• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Milyonları “Şlyapadan” bu dəfə kim çıxaracaq? - Tanınmış ekspertdən ŞOK İDDİALAR

Gündəm / Cəmiyyət

22-07-2023, 20:37

Milyonları “Şlyapadan” bu dəfə kim çıxaracaq? - Tanınmış ekspertdən ŞOK İDDİALAR

Uşaqlıq illəri sovetlər dövrünə düşmüş həmyaşıdlarım və orta yaşlı nəslin nümayəndələri başlığa baxanda yəqin ki, söhbətin o illərin sirkində uşaqlara möcüzələr göstərən kloun-sehrbazlarından gedəcəyini düşündülər. Anlaşılandır, çünki qayğısız uşaqlıq illərinin nastolji hisslərini yenidən yaşamaq, həmin sehrbazların göstərdiklər fokusları xatırlamaq həmişə təsirlidir.
Adamı bir anlıq həmin qayğısız uşaqlıq illərinə qaytarır. Yumurtanı şlyapasında gizlədib sonra isə elə həmin şlyapadan cücə, cücəni gizlədib ardınca toyuq çıxaran sehrbazlar bizlərin televizorlarda gördüyümüz, daha şanslıların isə sirk arenasında canlı izlədiyi qəhrəmanlarımız olub.
Amma bu yazıda söhbət artıq müstəqil Azərbaycanın xarüqələr yaratmağa qadir olan sehrbazlarından və onların “şlyapasından” gedəcək. Başqa sözlərlə, “Şlyapa Zahiddən”, onun elə özündən daha mahir sehrbaz olan sahiblərindən və “Şlyapada” gizlədilmiş 42 milyon manatdan.
Bəli, söhbət Nəcməddin Sadıkovun Azərbaycan Ordusuna makler təyin etdiyi və bu günlərdə təkrar həbs edilən Zahid Niftəliyevdən gedir. Azərbaycanda baş verən istənilən hadisəni anlamaq üçün mütləq 2 fərqli məlumata diqqət yetirmək lazımdır: rəsmi və həqiqi məlumata.
Məsələn, 2017-ci ilin mayında 4 dövlət qurumunun adından yayılmış rəsmi məlumatda deyilirdi ki, Azərbaycan Ordusunun hərbçiləri kütləvi şəkildə ermənilərə seksual xidmət göstəriblər və üstəlik də casusluq ediblər.
Həqiqi məlumat isə belə idi ki, nəsli, əcdadları, əzizləri, özləri ermənilərə seksual xidmət göstərən bir dəstə xain ordumuzun minlərlə vicdanlı, fədakar, qəhrəman hərbçisinə öz nəsillərinin peşə fəaliyyətini yapışdırmaqla bütün millətə ləkə yaxmışdı. Nəticəsi hər kəsə bəllidir və yəqin ki, onu təkrar xatırlatmağa ehtiyac yoxdur.
Odur ki, hələlik “Şlyapanı” həbs edən DTX-nın rəsmi məlumatından başlayaq:
“Niftəliyev Zahid Gülsəfa oğlu kredit almaq məqsədi ilə “Şahin-CO” MMC yaratmış, təsərrüfat və maliyyə vəziyyəti barədə ATABANK ASC-yə saxta məlumatlar təqdim edib 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat manat kredit alaraq, təyinatı üzrə istifadə etməməklə xüsusilə külli miqdarda ziyan vurub, götürülmüş kredit üzrə yalançı sahibkarlıq yolu ilə xeyli miqdarda gəlir əldə edib, kreditin ləğv prosesində olan ATABANK ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib”.
Həqiqi məlumata keçməzdən əvvəl bunları qeyd etməyə ehtiyac var: hətta ən sadəlövh və ən cahil azərbaycanlı da bilir ki, ölkədə iki quruma – hakimiyyətə və banklara “atmaq” qarajında raket düzəldib Marsa uçmaqdan azı 10 qat çətin məsələdir. Xüsusilə də onların hər ikisi eyni əldədirsə.
