• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

“Dəri dedikləri ayaqqabı iki dəfə geyindikdən sonra CIRILDI” - “Greyder”dən ŞİKAYƏT

Gündəm / Araşdırma

31-07-2023, 12:03

“Dəri dedikləri ayaqqabı iki dəfə geyindikdən sonra CIRILDI” - “Greyder”dən ŞİKAYƏT


Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, massiv D, ev 2, mənzil 6 ünvanında yaşayan Əliyeva Natəvan İsfəndiyar qızı “28 Mall” ticarət mərkəzində yerləşən “Greyder” mağazası tərəfindən hüquqlarının pozulduğunu bildirir.

Minatv.az bildirir ki, vətəndaşın bununla bağlı bir surətini Bizim.Media-ya göndərdiyi şikayət məktubunda, bu ilin may ayının 31-də adıçəkilən mağazadan kişi yay ayaqqabısı aldığını, 71 manat 93 qəpik ödədiyini yazır və iki dəfə geyiləndən sonra ayaqqabının yararsız hala düşdüyünü iddia edir:

“Mağazada ayaqqabının təmiz dəridən olduğunu dedilər”

“Belə ki, ayaqqabının bağı alt hissədən ayrılmağa başladı. Ayaqqabını alarkən satıcı məni tam əmin etdi ki, mal təmiz dəridəndir. Həyat yoldaşım iyunun 6-da ayaqqabını kassa çeki, ödənişi və qutusu ilə birlikdə mağazaya apardı.

Satıcıya yaxınlaşaraq ayaqqabının keyfiyyətsiz olduğunu, dəri olmadığını bildirdi və malın geri götürülməsini tələb etdi. Mağazada dedilər ki, siz ayaqqabını düzgün geyinməmisiniz, gəlin bunu təmir edək”.

Şikayətçinin həyat yoldaşı bununla razı olmayıb, ya məhsulundəyişdirilməsini, ya da pulun geri qaytarılmasını tələb edib:

“Onlar isə razı olmadılar. Buna görə də “195 qaynar xətt” xidməti ilə əlaqə saxladım, lakin iyunun 25-də onlardan gələn cavab məni təəccübləndirdi. Cavabda qeyd olunub ki, guya mən ayaqqıbını dəyişməkdən və vəsaitin geri qaytarılmasından imtina etmişəm. Halbuki, mənə bunu heç kim təklif etməmişdi. Bu cavabdan görünür ki, sahibkar dövlət orqanını da asanlıqla aldadıb.

Mən təkrar “Qaynar xətt” ilə əlaqə saxladım və narazılığımı bildirdim. Bu nə araşdırmadır belə? Mənə nə zəng vurulub, nə fikrim öyrənilib. Özlərindən sözlər yazaraq mənə göndəriblər.

Dəfələrlə mağazanın məxsus olduğu “Setexgroup” MMC-yə (VÖEN - 0553647182) zəng vurdum, üstəlik “WhatsApp” vasitəsilə narazılığını bildirdim. Mənə araşdıracaqlarına dair söz versələr də, sonradan hec bir əlaqə saxlamaq mümkün olmadı. Burdan da görünür ki, MMC öz üzərində heç bir məsuliyyət hiss etmir və cavabdehlik daşımağ istəmir”.

“Mağaza Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətini də aldadıb”

Problemlə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan “Azad İstehlakçılar” İB-nin sədri Eyyub Hüseynov, şikayətlə bağlı da həm mağaza ilə, həm də məxsus olduğu şirkətlə əlaqə saxlamaq istəyib.

Amma şirkət rəhbərliyindən heç kim zəngə cavab verməyib:

“Mağazadan isə satıcı telefonu götürdü və bununla bağlı fikir bildirmək səlahiyyətində olmadığını bildirdi və əlavə etdi ki, rəhbərlik mağazada yoxdur, kassir isə bir neçə saat sonra olacaq. Halbuki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun, məhsulun dəyişdirilməsi və ya qaytarılması məsələsində satıcını məsul göstərir”.

Ekspert vurğulayıb ki, “Greyder” mağazasının rəhbərliyi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətini (AİBNDX) də aldadıb:

“Xidmətə göndərdiyi cavabında yazıb ki, guya vətəndaşa ayaqqabını qaytara, pulunu da geri ala biləcəyini söyləyib. Vətəndaş isə ona belə bir sözün deyilmədiyini iddia edir. Təəssüflər olsun ki, 26 il ərzində biz bir dəfə də olsun, adı çəkilən qurum tərəfindən hansısa keyfiyyətsiz məhsulun ekspertizaya verilməsi hallarına rast gəlməmişik.

Mən də ayaqqabıya baxmışam və belə qənaətə gəlmişəm ki, təmiz dəridən deyil, dəri əvəzedicisindən hazırlanıb. Yaxşı olardı ki, Dövlət Xidməti məhsulun ekspertizasını aparsın və vətəndaşın aldadılmasının qarşısını alsın”.

“Məsələ nəzarətə götürülüb, yaxın günlərdə məlumat veriləcək”

Məsələ ilə bağlı “Greyder” mağazası ilə əlaqə saxladıq. Telefonu götürən şəxs mağazanın satıcısı işlədiyini və səlahiyyətli şəxslərin mağazada olmadığını bildirdi. Səlahiyyətli şəxslərdən birinin mobil nömrəsini istədikdə isə, müdirin məzuniyyətdə olduğunu, kassirin isə bir neçə saat ərzində mağazaya gələcəyini söylədi.

Daha sonra bizimlə əlaqə saxlayan mağazanın əməkdaşı məsələnin nəzarətə götürüldüyünü, hazırda araşdırma aparıldığını və yaxın günlərdə nəticəsi ilə bağlı cavab veriləcəyini bildirdi.

“Alan şəxs ayaqqabının bağlarını açmadan istifadə etdiyi üçün məhsul yararsız hala düşüb”

Yuxarıda qeyd etdiyimiz kimi, Natəvan Əliyeva bizə göndərdiyi məktubunda məsələ ilə bağlı “195 qaynar xətt” xidməti ilə əlaqə saxlayaraq, şikayət etdiyini qeyd edib.

Biz də məsələnin aktuallığını və vətəndaşın istehlakçı hüquqlarının pozulduğunu nəzərə alaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə əlaqə saxladıq.

Qurumdan Bizim.Media-nın sorğusuna cavab olaraq, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Cəfər Babayevin adından vətəndaşa ünvanlanan cavab məktubunun mətni göndərilib.

Cavabda, “Greyder” mağazası ilə bağlı İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə şikayətçi Natəvan Əliyeva tərəfindən daxil olmuş müraciətə Dövlət Xidmətində aidiyyəti üzrə baxıldığı bildirilir.

Qeyd olunur ki, araşdırma zamanı “Setexgroup” MMC tərəfindən Dövlət Xidmətinə ünvanlanmış məktubda, vətəndaşın mayın 31-də adıçəkilən mağazadan aldığı ayaqqabıda qüsur olduğunu iddia edərək malın dəyişdirilməsini və ya qaytarılmasını tələb etdiyi, lakin mala baxış keçirilən zaman istifadə qaydalarına uyğun istifadə edilməməsi səbəbindən qüsurun yarandığı əks olunub.

Bildirilir ki, alan şəxs ayaqqabının bağlarını açmadan istifadə etdiyi üçün bağları qopub və istifadəyə yararsız hala düşdüyü üçün malın dəyişdirilməsindən və ya qaytarılmasından imtina edilib.

Dövlət Xidmətinin vətəndaşa göndərdiyi məktubda, “Setexgroup” MMC-nin mövqeyi ilə razılaşmadığınız təqdirdə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” AR Qanununun 26-cı maddəsinə və AR-nın Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən məhkəmədə iddia qaldıra bilmək, eyni zamanda, “Vətəndaşların müraciətləri haqqında” AR Qanununun 14.0.8-ci maddəsinə əsasən müraciətiniz barədə qəbul edilmiş qərarla razılaşmadığı halda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnun olduğu diqqətə çatdırılır.

VİDEO BURADA: My Webpage
“Dəri dedikləri ayaqqabı iki dəfə geyindikdən sonra CIRILDI” - “Greyder”dən ŞİKAYƏT
“Dəri dedikləri ayaqqabı iki dəfə geyindikdən sonra CIRILDI” - “Greyder”dən ŞİKAYƏT
“Dəri dedikləri ayaqqabı iki dəfə geyindikdən sonra CIRILDI” - “Greyder”dən ŞİKAYƏT
“Dəri dedikləri ayaqqabı iki dəfə geyindikdən sonra CIRILDI” - “Greyder”dən ŞİKAYƏT

Oxunub: 7 622
Paylaş:
Oxşar xəbərlər

Gündəm / Araşdırma

15-08-2023, 11:06

MİDA şefinin SIĞORTA BARYERİ - NARAZILIQ VAR...

Gündəm / Cəmiyyət

2-08-2023, 10:20

'GREYDER'in GEYDİRMƏ MALLARI... - GİLEY

Gündəm / Araşdırma

31-07-2023, 07:27

“Elegant Residence” MTK vətəndaşın evini başına uçurur - FOTOLAR

Gündəm / Araşdırma

27-07-2023, 09:38

Müştəri ilə BELƏ KONTAKTMI OLUR? - NARAZILIQ VAR!

Gündəm / Cəmiyyət

10-07-2023, 11:23

'Şah Bağı'na niyə getməli deyilik... - "Heç məsləhətli yer deyil..."

Gündəm / Cəmiyyət

6-07-2023, 08:59

“Baş həkim özünü elə aparır, sanki padşahdır” - NARAZILIQ VAR!

Gündəm / Araşdırma

4-07-2023, 10:54

Tanınmış jurnalist `Bravo`nun fırıldağı ilə ÜZ-ÜZƏ... - "Bunun adı rəsmın fırıldaqçılıqdır..."

Gündəm / Cəmiyyət

13-06-2023, 13:28

Adil Vəliyev sahibkarın OBYEKTİNİ YERLƏ-YEKSAN EDİB - ÖZBAŞINA QALIB...

Gündəm / Araşdırma

1-06-2023, 09:12

İsmayıllıdakı "Bax Belə" istirahət mərkəzində müştərinin başına "bax belə" oyun açıldı... - MÜRACİƏT

Gündəm / Cəmiyyət

23-05-2023, 08:53

Umico Market-in BAŞLICA HƏDƏFİ: Vətəndaş cibi... - NARAZILIQ VAR!

Araşdırma

17-05-2023, 07:16

Vətəndaş haqqını bərpa edə bilmir... - GİLEY

Gündəm / Cəmiyyət

12-05-2023, 12:20

Sərnişinlərdən bilet qiymətindən əlavə ÖDƏNİŞ tələb edilir - Bakı Avtovağzalında ÖZBAŞINALIQ

Gündəm / Cəmiyyət

10-05-2023, 15:25

"Azza" niyə məhsulları geri qaytarmır? - "Qanuna ziddir, cərimə gözləyir"

Araşdırma
Dünya bizdən nəyi öyrənir: 5300 dollarlıq maşına 10 000 dollar rüsum almağı? — DGK sədrinə SƏRT ETİRAZ
Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçi haqqı yeyir: “Zeytun Pharma”nın anbarında ETİRAZ
BDU-nun məzun gecəsi son anda ləğv edildi: 46 min manatlıq dələduzluq - BU NƏDİ BELƏ?
Gömrük Komitəsi vəzifəli şəxslərinə 181 min manatlıq geyim alır - DETALLAR
“Yeməkləri evlərinə aparırlar” - İTTİHAM VAR...
Rəşad müəllimin bu işçilərindən XƏBƏRİ VARMI? - DƏLİXANADIR, VALLAH...
Hadisə
24-06-2026, 16:22
9 ildir aliment ödəməyən kişi - 9 aylıq həbs edildi
23-06-2026, 19:00
Türkiyədə sursat anbarında partlayış olub, 2 nəfər ölüb, 2-si yaralanıb
23-06-2026, 18:00
Gürcüstanda azərbaycanlı tələbə partlayışda həlak oldu
14-06-2026, 12:00
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı
14-06-2026, 11:00
Tovuzdakı qəzada həyatını itirən qazinin - Fotosu
10-06-2026, 18:29
Yeniyetməni şantaj etdi, intihara sövq etdi… – TUTULDU
Son xəbərlər
  • 6-06-2026, 16:59
    USTADNAMƏ
  • 3-06-2026, 10:40
    Yaqub Məğrur: "Məğrurnamə" şeiri
  • 21-05-2026, 14:00
    BİLDİRİŞ
  • 20-05-2026, 13:50
    ALLAH RƏHMƏT ELƏSİN!
  • 13-05-2026, 17:54
    YAQUB MƏĞRUR "MİLLƏTİM"
  • 20-03-2026, 11:44
    Yaqub Məğrur
  • 24-02-2026, 14:56
    Azərbaycan Nəşriyyatından çıxarılan jurnalistlər görməzdən gəlinir
  • 24-02-2026, 14:22
    “Azərbaycan” nəşriyyatından köçə bilməyən jurnalistlərin növbəti toplantısı baş tutdu-FOTOLAR
  • 22-02-2026, 11:25
    “AZƏRBAYCAN” NƏŞRİYYATINDAN ÇIXARILAN REDAKSİYALARIN JURNALİSTLƏRİ YENİDƏN AKSİYA KEÇİRƏCƏK -AÇIQLAMA
  • 18-02-2026, 22:42
    TƏBİB-in özünün Təbibə ehtiyacı var...
  • 18-02-2026, 12:28
    Allah rəhmət etsin, sənə nəşriyyat!
  • 17-02-2026, 11:19
    “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən jurnalistlərdən Prezidentə MÜRACİƏT
  • 2-02-2026, 16:30
    Jurnalistlər Azərbaycan Dövlət Nəşriyyatından çıxarılmalarına etiraz aksiyası keçirirlər.
  • 1-02-2026, 12:14
    DOVŞANLAR
  • 20-01-2026, 11:42
    20 Yanvar Ümumxalq Hüzn və Milli Qurtuluş Günümüzdür
  • 6-01-2026, 15:00
    ƏRİZƏYLƏ TƏLTİF OLAR?
  • 30-12-2025, 17:10
    HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK OLSUN!
  • 23-12-2025, 12:22
    BİLDİRİŞ
  • 23-12-2025, 11:28
    XƏBƏRDARLIQ
  • 9-12-2025, 04:30
    "Lal" deputatların simfoniyası...
  • 6-12-2025, 10:55
    "LAÇINDA ƏN YAXŞI EVLƏR MƏMURLARINDIR"
  • 4-12-2025, 14:30
    UYUYUR HARDA
  • 29-11-2025, 20:26
    İNSAN CƏRRAHI, YOXSA BAYTAR HƏKİMİ
  • 1-12-2024, 10:55
    XƏBƏRDARLIQ
  • 18-09-2024, 14:30
    MÜSTƏQİL İCTİMAİ NƏZARƏT AGENTLİYİNİN RƏHBƏRİ YAQUB MƏĞRURUN VOTSAP QRUPU İŞTİRAKÇILARINA VƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏTİ
  • 9-08-2024, 20:15
    BİLDİRİŞ
  • 7-07-2023, 11:45
    BİLDİRİŞ
  • 3-07-2023, 10:58
    BİLDİRİŞ
  • Bu gün, 12:42
    Dünya bizdən nəyi öyrənir: 5300 dollarlıq maşına 10 000 dollar rüsum almağı? — DGK sədrinə SƏRT ETİRAZ
  • Bu gün, 11:35
    Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçi haqqı yeyir: “Zeytun Pharma”nın anbarında ETİRAZ
  • Bu gün, 10:59
    Sumqayıtda məşhur restoran cərimələndi – qanunsuz qoşulma faktı aşkarlandı
  • Bu gün, 09:43
    Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
  • Bu gün, 09:19
    Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
  • Bu gün, 08:59
    Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür
  • Dünən, 19:00
    Azərbaycan hərbçiləri "Anadolu Qartalı - 2026" beynəlxalq təlimində iştirak edir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Yaqub Məğrur
  • Telefon: (+99470) 230 58 98
  • Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, VI mərtəbə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
MİNA tv.az ictimai əsaslarla fəaliyyət göstərir! Müəllif hüquqları qorunur. Minatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə