Son vaxtlar sosial şəbəkələrdə, xüsusilə Facebook və instagram platformalarında Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi 4 ünvanında yerləşən “Amay” Ticarət Mərkəzinin 3-cü giriş hissəsinin 2-ci mərtəbəsində fəaliyyət göstərən Devin Media tərəfindən yayımlanan reklamlarda Türkiyənin məşhur seriallarının adları, afişaları və aktyorlarının görüntülərindən istifadə olunaraq vətəndaşlar aktyor seçimlərinə dəvət edilir.
Reklamlarda “Serialın səlahiyyətli agentliyi” ifadəsinin işlədilməsi isə Devin Medianın həmin serialların hüquq sahibləri ilə rəsmi əməkdaşlıq etdiyi barədə təsəvvür yaradır.
Son vaxtlar sosial şəbəkələrdə, xüsusilə Facebook və instagram platformalarında Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi 4 ünvanında yerləşən “Amay” Ticarət Mərkəzinin 3-cü giriş hissəsinin 2-ci mərtəbəsində fəaliyyət göstərən Devin Media tərəfindən yayımlanan reklamlarda Türkiyənin məşhur seriallarının adları, afişaları və aktyorlarının görüntülərindən istifadə olunaraq vətəndaşlar aktyor seçimlərinə dəvət edilir.
Reklamlarda “Serialın səlahiyyətli agentliyi” ifadəsinin işlədilməsi isə Devin Medianın həmin serialların hüquq sahibləri ilə rəsmi əməkdaşlıq etdiyi barədə təsəvvür yaradır.
Dəmir Yumruq Alfa-A -nın araşdırması zamanı müəyyən edilib ki, Devin Medianın sosial şəbəkələrdə yerləşdirdiyi reklam üzərinə klik edən istifadəçi ilk olaraq elektron müraciət formasına yönləndirilir. Bu mərhələdə namizəddən ad, soyad və WhatsApp nömrəsini daxil etməsi istənilir.
Daha sonra istifadəçiyə məlumatların qorunması və hüquqi şərtlərlə tanış olmaq imkanı yaradılır, “Müraciəti göndər” düyməsi vasitəsilə isə müraciət tamamlanır. Eyni zamanda, daxil edilən məlumatların şifrələnərək qorunduğu bildirilir. Müraciət formasında müxtəlif qanunvericilik aktlarına istinad edilməsi də diqqət çəkir.
Məsələ ilə yaxından maraqlanan hüquqşunas Xəyal Məmmədov Dəmir Yumruq Alfa-A -ya açıqlamasında qeyd edib ki, bu cür təqdimat bəzi vətəndaşlarda şirkətin hüquqi baxımdan xüsusi səlahiyyətlərə malik olduğu barədə təəssürat yarada bilər.
Onun sözlərinə görə, hüquqi normalara istinad edilməsindən əvvəl şirkətin öz fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun olması əsas şərtdir.
Qeyd edək ki, araşdırma zamanı müəyyən olunub ki, müraciət başa çatdıqdan sonra istifadəçiyə 010 265 86 31 nömrəsindən əlaqə saxlanılacağı bildirilir və həmin nömrənin yaddaşa yazılması tövsiyə edilir. Redaksiya həmin nömrəni GetContact tətbiqi vasitəsilə də yoxlayıb. Tətbiqdə nömrə “yüksək riskli nömrə” kimi işarələnib və çoxsaylı istifadəçilər tərəfindən spam və ya dələduzluq şübhəsi ilə işarələndiyi göstərilib. Eyni zamanda, nömrə ilə bağlı istifadəçi rəyləri də yer alır və onların əksəriyyəti mənfi məzmun daşıyır.
Hüquqşunasın apardığı araşdırma çərçivəsində Türkiyədə sözügedən serialların yaradıcı heyəti ilə əlaqə yarada biləcək şəxslər vasitəsilə məlumat əldə etməyə çalışıb.
Onun sözlərinə görə, əldə olunan məlumata əsasən, Devin Medianın həmin serialların Azərbaycandakı səlahiyyətli agenti olması barədə hər hansı məlumat təsdiqlənməyib və Devin Media ilə hər hansı rəsmi əməkdaşlıqlarının mövcud olmadığını qeyd ediblər:
“Türkiyədə sözügedən serialların yaradıcı heyəti ilə əlaqə yarada biləcək şəxslər bildiriblər ki, bu kimi hallara təkcə Azərbaycanda deyil, digər ölkələrdə də müşahidə olunduğunu bildiriblər. Onların qeyd etdiyinə görə, bəzi şəxslər Türkiyə istehsalı olan serialların adlarından, loqolarından və tanınmış brendlərindən istifadə etməklə kommersiya fəaliyyəti göstərməyə çalışırlar. Həmin şəxslər bildiriblər ki, belə hallar Türkiyə ərazisində baş verdiyi təqdirdə hüquqi müdaxilə daha asan olsa da, xarici ölkələrdə baş verən oxşar halların araşdırılması və hüquqi qiymətləndirilməsi daha mürəkkəb prosedurlar tələb edir. Hüquqşünas hesab edir ki, əgər şirkət reklamlarında “Serialın səlahiyyətli agentliyi” ifadəsindən istifadə edirsə, bunu təsdiq edən agentlik müqaviləsi, səlahiyyət sənədi və ya digər hüquqi əsaslar ictimaiyyətə təqdim edilməlidir”.
Xəyal Məmmədovun sözlərinə görə, “Reklam haqqında” Qanunun 5-ci maddəsi reklamın doğru, dürüst olmasını və istehlakçını aldatmamasını tələb edir:
“Eyni zamanda, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 13-cü maddəsinə əsasən istehlakçı xidmət barədə düzgün və etibarlı məlumat almaq hüququna malikdir. Hüquqşünas əlavə edib ki, reklamlarda xarici serialların adlarının, loqolarının, afişalarının və digər müəllif hüquqları ilə qorunan elementlərinin hüquq sahibinin razılığı olmadan kommersiya məqsədilə istifadə olunması da müəllif hüquqları baxımından ayrıca hüquqi araşdırma predmeti ola bilər. Hazırda əsas sual “Serialın səlahiyyətli agentliyi” ifadəsinin hansı hüquqi əsaslara söykəndiyidir. Devin Media bu iddianı təsdiq edən rəsmi sənədləri təqdim edərsə, yaranmış suallara aydınlıq gətirilmiş olar. Eyni zamanda, şirkətin bu məsələ ilə bağlı mövqeyinin açıqlanması da ictimai maraq baxımından əhəmiyyət daşıyır”.(Dya-a.az)