Odur ki, hansısa saxta məlumat əsasında Azərbaycan banklarından 42 milyon yox, heç olmazsa 42 manat ala bilmək hətta sovet sirkinin sehrbazlarının möcüzələr yaradan şlyapasının da öhdəsindən gələ biləcəyi iş deyil. Amma mənzərənin tamamlanması üçün xatırlatmalıyam ki, hər iki halda mövüzəni yaradan nə şlyapadır, nə də “Şlyapa”.
Əsas məsələ sehrbazın istedadındadır. Sehrbazsız şlyapa “Dəli Kür” filmində rus Əhmədlə yumurta döyüşdürən uşağın dediyi işə yaraya bilər. Şlyapadan yumurta, cücə, toyuq çıxaran sovet sirki sehrbazlarının ağlına da gəlməzdi ki, vaxt gələcək, onların yerini öz “Şlyapasından” 42 milyon manat çıxarmağı bacaran sehrbazlar tutacaq.
Yəqin elə həmin sehrbazların törətdiyi möcüzələri gördükdən sonra amerikalı illüzionist David Cooperfield də utandığından kölgəyə çəkilib. Axı bu uşaqlar ondan fərqli olaraq illüziya deyil, necə deyərlər, “canlı” milyonlar yaradırlar. Özü də heç nədən, bircə əski (hər iki mənada) “Şlyapanın” qüdrətilə.
Bax, elə burda da rəsmidən keçək həqiqi məlumata, yəni 42 milyonluq mövüzəni yaratmış sehrbazlara. Onların adları əminəm, heç birinizi təəccübləndirməyəcək: Nəcməddin Sadıkov, Fazil Məmmədov (mərhum keçmiş vergilər naziri), Xanlar Vəliyev, İlqar Quliyev (Tərtər hərbi “məhkəməsinin” sədri və digərləri.
İndi kimlərsə deyəcək ki, hə, aydın oldu niyə Xanlar Vəliyev “Şlyapanı” tutub ona “cinyət işi” açır, İlqar Quliyev isə bəraət verib buraxır. Hər şey belə sadə olsaydı… Ən azı bir sual qalır axı: bəs 42 milyon niyə batdı? 42 milyonun sahibinə görə narahat olanlara bu başdan deyim ki, təşvişə ehtiyac yoxdur. Onların heç 1 manatı da bata bilməz.
Minlərlə işgəncə görən, yüzlərlə şərlənib tutulan və zorlanan, onlarla öldürülən azərbaycanlı deyil ki, “əşşi olub da” deyib üstündən keçələr. Qətiyyən! Pul hesab sevir, xüsusilə də özlərininki olanda. Amma hər şey elə sadə də deyil ki, “aydındır, oğurlayıblar və indi də tutub əllərindən alacaqlar” deyəsən.
Əsas bunu necə ediblər və hansı kombinasiyalar qurublar!? Ədalət naminə deyim ki, bizdəki dələduzların qurduqları kombinasiyalara bineyi-qədimdən bu günədək yaşamış və yaşayan bütün riyaziyyatçılar həsəd aparardılar, ya da öz bəsit riyazi hesablamalarından utanıb Cooperfield kimi qaçıb gizlənərdilər.
Demək, həmin dövrdə ATABANK nəzarətində olan Fazil Məmmədov, Nəcməddin Sadıqov və digər sehrbazlar belə bir “biznes” kombinasiyası qururlar: Nəcməddin Sadıkov öz “Şlyapasının” adına ATABANK-dan 42 milyon manatlıq kredit götürür, Fazil Məmmədov isə sənədlərin saxta olmasına rəğmən onun verilməsini təmin edir.
42 milyondan 4-nü “Şlyapaya” zəhmət haqqı verirlər, qalanını isə yönəldirlər Ukraynada biznesə - tütün kombinatının alınmasına. Kombinatı alırlar və dədə malı kimi öz aralarında bölürlər, amma iş bununla bitsəydi hər şey çox sadə olardı. Planın növbəti addımında kombinatın istehsal etdiyi məhsulların, yəni siqaretin Azərbaycan Ordusunun əsgərlərinə pulsuz )))) verilməsi məsələsi durur.
Amma plan bununla da bitmir. Hələlik isə bu yerdə bir haşiyə çıxım: Azərbaycanda nə qədər rus agenti, rus təxribatçısı olan hərbçi, “siyasətçi”, kriminal avtoritet və s. varsa hamısının “biznesi” məhz Ukrayna ilə bağlıdır və burda da qeyri-adi bir şey yoxdur.
Son illərə qədər Ukrayna Rusiyanın arxa qapısı olub və bir sıra hallarda hələ də belə qalmaqdadır.
Bununla Tərtər qətliamının təşkilatçılarının, onların dəstəkçilərinin fəaliyyətini araşdıranda üzləşdim. Amma qayıdaq bizim sehrbazlara.
Bir müddətdən sonra ATABANK yeni sahibinə keçir və bunun nə ilə bitəcəyindən xoflanan “Şlyapa” başlayır davaya ki, bəs yeyəndə siz, qaytaranda mən? Onu sakitləşdirmək üçün kombinatdan 13% pay verirlər və Nəcməddinlə Fazilin hərəsinə 33% qalır. Sual verəcəksiniz ki, “bəs qalan 21% faiz necə oldu” və haqlı olacaqsınız.
Darıxmayın, bunu hələ xanlarları, ilqarları ayrı kimləri, kimləri var. Əsas qurulmuş kombinasiyanın növbəti mərhələləridir. Demək, əsgərlərə “pulsuz paylamaq” üçün Ukraynadan alınan siqaretləri çalışıb vergidən və gömrük rüsumundan azad etmək lazımdır ki, sabah onları “əsgərlərə paylayanda” əldə olunan nəticə də lazımi səviyyədə olsun.
Belə də olur, amma ATABANK-ın sahibinin dəyişməsi planları pozur və burda da qeyri-adi heç nə yoxdur: möcüzələrlə milyardlar “yaradanların” 42 milyonluq sehrbazlığa inanması sadəlövhlükdən də betər olardı. Hətta sovet sirkinin sehrbazlarının təsiri altında böyümüş olsalar da. Ən böyük möcüzə pul, ondan da böyüyü isə həmin pulun miqdarıdır.
Amma sehrbazlar da asanlıqla quyruq ələ verən oğlanlar deyillər, elə ona görə də tələm-tələsik iş açıb “Şlyapanı” həbsxananın müalicə müəssisəsində gizlətdilər, ardınca da bəraət verib azadlığa buraxdılar. İndi maraqlıdır ki, möcüzə yaratmağa qadir olanlar “Şlyapadan” bu dəfə nə çıxaracaqlar?!
Hər bir halda bu, 42 milyondan çox olmalıdır, çünki qaydalarında “atmağa” görə cərimə də nəzərdə tutulur. Nəcməddini, Fazılın varislərini, Xanları, İlqarı, onun bu işlərdə iştirakçı olan oğlunu, əlaltısı “ərəb” ləqəbli Anar Hüseynovu yığıb yüngülvarı silkələyəndə azı ikiqat möcüzə alına bilər.
Amma hansı tərəfə baxsan mövüzənin gücü “Şlyapadadır”. Odur ki, “Şlyapa” kimdədirsə, möcüzə yaratmaq qüdrəti də ondadır. Yəqin elə ona görə də təntənəli bəraətinin üstündən cəmi iki həftə keçməmiş onu yenidən təntənəli şəkildə arenaya qaytardılar. Özü də bu dəfə daha böyük arenaya.
P.S.: Əminəm ki, “Ərəb”in kim olduğunu Tərtər qətliamı ilə tanış olanlar xatırlayacaqlar. Bilməyənlər üçün deyim: vaxtilə Tərtər cəlladı, “məhkəmə” sədri İlqar Quliyev ondan şərlənmiş hərbçilərimizə dövlətə xəyanət maddəsilə saxta hökmlər çıxararkən istifadə etmişdi.
Belə ki, Tərtər qurbanlarına hökm çıxarmazdan əvvəl İlqar Quliyev həmin çoxdəfəlik istifadəyə yararlı olan və özünün DTX əməkdaşı kimi təqdim edən “ərəb”i onların yanına yerləşdirib onun vasitəsilə qurbanları törətmədikləri cinayətləri etiraf edərlərsə cəzalarının yüngül olacağına inandırmağa çalışmışdı.
Gördüyümüz kimi, cinayətkar xain çətə tam heyətdə iş başındadır. Bu da təbiidir, dövlət olmayanda başqa cür mümkün də deyil.
Üzrlü sayın, çox uzun oldu, amma belə görürəm, davamı da olacaq hələ.

DİA.AZ

Oxunub: 1 517
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

2-08-2023, 16:40

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri BQXK-yə açıq məktub ünvanlayıblar

Gündəm / Cəmiyyət

19-07-2023, 11:23

`NUR` çörəkləri bizi KOR QOYUR? - İTTİHAM VAR!

Hadisə

19-07-2023, 09:21

“Şlyapa Zahid” yenidən həbs olundu - 42 milyon ziyan vurub

Gündəm / Cəmiyyət

18-07-2023, 07:57

General oğlunun RESTORAN BİZNESİ... - NARAZILIQ VAR...

Gündəm / Cəmiyyət

17-07-2023, 18:22

Burda yetərincə fırıldaq var: DÖVLƏT HARA BAXIR? - İTTİHAM VAR!

Gündəm / Cəmiyyət

14-07-2023, 18:39

Milyonları talayan Barış Demirin “bəraət taktikası”: - “BIN GROUP”un sahibindən ağlasığmaz fənd

Gündəm / Cəmiyyət

3-07-2023, 17:29

AQTA “Yeganə”nin təşkilati hüquqi formasını niyə gizlədib? - Külli miqdarda vergi borcu...

Siyasət

24-06-2023, 14:08

"Cavid Qurbanovun qohumu olmaq hələ yaxşı kadr olmaq deyil, ay Azər Qocayev... " - HƏQİQƏTƏN DƏ...

Gündəm / Cəmiyyət

19-06-2023, 18:56

ŞƏHİD QARDAŞI SOSİAL XİDMƏTLƏR AGENTLİYİNİ İFŞA ETDİ…

Gündəm / Cəmiyyət

16-06-2023, 19:17

Azərbaycanda kütləvi savadsızlıq baş alıb gedir… - Latın əlifbası ilə yaza-oxuya bilməyən məmurlar, icra başçıları, xalq artistləri…

Gündəm / Cəmiyyət

12-06-2023, 10:05

Nazirlik Şəki təhsili ilə bağlı bu faktlara NƏZƏR SALSIN - İTTİHAM VAR!

Gündəm / Cəmiyyət

9-06-2023, 11:23

Yeni nazir yarım milyardlıq şirkətin direktorluğundan ayrıldı - DETALLAR

Gündəm / Cəmiyyət

24-05-2023, 16:56

Tanınmış həkimin oğlu həbs edildi

Cəmiyyət

12-05-2023, 17:22

Təhməzovlar Azərbaycanın xidmətində deyil, Azərbaycan onların xidmətindədir... - FAKT BUDUR!

Gündəm / Cəmiyyət

8-05-2023, 11:43

"Ulu Öndər jurnalist əməyini daim yüksək qiymətləndirib" - Əhməd İsmayılov

Araşdırma
QOBUPARK-2 SAKİNLƏRİNƏ CƏHƏNNƏM ƏZABI YAŞADAN KİMLƏRDİR VƏ SƏBƏBİ NƏDİR?
Yağışdan çıxıb selə düşənlərin fəryadını Xəzər rayon rəhbərləri niyə eşitmirlər?
MƏN HEÇ KİMDƏN QORXMURAM! – DEYƏN POLİS ATASI POLİS ORQANLARINI İTXANA ADLANDIRIR?
NAHİDİN “XƏYAL”VARİ SƏRGÜZƏŞTLƏRİ VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN DƏRDLİ ŞƏRTLƏRİ
İNCƏSƏNƏT MƏKTƏBİ, YOXSA İNTRİQA MƏRKƏZİ
MUSİQİ MƏKTƏBİ, YOXSA İNTRİQA YUVASI
Hadisə
9-08-2025, 14:42
Ələt-Astara yolunda maşın yanır - Hərəkət dayandı
2-08-2025, 16:08
Qazaxıstanda nazir müavini saxlanıldı
1-08-2025, 13:01
“Bakı” kinoteatrının qarşısında faciəvi hadisə
22-07-2025, 17:36
Mərdəkanda dənizdə batan var
18-07-2025, 17:57
Arvadını güllələməkdə ittiham edilən klinika rəhbəri haqda - Qərar
12-07-2025, 10:11
Zivər bəy Əhmədbəyovun abidəsi baxımsızlıq içində – Xəcalət verən görüntü VİDEO
Son xəbərlər
  • 7-08-2025, 14:41
    QANLI SOVET İMPERİYASI YENİDƏN XORTLAYACAQ?
  • 18-07-2025, 13:26
    QOBUPARK-2 SAKİNLƏRİNƏ CƏHƏNNƏM ƏZABI YAŞADAN KİMLƏRDİR VƏ SƏBƏBİ NƏDİR?
  • 12-05-2025, 14:42
    İctimai Nəzarətin müstəqil fəaliyyət göstərməsinə məmurların əngəl törətməsinə imkan verilməməlidir.
  • 12-05-2025, 10:44
    Vicdanın nə olduğunu hələ də anlamayan və hətta qanmaq istəməyən səlahiyyət sahibləri çirkab sularını əhaliyə içirtməkdə davam edirlər.
  • 21-04-2025, 16:57
    Yağışdan çıxıb selə düşənlərin fəryadını Xəzər rayon rəhbərləri niyə eşitmirlər?
  • 3-04-2025, 15:18
    Həyatda ən ümdə arzum Böyük Azərbaycanı görməkdir
  • 15-03-2025, 11:49
    ARAZ MARKETDƏ BƏSLƏNƏN PİŞİKLƏRİN ARTIĞI İNSANLARA SATILIR
  • 11-03-2025, 13:00
    ASAYİŞİ QORUMAQ BELƏMİ OLUR, CƏNABLAR!
  • 20-12-2024, 17:11
    MƏN HEÇ KİMDƏN QORXMURAM! – DEYƏN POLİS ATASI POLİS ORQANLARINI İTXANA ADLANDIRIR?
  • 17-12-2024, 14:08
    NAHİDİN “XƏYAL”VARİ SƏRGÜZƏŞTLƏRİ VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN DƏRDLİ ŞƏRTLƏRİ
  • 3-12-2024, 12:19
    QOBUPARKDA OĞLAN OVU, POLİSLƏRİN QOVHAQOVU
  • 29-11-2024, 15:17
    İNCƏSƏNƏT MƏKTƏBİ, YOXSA İNTRİQA MƏRKƏZİ
  • 28-11-2024, 15:19
    İNCƏSƏNƏT MƏKTƏBİ, YOXSA İNTRİQA MƏRKƏZİ
  • 5-11-2024, 15:04
    TƏŞƏKKÜRNAMƏ
  • 22-10-2024, 16:32
    MUSİQİ MƏKTƏBİ, YOXSA İNTRİQA YUVASI
  • 3-10-2024, 20:17
    RASİM GÜZDƏKDƏ AT OYNADIR
  • 30-09-2024, 15:51
    İCTİMAİ NƏZARƏT
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 8-08-2024, 19:36
    BİLDİRİŞ
  • 24-07-2024, 14:49
    DYP ƏMƏKDAŞLARININ SUYU BULANDIRIB BALIQ TUTMA SEVDASI - FOTOLAR
  • 19-07-2024, 11:58
    QARADAĞ RAYON SU-KANAL İDARƏSİNDƏ NƏLƏR BAŞ VERİR?
  • 12-07-2024, 12:23
    FƏHLƏNİN ALIN TƏRİNDƏN SƏLTƏNƏT QURAN “ŞƏRUR MTK”
  • 9-04-2024, 12:50
    BAKSOL YAŞAYIŞ MASSİVİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN “Eco Ioft” MEBEL SEXİNDƏ NƏLƏR BAŞ VERDİYİ MƏLUM OLDU
  • 5-04-2024, 12:57
    MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU
  • 3-04-2024, 16:12
    BAKSOL YAŞAYIŞ MASSİVİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN MEBEL SEXİNDƏ NƏLƏR BAŞ VERİR?
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • 22-06-2023, 11:39
    XƏBƏRDARLIQ
  • Dün, 18:41
    “Bakı Baş Səhiyyə Mərkəzi”də pul silmə əməliyyatı: İcarə adı altında milyonlarla…..
  • Dün, 17:38
    Rafiq Qarayevə yenidən 200 min manatlıq tender verildi: “RR TRAVEL COMPANY” Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməmişdir
  • Dün, 16:58
    “Nane Pub” insident: Mehman Əzizov restoranda oğlumun doğum günündə məni döydü….
  • Dün, 16:18
    Fərid Bayramov həkim olmasa belə əməliyyat edir?
  • Dün, 15:38
    Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək
  • Dün, 12:30
    Sertifikatı ləvğ edilmiş plastik cəlladlar şəbəkəsini kimlər himayə edir?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Minatv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə