbaycan qanunlarına rəsmən TÜPÜRÜR... - Tək deyil... cinayət ortaqları var...
  • Bu gün, 09:30
    “Laçını bu şəbəkənin əlindən qurtarın!” – Qazidən Prezidentə və hüquq-mühafizə orqanlarına müraciət
  • Dünən, 17:00
    Hindistanın cənubunda qayıq qəzasında altı balıqçı itkin düşüb
  • Dünən, 16:30
    ARZUM999-ə dəstək çağırışı edən Nigar Fərhadın öz şirkəti ilə bağlı iddialar niyə cavabsız qalır?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə